Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

 
98
başlayaraq Kiprdən, Misirdən,  İrandan, ABŞ-dan, Türkiyədən, Uruqvaydan, 
Argentinadan ermənilər Ermənistana axışdılar. 1962-1965-illərdə 
Ermənistana 7 min erməni gəlmişdi. Onlar əsasən sənaye  şəhərlərində  və 
Hoktemberyan, Eçmiədzin, Artaşat və Vedi rayonlarında yerləşdirilmişdilər. 
Ümumiyyətlə, 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min 
erməni gəlmişdi.
2
  
1946-1948-ci illərdə olduğu kimi, 60-cı illərdə  də xaricdən 
ermənilərin Ermənistana gətirilməsi oradan azərbaycanlıların kütləvi surətdə 
deportasiya edilməsi ilə  nəticələnmiş, on minlərlə azərbaycanlı  əhalinin 
Azərbaycana və başqa yerlərə köçməsinə səbəb olmuşdu. 1968-ci ildə erməni 
tarixçiləri saxtakarlıqla Erebuni (guya qədim  İrəvan)  şəhərinin guya 2750 il 
öncə salındığını sübuta yetirməyə  cəhd göstərdilər, təntənəli yubileylər 
keçirdilər. Ermənilər əski erməni əlifbası ilə şəhərin salınma tarixini yazmış 
və onu şüşə qabın içərisində torpağa basdırmışdılar. Lakin həmin şüşə qabın 
II Yekaterina zamanında Rusiyada istehsal olunduğu sübut edildikdən sonra 
ifşa olundular. Erməni tarixçilərinin İrəvan şəhərinin əski türk şəhəri olması 
faktını danmaq cəhdləri bir daha puça çıxdı. Təəssüf ki, həmin vaxt 
Azərbaycan  alimləri susmağı üstün tutdular. 
1979-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə 
görə Ermənistanda azərbaycanlılar 160841 nəfər, yaxud Ermənistan 
əhalisinin (3037259 nəfər) 5,3 faizini təşkil edirdilər. 1926-cı ildə 
Ermənistanda türklər 84,6 min nəfər olmuşdular. Həmin dövrlə müqayisədə 
azərbaycanlılar cəmisi 89 faiz, yaxud 1,9 dəfə artmışdı. Müqayisə olunan 
müddətdə ermənilər 743,6 min nəfərdən 2725000 nəfərə çatmışdı. Onların 
artımı 280 faiz, yaxud 3,7 dəfə olmuşdur. Eyni müddət ərzində kürdlər 15,3 
min nəfərdən 50822 nəfərə çatmış, 301 faiz, yaxud 3,3 dəfə artmışdı. Bu 
rəqəmlər azərbaycanlıların Ermənistanda nə  dərəcədə diskriminasiya və 
repressiyaya məruz qaldıqlarına əyani nümunədir. 
Təəccüblü orasıdır ki, 1972-ci ildə Ermənistan respublikası "Xalqlar 
dostluğu" ordeni ilə təltif edilmişdi. 
1965-ci ildə Ermənistan rəhbərləri Göyçə (Sevan) gölünün suyunun 
azalmasını  bəhanə edərək Arpa çayının kanal vasitəsi ilə Göyçə gölünə 
axıdılması üçün SSRİ hökumətinin qərarını ala bildilər. Uzunluğu 48,5 km 
olan bu tunel-kanalın çəkilməsi ilə Arpa çayından suvarılan Naxçıvan 
MSSR-in torpaqları suya həsrət qaldı. Təəssüf ki, Azərbaycanın o zamankı 
rəhbərləri ermənilərin bu hərəkətinə qarşı  çıxmağa özlərində  cəsarət 
tapmadılar. 
                                                           
2
 История aрмянского народа, Ирəван, 1980, səh. 417-418 


 
99
1960-1970-ci illərdə  Ağstafa-İcevan,  İcevan-Razdan, Sevan-Şorca
Şorca-Zod (qızıl mədəninə) çəkilən elektrikləşdirilimiş  dəmiryol xətləri 
Ermənistanın iqtisadiyyatının dirçəlməsinə xeyli təkan verdi. Çünki 
Ermənistanın nəhəng kimya sənayesi müəssisələri və toxuculuq kombinatları 
bütövlükdə Azərbaycandan gətirilən xammal əsasında işləyirdi. 
Zod qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı  əmələ 
gələn zəhərli maddələr Araz çayına axıdılır. Gorus və Sisyanın sənaye 
müəssisələrinin tullantıları  Həkəri çayı vasitəsilə, Qacaran və Qafanın mis-
molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı vasitəsilə Araz 
çayına, Allahverdi-Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə 
Kür çayına axıdılır, Azərbaycan təbiətinə, canlı aləminə, ekologiyasına 
öldürücü zərbələr vurur. 
Ermənistanın iqtisadiyyatı bütövlükdə Azərbaycandan qidalanmasına 
baxmayaraq, erməni ziyalıları, mədəniyyət və incəsənət xadimləri mütəmadi 
olaraq antitürk, antiazərbaycan təbliğatını gücləndirir, erməni və Azərbaycan 
xalqları arasında  ədavət toxumu cücərdirdilər.  İrəvanda 1915-ci il 
"soyqırımı"na məruz qalanların xatirəsinə abidənin qoyulması, 
Hoktemberyan rayonunda Sərdarabad döyüşçülərinin xatirəsinə memorial 
kompleksinin açılması, uşaqdan böyüyə kimi hamının bu abidələri ziyarət 
etməsi, "erməni qırğınları"na həsr edilmiş kinofilmlərin nümayiş etdirilməsi 
erməni xalqında Azərbaycan xalqına qarşı düşmənçilik  hisslərinin 
alovlanmasına səbəb olurdu. Xüsusən, erməni yazıçılarından S.Zoryanın, 
G.Eminin, S.Xanzadyanın, S.Ayvazyanın  tarixi səpkidə yazılan roman və 
povestləri, publisistik əsərləri erməni xalqında türk dünyasına, müsəlman 
dünyasına qarşı düşmənçilik hissləri təlqin edirdi. 
İrəvan televiziyası  və radiosu Qarabağın və Naxçıvanın erməni 
torpaqları olması haqqında günaşırı verilişlər təşkil edir, bir növ erməni 
gənclərini Azərbaycana qarşı hücuma hazırlayırdı. 
1965-ci ildən etibarən hər il aprelin 24-ü rəsmi olaraq "genosid" 
günü kimi qeyd edilir. Həmin günlər Ermənistanda yaşayan azərbaycanlılar 
üçün qorxulu gün hesab edilirdi. Şəhərin küçə bazarlarında  ələ keçən 
azərbaycanlıları döyür, təhqir edirdilər. 
1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək 
Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar 
yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını 
qırıb dağıtmışdılar. Müdafiəsiz  əhali Türkiyə  sərhədinə  sığınmağa məcbur 
olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son 


 
100
qoyulmuşdu.
1
 Bu cür hadisələr Ermənistanda türklərin yaşadıqları 22 
rayonda müxtəlif vaxtlarda, müxtəlif cür baş verirdi. 
Son yetmiş ildə Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq 
elan edilməmiş "səlib yürüşü"nün proqramı respublikanın  ən yüksək 
dairələrində hazırlanır, gizli qərarlar və xüsusi göstərişlər vasitəsilə  həyata 
keçirilirdi. 80-ci illərin ortalarında Ermənistanda yaşayan azərbaycanlıların 
problemlərini həll etmək üçün məsələnin kəskin  şəkildə Ermənistan 
rəhbərləri qarşısında qoyulması vaxtı çatmışdı. Bu məsələni Azərbaycan 
rəhbərləri qaldırmalı idilər. Haqq, ədalət də bunu tələb edirdi. Lakin 
Azərbaycan rəhbərləri hər gün Ermənistandan onların ünvanına göndərilən 
imdad dolu şikayət məktublarına etinasız yanaşır, Ermənistanın "daxili 
işlərinə qarışmamağını" üstün tuturdular. 
Həmin dövrdə Ermənistanda iki yüz mindən artıq azərbaycanlı 
yaşadığı halda, Ermənistan KP MK aparatında onları bir nəfər inspektor 
təmsil edirdi. Ermənistan SSR Nazirlər Sovetinin və Ali Sovetinin 
aparatlarında bir nəfər də olsun məsul  şəxs işləmirdi. Ali Sovet sədrinin 
ictimai  əsaslarla müavinindən başqa ("Sovet Ermənistanı" qəzetinin 
redaktoru  ənənəvi olaraq ictimai əsaslarla müavin seçilirdi). Komsomolun 
Mərkəzi Komitəsində isə 1981-ci ildən etibarən bir nəfər təlimatçı  işləyirdi. 
Əhalinin  əksəriyyətini türklər təşkil edən rayonlarda (Krasnoselo, Vardenis 
(Basarkeçər), Masis (Zəngibasar), Amasiya (Ağbaba))  əsas nomenklatur 
vəzifələrdə ermənilər işləyirdilər. Amasiya rayonu əhalisinin 86 faizini 
azərbaycanlılar təşkil etdiyi halda, nomenklatur vəzifələrinin 90 faizini 
ermənilər tutmuşdular.  Əvvəllər Ermənistanın rayonlarında rayon partiya 
komitəsinin birinci katibi vəzifəsində  işləmiş azərbaycanlıların heç birinə 
Ermənistanda təqaüdə  çıxmaq müyəssər olmamışdı. Onlar təqiblərə  və 
terrora məruz qaldıqlarından ya respublikanı  tərk edərək Azərbaycana 
köçməyə  məcbur olmuş, ya da müəmmalı  şəkildə  həyatla vidalaşmışdılar. 
Əvvəllər Amasiya rayon partiya komitəsinin birinci katibi, sonralar isə 
"Sovet Ermənistanı" qəzetinin redaktoru və Ali Sovetin ictimai əsaslarla 
müavini Məhərrəm Bayramovun taleyi 1981-ci ildə  məhz belə olmuş, sui-
qəsd nəticəsində həyatdan vaxtsız getmişdi. 
Ermənistanda azəri türklərinə qarşı aparılan milli ayrıseçkilik 
siyasətinə, onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP 
MK reaksiya verməyə məcbur olmuşdu. 
                                                           
1
 Xəlilov İ., «Zəngibasar necə dağıldı» məqaləsi, «Vətən səsi» qəzeti, № 39, 10 
oktyabr 1991-ci il. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə