Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

təlim  keçirildi,  yeni  elektron  qeydiyyat  bazası  təqdim  olundu  və  yeni  elektron 



bazanın tətbiqi başlanıldı.   

Strateji hədəf 3. 

Peşəkar heyətin formalaşması. 

 

 

Peşəkar heyətin formalaşması təlimatlandırma və təlimin yerli və xarici təcrübə ilə 

interqrasiyası  üzərində  qurulub.  Təlim  mövzuları  kitabxana  idarəetmə  sistemində 

texniki  və  proqram  yenilikləri, universal  sistemləşdirmə  qaydaları, dünya  elmi  və 

mədəni  irsinin  Azərbaycan  haqqında  məlumatlar  daxil  olmaqla  vahid  qeydiyyat 

sisteminə  salınması,  sərbəst  resursların  formalaşdırılması  və  başqa  istiqamətləri 

əhatə edir. Təlimlər MEK strukturu daxilində (1-ci kateqoriya), MEK strukturları 

arasında (2-ci kateqoriya) və kənar təşkilatlara (3-cü kateqoriya) aparılır. Peşəkar 

heyətin  formalaşmasında  MEK  əməkdaşları  Azərbaycanda  və  xarici  ölkələrdə 

keçirilən  tədbirlərdə  vahid  strategiya  və  mesajlarla,  eləcə  də  təqdimat  üslubu  ilə 

çıxış  edir,  MEK-in  kolleksiya  təqdimatlarının,  ekskursiyaların,  təlimatların, 

konfranslarda çıxışların mövzuları uzlaşdırılır, tədbirlər əlaqələndirilir və komanda 

yanaşması tətbiq olunur. 

Peşəkar  heyətin  formalaşması  daimi  prosesdir,  hesabat  ilində  əsasən  aşağıdakı 

mövzularda həyata keçirilib: 

Vəzifə  öhdəlikləri  üzrə  təlimatlandırma  (1-ci  kat.)  MEK-in  Kitabxana-Xidmət, 

İnformasiya  Texnologiyaları,  Beynəlxalq Münasibətlər  və  İctimaiyyətlə  Əlaqələr, 

İnsan Resursları və İnzibati şöbələri üçün ayrı-ayrılıqda hazırlanmış “Əsasnamə və 

vəzifə öhdəlikləri” üzrə aparılmışdır.  



Çarpazlaşan  və  baza  bilik  və  bacarıqların  əldə  olunması  (2-ci  kat.)  spesifik 

fəaliyyətinə  görə  fərqlənən  struktur  bölmələri  tərəfindən  (“Kitabxana-Xidmət”, 

“Proqramçılar”, “Sərbsət Elektron Resurslar”, “Təlimlər” şöbə və bölmələri)   biri-

birinə  və  AMEA  institutlarının  əməkdaşları  və  kənar  müəssisələrə  (3-cü  kat.) 

“Vikipediyada məqalələrin yerləşdirilməsi”, “Vahid Qeydiyyat Sistemi”, “Elektron 

resurslardan  (EBSCO,  Thomson  Reuters-in  Web  of  Science,  OCLC,  Royal 

Chemistry  Society)  istifadə  qaydaları”,  “Elmi-intellektual  bazanın  yaradılması” 

mövzularında təlimlər zamanı təmin olunub.  



Təcrübənin  kənar  müəssisələr  ilə  paylaşılması.  MEK  əməkdaşları  ali  təhsil 

müəssisələrin tələbələri və AMEA institutlarının əməkdaşları ilə təlim və təcrübə 

mübadiləsi  həyata  keçirir.  MEK-də  formalaşmış  müasir  təcrübənin  tək 

kitabxanaçılıq  sahəsində  deyil,  informasiya  texnologiyaları  sahəsində  də  tətbiq 

imkanları  akademik  müəssisələrin  rəhbərləri  tərəfindən  qiymətləndirilmişdir. 

MEK-ə  ünvanlanmış  müraciətə  əsasən  adı  çəkilən  sahələrdə  təhsil  alan  tələbələr, 

AMEA  institutlarının  kitabxana  rəhbərləri  və  elmi  işçilər  üçün  müxtəlif 

mövzularda  təlim  və  təcrübə  proqramı  həyata  keçirilmişdir.  Əgər  ilk  mərhələdə 

tələbələr  ilə  təcrübə  işinin  əsas  sahəsi  MEK-in  köçürülməsi  zamanı  kitabların 

üzərinə  barkodların  və  e-çiplərin  vurulması,  siyahıya  alınması,  qablaşdırılması 

idisə,  hazırda  təcrübə  proqramında  “VİS-LİB”  daxil  olan  resursların  email 

modulları üzərində təcrübə, “Müasir rəqəmsallaşdırma”, “Elmi-intellektual bazanın 




 

 

yaradılması”,  “Vikipediya”,  “Vahid  Qeydiyyat  Sistemi”  kimi  mövzular  daxil 



edilib.  Təlim  və  məşğələlərin  əsas  fərqi  real  rejimdə  olması,  iş  yerlərində 

təcrübənin  keçirilməsi,  təlimdən  sonrakı  nəzarət,  təlim  iştirakçılarının  elmi 

sahələrinə  uyğun  çalışmalar  və  sərbəst  elektron  resurslarda  real  yerləşdirmələrin 

olmasıdır.  

Ümumilikdə hesabat ilində 767 iştirakçıya 80 təlim keçirilmişdir.   

Peşəkar  heyəti  formalaşdıran  təlimlər  sırasında  “Vikipediyada  məqalələrin 



yerləşdirilməsi” və “Elmi-intellektual bazanın yaradılması” xüsusi yer tutur.   

Mühüm  nəticə  4:  Vikipediya  elektron  ensiklopediyasının  Azərbaycanca  dil 

bölməsində  məqalələrin  yerləşdirilməsi  və  redaktə  edilməsi  sistem  şəklini 

almış,  MEK  əməkdaşları  tərəfindən  və  MEK  əməkdaşlarının  Vikipediya 

mövzusunda  keçdiyi  təlim  iştirakçıları  tərəfindən  SER-də  yerləşdirilən 

məqalələrin  sayı  sürətlə  artmış,  Vikipediya  elektron  ensiklopediyasının 

Azərbaycanca  dil  bölməsində  Azərbaycan  Milli  Ensiklopediyasından 

məqalələrin  yerləşdirilməsinə  başlanılmışdır.  Son  iki  ay  ərzində  300-ə  yaxın 

məqalə yerləşdirilmişdir.  

Azərbaycanın  qədim  tarixinin  və  zəngin  mədəniyyətinin,  müstəqillik  illərində 

qazanılmış  siyasi,  iqtisadi,  sosial  və  mədəni  nailiyyətlərinin  təbliğ  edilməsi,  ana 

dilində  informasiya  resurslarından  onlayn  istifadə  imkanlarının  genişləndirilməsi 

və  bu  məlumatların  sərbəst  elektron  resurslarda  və  sosial  şəbəkələrdə  daha  geniş 

yer  almasına  nail  olmaq  məqsədilə  “Vikipediyada  məqalələrin  yerləşdirilməsi” 

mövzusunda təlimlər silsiləsinə başlanılmışdır.  Təlimlərin əsas məqsədi – elektron 

ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini, qaydalarını 

və  üsullarını  öyrətmək,  eləcə  də  Vikipediyada  etibarlılıq  səviyyəsi  yüksək  olan 

məqalə  və  məlumatların  sayını  artırmaq,  məqalələrin  redaktə  edilməsini  təmin 

etməkdir. AMEA müəssisə və təşkilatları tərəfindən yerləşdirilməsi nəzərdə tutulan 

materialların spesifikliyini nəzərə alaraq, AMEA-nın 24 təşkilatına hər müəssisəyə 

5  gün  olmaq  şərtilə  təlim  keçirilmiş,  təlimdən  sonrakı  nəzarət  və  məsləhətləşmə 

təmin edilmişdir.  

Ümumilikdə,  MEK  Təlimlər  bölməsi  tərəfindən  AMEA-nın  institut  və 

təşkilatlarının  əməkdaşlarına,  eləcə  də  Bakı  Dövlət  Universiteti,  Bakı  Slavyan 

Universiteti,  “İşıq”  qadınlar  klubu,  QHT-lərə  Dövlət  Dəstəyi  Şurası  və  ali 

məktəblərin  tələbələrinə  Vikipediya  üzrə  hər  təlim  qrupuna  5  gün  olmaq  şərtilə 

cəmi  28  təlim  keçirilmiş,  keçirilən  təlimlərdə  167  nəfər  iştirak  etmişdir.  Bütün 

təlimlər MEK vəsaiti hesabına keçirilmişdir. 



Strateji hədəf 4. 

Beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin 

qurulması.  

MEK  beynəlxalq  münasibətlərin  və  ictimaiyyətlə  əlaqələrin  qurulmasını  və 

inkişafını  önəmli  hesab  edir.  MEK  haqqında  məlumat  əlçatan,  dolğun  və 

obyektivdir.  AMEA  Mərkəzi  Elmi  Kitabxanasının  beynəlxalq  münasibətləri  və 




Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə