Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

 

olunann sənədlər, MEK-ə daxil olan unikal nüsxələr, oxu zalına sifariş verilən 



unikal nüsxələr, kolleksiyalar, yubileyi keçirilən mütəfəkkirlərin əsərləri, tək 

nüsxədə olan və MEK ərazisindən rəsmi qurumların sorğusuna əsasən çıxarılan 

sənədlər), müəllif müqaviləsinə əsasən əldə etdiyimiz rəqəmsal əsərlər

Azərbaycanda ən qədim kitabların kolleksiyası, MEK saytı, MEK Facebook, 

Twitter, başqa sosial şəbəkə və kanalların səhifəsi, eləcə də MEK-in abunə olduğu 

xarici elektron resurslar aiddir. Elektron resurslara MEK oxu zallarından çıxış 



təmin olunub.  

Elektron kargüzarlıq qaydaları tətbiq olunmuşdur.   

 

Beləliklə, Mərkəzi Elmi Kitabxana 2016-cı ildə öhdəsinə düşən vəzifələri tam 

şəkildə icra etmiş, yeni təşəbbüslər reallaşdırmış, mühüm nəticələr əldə etmişdir.  

MEK  inkişafının  “A”  mərhələsində  kitab  fondlarını  əhəmiyyətli  dərəcədə 

zənginləşdirdi  və  mübadilə  etdi.  Müəllif  və  nəşriyyatlar  tərəfindən  MEK-ə 

məcburi  nüsxələrin  təqdim  olunmasını  sürətləndirmək  və  həcmini  artırmaq 

məqsədilə  nəşriyyatlara  “Nəşriyyat  işi  haqqında”  Qanundan  çıxarış  məzmunlu 

məktublar    göndərildi  və  danışıqlar  aparıldı.  Nəticədə  məcburi  nüsxələrin 

kitabxanaya  daxil  olması  əhəmiyyətli  dərəcədə  artdı.  Düzgün  qurulmuş  ictimai 

əlaqələrə görə MEK-ə hədiyyə olunan ayrı-ayrı kitabların və kolleksiyaların sayı 

artıb,  daxil  olan  ədəbiyyat  təhvil-təslim  aktları  ilə  sənədləşdirilir  və  dövri 

hesabatlara  daxil  edilir.  Şəxsiyyət  vəsiqəsi  ilə  elektron  qeydiyyatdan  keçmiş 

oxucuların  sayı  2816-ya  çatdı.Elektron  kartlar  vasitəsilə  oxucular  məlumat 

bazasında  bütün  sənəd  sorğusu  gedişatları  haqqında  məlumatlarla  təchiz 

olundu.  

MEK  inkişafının  “B”  mərhələsi:  yeni  xidmətlər  və  ictimai  əlaqələr  sistemi 

quruldu, fondlar daxilində kolleksiyaların sayı və onların MEK istifadəçiləri və 

potensial oxucuları üçün əlçatanlığı artdı (müəlliflər üzrə - Georq Hazai, Mirzə 

İbrahimov,  Mikayıl  Useynov,  Yevgeniy  Belyayev,  Abbas  Zamanov,  Yevgeniy 

Paxomov,  Yevgeniy  Bertels,  Zahid  Hüseynzadə  və  ya  müxtəlif  meyarlar  üzrə  - 

“MEK-də mühafizə olunan 17  ən qədim kitab”, “MEK istifadəçiləri tərəfindən 

ən  çox  sorğulanan  kitab”,  “Ay  ərzində  MEK-ə  daxil  olan  yeni  sənədlər”, 

“AMEA  Naxçıvan  bölməsi  kolleksiyası”,  “Qərbi  Avropa  ədəbiyyatı  inciləri”, 

“Azərbaycan elm və mədəniyyətinin Azərbaycan diplomatiyası tərəfindən xaricdə 

təbliği”,  “Oxucular  tərəfindən  tövsiyə  olunan  ədəbiyyat”,  “Ziyalılar  tərəfindən 

mütaliəsi  tövsiyə  olunan  elmi  və  bədii  ədəbiyyat”  və  s.).  Bilavasitə  MEK 

tərəfindən yaradılmış və MEK-in abunə olduğu e-resurslara geniş çıxış verildi. 

“A” və “B” mərhələləri hazırlıq mərhələləridi.  

MEK  inkişafının  “C”  mərhələsi:  Vikipediyada  elmi  əsaslı  məqalələrin 

yerləşdirilməsi,  MRY-ın  elmi-intellektual  layının  yaradılması,  oxucuların  MEK 

həyatında  və  Fondların  formalaşdırılması,  eləcə  də  elmi  müzakirə 

platformalarının mövzularının formalaşmasında yaxından iştirak etməsi. 


 

 

ÇƏTİNLİKLƏR 

 

Bütün  müəssisələrdə  olduğu  kimi,  MEK-in  istifadəyə  verilmiş  binasının 



sahəsinə (24.080 kv/m) mütənasib çoxsaylı havalandırma, elektrik, suaxıtma 

problemlərinin  mövcudluğu;  büdcə  vəsaitinin  kifayət  etməməsi;  kitabxana 

işçilərinin  maaşının  ümumi    səviyyəsinin  aşağı  olması;  təşkilatlar  arasında 

əlaqələndirmə  və  məlumatlandırmanın,  eləcə  də  e-resurslardan  istifadənin 

zəifliyi;  müasir  kitabxana-informasiya  sisteminə  inteqrasiya  olunmaq  üçün 

proqram  təminatı,  lisenziyalarının  və  zəruri  avadanlıqların  alınması  üçün 

büdcədə vəsaitin kifayət etməməsi. 

 



“Borclu  oxucuların  veto  siyahısı”nın  və  müvafiq  prosedurların  olmasına 

baxmayaraq,  istifadəçilər  tərəfindən  2014-cü  ilə  qədər  AMEA  əməkdaşları 

və AMEA ilə əlaqəli strukturlar tərəfindən götürülmüş əksər sənədlərin heç 

də  hamısı  kitabxanaya  təhvil  verilməmişdir.  Bu,  öz  növbəsində 

cavablandırılmamış kitab və jurnal sorğuların siyahısını açıq saxlayır.  

 



Vikipediya  üzrə  təlimdən  sonra  iştirakçıların  Vikipediyadakı  istifadəçi 

adlarını  (hesab  ünvanları)  dəyişməsi,  öz  istifadəçi  səhifəsini  silməsi  və 

yaxud  Vikipediyadakı  “Fəaliyyətim”  bölməsində  yaratdığı  məqalələrin 

adlarını qeyd etməməsi səbəbindən hər iştirakçının fəaliyyətini qeydə almaq 

və təlimlərin effektivliyini tam şəkildə nəzarətdə saxlamağa imkan vermir.  

TƏKLİFLƏR: 

1.

 



Azərbaycanda  Milli  Rəqəmsal  Yaddaş  Layihəsi  çərçivəsində  elmi  tədqiqat 

işlərinin  vahid  elektron  “Elmi-intellektual  baza”sının  formalaşdırılması  və 

mövcud  elmi  informasiyanın  mübadiləsini  təmin  etmək  məqsədilə, 

Azərbaycanın  Milli  Rəqəmsal  Yaddaş  bazasının  AMEA  Mərkəzi  Elmi 

Kitabxanasında  formalaşdırılıb  yerləşdirilməsini  və  kitabxanada  vahid 

elektron  idarəedilmə  sisteminin  qurulmasını  nəzərə  alaraq  Vahid  elekron 

qeydiyyat  sistemi  AMEA  elmi  müəssisə  və  təşkilatlarının  kitabxanalarına 

tətbiq  edilməsi,  AMEA  müəssisə  və  təşkilatlarının  Elmi  İnformasiya 

şöbələrinə,  məqalələrin və  elmi  əsərlərin elektron  formatda  MEK-ə  təqdim 

olunmasını  təmin  edilməsi,  dissertasiyanın  Ali  Attestasiya  Komissiyasına 

təqdim  olunmaq  üçün  hazırlanmış  versiyasının  və  avtoreferatın  elektron 

formatının MEK-ə təqdim olunması məqsədilə Sərəncam verilsin. 

2.

 



Mərkəzi Elmi Kitabxananın binasının təmir-bərpa işlərinə əlavə vəsait 

ayrılsın. 

3.

 

AMEA əməkdaşlarının və magistrantlarının oxucu kartlarının alınması və 



illik abunə haqqının ödənilməsi üçün mərkəzləşdirilmiş şəkildə institut və 

təşkilat büdcələrindən MEK-ə vəsait köçürülsün. 

4.

 

Mərkəzi Elmi Kitabxananın respublika miqyaslı yeganə elmi kitabxana 



olmasını, kitabxananın fəaliyyətinin ictimai əhəmiyyətini və kitabxana-

informasiya sistemində islahatlar aparmasını nəzərə alaraq Azərbaycan 

Respublikası Mədəniyyət və Turizm Nazirliyi qarşısında Mərkəzi Elmi 

Kitabxanaya “Milli” statusun verilməsi üçün vəsatət qaldırılsın.  




Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə