Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

 
95
sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə «Məşədi  İbad», «Leyli və 
Məcnun», «Eşq və intiqam», «Şah  İsmayıl» kimi əsərləri tamaşaya 
qoymuşdu. Bütün bunlara baxmayaraq, teatr Basarkeçər rayonunun tamamilə 
ermənilər yaşayan mərkəzinə köçürüldü. 
Ermənistanda ali təhsilli azərbaycanlı kadrların çoxalmasına imkan 
verməmək məqsədilə ilk növbədə X.Abovyan adına  İrəvan Pedaqoji 
İnstitutunun Azərbaycan dilində olan fakültələri – dil-ədəbiyyat, tarix, 
coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji 
İnstitutunun eyniadlı fakültələri bağlanaraq Bakıdakı müvafiq institutlara 
köçürüldü. Azərbaycan elminə görkəmli xadimlər bəxş etmiş  İrəvan 
Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq Xanlar rayonuna köçürüldü. 
Bir qədər  əvvəl, yəni müharibə illərində Leninakanda (Gümrüdə) fəaliyyət 
göstərən və Zaqafqaziyada yeganə olan Süd Sənaye Texnikumunun 
azərbaycanlı şöbəsi də bağlanmışdı. 
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək 
bəhanəsi adı altında Naxçıvanla Ermənistan arasındakı  ərazilərdə xeyli 
miqdarda erməni  əhalisinin yerləşdirilməsinə nail oldular. İrəvan  şəhərinin 
əhatəsindən köçürülən azərbaycanlıların 
əvəzinə erməniləri 
məskunlaşdırdılar. Köçürülmə  nəticəsində  İrəvan  ətrafındakı  Əştərək, 
Qarabağlar, Qəmərli, Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin 
rayonlarının və Arpa-Sevan (Göyçə) xətti  ətrafında yerləşən rayonların 
müsəlmanlar yaşayan münbit torpaqları ermənilərin  əlinə keçdi. Türkiyə ilə 
sərhəd boyunda yerləşən Vedi, Zəngibasar, Hoktemberyan rayonlarının 
azərbaycanlı  əhalisini köçürməklə    ermənilər özləri üçün «etibarlı  sərhəd 
zolağını» tə’min etdilər. Amasiya rayonu bir tərəfdən Türkiyə, digər tərəfdən 
Gürcüstanın ermənilər yaşayan Boqdanovka və Axılkələk rayonları arasında 
yerləşdiyindən, Ermənistan rəhbərliyi həmin rayonu da köçürmək qərarına 
gəlmişdi. «Ermənistanın Sibiri» adlandırılan Amasiya rayonunun Qarabulaq, 
Qızılkənd,  Şurabad və Daşkörpü kəndləri Azərbaycanın aran rayonlarına 
köçürülmüşdü. Lakin sonralar Amasiyadan köçürülmə prossesi 
dayandırılmışdı. Çünki köçürülən kəndlərdə  kənardan heç bir erməni gəlib 
məskunlaşmaq istəmədiyindən, kəndlər boş qalırdı. Bu isə iqtisadi cəhətdən 
Ermənistan hökumətinə  əl vermirdi. Çünki Ermənistanın heyvandarlıq 
məhsulları ilə tə’min edilməsində Amasiya rayonunun xüsusi yeri var idi. 
Əgər 1948-1953-cü illərdə Ermənistandan 150 minə yaxın  əhali 
deportasiya edilərək Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə 
yanaşı  mədəni-maarif ocaqları bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb 
çıxarılmasaydı, azərbaycanlı  əhalinin təbii artımı  nəticəsində 80-cı illərin 
sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına 


 
96
yaxınlaşacaqdı. Bu təhlükəni Ermənistan rəhbərləri  əvvəlcədən hiss edir və 
vaxtında tədbir görürdülər. 
Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar o dövr 
Ermənistan mətbuatı, o cümlədən "Sovet Ermənistanı" qəzeti heç bir iz 
buraxmamışdır. 1948-1953-cü illərdə "Sovet Ermənistanı" qəzetinin 
səhifələrində yalnız onu müşahidə etmək olur ki, kəndlərdə  əhalinin milli 
tərkibi tədricən dəyişir, müsəlman kəndləri erməni kəndlərinə çevrilir. 
Araşdırmalar göstərir ki, 1948-1953-cü illərdə azərbaycanlıların 
indiki Ermənistan  ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası 
haqqında SSRİ hökumətinin qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin 
qərarla Ermənistanın 23 rayonundan 100 min azərbaycanlı  əhalinin könüllü 
köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı təzyiqlər 
vasitəsi ilə həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200 yaşayış 
məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdi. 
1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz 
qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə  də 1948-
1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin 
xalqların siyahısına daxil edilmədi. Prezident Heydər  Əliyevin 18 dekabr 
1997-ci il tarixli fərmanı  həmin illərdə xalqımıza qarşı  həyata keçirilmiş 
tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi, onun beynəlxalq ictimaiyyətin 
nəzərinə çatdırılması üçün zəmin yaratmışdır.  
(1948-1953-cü illərdə indiki Ermənistandan deportasiyaya məruz 
qalmış azərbaycanlı yaşayış  məntəqələrinin siyahısı kitabın  əlavə  sənədlər 
hissəsində verilir.) 


 
97
 
3. ERMƏNİ ŞOVİNİZMİNİN DİRÇƏLİŞİ (1960-1987-ci illər) 
 
Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin 
ortalarında yenidən var gücü ilə  işə salınmışdı. 1964-cü ildə Ermənistanın 
rəsmi dairələri Moskvanın razılığı ilə uydurma "Erməni genosidi"nin 50 
illiyinin qeyd edilməsi haqqında qərar qəbul etmişdilər. Bir il ərzində 
Ermənistanın bütün kütləvi informasiya vasitələri, nəşriyyatları, redaksiyaları 
1915-ci il "genosidi"nin təbliği ilə məşğul olmuşdular. Həmin vaxtadək gizli 
fəaliyyət göstərən "Daşnaksutyun" partiyası fürsətdən istifadə edərək, bir növ 
açıq fəaliyyətə keçmişdi. Erməni millətçiləri 1965-ci ilin fevralında cəllad 
Andranik Ozanyanın anadan olmasının 100 illiyini təntənəli surətdə qeyd 
etdilər. Həmin dövrdə Ermənistanı Yenidən Birləşdirmə Komitəsi 
yaradılmışdı. 
Bu hərəkata gizli surətdə Ermənistanın KP MK-nın o zamankı birinci 
katibi Y.Zarobyan, ikinci katibi H.Bağdasaryan, Elmlər Akademiyasının 
prezidenti V.Hambarsumyan, şairlərdən Hovanes Şiraz, Silva Kaputikyan, 
akademik B.Ulubabyan, C.Girakosyan və s. rəhbərlik edirdilər. Nümayiş  və 
mitinqlərdə isə tələbələri və xaricdən gələn erməniləri qabağa verirdilər. 
Komitə öz qarşısına «Türkiyə Ermənistanı»nı, Naxçıvan və Qarabağı 
indiki Ermənistana birləşdirməyi məqsəd qoymuşdu. 
1965-ci aprelin 24-də  İrəvanda "qırğınların" 50 illiyinə  həsr edilmiş 
yığıncaq keçirilmiş, Ermənistan EA-nın prezidenti Viktor Hambarsumyan 
məruzə etmişdi. 
Tədbirin keçirilməsi zamanı Ermənistanı Yenidən   Birləşdirmə 
Komitəsinin üzvləri onların nümayəndəsinə məruzə üçün söz verilməməsinə 
etiraz  əlaməti olaraq Opera Teatrı binasının  şüşələrini sındırmış,  şəhərdə 
çaxnaşma salmış, orada yaşayan azəri türklərini "genosid"lə hədələmişdilər.
1
  
60-cı illərin ortalarında Ermənistanda aparılan milli ayrıseçkilik 
siyasəti və diskriminasiya aksiyası  nəticəsində  İrəvan və onun ətraf 
rayonlarından minlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu. 
1961-ci ildə SSRİ hökuməti xaricdə yaşayan ermənilərin yeni 
dəstəsinin qəbul edilməsi haqqında qərar qəbul etmişdi. Ermənistan KP MK-
nın 1961-ci il oktyabr plenumunda qərara alınmışdı ki, ermənilərin 
Ermənistana 1946-48-ci illər köçürülməsi zamanı  əldə edilən təcrübəyə 
əsaslanaraq, onlara mənzil fondu ayırmaqla, məktəblər və s. sosial obyektlər 
təşkil etməklə onların yerləşdirilməsinə başlansın. 1962-ci ilin əvvəlində 
                                                           
1
 Didərginlər, Bakı, 1990, səh. 92-97. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə