Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

 
110
göstərişi ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə 
çıxarıb, od vururlar. 
Avtobuslarla dolu camaatı rayon ərazisindən kənarda - Quqark 
rayonunun Mrqahovit (Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli 
keçmiş silahlı  dəstələr gözləyirdilər. Spitak rayonunun rəhbərləri işi elə 
hazırladılar ki, qan qonşu rayonun ərazisində tökülməli idi, bununla da onlar 
məsuliyyətdən kənarda qalacaqdılar. Gecənin qaranlığında yolun kənarında 
pusquda durmuş quldurlar avtobusları atəşə tutur, 3 nəfər həlak olur, 7 nəfər 
ağır yaralanır. Bu cinayətlə bağlı Ermənistan Prokurorluğunun verdiyi 
cavabdan: 
«1. Balacayev Şahin Səyyad oğlu, 1977-ci ildə anadan olmuş, Saral 
məktəbinin 4-cü sinif şagirdi. Mrqahovit kəndinin yaxınlığında Spitakdan 
gələn PAZ-672 markalı 39-52 ADN nömrəli avtobus naməlum  şəxslər 
tərəfindən atəşə tutulmuşdur, güllə başından dəymiş, yerindəcə keçinmişdir. 
01.12.1988 
2. 
 
Balacayev Teymur Məsim oğlu, 1959-cu ildə anadan olmuş, Kirovakan 
dəzgahqayırma zavodunun fəhləsi, PAZ-696 markalı, 57-94 ADN nömrəli 
avtobusla (Spitakdan gələn kolonna) Mrqahovit kəndi yaxınlığında meşədə 
naməlum  şəxslər tərəfindən daşa basılmış, başından zərbə alaraq yerindəcə 
keçinmişdir. 
3. 
 
Balacayeva Sürəyya Hüseyn qızı, 1954-cü ildə anadan olmuş, yuxarıda 
qeyd edilmiş hadisə zamanı  bədən xəsarəti almış  və 02.12.1988-ci ildə 
xəstəxanada keçinmişdir.» 
Ermənistan Prokurorluğunun verdiyi həmin məlumatın əlavəsində isə 
Balacayevlərin hər üçünün güllə yarasından öldürüldüyü qeyd edilmişdir. 
Sürəyyanın həyatını xilas etmək mümkün idi. Lakin onu Kirovakan 
xəstəxanasında tibb bacıları döşəkağıları ilə boğub öldürmüşdülər. 
Sürəyyanın üstündə olan 6 min manat nağd pulu və 3 min manat dəyərində 
olan zinət  şeylərini xəstəxanada həkimlər oğurlamışdılar. Rayon rəhbərləri 
hər üç meyiti Azərbaycana gətirməyə qoymamış, Quqark rayonunun Vartanlı 
kəndində hərbçilərin köməyi ilə dəfn etmişdilər. 
Spitak faciəsindən daha bir nümunə. Qursalı  kənd sakini Rəhim 
Daşdəmirov 23 il idi ki, Kirovakan şəhərində milis işçisi işləyirdi.  Əmək 
veteranı, milis əlaçısı idi. 1989-cu il iyunun 9-da oğlu Mayılla  şəxsi 
maşınlarında Spitak şəhərinə  gəlib bəzi sənədləri götürmək və  zəlzələdən 
sonra Qursalıda dağılmış evlərinin dəyərinin  əvəzini almaq istəyirdilər. 
Spitak RİK-in qarşısında onu tanıyan iki erməni hücum edib armaturla onun 
başını  əzir və hadisə yerindən qaçırlar. Özünü itirən Mayıl atasını maşına 
qoyub Qazax xəstəxanasına çatdırmaq istəyir. Ermənilər onları maşınla 


 
111
tə’qib edirlər. Rəhim kişini xəstəxanaya çatdırmaq olmur. O, yolda keçinir. 
İyunun 10-da R. Daşdəmirovu Gəncə şəhərində dəfn edirlər. 
Bununla  əlaqədar olaraq Ermənistan Prokurorluğunun həqiqətdən 
uzaq, riyakar cavabında deyilir: «Daşdəmirov Rəhim Cabbar oğlu, 1932-ci 
ildə anadan olmuşdur. 1988-ci ilin iyulunda zəlzələdən çatacaq 
kompensasiyanı almaq üçün Spitaka gəlmişdilər. Döyülmüşlər. Xəstəxanaya 
yerləşdirməkdən imtina etmişdir. Öz maşınında Bakıya getmişdir. 1990-cı 
ildə Ermənistan DTK-na Bakıdan teleqram gəlmişdir ki, Daşdəmirov 
Spitakda döyüldükdən sonra Bakıda ölmüşdür. Bunun əsasında cinayətkar 
məhkəməyə verilmiş, ancaq psixi xəstə olduğu müəyyən edilmişdir.» 
Ermənistan Prokurorluğu göndərdiyi cavab həqiqətə uyğun olmadığı 
kimi, Daşdəmirovun qatilinin «psixi xəstə» çıxması da ermənisayağı 
saxtakarlıqdır. 
Ermənistanda azəri türklərinə qarşı  dəhşətli cinayətlər törədilmiş 
rayonlardan biri də Stepanavan (keçmiş  Cəlaloğlu) rayonudur. Kuybışev 
kəndinin sakinləri Təmraz Yusif oğlu  İsgəndərov, Gilas Rüstəm qızı 
Xəlilova,  Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş  və soyuq silahla 
qətlə yetirilmişlər. Puşkino kolxozunun sağıcısı (Gərgər kənd sakini) Bəsti 
İsrafil qızı Mustafayeva isə Ermənistanda baş vermiş  dəhşətli zəlzələdən 
sonra, yəni bütün dünyanın Ermənistanın halına ağladığı bir vaxtda, 30 
dekabr 1988-ci ildə diri-diri yandırılmış  və meyiti zibillikdə gizlədilmişdi. 
Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı. Qeyd 
etdiyimiz dörd ölüm hadisəsindən yalnız ikisinin barəsində cinayət işi 
qaldırılmışdı. 
1902-ci ildə anadan olmuş, Kalinino rayon mərkəzindəki 41 nömrəli 
evdə yaşayan Məhəmməd Nəbi oğlu Sadıqovun evinə rayon mərkəzində 
keçirilən mitinqdən ayrılan silahlı dəstə hücum etmiş, onu soyuq silah və daş-
qaya ilə öz həyətindəcə  qətlə yetirmişdilər. Bu haqda «Pravda» qəzetinin 7 
yanvar 1989-cu il tarixli və  «Социалистическая  индустрия» qəzetinin 18 
dekabr 1988-ci il tarixli sayında dərc edilmişdir. 
1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azəri 
türkləri yaşayan kəndlərinin  əhalisi sıxışdırılır, kəndlərə  ərzaq göndərilmir, 
elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk 
edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə  qətlə 
yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin  əksəriyyəti 
əsasən azərbaycanlı  əhalinin öz yaşayış  məntəqələrini tərk etməyə  məcbur 
olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar 
üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların 
əksəriyyəti milis forması geyərək özbaşına yoxlama — buraxılış məntəqələri 


 
112
yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini 
yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu 
maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə 
qətlə yetirirdilər. 
Ermənistan Prokurorluğu öz ərazisində törədilən minlərlə cinayəti 
açmadan aşağıdakı kimi şablon cavablar vermişdir: “Göstərilən məlumatlara 
uyğun  şəxs pasport qeydiyyatı stolundan və  kənd sovetinin təsərrüfat 
kitabından keçməmişdir,” “Ünvanından qeydiyyatdan çıxıb”, “Ölümü 
haqqında qeydiyyat rayon VVAQ şöbəsində yoxdur,” «1988-ci ildə 
ünvanından çıxıb Azərbaycan SSR-ə getmişdir” və s. 
Ermənistan Prokurorluğunun Masis qəsəbəsinin sakini Səfa 
Novruzəli qızı  Cəfərova haqqında verdiyi məlumatda yazılmışdır: 
”Göstərilən məlumatlara uyğun şəxs RDİŞ-nin və VVAQ-ın qeydiyyatından 
keçməmişdir.” Belə  çıxır ki, belə bir adam ümumiyyətlə, Masis rayonunda 
yaşamamışdır və onun öldürülməsi də  təbii ki, uydurma hesab edilməlidir. 
Lakin sənədlər içərisində  Cəfərova Səfa Novruzəli qızının Masis qəsəbə 
Soveti tərəfindən verilmiş doğum haqqında  şəhadətnaməsinin surəti vardır. 
Şəhadətnamə 1980-cı il aprelin 2-də yazılmış və qeyd nömrəsi 189-dur (Ş-SL 
№ 262478). Şahidlərin verdiyi izahata əsasən isə Səfa başından aldığı zərbə 
nəticəsində Masisdə qətlə yetirilmişdir. 
Ermənistan tərəfi azərbaycanlılara qarşı törədilən cinayətləri  əsasən 
təkzib edərək qeyd edir ki, konkret olaraq bu və ya digər halda zərərçəkənlər 
Ermənistanın hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Bir halda ki, 
Ermənistanda azərbaycanlılara qarşı cinayətlər respublika hökuməti 
səviyyəsində, onun yerlərdəki partiya, sovet və hüquq-mühafizə orqanları 
rəhbərlərinin başçılığı ilə törədilirdi, onda azərbaycanlıların şikayətlərinin nə 
mənası olacaqdı? Kim bu şikayətə baxacaq, kimləri cəzalandıracaqdı? Tək-
tək şikayətçiləri isə bir daha əzişdirib elə hala salırdılar ki, şikayət etdiyinə də 
peşman olurdu. Axırda da sözləri bu olurdu: “sizinkilər Sumqayıtda 
erməniləri niyə qırdılar? Şükür edin ki, sağ qalıbsınız.” 
Bütün bunlara görə  də azərbaycanlılar öz rəsmi  şikayətlərini yalnız 
Azərbaycana çatdıqdan sonra edə bilirdilər. 
Amasiya rayonunda azərbaycanlılara qarşı edilən cinayətlərlə 
əlaqədar Ermənistan Prokurorluğunun cavabında deyilir:” Rayonun keçmiş 
sakinləri azərbaycanlıların və ya onların qohumlarının ərizələrində nə əmlak 
iddiası, nə də ermənilər tərəfindən onlara qarşı zor işlədilməsi haqqında SSRİ 
DİŞ-in operativ əməliyyat qrupuna şikayət edilməmişdir.” 
Amasiya rayonu coğrafi mövqeyinə görə  qərbdən Türkiyə ilə, 
şimaldan Gürcüstanın ermənilər yaşayan rayonları ilə əhatə olunmuş, 18 min 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə