Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

Universitäts und Landesbibliothek Sachsen-Anhalt, Digital Persian Archive, 



POLPRED, CHEMSPİDER, OPENLİBRARY, ACADEMİC PUBLİSHİNG 

PLATFORMS, MIT OPEN COURSEWARE, OKOHAMA NATIONAL 

UNIVERSITY – REPOSITORY, THOMSON REUTERS, 

http://bibliothek.uni-

halle.de/

, http://asnad.org/en/, 

www.chemspider.com

https://openlibrary.org/



www.academicpublishingplatforms.com

www.ati.pradec.eu



http://community.worldlibrary.in/

http://www.gejlibrary.com/



http://www.global-

ejournals-library.com/

 

 



MEK  Türkdilli  Dövlətlərin  Akademik  Kitabxanalarının  Əməkdaşlıq 

Assosiasiyası (TAKA/TALA) adlı beynəlxalq təşkilatın yaradılması istiqamətində 

səylərin  birləşdirilməsi  təşəbbüsü  ilə  çıxış  edib.  Bu  təşəbbüs  ilk  dəfə  olaraq  25 

oktyabr  2016-cı  il  tarixdə  MEK-in  AMEA  Ədəbiyyat  İnstitutu  ilə  birgə 

təşkilatçılığı  ilə  Macar  türkoloq  alim  Georq  Hazainin  xatirəsinə  həsr  olunmuş 

“Macar  türkologiyası  Azərbaycanda”  adlı  beynəlxalq  konfransda,  növbəti  olaraq 

14-15  noyabr  2016-cı  il  tarixlərində  “Türkoloji  elmi-mədəni  hərəkatda  ortaq 

dəyərlər  və  yeni  çağırışlar”  mövzusunda  Beynəlxalq  konfransda  akademik 

qurumların və diplomatik missiyaların nümayəndəlikləri qarşısında səsləndirilib və 

iştirakçılar tərəfindən müsbət qarşılanıb. Assosiasiyanın məqsədi – türk xalqlarının 

dəyərlərinin,  türk  dilinin,  türk  mədəniyyətinin  qorunub-saxlanılmasına  müasir 

kitabxana-informasiya sistemi vasitəsilə yardım göstərmək olacaq. Assosiasiyanın 

yaradılması fikri AMEA-nın rəhbərliyi, Beynəlxalq Türk Akademiyası tərəfindən 

dəstəklənmiş, tərəflər məlumatlandırılmış, Nizamnamə hazırlanmışdır.  

 

AMEA-nın 15 təsisçisi haqqında tanıtım lövhələrinin 5 dildə  hazırlanmasında 

və  təqdimat  mərasimində  Əfqanıstan  İslam  Respubikasının  Azərbaycandakı  səfiri 

Mohəmməd  Tağı  Xəlili  (fars  dili  mətni)  və  Misir  Ərəb  Respublikasının 

Azərbaycandakı səfirliyinin Mədəniyyət  Mərkəzinin direktoru Əhməd Sami Eladi 

iştirak  etmişlər.    AMEA-nın  15  təsisçisi  barədə  tanıtım  materialı  Azərbaycan, 

ingilis, rus, ərəb və fars dillərində  Vikipediyada da yerləşdirilib.29 yanvar 2016-cı 

il.   


 

Fələstinin  Azərbaycandakı  səfiri  cənab  Nasir  Əbdül  Kərimin  mühazirəsi. 

Mövzu – “Fələstin dövlətinin tarixi”. 2 fevral 2016.  

 

Türkiyə  Əməkdaşlıq  və  İnkişaf  Agentliyi  (TİKA)  ilə  münasibətlər.  Bakı 

Proqram  koordinatorları  ilə  kitabxanada  bərpaya  ehtiyacı  olan  kitablarla  və 

rəqəmsallaşdırma ilə əlaqədar layihələrin həyata keçirilməsi, Türkiyənin kitabxana 

sahəsindəki  təcrübəsinin  öyrənilməsi,  tətbiq  edilməsi  istiqamətində  əməkdaşlıq 

razılaşdırılmış və rəsmi məktubla müraciət edilmişdir.  

 

Türkiyənin  Yunus  Əmrə  İnstitutunun  Bakı  Türk  Mədəniyyət  Mərkəzi  ilə 



əməkdaşlıq.  Türkiyənin  kitabxana  sahəsindəki  təcrübənin  öyrənilməsi,  birgə 

tədbirlərin təşkil edilməsi, Türkiyədən akademik nəşrləri gətirərək MEK fondlarını 

zənginləşdirmək sahəsində əməkdaşlığın həyata keçirilməsi qərarlaşdırılmışdır. 



 

 

   



Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin din xidmətləri müşaviri, 

professor Kamil Güneş ilə görüş-seminar. 7 sentyabr 2016-cı il.  

 

Moldova Respublikasının Azərbaycandakı səfiri cənab George Leuka MEK-in 

təşkilatçılığı ilə keçirilən türkoloq alim Güllü Yoloğlunun “Türk Dünyası: Sibirdən 

Balkanlara”  adlı  etno-foto  sərgisində  iştirak  etmişdir.  Türkoloq  alimin  Türkiyə, 

Qazaxıstan, Rusiya (Tıva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, 

Özbəkistan,  Şimali  Kipr  və  digər  ölkələrdə  apardığı  araşdırmalar  zamanı  türk 

xalqlarının  adət-ənənələrini,  həyat  tərzini,  inancını,  mədəniyyətini  əks  etdirən  60 

fotoşəkil  5  günlük  sərgi  təşkil  olunmuşdur.  Sərgi  eyni  zamanda  türk  ölkələrinin 

dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində keçirilən Zirvə 

görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq 

Şurasının (Türk Şurası) yaradılmasına həsr olunmuşdur. 3 oktyabr 2016. 

 

Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab İmre 

Laslotski,  Azərbaycan  Respublikasının  Macarıstan  Respublikasındakı  səfiri 

cənab Vilayət QuliyevTürkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin 

təhsil müşaviri Abdulgafur Böyükfırat, mətbuat müşaviri Hamit Karadenizin 

iştirakı  ilə  macar  türkoloq  alim  Georq  Hazaiyə  həsr  olunmuş  konfrans 

keçirilmişdir. 25 oktyabr 2016-cı il. 

 

Başqa  təşəbbüslər.  Diplomatik  missiyaların  nümayəndələri  və  beynəlxalq 

təşkilatlar  ilə  görüşlər  və  müzakirələr  aparılıb;  Mərkəzi  Elmi  Kitabxananın 

mərhum  direktorlarının  xatirə  divarı  hazırlanıb;  alimlərin,  incəsənət  xadimlərinin, 

siyasətçilərin,  mütəfəkkirlərin  müxtəlif  dillərdə  səsləndirdiyi  və  müxtəlif  dillərə 

tərcümə olunmuş aforizmlərinin “Kəlamlar” adlı video-təqdimatı hazırlanıb, MEK-

in oxucular tərəfdən girişində videodivarda nümayiş etdirilir; kitabxana xidmətləri 

ikinövbəli  rejimdə  təqdim  olunub;  bayram  günlərində  də  oxu  zalları  oxucuların 

istifadəsinə  verilir;  kitabxana  xidmətlərindən  aktiv  istifadə  edən  və  kitabxana 

həyatında  fəal  iştirak  edən  oxucular  kitab  hədiyyələri  ilə  fərqləndirilir;  yeni  daxil 

olan  kitablar  barəsində  məlumat  dərhal  saytda  yerləşdirilir  və  daim  yenilənir; 

müəssisə və təşkilatlara hədiyyə üçün ayrılan kitabların siyahısı sayta yerləşdirilir 

və  daim  yenilənir;  Akademiklərin  zalında  Azərbaycan  Respublikasında  akkreditə 

olunmuş  və  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  çalışan  diplomatik 

missiyalarının  güşələri  yaradılıb  və  yeni  sənədlərlə  zənginləşdirilir;  istifadəçilər 

auditoriyasından  könüllü  tərəfdaşlar  –  vikipediyaçılar  formalaşdırılıb;  xarici 

kitabxanalardan  MEK  istifadəçilərinin  sorğusuna  əsasən  beynəlxalq  mübadilə 

nəticəsində sənədlər əldə edilir və istifadəçilərə çatdırılır.  

 

Strateji hədəf 5. 

İnformasiya təhlükəsizliyinin təmin olunması. 

 

Bu 


hədəf 

istiqamətində 

MEK 

əməkdaşları 



tərəfindən 

ehtyacların 

qiymətləndirilməsi  aparılıb,  texniki  və  proqram  təminatının  parametrləri 

müəyyənləşdirilib və AMEA rəhbərliyinə təqdim olunub. 




Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə