Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   83   84   85   86   87   88   89   90   ...   95

344 
 
– Ay qardaş, soruşma.  
– Ə, qurvan olum, başına dönüm, de görüm, bəlkə mən 
əlac elijəm sənin dərdinə.  
Deyir: 
– Vallah, bir vaxt var idi mən də oturuf sənin kimi belə 
çörək yiyirdim. Biri də gəldi mənim kimi bax beləsinə üzünü 
yüdü, mən də təhlif elədim sənin kimi, o da gəldi otdu mənim 
kimi. Otdux çörək yidik.  
Deyir: 
– Bəs sonra?  
Deyir: 
–  Sonra  o  durdu  mənim  kimi,  mən  də  baxdım  sənin 
kimi. Yaxınnaşdı ata mənim kimi, mən də baxdım sənin kimi. 
Atın rəşməsini açdı mənim kimi, mən də baxdım sənin kimi. 
Qantarğayı  bağladı  mənim  kimi,  mən  də  baxdım  sənin  kimi. 
Qantarğanı  atın  başına  hərrədi  mənim  kimi,  mən  də  baxdım 
sənin  kimi.  Əyağını  üzəngiyə  qoydu  mənim  kimi,  mən  də 
baxdım  sənin  kimi.  Qamçıyı  vurdu  mənim  kimi,  mən  də 
baxdım sənin kimi.  
Ata  qamçıyı  vurur,  gəler  Başkəndin  içərisinnən  keçer. 
Orda  iki  yol  var.  Göyəbaxan  yolunnan  üzü  yuxarı  qalxanda 
örör kü, bir sürü mal otdoor, içərisində bir cöngə var. Götürör 
cöngənin başını kəser, dərisini çıxarder, baş-ayağı, qarını də-
rinin arasına qoyor. Götürör cöngənin qanınnan dananın gönü-
nə yazer ki, mənim adım Kazımdı, əti bizə, gönü sizə lazımdı. 
Əti xurcuna dolduror, gətirer. Camaat yığıler, şaddığ eliyir.  
Bir müddət keçer, cöngə yiyəsi şikayət eliyir. Axtarellar… 
Kazım,  Kazım.  Tovuz  rayonunun  Böyükqışdax  kəndinnən 
Kazım addı birini tapellar. Deyillər cöngəni bu oğurroof. Kazım 
deyir ki, mənim şahidim, subutum var. Nə bilim, mən flan yerdə 
olmuşam.  Axırı  deyillər,  a  kişi,  başını  ağrıtma.  Bir  inək  ver, 
bu kişiynən barış. Şikayət olsa, səni sürgün eliyəllər. İnəyinin 


345 
 
birini aparıf bu kişinin qapısına bağler. Üsdən bir müddət ke-
çənnən sonra Saat kişi cöngəsi itən adamnan qavaxlaşır. Deyir: 
– A qardaş, bə mənim cöngəmi apardı filankəs, əvəzinə 
bir inək aldım, neylədim.  
Deyir: 
– Ə, sən ona şər atıfsan, cöngəni mən aparmışdım.  
Deyir: 
– Ay Saat, sən aparıfsansa, sənin halalın olsun. Bə niyə 
Kazım yazılmışdı ora? 
Halallığı orda qazanıf da.  
  
132. SƏN ALDIN DƏNDƏN, MƏN ALDIM UNDAN 
 
Seyid Saat haraveynan Rəhimlidə suqarışan yerdə dəyir-
mana taxıl aparer. Axşam geder ki, gejə dənimi üyüdüf səhər-
səhər  gələrəm.  Gedəndə  örör  kü,  bunnan  qavax  da  bir  hara-
vaynan  gəliflər,  dəni  töküflər  dəyirmanda  dənniyə,  dəyirman 
üyüdör. Haravalardan öküzdərin boyunduruğunu çıxarder, yerə 
qoyor. Bu kişinin də öküzdəri dəyirmanın yanındaymış. Deyir: 
–  Sənin  öküzünü  də  haylıyım,  yolun  üstündə  yaxşı 
otdux var, getsin orda otdasın, sonra gətirərik.  
Bu yönünü çöyürür, öküzdəri haylıyıf o tərəfə aparanda 
örör  kü,  bu  kişi  gəldi  bunun  çuallarının  ağzını  aşdı,  hərəsin-
nən bir çanax... Dörd çualdan dörd çanax dən götdü, apardı öz 
dəninin  üstünə  tökməyə.  Öküzdəri  keçirer  yolun  o  tərəfinə, 
meşənin içərisinə. Qayıder gəler, heş nə demir kişiyə. Səhərə 
yaxın kişinin dəni üyüdülör qutarer, nööbə gəler çatır Maşadı 
Saada. Kişi geder öküzdəri gətirməyə. Bu da çualları açer, hər 
çualdan bir çanax unu götürör öz çualına boşalder. Kişi gəler 
xayiş eliyir, deyir: 
–  Kömək  elə  boyunduruğu  qaldırıf  öküzdərin  boynuna 
qoymağa.  


346 
 
Qoyor,  samısını  geyindirer,  yola  düşör.  Kişi  bir  xeylax 
gedənnən sonra Saat bunu çağırer, deyir: 
–  Ay  qardaş,  sən  mana  bir  sirri  izah  elə,  görüm,  bu 
nolan şeydi? 
Deyir: 
– Nə sirridi?  
Deyir: 
– Sən aldın dənnən, mən aldım unnan, nə çıxdı bunnan? 
  
133. SEYİD SAADIN PARÇA ALMASI 
 
Çay Rəsillidə Mehdi adında biri tacirrik eliyirmiş. Yağ, 
şor, nə bilim, pendir, qurut, kənd təsərrüfatı məhsullarını yığar-
mış, gətirif Gəncəbasarda, Şəmkirdə, Touzda parçaya,  kənddə 
nə  tələb  olunur  ona  dəyişərmiş,  onnan  dolanarmış.  Yanında 
da bir şəyirdi varmış. Saadın yazbaşı pulu olmor. Gəler görör 
mağazinin içərisində camaat alver eliyir. Girir içəri, deyir: 
–  Ay  Mehdi,  mana  uşaxlar  üçün  parça  lazımdı  tuman-
qofta  tikdirməyə, nə bilim, başına  yaylıx lazımdı,  əyağına nə 
lazımdı. Bə buları ver, ancax pulum yoxdu, – deyəndə bu qaş-
qavağını tökör.  
Deyir: 
– Görmörsənmi sənnən qabaxda nə qədər adam var? 
Saat  dinməzcə  çıxer.  Mehdi  də  bu  camaatdan  yığdığı 
yağı, şoru, pendiri samannığa yığermış. Saat gedir samannıx-
dan iki qarın
130
 yağı götürör, qoltuğuna  vuror, gətirer Mehdi-
nin qavağına qoyor. Deyir: 
–  Ə,  mən  səni  sıneerdım.  İki  qarın  yağa  yetdik  mana 
parça ver.  
                                                
130
 Qarın – yağı qurudulmuş qoyun qarnının içində saxlayırlar.  


347 
 
Bu  da  heş  nə  demir,  qarınnarı  çəker.  Şüphələner  ki,  ə, 
bu çəkilər mana tanışdı. Biri otuz beş kilodu, biri otuz iki kilo. 
Heş  nə  demir.  Əlacı  kəsiler  bu  kişiyə  yağın  müqavilində 
lazımı şeyləri verer, Saat çıxer geder. Yaylağa köçöllər. Payız 
vaxdı yaylaxdan gələndə Saat iki qarın yağ gətirer. Gəler. Deyir: 
– Eşiderəm, ay Saat.  
Deyir: 
– Sana borcum var idi, o borcumu gətirmişəm, odu, atın 
üstündədi. O şəyirdinə denən getsin onu götürsün.  
Deyir: 
– Nə borcun?  
Deyir: 
–  O  iki  qarın  yağ  öz  yağın  idi,  samannıxdan  götürüf 
sana  çəkdirmişdim.  Sən  qaş-qavağı  tökəndə  mən  də  getdim 
sənin  öz  yağını  gətirdim,  özünə  çəkdirdim,  əvəzində  filan 
şeyləri aldım. İndi borcumu gətirmişəm, onu götü.  
 
134. HIÇQIRAN MƏHƏMMƏD 
 
Hıçqıran  Məhəmməd  bir  günnəri  rayon  ərazisinnən 
gəler meşəliyə çater. Başqa bir kənddə bulax başında görör ki, 
bir dəstə adam yiyif-içellər. Meşəbəyidi, filandı – bular oturuf 
yiyif-içellər. Bunnan da tanış imişdər. Deyir: 
– Ay Məhəmməd kişi, gəl oturax bir yerdə çörək yiyək, 
uzaxdan gəlersən.  
Oturub bularnan çörək yiyir. Deyir: 
– A Məhəmməd, bunnan da gəlsənə bir istəkan içəsən.  
Bu vaxta kimi də bu, içki içmiyifmiş. Buna götürüb bir 
istəkan  kanyak  verellər  işməyə.  İçənnən  sonra  bu  gəyirir  bir 
balaca.  Deyir  ki,  ay  Sədiyar,  bu  nə  yaxşı  soyuxdu.  Ateyin 
ehsanında. Adam içənnən sonra gəyirir, mədəsi dincəler.  
– Ay Məhəmməd əmi, gənə verimmi?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə