Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   76   77   78   79   80   81   82   83   ...   95

315 
 
Bular  üçü  də  həkim  olduğu  üçün  deyir,  görəsən  bu  adam  ço-
vanmı  olub?  Bəlkə  burda  yolun  qırağında  heyvanın  yanındey-
mış,  yıxılıb  belə  olufdu.  Gəlin  müəyyənnəşdirəh.  Birinci 
həkim yaxınnaşır, deyir: 
– Ə, bu çovan olmuş olsa, bunun davanını – çarığın üzən-
gisi deyillərmiş o vaxdı, – üzəngi yara eləmiş olajax, yanı döyənəh.  
Çarığın  birin  çıxardır,  coravın  da  çıxardır,  baxır  görür 
kü, əyağının altında heş bir nişanə yoxdu. Elə bil, evdən eşiyə 
çıxmıyıfdı.  Bu  adam  nəsə  çovan  döyül,  əyağ  üstə  çox 
olmuyuf, çarıx geymiyif. Deyir: 
– Yox, bu adam çovan olmuyuf.  
İkinci həkim yaxınnaşır. Deyir ki, əyə, qoy görüm, mən 
biləjəm. Çiynini açır, deyir: 
–  Ayə,  bu  hambaldısa,  mütləq  palanın  kəndiri  çiynini 
mazol etməlidi.  
Açır baxır, görür bunda da o nişana yoxdu. Deyir ki, bu 
hambal  da  olmuyuf.  Vallah,  nəçi  oluf  diyəmmirəm.  Üçüncü 
yaxınnaşır. Deyillər, sən fikrini de. Bu, yıxılmış adamın çənə-
sinnən tutur, belə-belə qurdalıyır oana-bana. Görür kü, çənəsi 
yerində düz döyül. Deyir: 
–  Mən  bildim.  Bu  ya  aşıx  olufdu,  ya  da  məəllim  oluf. 
Söyləməhdən  çənəsi  çüyünnən  çıxıf,  yerində  durmur.  Mən 
onnan müəyyən eliyərdim. 
 
104. GƏLƏN İL O BİRİ AYAĞINI UZADARSAN 
 
Gənə  bir  kasıf  kişi  olor,  arvadı  da  təmbəl  olor.  Qonşu-
luxda  toya  çağırellar  kişiyi.  Əmbə  kişi  görör  kü,  arvad  buna 
coraf hörör. Kişi deyir: 
– Arvad, neçə aydı corav örörsən. Məni toya çağırıflar. 
Corafları gəti, geynem dana. Əyağımın burnu eşiyə çıxıf.  
Deyir: 


316 
 
– Allah mana ölüm versin, a kişi. Bircə tayı hazırdı.  
Kişi fikirrəşer, deyir: 
– Atana Allah rəhmət eləməsin, elə o bir tayını gəti.  
Bir  tayını  gətirer.  Kişi  geyiner,  biri  köhnə,  biri  təzə.  O 
zaman  da  stol-zad  yoxuymuş  dana,  yerdən  oturollarmış.  Kişi 
gəler bir yerdə oturor. Köhnə əyağını qatdıyır, üstündə oturor, 
təzə  əyağını  irəli  uzader.  Yaxın  imiş  toy  öyü.  Arvad  deyir, 
gedem  göröm  kişinin  vəziyyəti  nətəər  keçer.  Gəler,  aynadan 
baxanda örör, kişi təzə əyağını uzadıf, köhnə əyağı görühmür, 
altda qoyuf. Arvad durmor, elə aynadan deyir: 
– A kişi, Allah mana ömür versin, ölmüyöydüm, gələn il 
o biri əyağını uzadeydın. 
 
105. BİZİM DƏ HALIMIZA BAX 
 
Qulluğunuza ərz elijəm Hajallı Aşıx Qəhrəmannan Qara-
vəlli  Səməddən.  İkisi  də  həmyaşıdıydılar,  ikisi  də  bir  aşığıydı 
ha. O hancarı aşığıydısa, o da elə aşığıydı. Gedellər Balakənə, 
Qaraçöpə.  Qaraçöpdə  o  zaman  birinin  öyündə  qonax  qaler-
mışdar. Beş-üç adam çağırellarmış, oxuyollarmış, olara döyran 
yığellarmış.  Belə-belə,  gedif  çıxellar  Balakənə.  Balakəndə, 
bizim  Touzdan  köçmüş  öylər  var,  min  dokquz  yüz  on  ikinci 
ildə  köçüflər.  Arvadın  adı  Gülçiçəkdi,  yoldaşının  da  adı  Mür-
səldi.  Telli  Əsədin  qardaşı  Mürsəl.  Allah  verənnən  gətirellər, 
toyuxdan-cücədən kəsellər. Səmədnən Qəhrəman yiyir-içer. Yiiv-
içənnən sonra Qəhrəman kişi deyir (özü də birtəhər danışerdı): 
– Ay Gülçiçək!  
Deyir: 
– Can, ay Qəhrəman, nədi, dərdin alem?  
Deyir: 
–  Ay  Gülçiçək,  beş-on  gündü  çıxmışıx  öydən.  Yaman 
kirrənmişəm. Bir vedrə su qoyginan, başıma tököm.  
Gülçiçək içindən gülör. Deyir: 


317 
 
– Ay Qəhrəman, sana su qoymamışdan qavax, qoy sana 
bir söhpət eleem, onnan sonra qoyajam suyu.  
Deyir: 
– De göröm, ay Gülçiçək!  
Deyir: 
–  Bir  kasıf  kişiynən  bir  döylətdi  kişi  dost  olollar.  Bu 
kasıf  döylətdinin  öyünə  əler  həməşə  arvadınnan,  uşağınnan. 
Nolojax,  şükür  olan-olmuşa.  O  qədir  bunun  malı-döyləti, 
yiməyi,  içməyi.  Hər  gələndə  aşan-daşan,  yimək-içmək...  bu 
kasıvın qavağına tököllər, yiyir.  
Günnərin bir günü bu döylətdinin arvadı deyir ki, ə, bu 
kasıf qardaşının, gəlsən, bir öyünə edək, görəh nə cür dolaner, 
hancarı dolaner? Nolojax, arvadın sözünə baxer kişi. İkisi də 
gəler kasıvın öyünə. Gələndə öröllər, Allah göstərməsin, kasıf 
kasıfdı  da.  Kasıbın  arvadı  deyir  ki,  a  kişi,  nağayrax,  öyün 
yıxılsın,  neyliyək  bulara?  Pişirməyə  bir  şey  yox,  yeməyə  bir 
şey  yox!  Bular  da  oturor.  Arvadnan  döylətdilər  ikisi  biri-
birinin üzünə baxer. Gətirer bir kirri surfa saler. Yekə soğan-
narı varıymış. Soğanı halğa-halğa doğruyur, üstünü də duzdu-
yur,  boşqava  qoyor,  gətirer  qavaxlarına  qoyor.  Qarğıdalı 
cadınnan da balaja-balaja kökələr pişiribbiş da. İki-üş də cad 
qoyullar buruya. Döylətdinin arvadı ərinə deyir: 
– Oy, ay kişi. Halğa-halğa soğana bax, halğa-halğa cada 
bax,  –  deyəndə  bu  kasıv  arvadı  deyir  ki,  Allah  mana  ölüm 
versin,  bizim  də  halımıza  bir  baxsan.  Varını  verən  utanmaz. 
Bizim də bir halımıza bax! 
İndi,  –  deyir,  –  ay  Qəhrəman,  mənim  teleqreykama
123
 
bax!  Teleqreykanın  üstünnən  belimə  bağladığım  şalıma  bax, 
başımın çalmasına bax, əlimin hasasına bax, mənim günümə-
zadıma  bax!  Ə,  öyün  yıxılmasın,  bajarersansa,  sən  mana  su 
                                                
123
 Teleqreyka – içərisi pambıqlı üst geyimi 


318 
 
qoy,  başıma  tököm!  Mənim,  günümü-sanımı  görmörsənmi? 
Mənim durub sana su qoyajax halımmı var?  
 
106. İNŞALLAH 
 
Məclisdə söz, gaf, danışıx alınana qədər biz qaravəliləri 
danışerdıx ki, camaatı sakitdəşdirək, camaatın diqqətini aşığa 
çevirək. İşimizin başlanğıcı olduğuna görə sizə belə bir qara-
vəlli deyəjəm. 
Arvatnan kişi, deyir, əyləşmişdilər  könül xoşduğunnan. 
Bir də kişi dedi:  
–  Arvad,  mənim  könlümə  bir  ploy  tüşüf.  Gəti  bir  ploy 
pişir, yiyəh.  
Arvad dedi: 
– A kişi, onda bir inşallah de, – deyəndə, kişi yaman tərs 
kişiydi, dedi: 
– Ay arvat, nə inşallah bazdığdı. Dur, pişir deyirəm, pişir.  
İstər-istəməz qadın durdu, düyüyü artdadı, suyu qazana 
töhdü, dedi: 
– A kişi, bir inşallah de.  
Dedi: 
– Yox, lazım döyül, nə inşallah deyəsiyəm.  
Aşı  süzdü,  dəmlədi,  daralkiya  çəkimmi  deyəndə,  qapı 
döyüldü: 
– Gəl, kimsən?  
Qapıyı açanda gördü kü, xanın yasouludu. Dedi: 
– Qadan alem, xoş gəlifsən, gəl, arvat ploy pişirif, yiyəh.  
Kişinin boynunun dalınnan bir zıxma
124
 vurdu, qavağına 
qatdı, dedi: 
– Ə, nə ploylu-çuloylu çıxıfsan? Dur qavağıma tüş.  
                                                
124
 Zıxma – yumruqla vurulan yügünlvari zərbə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə