Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

 
113
əhali girov kimi qalmışdı. Rayondan kənara çıxan azərbaycanlıları ölüncəyə 
qədər döyürdülər. Ümid təkcə vertolyotlara qalmışdı. Rayon DİŞ-in 
əməkdaşı Arif İsgəndər oğlu Məmmədov və  Əzizbəyov kənd sakini Arzu 
İsfəndiyar oğlu Haqverdiyev 1988-ci ilin noyabrında maşınla ev əşyalarını 
Azərbaycana apararkən yolda silahdan atəşə tutulmuş, bir necə yerdən güllə 
bədənlərini deşik-deşik etmişdi (sübutlar Azərbaycan Məhkəmə Ekspertizası 
İnstitutunda saxlanır). Hərbçilərin, BTR-lərin müşayiəti ilə Oxçoğlu 
kəndindən yola salınan 15 ailənin ev əşyaları Axuryan rayonunun Kaps 
(keçmiş Qanlıca) kəndində maşınlardan boşaldılmış, talan edilmiş, sonra isə 
od vurub yandırılmışdılar. Bu cinayət işi ilə SSRİ Prokurorluğunun 
əməkdaşları  məşğul olmalarına baxmayaraq, heç kəs məsuliyyətə  cəlb 
edilməmişdi. 
Əsas çıxış yollarını silahlı erməni quldurları ələ keçirdiklərinə görə, 
Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının azərbaycanlı  əhalisi 
maşınlarla deyil, qışın qarlı-boranlı günlərində dağlardan piyada aşaraq 
özlərini Azərbaycana çatdıra bilmişdilər. Krasnoselo, Vardenis, Sisyan, 
Qafan, Gorus, Razdan, Əzizbəyov, Amasiya rayonlarından 48 nəfər dağları 
aşarkən borana düşüb həlak olmuşdular. 
Vardenis (Basarkeçər) rayonunun Şişqaya kənd sakini, 1971-ci ildə 
anadan olmuş  Şahin Qabil oğlu  Əliyev 1988-ci ilin dekabrında dağları 
aşarkən Gədəbəy rayonunun ərazisində borana düşmüş  və donub ölmüşdü. 
Onun meyiti dörd aydan sonra, dağlarda qarın altından tapılmış  və  Şəmkir 
rayonunun Dağ Cəyir kəndində dəfn edilmişdir. 
Sisyan rayonunun Şəki kəndinin sakini, 1925-ci ildə anadan olmuş 
Xalisə Əmrah qızı Əliyeva 1988-ci ilin dekabrında dağlardan aşarkən borana 
düşmüş  və ölmüşdür. Lakin onun meyitini tapmamışdılar. Dağların qarı 
əridikdən sonra, 1989-cu ilin may ayında qohumları dağdan onun 
paltarlarının cırıqlarını və ağ saçlarını tapmışdılar. 
Ermənistandakı  qırğınların  ən faciəlisi  İrəvan  şəhərində Estonakan 
küçəsi ev 12/1, mənzil 56-da yaşayan Misgərovlar ailəsinin başına 
gətirilmişdir. 1955-ci ildə anadan olmuş Elza Cəfər qızı Misgərova və 1956-
cı ildə anadan olmuş qardaşı Vidadi namərd qonşularının və “dostlarının” 
şirin dillərinə aldanaraq İrəvanda qalıb mənzillərini Bakıya dəyişdirmək üçün 
münasib variant axtarırdılar. Elza və Vidadi “sadiq dostlarının” əli ilə hər cür 
işkəncələrlə  qətlə yetirilmiş  və  hər ikisinin meyitini  Artaşat rayonunun 
ərazisindəki Azat su anbarına tullamışdılar. 
Müvafiq sənədlər və  şahidlərin verdikləri ifadələr  əsasında 
Azərbaycan Qaçqınlar Cəmiyyətində  tərtib edilmiş siyahıya  əsasən, 1988-
1990-cı illər  ərzində Ermənistanda 216 nəfər azərbaycanlı  vəhşicəsinə  qətlə 


 
114
yetirilmiş  və ya millətlərarası münaqişə  zəminində baş vermiş hadisələr 
nəticəsində  həlak olmuşlar (Əlavəyə bax).  Həmin siyahıya  əsasən 52 nəfər 
aldığı  xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər 
odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş
9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər 
dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, 
bir nəfər asılmış, 2 nəfər maşın partladılması  nəticəsində, bir nəfəri elektrik 
cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 
nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak 
olmuşlar. 
1990-cı ilin avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti SSRİ 
Prokurorluğuna 05-1-208 nömrəli məktubla müraciət edərək Ermənistanda 
milli münaqişələr zəminində həlak olmuş  azərbaycanlılar haqqında məlumat 
verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V.İ.Kvartsovun 4 
oktyabr 1990-cı il 15-1502-90 nömrəli cavab məktubunda deyilir: “Sizin 
məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan 
SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi 
qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana 
göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana təhqiqat 
üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan 
məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu 
qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış  və istintaq 
dayandırılmışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan  ərazisində milli 
münasibətlərin kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və 
ictimai qayda-qanununa zidd olan digər hallarla müşayiət olunan kütləvi 
iğtişaşlar baş vermişdir... Bu hərəkətlər nəticəsində 21 nəfər öldürülmüş (20 
azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır bədən 
xəsarəti almışdır. Qətl hadisəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə 
nəticələnmiş  ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq 
məhkəməyə göndərilmişdir.  Əliyevlər barəsindəki cinayət işinə  bəraət 
qazandırıcı  əsaslar üzrə xitam verilmişdir, belə ki, istintaq bu qənaətə 
gəlmişdir ki, onun Mirzoyanı öldürməsi son zəruri müdafiə  həddindən baş 
vermişdir. 
Bu qəbildən məhkəməyə göndərilən üç qətl və  ağır bədən xəsarəti 
yetirilməsi üzrə iki cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə 
azadlıqdan məhrum edilmişlər. Bir neçə cinayət işi  əlavə istintaqa 
qaytarılmışdır. 


 
115
Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan 
istintaqın tamlığını  və obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün 
tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın 
xitam verilmiş  işləri araşdırmaq və istintaqı  təzələmək məsələsinin 
mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan 
məhkəmələrinə milli nifaq zəminində baş vermiş 91 müttəhim barəsində 
cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühakimə olunmuş
onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir. 
SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və  zəruri 
kömək göstərir.”
1
 
V.İ.Kvartsovun bu cavabı ilə əlaqədar təkcə onu qeyd edirik ki, əgər 
Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan 530 cinayət 
işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdırsa, keçmiş 
SSRİ Prokurorluğunun bu işə necə kömək etdiyini və hansı  nəzarəti 
qoyduğunu izah etməyə ehtiyac qalmır. 
Məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni 
millətçilərinin separatçı  hərəkətlərinə vaxtında və qanuni qiymət 
vermədiklərinin nəticəsində 200 mindən artıq azərbaycanlılar  əsrlər boyu 
yaşadıqları  əzəli torpaqlarından iki həftə  ərzində  vəhşicəsinə qovuldular. 
Keçmiş  İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına 
seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar 
Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP 
MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi 
tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının 
ayrı-ayrı  vəzifəli  şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul 
etmişdi. 
SSRİ Nazirlər Soveti sədrinin o zamankı müavini B. Şerbinanın 
rəhbərliyi ilə  hər üç Zaqafqaziya respublikalarının nazirlər sovetlərinin 
sədrləri və  İttifaqın müvafiq nazirliklərinin rəhbər işçiləri da daxil olmaqla 
xüsusi komissiya yaradılmışdı. Bu komissiya qaçqınların təhlükəsiz 
köçürülməsi və yerləşdirilməsi məsələləri ilə  məşğul olmalı idi. Əslində isə 
Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-
də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz 
işini başa vurmuşdu. 
Zəlzələnin vurduğu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı  bərpa 
etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu 
                                                           
1
 Həsənli Həsən, «Faciələrin xronikası yaradılmalıdır»məqaləsi, «Vətən səsi» qəzeti, 
1 avqust 1991-ci il. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə