Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

Başqa nəticələr: 



Qanunvericiliyə  islahat  yönümlü  təkliflər  verilib. 

12  aprel  2016-cı  il  tarixində 

AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  “Kitabxana  işi  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan 

Respublikasının  2016-cı  il  4  mart  tarixli  174-VQD  nömrəli  Qanununun  tətbiqi 

haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamının  icrasını  təmin 

etmək  məqsədilə  MEK  tərəfindən  irəli  sürülmüş  təkliflərə  həsr  olunmuş  konfrans 

keçirildi.  Konfransda  mövcud  qanuna  MEK  tərəfindən  irəli  sürülmüş  əlavə  və 

dəyişikliklərlə  bağlı  təkliflər  səsləndirildi.  Təkliflər  ümumi  müddəalarda  yer  alan 

əsas  anlayışlara  verilən  təriflərə  düzəlişlər,  kitabxana  işi  haqqında  dövlət 

siyasətinin  əsas  prinsipləri  və  vəzifələri  haqqında  maddələrə  yeni  ifadələrin  əlavə 

olunması, “Kitabxana sistemi” fəslində bəzi kitabxanaların statusunda dəyişikliyə 

dair,  “Kitabxana  fondu”  adlı  fəsildə  yer  alan  maddələrə,  eləcə  də  kitabxanaya 

vurulmuş  zərərə  görə  məsuliyyət  kateqoriyasına,  kitabxana  işçilərinin  sosial 

müdafiəsi ilə bağlı maddəyə dəyişiklik, “Nəşriyyat işi haqqında qanun”a əlavə və 

dəyişiklikləri  özündə  ehtiva  edir.  Diqqət  çəkən  təkliflər  sırasında  “Nəşriyyat  işi 

haqqında”  Qanunun  18-ci  maddəsinə  kitabın  buraxılış  məlumatına  dair  Vahid 

Elektron  Qeydiyyat-axtarış  kataloqunun  hazırlanması  və  tətbiqi  məqsədi  ilə 

biblioqrafik  təsvirin  mərkəzləşdirilmiş  şəkildə  təsnifat  indeksləri  daxil  olmaqla 

universal standartlara uyğun olaraq verilməsi, təsvirin Azərbaycan, beynəlxalq və 

MARC  21  standartlarını  özündə  cəm  etməsi,  mərkəzi  nəşriyyat  portalında 

yerləşdirilməsi, 

Azərbaycan 

Respublikası  ərazisində  fəaliyyət  göstərən 

kitabxanaların  mərkəzi  nəşriyyat  portalına  çıxışının  olması  və  portal  vasitəsilə 

vahid  elektron  biblioqrafik  təsvirin  eksport  imkanının  olması  oldu.  Təsvirin 

verilməsində  müəllifin  və  ya  tərtibçinin  iştirakının  zəruriliyi  vurğulandı,  təkliflər 

paketinə  salındı  və  AMEA  rəhbərliyinə  təqdim  olundu.  Bunlarla  yanaşı, 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası 

Heyətinin  “Dissertasiyaların  AAK-a  təqdim  edilməsi  qaydaları  haqqında” 

16.11.2007-cı  il  tarixli  (protokol  №  17-R)  qərarına  əlavələrin  edilməsi, 

“Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 

fəaliyyətini  tənzimləyən  bəzi  normativ  hüquqi  aktların  təsdiq  edilməsi  haqqında” 

Fərmanın  “Dissertasiyaların  təqdim  olunması  və  müdafiəsi  haqqında”  maddəsinə 

dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də səsləndirilib. 

 

“Elmi-intellektual baza”nın yaradılması. 

Azərbaycanın MRY bazasının AMEA 

MEK-də  formalaşdırılıb  yerləşdirilməsini  və  kitabxanada  vahid  elektron 

idarəedilmə  sisteminin  qurulmasını  nəzərə  alaraq,  elmi  tədqiqat  işlərinin  vahid 

elektron  “Elmi-intellektual  baza”sının  formalaşdırılması  və  mövcud  elmi 

informasiyanın  mübadiləsini  təmin  etmək  məqsədilə,  AMEA  elmi  müəssisə  və 

təşkilatlarının  kitabxanalarına  Vahid  elektron  qeydiyyat  sistemi  tətbiq  edilməsi 

qərarı  verildi,  eyni  adlı  elmi    konfrans  keçirildi,  iştirakçıların  yekdil  rəyi  ilə 

təşəbbüs  dəstəkləndi,  konfransdan  sonra  ümumi  təlim  və  eləcə  də  MEK-də  iş 

yerlərində  hər  təşkilat  üçün  fərdi  təlimatlandırmalar  aparıldı,  təşkilatlara  yeni 

Vahid  elektron  qeydiyyat  cədvəli  verildi.  Nəticədə    AMEA-nın  26  institutunun 



 

 

kitabxanasında yeni qeydiyyat sisteminin tətbiqinə başlanıldı, qalanlarında isə yeni 



qeydiyyat sisteminin tətbiqinə hazırlıq işləri aparılır.  

Əməkdaşların  geniş  həcmdə  sosial  müdafiəsi  həyata  keçirilib

.  Əməkdaşların 

əmək  hüquqlarının  təmin  edilməsi  üçün  ödənişsiz  hüquqi  xidmət,  sağlamlıq 

hüququnun təmin edilməsi üçün ödənişsiz səhiyyə xidmətləri göstərilir. Müntəzəm 

olaraq MEK-in strukturunda yeni qurum kimi yaradılmış İctimai Səhiyyə bölməsi 

tərəfindən peşə xəstəlikləri, peşə zərərləri, mövsüm sağlamlıq problemləri ilə bağlı 

məlumatlandırma  aparılmış,  binanın  optimal  sanitar  vəziyyəti  təmin  edilmiş, 

işçilərə  iş  yerlərində  ilkin  və  təcili  tibbi  yardım  xidmətləri  göstərilmiş,  işçilərə 

ambulator kartlar açılmışdır. İlkin tibii yardım 283 əməkdaşa, təxirəsalınmaz tibbi 

yardım  12  əməkdaşa,  bilavasitə  iş  yerində  tibbi  yardım  6  əməkdaşa  çağırış 

əsasında göstərilib. Tibbi yardım həmçinin oxucu, mühafizəçi, iaşə obyekti, “Elm” 

nəşriyyatı  və  Radiasiya  Problemləri  İnstitutunun  əməkdaşlarına,  Beynəlxalq 

Konfrans iştirakçılarına göstərilib. 

Səhiyyə  Nazirliyinin  Respublika  QİÇS-lə  Mübarizə  Mərkəzi,  İctimai  Səhiyyə  və 

İslahatlar  Mərkəzi  və  başqa  strukturları  ilə  əməkdaşlıq  nəticəsində  ödənişsiz 

səhiyyə  xidmətləri,  peşə  xəstəliklərinin  profilaktikası,  ödənişsiz  diaqnostik 

müayinələr  (ginekoloq,  mammoloq,  stomatoloq,  endokrinoloq,  ekspress  qan 

analizi)  aparılmışdır,  ilkin  və  təcili  tibbi  yardım  göstərilmiş,  əməkdaşların  iş 

vaxtlarına və sosial xərcləmələr büdcəsinə qənaət edilmiş, daimi nəzarət məqsədilə 

individual  ambulator  kartlar  açılmışdır.  Respublika  Epidemiologiya  və  Gigiyena 

Mərkəzi  ilə  əməkdaşlıq  nəticəsində  MEK  kitab  fondları,  oxu  zalları,  personal 

otaqlarında, ictimai iaşə yerlərində sanitar normaları təmin edilmişdir. Əməkdaşlar 

bazar  qiymətlərindən  ucuz,  geniş  çeşidli  və  sağlam  qida  ilə  təmin  edilmişdir. 

MEK-də  hüquqi  yardım  xidməti  çalışır,  Respublika  4  saylı  Hüquqi 

məsləhətxanasının  yüksək  dərəcəli  hüquqşunas  heyəti    ilə  əməkdaşlıq  edilir, 

müəssisənin  və  əməkdaşların  hüquqları  müdafiə  olunur.  Əməkdaşların  sosial 

aktivliyi  artırmaq  məqsədilə  qanvermə  aksiyası  keçirilmiş,  aksiyada  MEK-in  və 

AMEA-nın institutlarından 62 əməkdaş iştirak etmiş, Mərkəzi Qan Bankına 28 litr 

qan göndərilmişdir.  



Vəsaitlərin xərclənməsi. 

MEK-ə  2016-ci  il  üzrə  açılmış  vəsait  tam  təyinatı  üzrə 

və  qənaətlə  xərclənmiş,  mühasibatlıq  işləri  elektronlaşdırılmış,  əməkdaşlara 

mühasibatlığa  dair  informasiyanı  əks  etdirən  fərdi  qeydiyyat  kartları  açılmış, 

Dövlət Soial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi, Vergilər Departamentinə  

aylıq  və  rüblük  hesabatlar  vaxtında  və  dəqiq  təqdim  olunmuşdur.  Bütün 

əməliyyatlar  hesablaşma  cədvəllərində,  memorial  orderlərdə  və  baş  kitabda  öz 

əksini tapmışdır. MEK kitab və jurnal fondlarının zənginləşməsi əsas hissəsində 

büdcə xərcləmələrinin hesabına yox, məcburi nüsxələrin, hədiyyələrin və mübadilə 

olunan mənbələrin hesabına baş vermişdi.  



Yeni çeşiddə və keyfiyyətdə e-resurslar yaradılıb və istifadəyə verilib. 

Bu 


resurslara MEK-in elektron kataloqu, MEK-in rəqəmsallaşdırdığı sənədlər (Nadir 

Kitab Fondu, Şərq Ədəbiyyatı Fondu, Avropa ədəbiyyatı fondunda mühafizə 




Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə