Azərbaycan futbolu 100 100 years of football in azerbaijan



Yüklə 264 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix06.05.2018
ölçüsü264 Kb.
#42718
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

114
Mükafat lan dı rı lanlar arasında futbolçular Ələkbər Məmmədov
Kaz bek Tu ayev, İsgəndər Cavadov, məşqçi Ağasəlim Mircava­
dov və ha kim Rüstəm Rəhimov da var idi.
Beynəlxalq futbol təşkilatlarının maliyyə köməkliyi ilə ölkəmizdə 
in şa olunan “Şəfa” stadionun rəsmi açılışı 2004­cü il oktyabr ayı­
nın 13­də, AFFA­nın inzibati binasının açılışı 2007­ci il oktyabrın 
17­də, Futbol Akademiyasının açılışı isə 2009­cu il fevralın 23­də 
keçirilib. 
Hazırda AFFA tərəfindən 3 stadion – Mərdəkan qəsəbəsində 
(azarkeş tutumu 5 000), Bayıl qəsəbəsində (3 000) və 8­ci 
kilometr qəsəbəsində (11 000) inşa olunur. Bundan əlavə, 
AFFA tərəfindən respublikamızın müxtəlif bölgələrində 100­ə 
yaxın süni örtüklü meydança tikilərək uşaqların ixtiyarına veri­
lib. 2009­cu il fevralın 23­də UEFA və AFFA­nın maliyyə vəsaiti 
hesabına inşa olunmuş “Futbol akademiyası”nın açılış mərasimi 
keçirilib. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, FİFA 
İcraiyyə Komitəsinin üzvü, UEFA­nın vitse­prezidenti Şenes 
Erzik, FİFA­nın texniki direktoru Jan Mişel Benezet edib. “Futbol 
akademiyası” ən müasir tələblərə cavab verən şəraitə malikdir. 
Burada eyni vaxtda 27 nəfərdən ibarət komanda məskunlaşa 
bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlar­
la təchiz olunmuş konfrans zalı, yüksək sürətli İnternetə qoşul­
mağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter 
otağı, həkim otağı, massaj otağı, fitnes zalı, üzgüçülük hovuzu, 
sauna var. Burada təhsil alacaq uşaqların və təlim­məşq top­
lanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığının 
yüksəldilməsi üçün fitnes zalında ən müasir trenajor alətləri 
quraşdırılıb.
Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 
Respublikasında 2005­2015­ci illərdə futbolun inkişafına 
dair Dövlət Proqramı” qəbul olunub və Dövlət Proqramının 
müddəalarına uyğun olaraq ölkəmizdə futbolun kütləviliyinin 
təmin olunması, istedadlı gənclərin üzə çıxarılması, onlara lazımi 
şəraitin yaradılması, təbliğatın genişləndirilməsi və uşaq futbolu­
nun dirçəldilməsi məqsədilə AFFA müxtəlif layihələr həyata keçi­
rir. 2007­ci il dekabrın 16­da Bakıda keçirilən “Top festivalı”ndan 
sonra analoji tədbirlər regionlarda da təşkil edilmişdir. 
Son zamanlar ölkəmizdə futbolun kütləviliyinin artırılması isti qa­
mə tində bir çox layihələr həyata keçirilir. Bu addımların atılmasın­
da məqsəd təkcə yüksək səviyyəli futbolçuların yetişdirilməsi de­
yil, eyni zamanda gənc nəslin bu idman növünə marağının daha 
da artırılması, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi 
və zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır.
Bu istiqamətdə görülən işlər arasında ən vaciblərindən biri süni 


115
örtüklü meydançaların inşa olunmasıdır. AFFA tərəfindən Bakıda 
və respublikamızın müxtəlif bölgələrində süni örtüklü meydan­
çalar tikilərək təmənnasız olaraq uşaq, yeniyetmə və gənclərin 
istifadəsinə verilib. Bu isə, öz növbəsində, küçə və məhəllələrdə 
uşaqların futbol oynamasına rahat şərait yaradır.  
Müxtəlif ərazilərlə yanaşı, süni örtüklü meydançalar məktəblərdə 
də inşa olunub və həmin məktəblərdə təhsil alan şagirdlər bu 
meydançalardan yararlanmaq imkanı əldə ediblər. 
“Azərbaycan Respublikasında 2005­2015­ci illərdə futbolun inki­
şafına dair Dövlət Proqramı”na uyğun olaraq, AFFA ilə Təhsil 
Nazirliyi arasında mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində 
“Məktəblərdə futbol dərsi” layihəsinin həyata keçirilməsinə start 
verilib. 
Azərbaycan Prezidenti İlham Əliyev “Kür” Olimpiya Tədris­İd­
man Mərkəzinin açılışındakı görüşdə demişdir: 
“Komandamız gənc komandadır və çox böyük əzmkarlıq gös­
tərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. 
An caq artıq görürük və sevinirik ki, milli komandamız və klublar 
bey nəl xalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləya­
qət li aparırlar. Mən əminəm ki, Azərbaycanda idmanın fut bol 
növü də yüksək zirvələrə çatacaqdır. Buna vaxt və səbir la zım dır. 
Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyun da 
azarkeşləri sevindirəcəklər”. 
Futbolun Bakıda yaranması tarixindən 100 il keçir. Yarandığı  
va xt    dan bu günədək şəhərimizin hər yerində futbolu sevib hə­
vəs lə oynayırlar. 
Bu günlərdə Azərbaycan futbolunun 100 illiyi qeyd edilərək çox 
təbriklər səslənəcək və ürəkdən gələn sözlər deyiləcək. Bu sa­
də təbriklər deyil. Bu, Azərbaycan futbolunun inkişafına, onun 
inam lı addımlarla irəliləməsinə yönəldilən dividentlərdir. 
Biz əminik ki, Azərbaycan futbolu bundan sonra da futbolumu­
zun inkişafına yönəldilmiş gözəl nəticələr əldə edəcək!


116
In 1991 after the Republic of Azerbaijan achieved indepen­
dence, essential changes began. These changes also had a 
huge influence on Azeri football. In March 1992, AFFA was 
founded and Fuad Musayev became the first president of this 
new structure. In 1994 AFFA joined UEFA and FIFA. On Decem­
ber 29th 2003, Ramiz Mirzoyev took the post as the president 
of AFFA and on the 14th March 2008 Rovneg Abdullayev be­
came the president of AFFA. 
In 1994 our organisation became a member UEFA at the 22nd 
Congress of UEFA in Vienna we also joined FIFA at the 49th 
Congress in Chicago. 
Our National team took part in the World and European 
Championships. 
Our first National team played its first game in Georgia – (Gur­
jaani) in 1992 (chief coach ­ Ahmad Alasgarov), and in 1993 
we held our first game at home – in Gandja – (Alakbar Mam­
madov). 
The first victories of our national united team were at home in 
the game against Sweden (1:0) (Coach Kazbek Tuayev), and 
abroad in the game against Liechtenstein (2:0) (Coach Berti 
Fogts). Our National team also came out as winners against 
matches with the Serbian Slovakian, Finnish, and Turkish na­
tional teams. 
Football players such as Vali Qasimov, Nazim Suleymanov, Vi­
dadi Rzayev, Yunis Huseynov, Shahin Diniyev, Aleksandr Jidkov, 
Dmitri Kramarenko, Vyacheslav Lachkin, Emin Agayev, Tarlan 
Ahmadov, Gurban Gurbanov, Mahmud Gurbanov, Zaur Tagi­
zade, Aslan Karimov, Rashad Sadigov, Kamran Agayev and oth­
ers, played a great role in the successes of our united team. 
Beginning in 2008, the Baku International Futsal Tournament 
was held in Baku, and continues today. Our Futsal United 
National Team was awarded the 4th place at the European 
Championship in Hungary. Club “Araz”, which several times 
had become the Azerbaijan’s Champion, earned themselves 
3rd place at the UEFA Cup Games in Portugal. 
The Teenagers (17 years old) Girls Football Championship will 
be held in Azerbaijan, the FIFA Executive committee made this 
decision on the 19th March 2010. 
In December 1994, for the first time in the history of Azerbaijan, 
three referees – Tahir Suleymanov, Asim Khudiyev and Khagani 


Yüklə 264 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə