Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

49

 

 



müqayisədə  56%  çox  olmuşdur.  Bundan  başqa  2012-ci  il  ərzində  korporativ 

istiqrazların  buraxılışı  üzrə  12  emitent  qeydiyyata  alındığı  halda,  2013-cü  ildə  14 

emitent qeydiyyata alınmışdır.   

Korporativ istiqrazlar üzrə təkrar bazarda yüksək artım müşahidə olunmuşdur. 

Belə  ki,  təkrar  bazarda  14  mln.  manat  məbləğində  korparativ  istiqraz  üzrə  171  əqd 

qeydə  alınmışdır  ki,  bu  da  2012-ci  ilin  göstəriciləri  ilə  müqayisədə  əqdlər  üzrə  2,8 

dəfə, məbləği üzrə isə 8 dəfə çox olmuşdur. 

Dövlət  qiymətli  kağızların  emissiyası  və  yerləşdirilməsi  üzrə  göstəricilərin 

artması  müşahidə  olunmuşdur.  Belə  ki,  dövlət  qısamüddətli  istiqrazların 

emissiyalarının  ümumi  həcmi  276  mln.  manat  olmuşdur  ki,  bu  da  2012-ci  ilin 

müvafiq  göstəricisindən  25%  çoxdur.  Hesabat  ili  üzrə  faktiki  yerləşdirilmiş  dövlət 

qısamüddətli istiqrazların həcmi isə 226 mln. manat olmuşdur ki, bu da  2012-ci ilin 

müvafiq göstəricisindən 95% çox olmuşdur.  

Eyni zamanda dövlət qısamüddətli istiqrazları ilə təkrar bazarda aparılan həm 

alqı-satqı  əməliyyatlarında,  həm  də  REPO  və  əks  REPO  əməliyyatları  üzrə  artım 

müşahidə  olunmuşdur.  Belə  ki,  hesabat  ili  ərzində  dövlət  qısamüddətli  istiqrazları  

üzrə  Bakı Fond Birjasında  31mln. manat məbləğində 37 əqd bağlanmışdır ki, bu da 

2012-ci ilin göstəriciləri ilə müqayisədə əqd üzrə 95%, məbləğ üzrə isə 4,5 dəfə çox 

olmuşdur.          Təkrar  bazarda  dövlət  qüsamüddətli  istiqrazları  ilə  REPO-əks  REPO 

əməliyyatları üzrə 14 mln. manat məbləğində 14 əqd bağlanmışdır ki, bu da 2012-ci 

ilin  göstəricilərindən  əqd  üzrə  40%,  məbləği  üzrə  isə  3,7  dəfə  çox  olmuşdur. 

Qrafik№2 və 3-də DQİ-nın uyğun olaraq 2012-cı və 2007-ci illər üzrə orta ölçülmüş 

gəlirlik  üzrə  dinamikası  verilmişdir.  Milli  Bankın  Qısamüddətli  Notlarının 

emissiyalarının  ümumi  həcmi  2  650  mln.  manat  olmuşdur  ki,  bu  da  2012-cı  ilin 

müvafiq  göstəricisindən  2,4  dəfə  çox  olmuşdur.  Faktiki  yerləşdirilmiş  qısamüddətli 

notların  həcmi isə 1 874 mln. manat təşkil etmişdir ki, bu da  2012-ci ilin müvafiq 

göstəricisindən 2 dəfə çox olmuşdur. 

Bakı  Fond  Birjasında  qısamüddətli  notlarla  220  mln.  manat  məbləğində  əqd 

bağlanmışdır  ki,  bu  da  2012-ci  ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  74%  çox 



50

 

 



olmuşdur. Təkrar bazarda qısamüddətli notlarla REPO-əks Repo əməliyyatları üzrə 2 

690  mln.  manat  məbləğində  988  əqd  bağlanmışdır  ki,  bu  da  2012-ci  ilin 

göstəricilərindən  əqd  sayı  üzrə  9  dəfə,    məbləği  üzrə  23  dəfə  çox  olmuşdur. 

Göstərilənləri  qısa  olaraq  aydınlaşdırmaq  üçün  emissiyanın  həcmi    üzrə  aşağıdakı 

diaqrama nəzər salaq: 

Diaqram 3.2. 2012-ci il üzrə qiymətli kağızların emissiyası həcmi 

 

 



Qrafik № 3.1. 2012-ci il üzrə qiymətli kağızların emissiyası həcmi 

   


 

 


51

 

 



Qrafik № 3.2. 2013-cü il üzrə qiymətli kağızların emissiyası həcmi 

     


Qiymətli kağızlarla girov əməliyyatları, veksellər,  mənzil sertifikatları, ipoteka 

kağızları üzrə yüksək artım müşahidə olunmuşdur.  Ümumi sahəsi 469 min m² olan, 

260 mln.  manat  məbləğində  mənzil  sertifikatının  buraxılışı  dövlət  qeydiyyatına 

alınmışdır. Belə ki, 2012-ci ilin göstəriciləri  ilə müqayisədə mənzil sertifikatlarının 

sahəsi  4  dəfə,  məbləği  5  dəfə,  sayı  isə  3,6  dəfə  çox  olmuşdur.  2013-cü  il  ərzində 

QKDK tərəfindən 1 743 ipoteka kağızı dövlət qeydiyyatına alınmışdır ki, bu da 2012-

ci ilin müvafiq göstəricisi ilə müqayisədə   9 dəfə çox olmuşdur. Bundan başqa 1 740 

ipoteka  kağızı  əlavə  dövlət  qeydiyyatına  alınmışdır  ki,  bu  da  2012-ci  ilin  müvafiq 

göstəricisi ilə müqayisədə 18 dəfə çox olmuşdur.  

Hesabat  ili  ərzində  girov  əməliyyatları  üzrə  göstəricilərin  dəfələrlə  artması 

müşahidə  olunmuşdur.  Belə  ki,  qiymətli  kağızlar  üzrə  1 239  girov  dövlət 

qeydiyyatına alınmışdır. Bu 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13 dəfə 

cox  olmuşdur.  Bundan  başqa  ümumi  30  mln.  manat  məbləğində  sadə  veksel 

buraxılmışdır  ki,  bu  da  2012-ci  ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  57%  çox 

olmuşdur. Aşağıdakı cədvəldə göstərilən rəqəmlərə nəzər salsaq və ötən ilin müvafiq 

göstəriciləri  ilə  müqayisə  etsək  2014-cü  (3ay  üzrə)  ildə  də  fond  bazarında  artımın 

davam edəcəyini söyləmək olar:  



52

 

 



Cədvəl 3.2. 2014-cü ilin 3 ayı üzrə fond bazarında qiymətli kağızların 

məbləğində dəyişikliklər 

     


 

     


     

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səhmlər 



Cari ilin 3 ayı 

Keçən ilin müvafiq dövrü 

Sayı 

Məbləğ 

mln.man 

Sayı 

Məbləğ 

mln.man 

Səhmlərin 

emissiyası 

 



cümlədən: 

25 


232.8 

24 


41.8 

Adi səhmlər 

24 

230.8. 


24 

41.8 


İmtiyazlı səhmlər 



 0 

Emissiyanın yekunları haqqında 



14 

59.7 


25 

63 


 

Korporativ  istiqrazlar 

 

Cari ilin 3ayı 

Keçən ilin müvafiq dövrü 

Sayı 

Məbləğ 

mln. man 

Sayı 

Məbləğ 

mln. man 

İstiqrazların emissiyası 

1  


9.7  


Emissiyanın yekunları haqqında 

5.2



  

8.1  



 

Dövlət istiqrazları 

Cari il 

Keçən 

ilin 

müvafiq 

dövründə 

Sayı 

Məbləğ 

mln.man 

Sayı 

Məbləğ 

mln.man 

Dİ-nın emissiyası 

15 


78 

10 


 

47 


 

Yerləşdirilmiş istiqrazlar 

(nominal üzrə) 

13 


63.7 

26.1 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə