Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

ictimaiyyətlə  əlaqələri  sürətli  kommunikasiya  məcrasına  keçirilmiş,  bütün  sosial 



media  imkanlarından  istifadə  edilmiş,  məlumatın  formalaşdırılmasında  MEK 

əməkdaşları  ilə  yanaşı  və  bərabər  həcmdə  akademik  icmanın  iştirakı  təmin 

olunmuşdu. 

İctimaiyyətlə əlaqələr.

 

2016-cı ildən başlayaraq MEK-in Azərbaycan, rus və ingilis 

dillərində çevik və interaktiv rəsmi internet səhifəsi (

www.mek.az)

 yaradılıb, sayta 

və  korporativ  yazışmaya 

mek.az 

domain-i  istifadəyə  verilib,  Facebook,  Twitter, 



VK,  İnstagram  kimi  sosial  şəbəkələrdə  səhifələr  açılıb,  Youtube-da  rəsmi  sosial 

kanal  açılıb,  media  ilə  sıx  əməkdaşlıq  qurulur,  MEK  əməkdaşları  AzTV,  ATV, 

Lider,  CBC,  İctimai,  Культура  və  başqa  telekanallarda  çıxış  edir,  MEK  fondları 

barədə məlumat verir, media şirkətləri tərəfindən MEK-də ictimaiyyətin marağına 

səbəb  olan  verilişlər  çəkilir,  MEK-in  məkanı  informasiya  ötürücüsü  kimi  aktiv 

istismar olunur.  



İnformasiya  təqdimatı  multiməkan  və  multiformat  rejimində  keçirilir.  İstənilən 

mövzuda  tədbir  keçirilirsə,  sərgi  hazırlanırsa,  MEK  fondlarında  mühafizə  olunan 

sənədlər fondlardan qaldırılıb sərgilənir, mənbələr e-kataloqa daxil edilir, , virtual 

sərgi yaradılır, sərgi salonunda bütün ekranlarda və videodivarda nümayiş etdirilir, 

Youtube-da yerləşdirilir, video-köşklərdən sayt materiallarına çıxış verilir, sərginin 

mövzusuna  aid  yeni  elektron  kataloqdan  çıxarış  yardımçı  vasitə  kimi  sərgidə 

təqdim  olunur,  nümayiş  etdirilən  material  paket  şəklində  rəqəmsallaşdırılır,  Sərgi 

salonunun ekranlarında eyni zamanda dörd müxtəlif çarx nümayiş etdirilir.  

MEK-in ictimai əlaqələri müxtəlif təşəbbüslər vasitəsilə də qurulur: 

“Kolleksiya  təqdimatları”.  İctimai  əlaqələr  Beynəlxalq  Münasibətlər  və 

İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  Kitabxana-Xidmət  şöbəsi  ilə  sıx  əməkdaşlığı 

vasitəsilə  də  qurulur.  Cəmiyyətdə  mütaliə  və  kitabxanada  saxlanılan  mənbələri 

araşdırma  meyllərinin  artırılması  məqsədilə  kitabxana  fondlarında  saxlanılan  və 

tədqiqatçılara 

məlum  olmayan  mənbələrin  araşdırılıb  üzə  çıxarılması, 

qruplaşdırılmış  və  ya  kolleksiya  formatında  təqdim  olunması  həyata  keçirilir. 

Mövcud  kolleksiyalara  (Georq  Hazai,  Mirzə  İbrahimov,  Mikayıl  Useynov, 

Yevgeniy  Belyayev,  Abbas  Zamanov,  Yevgeniy  Paxomov,  Yevgeniy  Bertels, 

Zahid  Hüseynzadə)  əlavə  olaraq  müxtəlif  meyarlar  əsasında  seçilmiş  mənbələr  – 

elektron  resurslar,  10  ən  qədim  kitab,  Şərq  Fondunun  inciləri,  Azərbaycan 

Fondunun inciləri, Nadir Fondun inciləri – akademik icmaya və geiş ictimaiyyətə 

təqdim  olunur.  Təqdimatlar  hər  həftənin  cümə  axşamı  eyni  vaxtda,  personal  və 

oxucu girişlərində, eləcə də MEK-in saytında və Facebook səhifəsində təqdimatın 

mövzusu  və  məkanı  öncədən  elan  edilməklə  keçirilir  və  tədbirdən  sonra  MEK 

saytında yerləşdirilir.  

 

 

MEK-də  “Paralel  sorğu”  layihəsi.  Oxucu  zövqünün  formalaşması  və 

istiqamətləndirilməsi, cəmiyyətdə mütaliə meylinin artması, kitabxana fondlarının 

məqsədyönlü  zənginləşdirilməsi  funksiyası  daşıyan  və  oxucu  auditoriyasını 

könüllü  tərəfdaşa  çevirən  “Paralel  sorğu”  layihəsi  həyata  keçirilmişdir.  Sorğu 




 

 

iştirakçılarına – MEK istifadəçiləri və “MEK istifadəçisi olmayan ziyalılar”a “Son 



bir  ildə  mütaliə  etdiyiniz  və  oxunmasını  tövsiyə  etdiyiniz  bədii  və  elmi  əsərlər 

hansılardır?”  sualı  ilə  müraciət  olunmuşdur.  Sorğu  nəticəsində  iki  siyahı 

formalaşmış,  siyahılarda  adı  çəkilən  əsərlər  kitabxana  fondlarında  yoxdursa  əldə 

edilib  MEK  fondlarına  daxil  edilmiş,  oxu  zallarında,  MEK  saytında  və  Facebook 

səhifəsində  yerləşdirilmişdir.  Növbəti  mərhələdə  siyahılarda  kəsişən  adlar  və 

əsərlər  müəyyən  edilmiş,  müəlliflər  ilə  görüş planı  tərtib  edilmişdir  (məs.,  yazıçı 

Rövşən  Abdullaoğlu  ilə  22  sentyabr  2016-cı  il  tarixində).  Layihə  2017-ci  ildə 

davam etdirilir.  



“MEK-də  açıq  kitabxana”  layihəsi  15  iyul  2016-cı  il  tarixdən  etibarən  MEK-də 

fəaliyyətə  başlayıb. 

“MEK-də  Açıq    Kitabxana”  kimi  başlayan  layihəyə  d

ünya 


kitabxana  təcrübəsində  mövcud  olan,  Azərbaycanda 

isə  davamlı  layihə  şəklində 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  və  M.F.Axundov  adına  Milli  Kitabxananın 

təşəbbüsü  ilə  yaradılan  “Açıq  kitabxana”  layihəsi  “Mən  oxudum,  sən  də  oxu” 

devizi ilə daha bir çalar – oxucular tərəfindən də kitabxanaya kitabların gətirilməsi 

və  mübadiləsi  imkanını  əlavə  etdi.  Layihənin  məqsədi  insanları  maraq  doğura 

biləcək  formatda  mütaliəyə  sövq  etmək,  kitab  paylaşmaq  və  kitab  hədiyyə  etmək 

mədəniyyətini  təbliğ  etmək,  kitabxana  imkanlarını  oxuculara  yaxınlaşdırmaq, 

“məkan  kitabxana  kimi”  yanaşmasını  tətbiq  etməkdir.  Layihənin  icrası  MEK 

istifadəçilərinin  ən  çox  biri-biri  ilə  təmasda  olduğu  internet-kafe  məkanında 

başlanılıb.  Artıq  MEK-in  mübadilə  fondundan,  əməkdaşların  şəxsi  kitab 

fondlarından,  oxucular  və  MEK-in  ziyarətçiləri  tərəfindən  kitablar  ayrılıb  və 

oxucuların  sərbəst  istifadəsinə  verilib.  Oxucular  və  əməkdaşlar  “MEK  –  açıq 

kitabxana”  layihəsi  çərçivəsində  mütaliə  etdiyi  kitabı  kitabxanaya  bağışlaya  və 

oxumadığı kitabı aparıb oxuya bilərlər. 

“Kitab  hədiyyəsi  aksiyası”.  MEK  mübadilə  fondunda  mühafizə  olunan  bir  sıra 

kitabların  müəssisə  və  təşkilatların  kitab  ehtiyaclarını  qarşılamaq  məqsədilə 

hədiyyə aksiyası çərçivəsində hədiyyə edilmişdir.  

 

Beynəlxalq əlaqələr və təşəbbüslər  



Sənəd  mübadiləsi  aparılan  ölkələr  və  müəssisələr:  ABŞ  Konqres  Kitabxanası, 

Rusiya  Milli  Kitabxanası,  Rusiya  Dövlət Kitabxanası,  Misir Milli  Kitabxanasına, 

Almaniyanın  Potsdam  Universitet  Kitabxanası,  Çin  Milli  Kitabxanası, 

Bolqarıstanın  Sofiya  Universiteti,  Cenevrə  Botanika  Mərkəzi,  Berlin  Universitet 

Kitabxanası,  Şotlandiyanın  Edinburq  Milli  Kitabxanası,  Sloveniya  Akademiya 

Kitabxanası,  Polşa  Universitet  Kitabxanası,    Fransa  Mərkəzi  Kitabxanası, 

Rumıniya  Elmlər  Akademiyasının  Kitabxanası,  Yaponiya  Neft  –  Kimya 

Cəmiyyəti, Belarus Milli Kitabxanası, İngiltərə, Avstriya, Çexiya, İsveç, Səudiyyə 

Ərəbistanı,  Finlandiya,  Bosniya  və  Hersoqavinya,  Niderland,  Misir,  Macarıstan, 

Serbiya, Meksika, Norveç, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Belçika, İtaliya 



MEK-in abunə olduğu beynəlxalq e-resurslar: BIOONE URL, EBSCO 

PREMIER, EDWARD ELGAR JOURNALS & DEVELOPMENT STUDIES E-

BOOKS, IOPSCIENCE, OXFORD ENGLISH DICTIONARY, OXFORD 

REFERENCE ONLINE, ROYAL SOCIETY JOURNALS COLLECTION




Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə