Azərbaycan futbolu 100 100 years of football in azerbaijan



Yüklə 264 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix06.05.2018
ölçüsü264 Kb.
#42718
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

104
Əməkdar idman ustası, 4 dəfə SSRİ çempionu Ələkbər Məmmədov – yeniyetmə futbolçularla
Sport master, 4 times champion of USSR Alakbar Mammadov with teenagers


105
Azərbaycan Televiziyasının futbol şərhçisi Ceyhun Şərifov “Çovqan” verilişi üçün “Neftçi” komandasının müxtəlif 
illərdə kapitanı olmuş Ələkbər Məmmədov və İsgəndər Cavadovdan müsahibə alır, 1987
The commentator of the Azerbaijan TV Jeyhun Sharifov interviews the captains of “Neftchi”  
in different years – Alakbar Mammadov and Isgandar Javadov, 1987


106


107
Azərbaycanın veteranlardan ibarət komandası.  
I sıra: Rafiq Əlizadə, Asəf Namazov, Rafiq Quliyev, Valeri Hacıyev, Tofiq Abbasov, Anatoli Banişevski;  
II sıra: Ağasəlim Mircavadov, Əli Rəhmanov, Əli Əbilzadə, Sergey Kramarenko, Ələkbər Məmmədov, 
Kazbek Tuayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Yaşar Babayev, 1986
The team of the Azerbaijan veterans.  
First row: Rafig Alizadeh, Asaf Namazov, Rafig Guliyev, Valeh Hajiyev, Tofig Abbasov, Anatoliy Banishevskiy; 
Second row: Agasalim Mirjavadov, Ali Rahmanov, Ali Abilzadeh, Sergey Kramarenko, Alakbar Mammadov, 
Kazbek Tuayev, Aleksandr Trofimov, Vladimir Brukhti, Yashar Babayev, 1986


108


109
Bakı hakimləri SSRİ çempionatında.  
Rafiq Quliyev, Rüstəm Rəhimov,  
Gülağa Cabbarov. 1986
Baku judges: Rafig Guliyev, Rustam Rahimov 
and Gulagha Jabbarov at the  
USSR Championship. 1986


110
Mingəçevirin “Avtomobilçi” komandası. Komandanın baş məşqçisi Anatoli Banişevski, ikinci məşqçi Nadir Qasımov, 1982
“Avtomobil” (Mingachevir) team. The head coach Anatoliy Banishevskiy, second coach Nadir Gasimov, 1982


111
“Neftçi”. I sıra: İsgəndər Cavadov, Arzu Mirzəyev, Əsgər Abdullayev, Yunis Hüseynov, Aleksandr Jidkov;  
II sıra: Valeri Pançik, İqor Ponomaryov, Yaşar Vahabzadə, Mustafa Belyalov, Maşallah Əhmədov, Novruz Əzimov, 1986
“Neftchi”. First row: Isgandar Javadov, Araz Mirzayev, Asgar Abdullayev, Yunis Huseynov, Aleksandr Jidkov;  
Second row: Valeriy Panchik, Igor Ponomaryov, Yashar Vahabzadeh, Mustafa Belyalov, Mashallah Ahmadov, Novruz Azimov, 1986 


112
1991­ci ildə Azərbaycan öz müstəqilliyini qazanandan sonra res­
publikamızda əsaslı dəyişiklikər başladı. Bu dəyişikliklər futbola 
da öz təsirini göstərdi. 1992­ci ilin martında AFFA ­ Azərbaycan 
Futbol Federasiyaları Assosiasiyası təsis edildi və onun ilk prezi­
den ti Fuad Musayev oldu. 2003­cü ilin dekabrın 29­da Ramiz 
Mir zəyev, 2008­ci ilin martın 14­də keçirilən seçkidə Rövnəq Ab­
dullayev AFFA­nın prezidenti seçilib. 
Futbol təşkilatımız 1994­cü ilin mayında UEFA­nın Vyanada ke çi­
ri lən 22­ci konqresində UEFA­ya, 1994­cü ilin iyununda FİFA­nın 
Çikaqoda keçirilən 49­cu konqresində FİFA­ya üzv qəbul olundu. 
Milli yığma komandalarımız Dünya və Avropa çempionatlarının 
seçmə mərhələlərində iştirak etmişlər.
Milli komandamız ilk oyununu Gürcüstan yığmasına qarşı 1992­ci 
ildə səfərdə (baş məşqçi Əhməd Ələsgərov) – Gürca ani şə hə­
rin də, 1993­cü ildə isə evdə (baş məşqçi Ələkbər Məm mə dov) 
– Gən cə şəhərində keçirib. 
Milli komandamız rəsmi oyunlarda evdə ilk qələbəsini İsveçrə 
(baş məşqçi Kazbek Tuayev) (1:0), səfərdə isə Lixtenşteyn (baş 
məşq çi Berti Foqts) (2:0) yığması üzərində qazanıb. Bundan əla­
və, millimiz Serbiya, Slovakiya, Finlandiya və Türkiyə yığmalarına 
qalib gəlib. 
Son illər Azərbaycan millisinin uğurlu nəticələr qazanmasın­
da Vəli Qasımov, Nazim Süleymanov, Vidadi Rzayev, Yunis 
Hüsey nov, Şahin Diniyev, Aleksandr Jidkov, Dmitri Kramaren­
ko, Vyaçes lav Lıçkin, Emin Ağayev, Tərlan Əhmədov, Qurban 
Qur ba nov, Mahmud Qurbanov, Zaur Tağızadə, Aslan Kərimov, 
Rə şad Sadıqov, Kamran Ağayev və başqa futbolçuların xüsusi 
xid mət ləri olub. 
2008­ci ildən başlayaraq ölkəmizdə mütəmadi olaraq Bakı Bey­
nəl xalq Futzal Turniri təşkil olunur. Futzal üzrə milli komandamız 
2010­cu ildə Macarıstanda keçirilən Avropa çempionatında 4­cü 
yerə çıxıb. Dəfələrlə ölkə çempionu olan “Araz” klubu isə 2010­
cu ildə Portuqaliyada təşkil olunan UEFA kubokunda üçüncü yeri 
tutub.
FİFA İcraiyyə Komitəsinin 19 mart 2010­cu il tarixli qərarı ilə 17 
ya şa dək qızlardan ibarət yığma komandalar arasında dünya 
çem pionatının 2012­ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı 
qə rar qəbul olunub. AFFA tərəfindən U­16 UNİCEF qızlar liqası 
ke çi rilir. 
1994­cü ilin dekabrında Azərbaycan futbolu tarixində ilk dəfə 
üç hakimimizə ­ Tahir Süleymanova, Asim Xudiyevə və Xaqani 
Məmmədova FİFA referesi dərəcəsi verilmişdir.


113
Azərbaycan müstəqilliyini elan edən kimi futbol məmurlarının 
gördüyü ilk iş I Milli Çempionatı keçirmək oldu. AFFA­nın təşkil 
etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarım­
qrupda mübarizəyə başladı. “Neftçi” Azərbaycanın ilk çempionu 
oldu. 
Müstəqillik dövrü Azərbaycan futbolu üçün Avropa kubokla­
rında iştirak etmək imkanı da yaratdı. Klublarımız qitəmiqyaslı 
ya rış lar da 1994­cu ildə debüt edib. “Turan” UEFA kubokunda 
Azər bay canı təmsil edib. İlk xalımızı isə “Neftçi” qazanıb. 
1992­2011­ci illərdə respublikamızın futbol federasiyası tə rə fin­
dən çoxşaxəli fəaliyyət perspektivlərini müəyyən edən təşəkkül 
və inkişaf dövrü başladı. AFFA bu istiqamətdə Azərbaycan id ma­
nı nın və xüsusilə də futbolun inkişafına dair Dövlət Proqramını 
rəh bər tutaraq əsaslı işlər görməyə başladı. Ən əsaslı inkişaf isə 
ümum milli liderimiz Heydər Əliyevin 1993­cü ildə hakimiyyətə 
qayıtmasından sonra başladı. AFFA Ümummilli liderimizin və 
Milli Olimpiya komitəsinin rəhbəri olan İlham Əliyevin tövsiyə və 
göstərişlərini əsas tutaraq futbolda inkişaf işlərini yüksək temp 
ilə, məqsədyönlü şəkildə aparır və Azərbaycan futbolunu dünya 
və Avropa standartlarına yaxınlaşdırmağa çalışır. Bu mənada 
bir məqamı yada salmaq istərdik. Bu, ölkə başçısının Bakının 
“İnter” komandasının Beynəlxalq “Birlik Kuboku” uğrunda Sankt­
Peterburqda triumf çıxışından sonra söylədiyi təbrik nitqidir: “Bu 
qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu gözəl ənənəyə 
çevrilib. Bizim komandamız artıq 3­cü dəfədir ki, “Birlik Kuboku” 
uğrunda keçirilən turnirlərdə birinci yerə layiq olur. 2005­ci il də 
komandamız üçün uğurlu başladı. MDB və Baltikyanı ölkələrin 
çempionları arasında keçirilən “Birlik kuboku”nda Azərbaycanı 
təmsil edən “Neftçi” ölkəmizin tarixində ilk dəfə olaraq turnirin 
finalına yüksəldi. 1992­ci ildə Azərbaycanda ölkəmizin millisini 
müəyyən etmək məqsədi daşıyan çempionat keçirildi və iştirak 
edən 26 komanda arasında Bakı “Neftçi”si çempion və Super 
Kubok­un qalibi oldu. 2006­cı ildə “Neftçi”, 2008­ci ildə “Xəzər­
Lənkaran”, indi də “İnter” komandası çox əhəmiyyətli qələbələr 
qazanıblar. Bu çox böyük qələbədir, bu çox böyük hadisədir. 
Bu qələbə ilə bir daha hamınızı ­ futbolçularımızı, məşqçilərimizi, 
bütün idman mütəxəssislərini təbrik edirəm!” 
Ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif illərdə Ə. 
Məm mədov, A. Banişevski, K.Tuayev “Şöhrət” ordeni ilə mü ka­
fat lan dı rılıb. Prezident İlham Əliyev tərəfindən İ. Cavadov və A. 
Mir ca va dov “Şöhrət” ordenilə təltif olunub. Həmçinin FİFA­nın 
pre zi denti Yozef Blatter və UEFA­nın prezidenti Mişel Platini də 
“Şöh rət” ordeninə layiq görülüblər. 2004­cü ildə UEFA­nın 50 illi­
yi mü nasi bətilə bir sıra ən yaxşı futbolçu, məşqçi və hakimlərimiz 
UEFA tərəfindən UEFA­nın diplomu ilə təltif olunublar.


Yüklə 264 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə