Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

3.



Peşəkar heyətin formalaşması.  

 

4.



Beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması.  

5. 


İnformasiya təhlükəsizliyinin təmin olunması.  

 

STRATEJİ HƏDƏFLƏR İSTİQAMƏTİNDƏ ƏLDƏ EDİLMİŞ 

NƏTİCƏLƏR: 

Strateji hədəf 1.

VİS (Vahid İdarəetmə Sistemi) platformasının bütün 

komponentlərinin (kitab, oxucu, yazışma, sənədləşmə, maliyyə, insan 

resursları) tam hazırlanıb istifadəyə verilməsi. 

 

Mühüm  nəticə  1:  VİS  –  müəssisənin  bütün  mümkün  proseslərinin 

avtomatlaşdırılması,  inteqrasiyası,  nəzarətdə  saxlanılması  və  mərkəzləşdirilmiş 

şəkildə  idarəedilməsi  sistemidir. VİS - Azərbaycan kitabxana-informasiya  sistemi 

təcrübəsində ilk dəfə olaraq məhz MEK-in proqram  və texniki tələblərinə uyğun 

olaraq  yerli  proqram  mühəndislərinin  iştirakı  ilə  hazırlanmış  platformadır. 

Kitabxana  xidmətlərinin  göstərilməsi  üçün  ən  əhəmiyyətli  platformalar  

hazırlanıb  istifadəyə  verilib:  VİS-LİB  –  MEK  Kitabxana  xidmətlərinin 

avtomatlaşdırılmış  idarəetmə  və  nəzarət  platforması  və  VİS-HR  MEK  İnsan 

resurslarının  avtomatlaşdırılmış  idarəetmə  və  nəzarət  platforması,  “Təşkilati 

strukturun idarə edilməsi modulu” və “Davamiyyət, icazələrin alınması və nizam-

intizam modulu” hazırlanıb və istifadəyə verilmişdir. 

Hazır modullar Milli Rəqəmsal Yaddaş şöbəsi, Proqramçılar bölməsi, Kitabxana-

Xidmət  şöbəsi  və  İnsan  resursları  bölməsi  əməkdaşlarının  sıx  və  qarşılıqlı 

məsləhətləşmələri  rejimində  sınaqdan  keçirilir  və  ekspluatasiya  zamanı  proqram 

modullarına düzəlişlər edilir.  

MEK-ə daxil olan istənilən sənəd VİS-in aidiyyatlı modulunda əks olunur.  

VİS çərçivəsində nəzərdə tutulan başqa modullar (maliyyə, sənəd dövriyyəsi və s.) 

üzərində hazırlıq işləri aparılır. 



Mühüm  nəticə  2:  E-kataloqda  və  fondlarda  rutin  axtarış  nəticəsində 

Azərbaycanda 

17 

ən 

qədim 

kitabı 

aşkar 

edilmiş 

və 

rəqəmsallaşdırılmışdır.Yunan  dilindən  latın  dilinə  tərcümə  edilmiş  ilk 

kitablardan  biri,  1508-ci  il  tarixli  “Economicorum  Aristotelis  cum 

commentariis Leonardi Aretini” aşkar edilmişdir. 

MEK  heyəti  tərəfindən  hazırlanmış  müasir  elektron  kataloqda  və  fondlarda 

aparılmış  rutin  araşdırma  nəticəsində  Azərbaycan  kitabxanalarında  saxlanılan  17 

ən  qədim  kitab  aşkar  edilmiş  və  onlardan  ən  qədimi  Yunan  dilindən  latın  dilinə 

1420-ci  ildə  tərcümə  olunan  ilk  kitablardan  biri,  1508-ci  il  tarixli,  qədim  yunan 

dilinin  İtaliya  humanistləri  mühitində  əhəmiyyətinin  qalxmasında  müstəsna  rol 

oynamış  “Economicorum  Aristotelis  cum  commentariis  Leonardi  Aretini” 



 

 

olmuşdur.  Kitab  İtaliyanın  15-ci  əsr  (Kvatroçento,  İtaliyadakı  ilkin  İntibah)  latın 



ləhcəsinə  tərcümə  olunub.  Kitab  Yalançı-Aristotel  Ekonomikası  (Pseudo-

Aristotelian Economics, Псевдо-Аристотелевская экономика) kimi məhşurdur.  



Strateji hədəf 2. 

Milli Rəqəmsal Yaddaşın qeydiyyat, rəqəmsallaşdırma və 

qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsi. 

 

Mühüm  nəticə  3:  Milli  Rəqəmsal  Yaddaşın  (MRY)  qeydiyyat, 

rəqəmsallaşdırma  və  qorunub  saxlanılma  prosesləri  işlək  səviyyəyə  gətirilib.  

MRY-a aid edilən istənilən informasiya vahidinin (sənədinin) konveyer üsulu 

ilə emalı sistemi qurulub.  

MRY  təkcə  Azərbaycan  dilində  və  Azərbaycanda  hazırlanmış  sənədlərin  yox, 

Azərbaycan  hüdudlarından  kənarda  xarici  dillərdə  Azərbaycanı  təbliğ  edən 

materiallar üzərində də qurulur. Bu isə Azərbaycan tarixi və mədəniyyətinin təbliği 

üçün  çox  əhəmiyyətli  bazanın  formalaşması  deməkdir.  Məsələn,  Azərbaycanın 

Macarıstandakı və Polşadakı diplomatik nümayəndəlikləri tərəfindən 350-dən artıq 

Azərbaycan  ədəbiyyatı  nümunələri  macarcaya  və  polyakcaya  tərcümə  edilmiş, 

MEK-in  müasir  e-kataloquna  daxil  edilmiş,  rəqəmsallaşdırılmış  və  MRY-ə  aid 

edilmişdir.  Və  ya,  Azərbaycan  Respublikasının  Los-Anceles  şəhərindəki 

Konsulluğu tərəfindən  hazırlanmış,  çapa  verilmiş  və    ABŞ  Federal  Poçt  Xidməti 

tərəfindən  istifadəsinə  icazə  verilmiş  “Üzeyir  Hacıbəyli  –  130”  və  “Rəşid 

Behbudov – 100” poçt markaları, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının 

çin  dilində  rəqəmsal    versiyası,  AR  Gənclər  və  İdman  Nazirliyi  və  “Virtual 

Qarabağ”  Informasiya-Kommunikasiya  Mərkəzinin  istehsalı  olan  “Caucasian 

Albania:  Turdy  truths”  sənədli  filmi,  Ülkər  Əliyevanın  Almaniyanın  “Lambert 

Academic  Publishing”  nəşriyyatı  tərəfindən  çap  edilmiş  və  musiqi  üzrə  dünya 

ixtiralar  kataloquna  daxil  edilmiş  “Musiqidə  ixtiralar:  musiqi  ixtiraçılığın  məğzi, 

xüsusiyyətləri və təsnifatı” adlı kitabı rəqəmsallaşdırılmış, e-kataloqa daxil edilmiş 

və MRY-ə daxil edilmişdir.  

MRY-a Azərbaycan üçün milli dəyər kəsb edən “Azərbaycan Milli Qəhrəmanları”, 

“4 günlük aprel müharibəsi”ndə şəhid olmuş Azərbaycan əsgərlərinin siyahıları da 

daxil edilib.  

MRY-ın Elmi-İntellektual baza layının yaradılması təşəbbüsünə başlanılıb, format 

hazırlanıb.  Azərbaycanın  MRY  bazasının  AMEA  MEK-də  formalaşdırılıb 

yerləşdirilməsini və kitabxanada vahid elektron idarəedilmə sisteminin qurulmasını 

nəzərə  alaraq,  elmi  tədqiqat  işlərinin  vahid  elektron  “Elmi-intellektual  baza”sının 

formalaşdırılması  və  mövcud  elmi  informasiyanın  mübadiləsini  təmin  etmək 

məqsədilə, AMEA elmi müəssisə və təşkilatlarının kitabxanalarına Vahid elektron 

qeydiyyat sistemi tətbiq edilməsi qərarı verildi, eyni adlı elmi  konfrans keçirildi, 

iştirakçıların yekdil rəyi ilə təşəbbüs dəstəkləndi, konfransdan sonra ümumi təlim 

və  eləcə  də  MEK-də  iş  yerlərində  hər  təşkilat  üçün  fərdi  təlimatlandırmalar 

aparıldı,  təşkilatlara  yeni  Vahid  elektron  qeydiyyat  cədvəli  verildi.  AMEA-nın 

əksər institutlarının kitabxana əməkdaşlarına yeni qeydiyyat sisteminin tətbiqi üzrə 



Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə