Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


partiya təşkilatında Sov.İKP MK-nın 1983-cü il iyun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

 
101
"Ermənistan partiya təşkilatında Sov.İKP MK-nın 1983-cü il iyun 
plenumunun qərarının yerinə yetirilməsi haqqında" Sov.İKP MK-nın 17 
oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda 
millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif 
edilir, azlıqda qalan millətlərin dilinin və  mədəniyyətinin inkişafına imkan 
yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri 
təmsil olunmurlar və s. 
Bütün bunlarla müqayisədə, həmin dövrdə Azərbaycanda yaşayan 
ermənilər istənilən səviyyədə  məsul vəzifələrdə irəli çəkilirdilər. Erməni 
millətindən olan nazir və neçə-neçə nazir müavinləri, rayon partiya 
komitələrinin katibləri, icraiyyə komitələrinin sədrləri, respublika miqyaslı 
idarə  rəisləri Azərbaycanda vəzifə tuturdular. Hüquq və mühafizə 
orqanlarında, xüsusən də Respublika Prokurorluğunda və Daxili İşlər 
Nazirliyində bir çox məsul vəzifələrdə ermənilər işləyirdilər. Ümumiyyətlə, 
Azərbaycanda erməni millətindən olan respublika səviyyəli nomenklatur 
kadrlarının ümumi sayı onların respublika əhalisinə olan nisbətindən 
dəfələrlə çox idi. DQMV-də  əhalinin 30 faizini azərbaycanlılar təşkil etdiyi 
halda, vilayətin idarəetmə strukturlarında onlar həmin nisbətdə  təmsil 
olunmamışdılar. Ermənistanda olduğu kimi, DQMV ərazisində  də bütün 
səviyyələrdə azərbaycanlı əhalinin hüquqları tapdanırdı.  
1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Z.Balayanın 
"Ocaq" kitabının dərc edilməsi Ermənistanda azərbaycanlılara qarşı 
düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına səbəb oldu. Həmin vaxt 
Ermənistanda 170 təmiz və 94 qarışıq azərbaycanlı yaşayış  məskənləri var 
idi. Z.Balayan kitabının əvvəlində yazır ki, Ermənistanda olan bütün kəndləri 
– 1063 kəndi gəzib dolaşmış, nəticədə  həmin kitabı yazmışdır. O, həmin 
əsərdə heç olmazsa yolüstü də olsa azərbaycanlı  kəndlərindən keçdiyini 
qəsdən qeyd etmir. Lakin Amasiya rayonunun İlli erməni kəndində öyrənir 
ki,  rayonda yaşayan ermənilərin sayı azalır (təbii ki, türklərin sayı artırdı). 
Onda Z.Balayan tədbir görməyin vaxtı çatdığını bildirir. Balayanlara belə bir 
fürsəti M.Qorbaçovun elan etdiyi "demokratiya və aşkarlıq" prinsipləri verdi. 
Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını  təyinetmə  pərdəsi 
altında Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik 
törədə biləcək  şəxs – Heydər  Əliyev 1987-ci ilin oktyabrında erməni 
lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun 
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən 
uzaqlaşdırıldı. Elə  həmin il oktyabrın axırından  İrəvanda DQMV-ni 
Ermənistana birləşdirmək tələbi ilə mitinqlər keçirildi. Noyabrın 18-də 
Qorbaçovun sağ  əli sayılan A.Aqanbekyan Parisdə "Humanite" qəzetinə 


 
102
verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi 
cəhətdən daha sərfəli olmasını  və bu məsələ üzərində xüsusi komissiya 
işlədiyini bəyan etmişdi. 
 


 
103
 
4. İNDIKİ ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI 
SONUNCU SOYQIRIM 
 
Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist 
Partiyasının Baş katibi seçilməsindən sonra Dağlıq Qarabağ ermənilərinin öz 
müqəddaratını  təyin etməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya 
planı işlənib hazırlanmışdı.  
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız 
erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin 
Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə 
daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV 
XDS-nin konstitusiyaya zidd qərarını  rədd etdikdən sonra, Ermənistanın 
millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” 
proqramını həyata keçirməyə başladılar. 
1988-ci il feralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. 
Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan 
yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü 
günü  İrəvanda salamat qalmış yeganə  məscid binası (XX əsrin  əvvələrində 
şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına 
İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı.  İrəvanda bu 
hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. 
İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. 
“Sumqayıt qırğınları” proqramının icracılarından  ən fəalının 1959-cu ildə 
anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması 
(öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən on gün əvvəl 
Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi 
şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni 
operatorlarının  əvvəlcədən hadisələrin planlı  şəkildə törədiləcəyi yerlərdə 
özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin 
montaj edilib bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın 
xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal 
Xankəndində (Stepanakertdə) qoyulması  və bu kimi faktlar sübut edir ki, 
bütün bunlar erməniləri, eləcə  də dünya ictimaiyyətini Azərbaycan xalqına 
qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini 
güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, 
Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli 
saxlanmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə