Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov


Avtomobil n əqliyyatında tariflər



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə279/302
tarix24.12.2023
ölçüsü5,84 Mb.
#157999
növüDərs
1   ...   275   276   277   278   279   280   281   282   ...   302
Qiymet-2019

Avtomobil n
əqliyyatında tariflər 
daşımaların hərəkətliliyi və elastikliyi ilə 
f
ərqlənir. Onlar təkcə xərc amilinin təsiri altında deyil eyni zamanda belə 
xidm
ətlərə tələb-təklif nisbətlərini hesaba almaqla yaranmaqda olan rəqabət 
əsasında da formalaşırlar. Nəqliyyat daşımalarının bazarının bu seqmentində 
qiym
ətdə liderlik siyasəti dəqiqliklə izlənilərək öyrənilir. Respublikada olan iri 
birlik - Az
əravtonəqliyyat tariflərin işlənilməsində böyük təcrübəyə malikdir
daşımanın növləri üzrə müxtəlif yükgötürmə gücünə malik avtomobillərə görə 
478 


tarifl
əri müəyyən edir. Hal - hazırda özəlləşdirilmiş və yaxud yeni yaradılmış xırda 
v
ə orta avtonəqliyyat müəssisələri bu tarifləri saxlamağa çalışırlar. Lakin bir çox 
hallarda bu tarif s
əviyyələrindən aşağı və ya yuxarı tariflər müəyyən edilir ki, bu 
zaman 
əsas bazar konyukturasının tələbləri uçota almır. Onlar öz müştərilərinin 
arzularını formalaşdırmaq üçün bu addımı atmağa məcbur olurlar. 
Avtomobil daşımalarına tariflər müqavilə xarakteri daşıyır və müxtəlif 
növl
ərdə istifadə oluna bilər. 
Yükl
ərin qatar göndərişləri ilə daşınma tarifləri avtomobil qruplrı (avtoqatar) 
üzr
ə müəyyən yük götürmə qabiliyyətinə malik (məsələn 0,5 - dən yüksək 2,4 t - a 
q
ədər, 2,4 - dən yüksək 5 t - na qədər və sairə), yüklə bir kilometr yürüşə görə təyin 
edilir. 
Eyni zamanda müştərilərinin avtomobilin boş dayanmasına görə ödənişi də 
d
əqiqləşdirilir. 
Avtomobild
ən istifadə vaxta görə aparılarsa bu zaman vaxta görə tariflər 
avtomobilin bir saat işinə əsasən müəyyən edilir. Əlavə olaraq bir saat istifadədə 24 
kilometrd
ən artıq bir kilometrə tariflər müəyyənləşdirilir. 
Avtomobil konteynerl
ərində yüklərin daşınmasına tariflər konteynerin 
yükgötür-m
ə qabiliyyəti (1,25 t, 3 t, 5 t, 20 t) uçota alınmaqla yüklə bir kilometr 
yürüşə görə müəyyən edilir. Əlavə ödənişlər konteynerin səkkiz saatdan artıq 
gecikdirilm
əsi halında almır. 
H
ərəkət tərkibinin başqa yerə sürülməsinə görə tariflər əsasən avtomobil 
növl
əri üzrə (minik, yük, avtobuslar) bir kilometr yürüşə görə müəyyən edilir. 
Kiçik gönd
ərişlərin daşınmasına tariflər yola salman çəkidən (məsələn, 0,25 t - a 
q
ədər; 0,25 t - dan artıq, 0,5 t - a qədər sairə) asılı olaraq müəyyənləşdirilir və 
yükün gönd
ərilmə dəyərini də özündə əks etdirir. 
Hava n
əqliyyatı tarifləri çox sadəliklə qurulur: təyyarənin modelindən, 
sür
ətindən və yükün növündən asılı olmayaraq bir tonn - kilometrə görə tariflər 
t
ərtib olunur. 
Çay n
əqliyyatında daşınmanın əsas növlərinə quru yüklərin və maye 
daşıyanları aid etmək olar. 
H
əm hava, həm də çay nəqliyyatında əlavə əməliyyatlara görə (çəkilmə, 
saxlanılma, göndərmə əməliyyatları, həddindən artıq yüklənmə, bir yerdən başqa 
yer
ə yüklənmə və sairə) yığımlar tətbiq edilir. 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə