Şəki və digər ərazilər Azərbaycanı ekoloji cəhətdən təhlükəli
zonaya çevirmişdir. “İpək yolu”nun Ьофавг Azərbaycan ərazisindən
keçən nəqliyyat axınınm kəskin şəkildə artmasma səbəb olmuşdur
ki, bu da atmosferin çirklənməsinə öz mənfi təsirini göstərmək-
dədir. Digər tərəfdən ‘İpək yolu”nun fəaliyyəti ilə əlaqədar bu
yolun keçdiyi xətt boyunca motellərin, otellərin, təmir emalatxa-
nalannın açılmasının da ətraf mühitə mənfi təsiri artmışdır. Belə
ki, qonaq evlərinin qazanxanalanndan atmosferə karbon oksidi,
karbohidrogenlər, texniki xidmət müəssisələrindən metal tozu,
akkumulyator sexlərindən elektrolit, qələvi aerozol, şin təmiri
emalatxanalanndan minerallar, rezin tozlan, kükürd anhidridi,
rəngləyici sexlərdən rəng aerozollan, çirkli su məhlulu, qaynaq
sexlərindən mineral tozlar, azot, xrom oksidləri, hidrogen xlorid,
yanacaq mühərrikləri sexlərindən isə benzin, dizel yanacağı,
aseton atmosferə atılır ki, bu həm də “İpək yolu” ətrafı zonalann
çirklənməsi üçün şərait yaradır. Belə bir vəziyyət isə düşünül-
müş ekoloji siyasətin həyata keçirilməsini tələb edir. Təsadüfi
deyil ki, nəqliyyat dəhlizinin Ьэф азта dair çoxtərəfli əsas
sazişin 7-ci maddəsində ətraf mühitin mühafizəsi məsələsi də öz
əksini tapmışdır (126, 2001, №2, s.98).
Nəzərə almaq lazımdır ki, insanın ətraf mühitə müdaxiləsi
təkcə ekoloji deyil, həm də iqtisadi, mənəvi ziyanla nəticələnir.
Yaşadığımız həyat şəraitinin sağlamlaşdınlması, təbiətlə cəmiy-
yət arasında yaranan ziddiyyətlərin aradan qaldınlması olduqca
vacib məsələlərdən biridir. Məlum olduğu kimi, elmi-texniki tərəq-
qinin iki tərəfi var. Belə ki, bir tərəfdən o, cəmiyyətə xidmət
edir, iqtisadi tərəqqiyə imkan yaradır, digər tərəfdən isə bəşəriy-
yətə qarşı çevrilir. Həyata keçirilən fiziki, kimyəvi, texnoloji,
bioloji kəşflər bu baxımdan ibrətamiz nümunələrlə zəngindir.
Ətraf mühitin vəziyyəti iki başlıca amildən asılıdır. Bunlar-
dan biri təbiətdə baş verən kortəbii proseslər, digəri isə insanın
istehsal fəaliyyətidir. Son dövrlərdə təbiətə göstərilən antropo-
gen təsirlər daha da güclənmişdir. İnsan cəmiyyətinin hərtərəfli
düşünülməmiş eqoist fəaliyyəti insan üçün, biosfer üçün get-
dikcə daha təhlükəli vəziyyət yaradır. Müəssisələrdən, nəqliyyat
vasitələrindən atmosferə buraxılmış qazlar havada toplanaraq
dumanla birləşir və insan orqanizminə, ekoloji tarazlığa mənfi
təsir göstərir. Digər tərəfdən, atmosferə atılmış qazlar, tullantılar
atmosferin həyati əhəmiyyət kəsb edən ozon qatını dağıdır, ultra-
bənövşəyi şüalar yer kürəsinə daxil olaraq insanlann şüalanma-
sına, xəstəliklərə səbəb olur.
BMT-nin hələ 1972-ci ildə verdiyi məlumatda göstərilmişdir
ki, xərçəng xəstəliyinin 60-90 %-i ətraf mühitin çirklənməsi nəti-
cəsində baş verir (166, 127). Şəhərlərdə atmosferin çirklənməsi
normadan 5-10 dəfə artıqdır (166,130). Statistika göstərir ki, təkcə
2002-ci ildə Azərbaycan Respublikasında atmosferə 217,4 min
ton zəhərli maddə atılmışdır (33, 328). Qeyd olunan dövrdə sahə
vahidinə düşən zəhərli tullantılann xüsusi çəkisi 3 ton, əhalinin hər
nəfərinə düşən çəkisi isə 27 kq olmuşdur (33,32). 2003-cü ildə
avtomobil nəqliyyatından havaya atılan zəhərli maddələrin
ümumi həcmi 65 % artmışdır (33, 328).
Belə bir cəhəti qeyd etmək lazımdır ki, insanlann ekoloji taraz-
lığa mənfi təsiri həm birbaşa, həm də gizli baş verir. Birbaşa təsir
sənaye müəssisələrində baş verən qəzalarm nəticəsində üzə çıxır.
Gizli təsir isə flora və faunanın tədricən məhv edilməsi nəticə-
sində ilk vaxtlarda nəzərə çarpmadan baş verir. Birbaşa təsiri
dərhal aradan qaldırmaq mümkiindürsə, gizli təsir isə uzun müd-
dət keçdikdən, hətta onilliklərdən sonra da öz təsirini göstərir
(126, 2001, №2, s.27,28).
“İpək yolu”nun əsas hissələrindən olan Bakı-Ələt-Hacıqabul
sahəsinin 1985-2001-ci illərdəki ekoloji durumuna nəzər saldıqda
bu zonalarda su, torpaq, bitki örtüklərində, həmçinin havada ağır
metallarm yayılması nəticəsində ürək açmayan mənzərənin yaran-
masının şahidi olmaq mümkündür. Belə ki, kimyəvi analizlər
göstərir ki, Bakının, Sumqayıtm, Səngəçalın, Hacıqabulun ağır
metallarla çirklənməsi qəbul edilmiş normalardan 10, hətta 100
dəfələrlə yüksəkdir (194,148).
Havaya atılan kontragen maddələrin 30 %-i tədricən torpağa
çökür, qalan hissə isə havada asılı halda qalır, nəfəs borusu ilə
insanın ciyərinə daxil olur. Son vaxtlar Azərbaycanm qoşulduğu
“İnogeyt”, “Tasis”, “TRASEKA” kimi qlobal layihələr respubli-
kanın ekoloji vəziyyətinə mənfi təsir göstərmişdir. İpək yolunun
keçdiyi Bakı, Gəncə, Sumqayıt kimi iri sənaye rayonlannda nəq-
liyyatın havanı çirkləndirməsinin mənfi təsiri daha çox özünü
göstərir. Tədqiqatlar göstərir ki, hər 100 ədəd avtomobil mühərri-
kindən il ərzində havaya 3 tona qədər karbon oksidi atılır (193,156).
Bundan başqa, hazırda respublikamızm ərazisinin 12,9 %-i və
ya 11082 kv km sahəsi ekologiya üçün təhlükə yaradan ekzogen-
geoloji proseslərin aktivləşməsinə məruz qalmışdır. Ümumiyyətlə,
bu proses respublikada 243-dən çox sahəni - 21 şəhəri, 2 qəsə-
bəni, 220 kənd yaşayış məntəqəsini və onlara yaxm əraziləri əhatə
edir (124, 687). Bundan başqa, Azərbaycanda 251 yaşayış mən-
təqəsi sel, sürüşmə və uçqun təhlükəsi altmdadır. Əhalisi 170 min
nəfər olan 45 yaşayış məntəqəsi isə Xəzər dənizinin səviyyəsi-
nin qalxmasından əziyyət çəkir (124, 685).
Yaranmış ağır ekoloji vəziyyət ətraf mühitin sağlamlaşdırıl-
masını, onun mühafizəsi sahəsində kompleks tədbirlərin həyata
keçirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Bu istiqamətdə
respublika rəhbərliyi və müvafiq qurumlar tərəfindən müəyyən
işlər görülmüş və görülməkdədir. Belə ki, 1992-2000-ci illərdə
təbiətdən vəhşicəsinə istifadə edilməsinin qarşısım almaq üçün
“Azərbaycan Respublikasınm ekoloji təhlükəsizliyi haqqında”,
“Azərbaycan Respublikasında təbiəti mühafizə və təbiətdən istifadə
haqqında”, “Azərbaycan Respublikasında heyvanat aləminin
mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” və digər mühüm qanunlar qəbul edil-
mişdir (12,5), Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
Milli Elmlər Akademiyası alimlərinin, Dünya Bankınm və icti-
mai ekoloji təşkilatlarm köməyi ilə ətraf mühitin mühafizəsi üzrə
Milli fəaliyyət proqramı hazırlanmış, 1998-ci ildə Azərbaycan
hökuməti tərəfindən təsdiq olunmuşdur.
Proqramda ətraf mühitin mühafizəsi ilə əlaqədar fəaliyyətin
9 mühüm istiqaməti müəyyənləşdirilmişdir ki, bunlar aşağıda-
kılardır:
1) Ətraf mühit üzrə siyasət, qanunvericiliyin hazırlanması;
2) Xəzər dənizinin ekoloji problemləri;
3) Sənaye, energetika, nəqliyyat və tullantılar;
4) Su ehtiyatlan və atmosfer havası;
5) Abşeron yanmadasmm ekoloji problemləri;
6) Biomüxtəliflik;
7) Meşə və kənd təsərrüfatı;
Yüklə Dostları ilə paylaş: |