Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   80   81   82   83   84   85   86   87   ...   95

332 
 
– Ə, erməni, nooldu, heyvan kimi yiyirsən üzümü.  
Erməni deyir:  
– Can qardaş, bu dəfə heyvan kimi  yiyirəm, gələn dəfə 
müsürman kimi yiyəcağam. 
 
120. ÖZÜM TOVUZLUYAM, EŞŞƏYİM BAKILI 
 
Keşmişdə  lətifə  ustası  bir  nəfər  gəler  Touz  rayonuna. 
Touz rayonunda bir nəfər də lətifə ustası olor. Həmişə eşşəyini 
miner,  bulaxdan  stalovalara  su  sater,  beş  manat  çörək  pulu 
qazanerdi.  Bakıdan  gələn  şəxs  Touzda  bir  nəfərə  qonax  olor. 
Ev  yiyəsi fikirrəşer ki, eşşəknən su daşıyan nəyə qadirdi. Yol-
nan getdikləri yerdə görör kü, bu kişi eşşəynən gənə su aparer. 
Eşşək arabasında oturuf mürgü vurur, eşşək vərdiş eliyif, yolnan 
özü geder. Touzdu Bakıdan gələnə deyir ki, sən canı, gör bunu 
bağlıya bilirsən? Bakılı maşını saxlıyıf böyründə siqnal verir.  
– Qardaş, – deyəndə hazırcavab kişi başını qaldırer.  
Deyir: 
– Eşiderəm.  
Deyir ki, haralusuz? Kişi fikirrəşer ki, bu bakılıdı, buna 
sataşer. Deyir: 
– Qardaş, qadan alem, özüm touzduyam, eşşəyim bakılıdı. 
 
121. YEMƏK KİMƏ ÇATIR? 
 
Bir müsürman, bir yahudi, bir erməni – üçü yoldaş olullar. 
Üçünün  bir  nəfəri  doydurası  yeməyi  olor.  Fikirrəşellər  ki,  ə, 
bunu  üçümüz  də  yisək,  üçümüz  də  aj  qalajeyih.  Nağayrax, 
neyliyək?  Müsürman  hiyləyə  əl  ater.  Deyir  ki,  qardaş,  gəlin 
yatax, görək kimin peyğəmbəri kimə yaxşı nəsiyətdi söz desə, 
savah  danışax  bir-birimizə. Hansı peyğəmbərin sözü  nəsiyətdi 
olsa, yiməyi o yisin. Birimiz yiyək, ikimiz də aj qalax, zərəl yoxdu.  


333 
 
Bu minvalnan gejə yatışellar. Gejə yatışanda yahudiynən 
erməni  yater,  müsəlman  qalxer. Yiməyi  yiyir,  rahat  yater.  Sa-
vah yahudi qalxer. Deyir, mənim peyğəmbərim gəlmişdi, mana 
belə bir rəvayət danışdı. Xaçpərəs deyir ki, mənim peyğəmbə-
rim gəlmişdi, mana belə bir rəvayət danışdı. Müsürman deyir: 
–  Qardaş,  sizin  peyğəmbəriniz  gəldi  rəvayət  danışdı, 
mənim peyğəmbərim gəldi dedi ki, aj qarına yatma, dur yimə-
yi yi, rahat yat. Mən də durdum yiməyi yidim, rahat yatdım.  
 
122. ERMƏNİ XAÇA YALVARIR 
 
 Çovan  gederdi.  Gedəndə  gördü,  –  üzdən  irax,  erməni 
xayin  olar  da  həmişə,  –  erməni  müsürman  qavırsannığında 
qavırın  üstündə  oturor,  buloor.  Erməni  gördü  kü,  müsürman 
munu  gördü.  Tez  papağını  götdü,  nəcisin  üstünü  örtdü  kü, 
çovan görməsin. Çovan da munu görördü. Gəldi soruşdu: 
– Ayə, burda nağayrersan, a belə filan? – deyəndə dedi 
ki, heş nə. Elə yorulmuşam, qardaş, dincəlerəm. Dedi:  
– Papağın altdakı nədi?  
Dedi: 
– Quş tutmuşam.  
Dedi: 
– Yalan deyirsən.  
Papağı qurdalıyanda nəcisi gördü. Çomağı çəkdi, ermə-
ninin üstünə dirəndi ki, dur get. Erməniynən müsürman qavır-
sannığı  yanaşıydı.  Keşmişdə  dost  oluflar,  indi  olmasınnar. 
Erməniyi oturtdu öz xaçının üstündə. Çomağa qoyma dedi ki, 
xaçın  üstünü  bulamalısan.  Xaçın  üstünü  buluyannan  sonra 
çovan çıxdı getdi, hayıfını aldı. İndi erməni qalxıf yalvarer: 
Ey xaç,  
Pırnın olum
128

                                                
128
 Pırının olum – qurbanın olum 


334 
 
Çovan idi,  
Zalım idi,  
Çomağ idi,  
Dalım idi.  
Vurdu mana,  
S..dım sana. 
Məni bağışda. 
 
123. ERKƏK EŞŞƏK XODUQLU GƏZMƏZ 
 
Hamıya  məlumdu,  şəkililər  sözəgəlməz  olor.  İki  şəkili 
fikirrəşer  ki,  Bakıda  bir  nəfər  yaxşı  lətifə  deyən  şəxs  var, 
hazırcavabdı.  Bular  ikisi  də  poyuza  miner  Bakıya  gəler  ki, 
gedək söznən onu bağlıyax. Gəlellər, axtarellar, həmin şəxsin 
öyünü tapellar. Qapıyı döyüllər, xanım çıxer.  
– Ay bajı, salamməlöyküm. 
– Salam. 
– Ay bajı, filankəsin öyü budumu? 
Deyir: 
– Bəli, budu? 
Deyir: 
– Hanı? 
Deyir: 
– Hamama gedif. 
Deyir:  
–  Biz  gederik  onu  axtarmağa.  Onu  həncəri  tapax,  – 
deyəndə deyir: 
– Nəvəsinnən gedif. Əlində hamam sumkası, nəvəsi də 
yanındadı. Çoxdan gedif, yağın indicə qayıdıf gələr, – deyən-
də bular fikirrəşer ki, əlimizə yaxşı fürsət düşdü, gəl bəri baş-
dan  buna  deyək  ki,  erkək  eşşək  xoduxnan  hərrənməz.  Görək, 
bizə nə cavab verəjək. 


335 
 
Gedellər, kişiynən rasdaşellar. Baxellar, kişi əlində hamam 
sumkası nəvəsinin əlinnən tutub gəler.  
– Salam, qardaş. 
– Əleykəssalam.  
–  Biz  Şəkidən  gəlmişik.  Biz  eşitmişdik  ki,  erkək  eşşək 
xoduxlu hərrənməz. İndi gördük ki, erkək eşşək xoduxlu hər-
rəner, – deyəndə kişi hazırcavablığını yerə qoymur. Tez deyir 
ki, qardaş, mənim xanımım mana dedi ki, büyün Şəkidən iki 
eşşək gələjək bura. Sən olara qarışıf dəyişik düşərsən, ona görə 
xoduğu  mənim  yanıma  qoşdu  ki,  xoduxnan  get,  səni  tez 
tanıyım. Ona görə mən xoduxnan gəzerəm.  
 
124-125. XORUZU APARANDA PULU VERƏCƏK 
 
Seyid  Saat  Qaradaş  seyidlərinnən  olub.  Başqa  bir  yerə 
geder. Görör kü, bir dənə gəlindi, toyuxlara yaman ajığı tutuf, 
qışqırer. Deyir: 
– Toyuxları satarsanmı? – deyəndə deyir ki, sataram.  
– Neçiyə? – deyəndə qayıder deyir ki, neçədən alersan? 
Burda da toyuğ ucuz qiymətə olor. Seyid Saat deyir: 
– Birini bir manatdan.  
Arvad deyir: 
– Aha,  yaxşı oldu, onun puluna iki dəfə çox toyuğ ala-
ram. Yaxşısı budu ki, bu toyuxları buna satım, pulum çoxalsın.  
Toyuxların hamısını  yığır-yığışdırer, gətirer. Seyid Saat 
xoruzu orda saxlıyır. Deyir: 
–  Qızım,  bunun  hamısını  götürə  bilmerəm,  gedim  həm 
pulumu gətirim, həm də xoruzu aparım.  
Əri evə gələndə arvad deyir: 
– Kişi, toyuxları satdım, getdi.  
Deyir: 
– Arvad, neçədən?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə