Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   87   88   89   90   91   92   93   94   95

368 
 
MƏTNLƏRİN SÖYLƏYİCİLƏRİ  
HAQQINDA  
 
Aşağıda  mətnlərin  söyləyiciləri  haqqında  məlumat  veril-
mişdir.  Əgər  bir  söyləyicidən  bir  neçə  mətn  yazıya  alınıbsa, 
birinci  dəfə  onun  haqqında  daha  geniş  məlumat  verilir,  növbəti 
dəfə isə söyləyicinin adı, mətnin yazıya alındığı yer qeyd olunur.  
Nağılların süjet nömrəsi isə “Azərbaycan nağıllarının süjet 
göstəricisi”  (Bakı:  Elm  və  təhsil,  2013)  əsasında  verilmişdir. 
Topludakı  nağılların  böyük  əksəriyyətinin  həmin  kitabda 
qarşılığına rast gəlinir, yalnız bir neçə süjetin qarşılığı yoxdur ki, 
onlar haqqında da əlavə məlumat verilmişdir. 
 
 
NAĞILLAR 
1. Halal  qazanc.  İsmayılova  Mehparə  Hüseyn  qızı,  Qaradaş 
kəndi, təvəllüdü 1948, təhsili səkkizillik. TR 835**+0. Nağıl iki 
süjetin birləşməsindən təşkil olunub, ikinci süjet ilk dəfə yazıya 
alındığı  üçün  qarşılığına  rast  gəlinmir.  Söyləyicinin  dediyinə 
görə, sözə-söhbətə çox marağı olub, molla, aşıq, ağsaqqal görəndə 
həmişə  onların  yanında  oturub  söhbətlərinə  qulaq  asıb.  Bildiyi 
nağılları da atası İsmayılov Hüseyn Mirqasım oğlundan eşidib.  
2. Ovçu  Əhməd.  İsmayılova  Mehparə  Hüseyn  qızı,  Qaradaş 
kəndi. TR 465E* = AT 513C 
3.Yazıya  pozu  yoxdur.  İsmayılova  Mehparə  Hüseyn  qızı,  Qara-
daş kəndi.  TR 930A+934B. “Yazıya pozu  yoxdur” süjetinin  bir 
variantı da Bozalqanlı kəndindən Abbas Abbasovdan qeydə alınıb. 
Ciddi variant fərqi olmadığı üçün kitaba daxil edilməyib.    
4.
 
 Məhəmməd və Baba Sədri. Musayev Musa Məmmədyusif oğlu, 
Seyidlər kəndi, təvəllüdü 1939, təhsili orta, sənəti dülgər. TR 970 
5. Döyülən  ölü.  Əhmədov  Kamal  Həmid  oğlu,  Qaradaş  kəndi, 
təvəllüdü 1934, təhsili orta. TR 507C 
6.
 
 Bilici  uşaq.  Axundov Qayıf Əşrəf oğlu, Aşağı Bozalqanlı kəndi, 
təvəllüdü 1920, təhsili yeddiillik, sənəti molla. TR 679* = AT 875D 


369 
 
7. Qız  kimə  ərə  getsin?Abdullayev  Sakit  Qara  oğlu,  Yekallar 
kəndi, təvəllüdü 1947, təhsili ali, ixtisası müəllim. TR 653A 
8. Səxavətli Hatəm. Əhmədov Kamal Həmid oğlu, Qaradaş kəndi. 
TR 750B 
9.
 
Səxavət  insanlıqdandır.  Niftəliyev  Əlixan  Abbasqulu  oğlu, 
Məşədivəlilər  kəndi,  təvəllüdü  1942, təhsili  orta, sənəti  aşıqlıq. 
TR 750B 
10.
 
Səxavət  ibadətdən  üstündür.  Kazımova  Minayə  Nəsib  qızı, 
Qaradaş kəndi, təvəllüdü 1935, təhsilsiz. TR 750B** 
11.
 
İbadət  yaxşıdır,  yoxsa  səxavət?  Xəlilov  Məcid  Qulu  oğlu, 
Şamlıq  kəndi,  təvəllüdü  1930,  təhsili  ibtidai,  sənəti  sürücü.  TR 
750K* 
12.
 
Saili  borcdan  qurtaran  Əli.  Nəbiyev  Valeh  Şəmşəd  oğlu, 
Əlibəyli kəndi, təvəllüdü 1937, təhsili orta. TR 846* = AT 650A
1
 
13.
 
Məhəbbət, ömür və dövlət. İsayev İsa Cavad oğlu, Aşağı Ayıblı 
kəndi, təvəllüdü 1931, təhsili ali, ixtisası müəllim. TR 945** 
14.
 
Nəbiyev Valeh Şəmşəd oğlu, Əlibəyli kəndi. TR 945** 
15.
 
Çoban və naxırçı. Əhmədov Kamal Həmid oğlu, Qaradaş kəndi. 
TR 945** 
16.
 
Belə də getməz. Nəbiyev Valeh Şəmşəd oğlu, Əlibəyli kəndi. 
TR 996*** 
17.
 
Allaha  pənah.  Alıyev  Məhəmməd  Nadir  oğlu,  Bayramlı 
kəndi, təvəllüdü 1958, təhsili ali, ixtisası müəllim. TR 776* 
18.
 
Ömrünə üç gün qalmış şəxs. Alıyev Məhəmməd Nadir oğlu, 
Bayramlı kəndi. TR 777** 
19.
 
Üç dilək. Musayev Yunis Qara oğlu, Bozalqanlı kəndi, təvəl-
lüdü 1941, təhsili ali, ixtisası mühəndis-elektrik. TR 945*.  
Söyləyici nağılı dayısı aşıq Qədir Abbasovdan eşidib. Aşıq 
Qədir  bölgədə  qaravəlli  ustası  kimi  tanınırdı.  Yaşlı  insanların 
dediyinə  görə,  məclisə  toplaşanlar  onun  qaravəlli  söyləməsini 
səbirsizliklə gözləyərdi. Deyilənə görə, Gürcütsan tərəfdə toyların 
birində  məclisin  müəyyən  məqamında  Aşıq  Qədir  adəti  üzrə 
keçəl haqqında bir qaravəlli söyləməyə başlayır. Qaravəllinin ən 


370 
 
şirin yerində gülməkdən bəyin ürəyi dayanır. Ondan  sonra Aşıq 
Qədir həmin qaravəllini bir daha söyləməyə tövbə edir.  
20.
 
Qəbul olunmuş ehsan. İsmayılova Mehparə Hüseyn qızı, Qa-
radaş kəndi. TR 760**A 
21.
 
Kasıb qızın ehsanı. İsmayılova Mehparə Hüseyn qızı, Qaradaş 
kəndi. TR 760* 
22.
 
Kora qismət olan qız. Səmədov Səməd Axund oğlu, Hacallı 
kəndi,  76  yaş,  təhsilsiz,  sənəti  daş  ustası.  TR  437.  Toplayan: 
Fərhadov Zəfər 
23.
 
İbrahim.  Məhəmmədov  Məhəmməd  Çovdar  oğlu,  Yuxarı 
Öysüzlü  kəndi,  təvəllüdü  1923,  təhsili  yeddiillik.  Aşıq  Əsəd 
Rzayevin şəyirdi olub. TR 990 
24.
 
Çamadarçı. Məhəmmədov Məhəmməd Çovdar oğlu, Yuxarı 
Öysüzlü kəndi. İlk dəfə toplanan nağıl süjetlərindən biridir, ona 
görə TR kataloqunda qarşılığına rast gəlinmir.  
25.
 
Əzrayılın  qardaşlığı.  Axundov  Qayıf  Əşrəf  oğlu,  Aşağı 
Bozalqanlı kəndi. TR 811*+1199 
26.
 
Bütün  qadınlar  eynidir.  Axundov  Qayıf  Əşrəf  oğlu,  Aşağı 
Bozalqanlı kəndi. TR 983 
27.
 
Novruzun  nağılı.  Xəlilov  Məcid  Qulu  oğlu,  Şamlıq  kəndi. 
TR 780D* 
28.
 
Allahın birinci adı. Xəlilov Məcid Qulu oğlu, Şamlıq kəndi. 
TR 910B* 
29.
 
Allahın  təpəsinə  döyən  çoban.  Ağayev  Əlibala  Məmməd-
yusif  oğlu,  Qaradaş  kəndi,  təvəllüdü  1954,  təhsili  orta,  sənəti 
dülgər. Bu süjetin qarşılığına rast gəlinmir. 
30.
 
Məhəmməd  peyğəmbərlə  çoban.  Həsənov  Cəbrayıl  Həsən 
oğlu, Hacallı kəndi, yaşı 73, təhsili natamam orta. TR 827. Top-
layan: Fərhadov Zəfər 
31.
 
İnsanın  acgözlüyü.  Rüstəmov Aydın Oruc oğlu, Göyəbaxan 
kəndi, təvəllüdü 1935, təhsili orta. TR 842A* 
32.
 
Bir qıza üç elçi. Musayev Yunis Qara oğlu, Bozalqanlı kəndi. 
TR 828 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə