Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   63   64   65   66   67   68   69   70   ...   138

142 
 
93
 Yenə orada, s. 119. 
94
 Qazi  Bürhanəddin. Divan. Bakı, 1988, s. 4. 
95
 Yenə orada, s. 6. 
96
 Yenə orada, s. 11. 
97
 Yenə orada, s. 16. 
98
  Bax:  Hacıyevа  Z.Т.  Suli  Fəqih.  Yusif  və  Züleyxa  (XIV  əsr  Azərbaycan  yazılı 
abidəsi. Mətn və leksik oçerk). Bakı, 1991. 
99
 Qəhrəmanov S., Xəlilov Ş. Mustafa Zərir. Yusif və Züleyxa (Poemanın mətni və 
tarixi-qrammatik oçerk). Bakı, 1991. 
100
 Yenə orada, s. 167. 
101
 Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, s. 228. 
102
 Yenə orada, s. 301. 
103
 Yenə orada, s. 302. 
104
 Kərimov  K. Azərbaycan miniatürləri, s. 8. 
105
 Yenə orada, s. 10. 
106
 Yenə orada, s. 10. 
107
 Yenə orada, s. 12. 
108
Azərbaycan tarixi. 7 cilddə. III cild, s. 150. 
109
Bax:  Səfərova    Z.Y.  Səfiəddin  Urməvi.  Bakı,  1995;  Yenə  onun.  Azərbaycanın 
musiqi  elmi  (XIII-XX  əsrlər).  Bakı,  1998;  Üzeyir  Hacıbəyov.  Azərbaycan  xalq 
musiqisinin əsasları. Bakı, 1985, s. 18. 
110
 Məhəmmədəli Tərbiyət. Göstərilən əsəri, s. 89. 
111
 Yenə orada, s. 89. 
112
 Qiyasi C. Yaxın-uzaq ellərdə, s. 9. 
113
  Хамдуллах  Казвини.  Нузхат  ал-кулуб  (Материалы  по  Азербайджану),  с. 
51. 
114
 Muradov V. Orta əsr Azərbaycan şəhərləri, s. 66. 
115
 Onullahi S.М. XIII-XVII əsrlərdə Təbriz şəhəri, s. 198. 
116
 Azərbaycan tarixi üzrə qaynaqlar, s. 178. 
117
 Muradov V. Orta əsr Azərbaycan şəhərləri, s.73. 
118
 Yenə orada, s. 73. 
119
 Yenə orada, s. 92. 
120
 Yenə orada, s. 113. 
121
 Qiyasi C. Yaxın-uzaq ellərdə, s. 8. 
122
 Yenə orada, s. 9. 
123
 Yenə orada, s. 90. 
 
 
 
 
 


143 
 
IV FƏSİL 
 
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ XV ƏSRDƏ 
 
§ 1. Dövrün ictimai-siyasi, iqtisadi mühitinə ümumi baxış 
 
XV  əsrin  əvvəlinə  doğru  Azərbaycan  ictimai-siyasi  təkamülünün  yeni 
mərhələsinə  qədəm  qoydu.  Bu  zaman  ölkənin  şimal  qismində  bir  neçə  yüzillik 
ərzində  siyasi  müstəqilliyini,  varlığını  qoruyub  saxlamaq  uğrunda  gərgin  hərbi-
siyasi,  xüsusilə  diplomatik  mübarizə  aparmış  Şirvanşahlar  dövləti  mövcud  idi. 
əsrlər  boyu  onun  dörd  tərəfində  müxtəlif    dövlətlər  yaranmış,  güclənmiş,  bir  çox 
hallarda Şirvanşahlar dövlətini də vassal ağalığına salmış və siyasi tarix səhnəsini 
tərk  etmişlər.  Daxili  siyasi  sabitliyi  qorumağa  çalışan  Şirvanşahlar  uğurlu, 
mütəhərrik  xarici  siyasət  sayəsində  sülalə  hakimiyyətini,  dövlət  müstəqilliyini  də 
mühafizə  edə  bilmişdilər.
1
  XIV  əsrin  sonlarına  doğru  Azərbaycanın  cənub  qismi 
Cəlairilər  dövlətinin  tərkibində  idi.  Son  Cəlairi  hökmdarı  Əhməd  (1382-1410) 
gərgin sülalədaxili mübarizədə qalib çıxaraq parçalanma təhlükəsi qarşısında olan 
Cəlairilər dövlətinin ərazi bütövlüyünü bərpa edə bildi. 
Lakin Sultan Əhməd obyektiv prosesin (sülalə hakimiyyətinin süqutunun) 
qarşısında  aciz  idi.  Yaxın  və  Orta  Şərq  hökmdarlarını  vahiməyə  salmış  Əmir 
Teymurun  hərbi  yürüşü  qarşısında  davam  gətirə  bilməyəcəyini  anlamış  sultan 
Əhməd  Azərbaycanı  tərk  edərək  Bağdada  qaçmalı  oldu.  Cənubi  Azərbaycanda 
hakimiyyətə  vaxtilə  Sultan  Əhmədə  xidmət  etmiş  Qaraqoyunlu  Qara  Məhəmməd 
yiyələndi. Tezliklə Azərbaycanın cənub qismi yenidən Əmir Teymurun viranedici 
hərbi yürüşünün hədəfinə çevrildi. Ölkənin bu hissəsi Qərbi İran və İraqla birlikdə 
Əmir  Teymurun  bölgüsünə  əsasən  onun  4  oğlundan  birinin  –  Miranşahın 
hakimiyyəti  altına  keçdi.  Beləliklə,  1370-ci  ildə  dövlət  qurmuş,  bu  dövlətin 
ərazisini  işğal  olunmuş  ölkələr  hesabına  genişləndirmiş  Teymur  banisi  olduğu 
Teymurilər  səltənətinin  (1370-1507)  parçalanmasının  da  əsasını  qoymuşdu.  Əmir 
Teymurun ölümündən sonra məhz buna əsaslanan Teymuri hökmdarları (xüsusilə 
Şahrux)  “itirilmiş  ata  yurdunu  geri  qaytarmaq”  şüarı  bəhanəsi  ilə  Azərbaycana 
dəfələrlə  hərbi  yürüşlər,  həmlələr  təşkil  etdilər,  ölkənin  ictimai-iqtisadi,  mədəni 
potensialına  xeyli  ziyan  vurdular.  Əqli  cəhətdən  qüsurlu  olan  Miranşahın  Cənubi 
Azərbaycandakı  hakimiyyəti  ara  müharibələri,  əhalinin  maddi  vəziyyətinin 
durmadan  ağırlaşması,  günahsız  şəxslərin  edam  olunması,  yerli  hakimlərə  divan 
tutulması,  ölkənin  maddi  və  mənəvi  sərvətlərinin  amansızcasına  qarət,  viran 
olunması,  əsrlər  boyu  yaradılmış  memarlıq  incilərinin  dağıdılması  halları  ilə 
əlamətdar olmuşdur. Miranşah özünə tabe olan əraziləri genişləndirmək arzusu ilə 
Bağdada, Sultan Əhməd Cəlairi üzərinə uğursuz hərbi yürüş etdikdən sonra Təbriz 
əhalisinin  üsyanını  amansızcasına  yatırdı.  Bundan  sonra  Şəki  hakimi  Seydi  Əli 
Orlat onun hücum obyektinə  çevrildi.  Şəki ərazisini viran  etmiş Miranşah Əlincə 


144 
 
qalasında cəmləşmiş üsyançıları mühasirəyə aldı, lakin üsyançıların müqavimətini 
qıra  bilmədi.  14  il  (1387-1401)  davam  etmiş  mühasirə  Miranşahın  acınacaqlı 
məğlubiyyəti  ilə  başa  çatdı.  Artıq  aydın  oldu  ki,  Əmir  Teymurun  və  onun 
varislərinin Azərbaycandakı hakimiyyəti süqut ərəfəsindədir. 
Əmir  Teymur  vəfat  etdikdən  sonra  Azərbaycanda  siyasi  müstəqilliyə, 
daha  sonra  isə  bölgədə  hegemonluğa  can  atan  qüvvələr  arasında  çəkişmələr 
başlandı.  Əlverişli  məqamın  yetişdiyi  qənaətinə  gəlmiş  “Sultan  Əhməd  1406-cı 
ildə qayıdıb Təbrizi ələ keçirdi və Cəlairi dövlətini bərpa etdi. Lakin öz əmirləri ilə 
əhaliyə zülm edən Əhməd xalqın nifrətini qazandı. Təbrizlilər Əbubəkrə müraciət 
edib  onu  şəhərə  dəvət  etməyə  məcbur  oldular.  əhməd  yenə  Bağdada  qaçdı. 
Əbubəkr də tezliklə Qaraqoyunlu Qara Yusif tərəfindən məğlubiyyətə uğradıldı”.
2
 
Beləliklə, təqribən 20 il ərzində (Teymurun hərbi yürüşlərindən Qara Yusifin siyasi 
tarix  səhnəsinə  gəlişinədək  olan  müddətdə)  Azərbaycanın  (Şirvan  və  Şəki  istisna 
olunmaqla) iqtisadi və mədəni inkişafı qarşısında xeyli əngəllər yaranmışdı. 
XV  yüzillikdə  Azərbaycanın  (xüsusilə  ölkənin  cənub  qisminin)  ictimai-
iqtisadi,  siyasi,  mədəni  inkişafı  XIII  əsrdən  başlayaraq  Anadoluda  məskunlaşmış 
oğuz  mənşəli  Qaraqoyunlu  və  Ağqoyunlu  tayfa  birləşməsinin  hərbi-siyasi 
fəaliyyəti  və  bu  fəaliyyətin  nəticələri  ilə  bağlı  olmuşdur.  Onlar  da  zaman-zaman 
(eramızın əvvəllərindən etibarən) Azərbaycana  gəlmiş, bu torpağa bağlanmış türk 
ellərinə mənsub idilər, monqolların hərbi-siyasi təzyiqi nəticəsində Anadolu (Kiçik 
Asiya) yarımadasına (xüsusilə onun şərq hissəsinə) köç etmiş, bu ərazidə  məskən 
salmış, vaxtaşırı olaraq Azərbaycana qayıtmağa can atmışlar. 
Bu  tayfaların  Azərbaycana  qayıdışı  üçün  əlverişli  məqam  XV  əsrin 
əvvəllərində  yarandı.  Əlverişli  tarixi  şəraitin  yetişməsi  vaxtilə  İraqa  və  Suriyaya 
köç  etmiş  türk  ellərinin  də  Azərbaycana  qayıdışını  sürətləndirmişdi.  XV  əsrin  I 
yarısında  siyasi  həyatda  Qaraqoyunlu  tayfalarının  (Baharlı,  Sədli,  Qaramanlı, 
Duharlı,  Alpout,  Cəgirli,  Hacılı,  Ağacəri),  ikinci  yarısında  isə  Ağqoyunlu 
tayfalarının  (Bayandur,  Əfşar,  Bayat,  Qacar,  Əmirli,  əhmədli,  Şamlı,  Mosullu, 
Pornak,  Beqdilli,  ərəbgirli,  İnallı,  Bicənli,  Rumlu,  Türkman,  Heydərli  və  s.)  fəal, 
həlledici  rolu  olmuşdur.  Qaraqoyunlular  XIV  əsrin  sonlarında  Şərqi  Anadoluda 
bəylik  yaratmışdılar  və  yeni  əsrdə  artıq  mövcud  olan  siyasi  qurumun  ərazisini 
genişləndirnək  imkanı  yarandı.  Siyasi  meydanda  Qaraqoyunluların  ilk  rəqibi 
Teymuri Əbubəkr idi və onun hərbi qüvvələri 1406-cı ilin oktyabrında Naxçıvanın 
qərbində, Araz çayının sahilində acınacaqlı məğlubiyyətə uğradıldılar. 1408-ci ilin 
21  aprelində  Təbrizin  cənubundakı  Sərdrud  adlı  yerdə  Qara  Yusifin  20  minlik 
Qaraqoyunlu qoşunu Teymuriləri ikinci dəfə darmadağın etdi: Miranşah öldürüldü, 
Əbubəkr  isə  döyüş  meydanından  qaçmaqla  öz  həyatını  xilas  edə  bildi.  “Qara 
Yusifin  Əbubəkr  üzərində  ikinci  qələbəsinin  mühüm  tarixi  əhəmiyyəti  vardır. 
Bundan  sonra  Azərbaycanda  Teymurilərin  ağalığına  son  qoyuldu,  Teymurilər 
imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azəbaycan 
Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı”.
3
  1410-cu  ilin  30  avqustunda  Qara 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə