ətraf mühitin mühafizəsi ilə əlaqədar 2,9 mlrd manat aynlmış-
dırsa, 2002-ci il üçün bu göstərici 12 mlrd manatdan çox olmuş-
dur (34, 320). Bu istiqamətdə aynlan büdcə vəsaitlərinin həcmi
sonrakı illərdə də artmlmışdır. Belə ki, 2003-cü ildə təbiətin
mühafizəsi üçün 14,4 mlrd manat vəsait aynlmışdır ki, bu da
2002-ci illə müqayisədə 19% çoxdur. Bu vəsaitin 9,1 mlrd manatı
su mənbələrinin mühafizəsinə, 4,6 mlrd manatı atmosferin müha-
fizəsinə, 0,7 mlrd manatı Iropağın mühafizəsi
üçün nəzərdə tutul-
muşdur (180, 3.02.2004). 2005-ci ildə isə ətraf mühitin mühafizəsi
üçün 3 mln manat (yeni kursla) vəsait aynlmış, bunun 1,6 mln
manatı (52,3 %-i) atmosferin mühafizəsi, 1,3 mln manatı (44,4 %-i)
su hövzəsinin mühafizəsi, 0,1 mln manatı (3,3%-i) toфaqlaпn
mühafizəsi üçün nəzərdə tutulmuşdur (100, 7.02.2006).
Ətraf mühitin mühafizəsinə nəzarətin artınlması məqsədilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təkcə 2005-ci
ildə 1836 müəssisədə yoxlama apanlmış, təbiətin mühafizəsi qa-
nunvericiliyini pozduğuna görə 2087
vəzifəli şəxs inzibati məsu-
liyyətə cəlb olunmuş, 2478 müəssisəyə qarşı iddia qaldınlmışdır
(100, 8.02.2006).
Son vaxtlar Azərbaycanda həyata keçirilən qlobal iqtisadi
layihələrlə əlaqədar ekoloji tarazlığın qorunması məsələsi xarici
şirkətlərin, xüsusilə Avropa birliyinin diqqəti
mərkəzində olmuş-
dur. Bu baxımdan “Tasis” proqrammm maliyyələşdirdiyi “Ekoloji
informasiya, ictimai təhsil və məlumatlılıq” regional layihəsi
əhəmiyyətli olmuşdur. Dəyəri 2,5 mln avro olan bu layihəni
Hollandiyanın “Royal Haskoninq” şirkəti MDB-nin 5 ölkəsində
- Azərbaycan, Gürcüstan, Belorus, Moldova və Ukraynada həyata
keçirmişdir (180, 12.08.2003). Layihənin həyata keçirilməsi
nəzərdə tutulan ölkələrdə bu məqsədlə milli qruplar yaradılmış-
dır. Azərbaycanda yaradılmış milli qrupa Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin 8 nümayəndəsi
daxil edilmişdir. Layihə bir neçə mərhələdə həyata keçirilmişdir.
Layihənin əsasını 1998-ci ildə Danimarkanın Orxus şəhə-
rində qəbul edilmiş konvensiyanın yerinə yetirilməsi təşkil edir.
Layihənin rəhbəri Veronika Vann bu proqramın mahiyyətindən
danışarkən, onun yerinə yetirilməsi üçün
layihə çərçivəsində vəzi-
fəli şəxslərə, qeyri-hökumət təşkilatlanna, kütləvi informasiya
giya və Təbii Sərvətlər NazMiyinin fəaliyyət göstərdiyi dövr
ərzində 6 milli park, 1 dövlət qoruğu, 1 yasaqlıq yaradılmışdır.
Mövcud 5 dövlət qoruğunun ərazisi 2-3 dəfə artmlıb. Belə ki, əgər
2001-ci ildə xüsusi mühafizə olunan ərazilər ölkənin 40,75 min
hektar ərazisini əhatə edirdisə, indi bu rəqəm 640,5 min hektar-
dır. Bu, respublika ərazisinin 8 %-i deməkdir. Hazırda Qafqazda
эп böyük park olan “Şahdağ” milli parkınm yaradılması üzərində
səmərəli iş gedir. Belə parklann birinin də gələcəkdə “Qızıla-
ğacda”da yaradılması nəzərdə tutulmuşdur (161, 6-7.07.2006).
Ümumiyyətlə, ətraf mühitin mühafizəsi kompleks tədbirlər
sisteminin həyata keçirilməsini tələb edir ki, bu istiqamətdə
dövlət səviyyəsində, alimlərimizin birgə səyi, Avropa Birliyi və
digər xarici qurumlann köməyi ilə müəyyən işlər görülmüş və
görülməkdədir. “Yeni İpək yolu”nun fəaliyyətinin intensivləşməsi
xarici turizmin inkişafına da geniş imkanlar açmışdır. Bu isə
yüksək ekoloji mədəniyyət çərçivəsində ətraf mühitin qorunma-
sını, ekoloji böhran nəticələrinin tez bir zamanda aradan qal-
dınlmasım tələb edir.
Respublikamızda ekoloji vəziyyətin ağırlaşmasına təsir edən
mühüm amillərdən biri ərazimizin 20 %-nin Ermənistan tərəfin-
dən işğal olunması ilə bağlıdır. Belə ki, ölkəmizin meşə ehtiyat-
larının 25-26 %-ni əhatə edən 261 min hektar sahə düşmən
tapdağındadır. Bu ərazilərdə meşə ehtiyatlarının 8-10%-i vəhşi-
cəsinə qınlmış, bir hissəsi isə yandınlmışdır. Nəticədə meşə
massivinə dəyən ziyanın həcmi 2 mlrd dollara çatmışdır (25). Bun
dan başqa, Azərbaycamn xüsusi mühafizə olunan sahələr sisteminə
daxil olan 2 dövlət qoruğu - Bəstiçay və Qaragöl, 4 yasaqlıq yeri
- Laçın, Daşaltı, Qubadlı, Arazboyu düşmən əlinə keçmişdir (26).
Təsadüfi deyil ki, Avropa Şurasının bioloji müxtəliflik böl-
məsinin direktoru Elaqio Fernandes Qalyanonun Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı məktubda
Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən yanğın törətmə
faktlanna münasibət bildirilmiş, həmçinin qurumun Canlı
Təbiət
və Ətraf Mühiti mühafizə üzrə Bern Konvensiyasının
katibliyinə
ünvanladığı məktubunda Azərbaycamn Ermənistanın işğalı altmda
olan ərazilərində törədilən yanğınlar barədə məlumat verərək
qeyd
etmişdir ki, 2006-cı ilin avqust-sentyabr aylannda Azərbay-