Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   15   16   17   18   19   20   21   22   23

62

 

 



 

emitent listinq edilən səhmlərin ən az 100000 ədədinə sahib olmalıdır. 



2001-ci  ilin  noyabr  ayından  BFB  Avro-Asiya  Fond  Birjası  federasiyasına 

(FEAS) üzv seçildi.  

2000-ci ildə “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” 

PROQRAMI  (iyul  2000  ci  il  -  dekabr  2001ci  il)  qəbul  olundu.  Bu  proqramda 

Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarında  dövlət  siyasətinin      və 

qiymətli  kağızlar  bazarının  inkişafının  əsas  istiqamətləri  müəyyən  olunmuşdur. 

Bazarın imkişafının əsas istiqamətləri kimi qiymətli kağızlar bazarının qanunvericilik 

bazasının  formalaşdırılması,  qiymətli  kağızlar  bazarının  infrastrukturunun  inkişaf 

etdirilməsi,  institusional  investorlar  sisteminin  yaradılması,  qiymətli  kağızlar 

bazarında  investorların  hüquqlarının  qorunması,  qiymətli  kağızlar  bazarı  üzrə 

mütəxəssislərin  hazırlanması,  beynəlxalq  əlaqələrin  inkişafı,  qiymətli  kağızlar 

bazarında açıq informasiya sisteminin yaradılması nəzərdə tutlmuşdur. 

Fond  bazarının  iqtisadiyyatımızın  inkişafindakı  rolu  nəzərə  alınaraq  İqtisadi 

İnkişaf Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2007-ci il və gələn 3 il üzrə 

İqtisadi-sosoial  İnkişaf  Konsepsiyasında  bu  bazarın  də  gələcək  inkişaf  istiqamətləri 

müəyyən edilmişdir. Maliyyə bazarının tərkib hissəsi olan qiymətli kağızlar bazarının 

inkişafı istiqamətində gələcək prioritetlər - Azərbaycanın beynəlxalq kapital bazarına 

inteqrasiyasının  dərinləşdirilməsi,  nüfuzlu  beynəlxalq  təşkilatlar  olan  İOSCO,  Milli 

Kodlar  Agentliklərinin  Assosiasiyası  (ANNA)  və  digər  beynəlxalq  maliyyə 

təşkilatları  ilə  əməkdaşlığın  qurulması,  Euroclear  və  Clearstream  təşkilatlarında 

beynəlxalq  depozitar-klirinq  mərkəzlərinə  üzv  olmaq  və  ölkə  daxilində  beynəlxalq 

standartlara cavab verən vahid dövlət mətbəəsinin yaradılmasından ibarətdir. Bununla 

yanaşı, Azərbaycan Respublikasında borc qiymətli kağızların (veksellərin) istifadəsi 

ilə  borc  öhdəlikləri  bazarının  genişləndirilməsi,  ipoteka  (girov)  kağızlarından  və 

mənzil  sertifikatlarından  istifadə  edilməsinin  genişləndirilməsi,  qiymətli  kağızlarla 

investisiyaların həyata keçirilməsi, əhalinin qiymətli kağızlar bazarına cəlb edilməsi 

məqsədi  ilə  investisiya  (o  cümlədən  pay  investisiya)  və  qeyri-dövlət  pensiya 

fondlarının yaradılmasının stimullaşdırılması əsas istiqamətlər olacaqdır. 




63

 

 



Həmçinin,  yeni  maliyyə  alətləri  tətbiq  ediləcək,  o  cümlədən  törəmə  qiymətli 

kağızlar bazarları (fyuçers və opsion) yaradılacaq, qiymətli kağızlar bazarı sahəsində 

peşəkar kadrların hazırlanması və qiymətli kağızlar bazarının elmi-praktiki bazasının 

yaradılması  üçün  ali  təhsil  müəssisələrində  müvafiq  istiqamətin  inkişafı  diqqət 

mərkəzində saxlanacaq və qiymətli kağızlar bazarında elektron məlumat mübadiləsi 

və digər  müasir  texnologiyaların tətbiqi və  inkişafı təmin  ediləcəkdir.  Əsas  məqsəd 

iqtisadiyyata  investisiyaların  cəlb  edilməsini  və  yenidən  bölüşdürülməsini  uğurla 

həyata  keçirə  bilən,  investisiya  fəallığını  təşviq  edən,  dünya  sərmayə  bazarında 

ölkənin mövqelərini gücləndirən fond bazarının formalaşmasını təmin etməkdir. Bu 

məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir: 

 

dövlət qiymətli kağızları bazarının genişləndirilməsi; 



 

investorların  hüquqlarının  qanunverici  və  məhkəmə  müdafiəsinin 



təkmilləşdirilməsi; 

 



uzunmüddətli  investisiya  risklərinin  azaldılması,  yeni  investorların  cəlb 

edilməsi məqsədilə fond bazarının maliyyə alətlərinin təkmilləşdirilməsi

 

korporativ  kağız  təklifinin  təşviqi  məqsədilə  hələ  də  mövcud  maneələrin 



tam aradan qaldırılması; 

 



birja sektorunda alqı-satqı sistemlərinin daha da inkişaf etdirilməsi

 



kapital  axınını,  investisiya  mənbələrinin  ucuzlaşmasını    təmin  edən  fond 

bazarı infrastrukturunun sürətləndirilməsi; 

 

fond bazarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi. 



Qeyd edək ki, hazırda respublikamızda  qiymətli kağızlar bazarını dörd sahəyə 

bölmək olar: 

1.

 

dövlət qiymətli kağızlar bazarı-dövlət qısamüddətli istiqrazları; 



2.

 

borc öhdəlikləri və veksellər bazarı; 



3.

 

dövlət özəlləşdirmə payları(çekləri) və opsionları; 



4.

 

korporativ qiymətli kağızlar bazarı. 



 

 



64

 

 



3.3.  Azərbaycanda qiymətli kağızlar bazarının formalaşma 

xüsusiyyətləri və inkişafı problemləri. 

 

 

Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  20-ci  əsrin  əvvəllərinə 

təsadüf  edir.  Ölkəmizdə  ilk  səhmlər  1913-cü  ildə  Bakı  Tacir  Bankının 

nizamnaməsinin  təsdiq  edilməsi  ilə  buraxılmışdır.  Bu  bankın  əsas  səhmdarları 

Azərbaycanın 

tanınmış 

sahibkarları-şuranın 

sədri 


H.Z.Tağıev, 

üzvləri 


M.Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və başqaları olmuşlar. 20-ci əsrin ilk iki 

onilliyində  Bakıda  bir  sıra  səhmdar  cəmiyyətləri  fəaliyyət  göstərmişdir.  Bu 

cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti ilə məşğul olurdu. Onlardan 

"Neft məhsulları səhmdar cəmiyyəti", "Bül-Bülə neft və ticarət səhmdar cəmiyyəti", 

"Balaxanı-Zabrat  neft  istehsalı  səhmdar  cəmiyyəti"  və  digərlərini  qeyd  etmək  olar. 

Yeni-Bakı  neft  emalı  zavodunun,  Bakı  Tacir  Bankının  və  başqa  iri  şirkətlərin 

səhmləri  Moskvanın,  Sankt-Peterburqun  və  Rusiyanın  digər  iri  şəhərlərinin  fond 

birjalarında satışa çıxarılırdı. 19-20-ci əslərdə Azərbaycanda iri Russiya banklarının 

Bakı filiaları fəaliyyət göstərirdi. Bu sırada Sankt-Peterburq Dövlət Bankının (1874-

1920),  Sankt-Peterburq  Beynəlxalq  Komersiya  Bankının  (1868-1920),  "Voljsk-

Kams"  Komersiya  Bankının  (1870-1920),  Russiya  Xarici  Ticarət  Komersiya 

Bankının  (1871-1919),  "Russiya  Sənaye  ticarət"  Komersiya  Bankının  (1890-1920), 

"Şimal"  Komersiya  Bankının    (1901-1910),  "Russiya  Asiya"  Komersiya  Bankının 

(1910-1920),  "Azov-Don"  Komersiya  Bankının    (1877-1920)  və  d.  filiallarını 

göstərmək  olar.  Hələ  1900-cu  ilin  "Kaspi"  qəzetinin  səhifələrində  veksel  islahatı 

haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman geniş istifadəsi və labüdlüyünü 

təsdiq  edən  maraqlı  məlumatlar  dərc  olunurdu.  Həmin  dövrdə  Bakı  Tacir  Bankı  və 

Bakıda  fəaliyyət  göstərən  digər  banklar  tərəfindən  veksellər  və  faiz  kağızları 

buraxılmışdır.  Veksellərdən  ödəniş  prosesində  və  borc  münasibətlərinin 

formalaşmasında  geniş  istifadə  olunmuşdur.  Veksel  bazarı  Azərbaycan  Demokratik 

Respublikası  dövründə  də  inkişaf  etmiş,  lakin  Sovet  hakimiyyəti  dövründə 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə