Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə69/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   63   64   65   66   67   68   69   70   71

Xalqları* zülmətdən azad edərək 

Qazandınız onların sevgisini 

Bu yalnız qələbə yox, böyük şücaət 

Tarix qarşısında misilsiz xidmət

İsrafil Məmmədov ilk qəhrəmanımız 

Ondan da cəngavər cəsur Ziyamız 

Peşəkar general Aslanov Həzi 

Oldular ellərdə dillər əzbəri.

Jandarmı olaraq azad xalqların 

Faşist xəbisləri bədnam oldular 

Milyon şəhid qanma bais olaraq 

Sonda yuvalarında boğuldular.

Kamillik məktəbi keçib cəbhədə 

Vətənə qayıtdı şən veteranlar 

Şərəfinizə yazıldı kitablar 

Oxunur mahnılarda həzin xitablar.

Qələbə olmazdı neft olmasaydı 

Azərbaycan neftin əsas məskanı 

Azəri elinin bu yanacağı 

Oldu qələbənin adsız dastanı.

Laləzar vətənin oğullarının 

Xidmətləri unudulmayacaq 

Torpağa tapşırılan şəhidlərin 

Xatirələri əbədi yaşayacaq.



"I"  və eləcə də  "g" hərfləri  ilə  Azərbaycan dilində  söz başlanmadığı 

üçün növbəti bənd  əvvəlki hərflə başlanır.

\

Mətin döyüşçülər getdikcə artdı 



Qəhrəmanlar yüz əlliyə çatdı* 

Məfkurə saflığı sizə yar oldu 

Mənfur düşmən yuvasında xar oldu.

Nəsihəti ata və anaların 

Sizin üçün oldu hünər meyyarı 

Doğmaların xoş niyyət, arzulan 

Döyüşlərdə oldu bəxtin açarı.

Odlar yürdu Azəri oğlulları 

Müzəffər döyüşdə ad qazandılar 

Milli diviziyalar döyüşlərdə 

Müqəddəs bayrağa sadiq qaldılar.

Ömrün oğlan çağı keçdi  savaşda 

Qəhraman oldunuz çox cavan yaşda 

Səngərdə verilən ağır imtahan 

Ruh  verir veterana ahıl yaşda.

Piyada, topatan və təyyarəçi 

Peləngtək döyüşdə ad qazandılar 

Fədakar xalqının adına layiq 

Savaşın sonunda qiymət aldılar.

Rəşadət göstərdiz siz döyüşlərdə 

Tankda, təyyarədə, topda, savaşda 

Azəri  adını  siz ucaltdınız 

Vətəni  dünyaya siz tanıtdınız.

1941-45-ci  illər  müharibəsində  Azərbaycandan  gedənlərdən  123 

nəfər Sovet İttifaqı Qəhrəmanı  adım, 34 nəfər isə  "Şöhrət"  ordeninin 

hər üç dərəcəsini almışdır.

275



Səngərdən sonrakı illərdə də siz 

Əmək cəbhəsinin fədakarları 

Çoxunuz keçmisiz yeddi onluğu 

Qarşıda uzun ömr qəhrəmanlığı.

Şanlı döyüşlərin qəhrəmanları 

Bu günün sayılan şən ahılları 

Prezident qanunu ilə himayələnən 

Dünya savaşının veteranları.

Təhlükə anları itkisiz olmur 

Savaşda hər zəfər böyük qələbə 

Şəhidlər sayılır şanla, şöhrətlə 

Onlar anılırlar daim hörmətlə.

Uzaq ölkələrin cürbecürlüyü 

Sizi aldatmadı, valeh etmədi 

Vətəni həsrətlə arzuladınız 

Vətəndə hörmətlə qarşılandınız.

Üzbəüz olarkən yağı düşmənlə 

Fələyin köməyi sizə yar oldu 

Birdə ki, vətənə ülvü məhəbbət 

Savaş yolunuzda bəxtiniz oldu.

Vaxtsız ağardı qara saçlarınız 

Lakin buna da bir bəraət vardı 

Cavankən aldınız xilaskar adı 

Bu adla ucaldı veteran adı.

Yuxusuz gecələr nələr çəkdiniz 

Yabançı ellərdə siz döyüşərkən 

Orada aldınız son yaraları 

Bunların məlhəmi  Vətənə qaldı.

Z ə f ə r l ə r   q ə l ə b ə n i   ş ə r ə f l i   e td i 

S a ğ la m   i r a d ə n i z   sizi  b ə r k it d i  

Ö m r ü n ü z ü n   b u   m ü d r ik   ç a ğ ın d a  

V e te r a n   a d ın ı  h ö r m ə t l i   e td i.

V e te r a n   h a q q ı n d a   q a n u n   m ü q ə d d ə s  

O n a   ə m ə l   e t m ə l i d i r   h ə r   b i r  k ə s  

B ıy -tə lə b   d e y il,  v ic d a n   m e y y a r ı d ır  

Q a y ğ ın ı n   ü n v a n ı   v e te r a n la r d ır .



May 2001.

277


VETERANLIQ ŞƏRƏFİ

1941-45-ci illər 

müharibəsi veteranlarına

Cavanlıq dövründə cəbhə həyatı 

Sizi sınağa çəkərək qəhrəman etdi 

Çox tez anladınız kişilik nədir 

Təmənnasız, ağayana kişilik.

İnsanlığın pak amalı budur ki, 

Sözün də saf, əməlin də düz ola 

Qeyrət, namus təkcə dildə qalmaya 

Kişiliyin meyarına çevrilə.

Veterana lovğalanmaq xas deyil 

Bezən hətta buna olsa da haqqı 

Cavanlara məsləhətçi  veteran 

Müdrikliyə meyillidir veteran.

Veteran adının şərəfini biz 

Son əlli beş ildə hiss etməkdəyik 

Əqidə saflığı cavan saxlamış 

Ömrümüzün qışı yaxınlaşsa da.

278

May 2001.

OĞUZ RAYONU  HAQQINDA 

MAHNI*

Sağında Qəbələ, solunda Şəki 

Durmusan ortada qəhrəman təki 

Qafqaz dağlarının ətəyi səki 

Səkidə yerləşən  Oğuzdur, Oğuz.

Oğuz bir diyardır, suları sərin 

Meyvələri  şirin, havası sərin, 

Bağları bəhrəli, dağları sərin 

Bu diyarın adı Oğuzdur, Oğuz.

Kəndləri abaddır, insanları  şən 

Meşolori göm-göy, tarlası düzən 

Bu xoş mənzərəni görər hər gəzən 

Bu  diyarın  adı  Oğuzdur, Oğuz.

Baharı gözəldir, payızı gözəl 

Çəmənliyi şehli, bulağı  gözəl 

Qırqovul, kəkliyi, təkəsi gözəl 

Bu diyarın adı Oğuzdur, Oğuz.

Üstündə Şah dağı, çəmənində gül 

Tarlası taxıllı, doludur sünbül 

Geniş baxçalarda şığıyır bülbül 

Bu diyarın adı  Oğuzdur, Oğuz.

M üəllif Oğuz rayonunda dünyaya göz açmışdır.

279



t ə m i z

 

a d

Oxucu, inan ki,  doğru sözümdür 

Rüşvət almamışam  və verməmişəm. 

Bundan bəzən hətta ziyan çəkmişəm 

Lakin  qazandığım olub, təmiz ad.

Mənim bu sözlərim lovğalıq deyil 

fnsan olan şəxsin keyfiyyətidir. 

Şərəfsiz dəllalla müqayisədə 

İnsanı  ucaldar nurlu təmiz ad.

Hacı Zeynal Abdin varlı olubdur 

Lakin qazandığı halal olubdur.

Öz millətinə ata olubdur 

Ən böyük nemətdir, təmiz ad.

Millət millət olar mübariz olsa 

Namuslar qorunar insanlıq olsa 

İnsanlıq yüksələr halallıq olsa 

İnsana şöhrətdir nurlu təmiz ad.

İsrafil, qürurlusan təmiz adınla 

Çap etdirdiyin qırx kitabınla 

Onlar oxunursa,  sən yaşayırsan 

Təmiz adınlasa sən tanınırsan.

ŞƏHİD LEYTENANT 

TAPDIQ İSMAYILOVUN 

XATİRƏSİNƏ

Əmim Əhməd kişi, əmdostum Gülşən 

Yeddi övlad ilə oldular çox şən 

Bunlardan ilk dördü qızlar dalbadal 

Tanrıya nəzirlə beşinci oğul.

Həsrətlə tapılmış Tapdıq adlandı 

Lakin sonra yenə  iki qız oldu 

Ağır xəstə Ata etmişdi niyyət 

Oğul toyun görmək olaydı qismət.

Yağı düşmən soxulmuşdu Qafqaza 

Tapdıq da döyüşə könüllü getdi,

Xəstə ata dünyasını tərk etdi 

Anadan gizləndi şəhid xəbəri.

Çox gözlədi oğul yolunu ana 

Dözmədi  dərdə, söndü yana-yana 

Altı bacı gündən-günə saraldı 

İndiyə onlardan ikisi qaldı.

Ana qəbri üstündə yazı bildirir:

«Oğul həsrətinə dözməyən Ana» 

Oğulun qəbrinin yeri bilinmir,

Tanrı duasındadır Ana və bala.

281



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə