Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   84   85   86   87   88   89   90   91   ...   95

348 
 
Deyir: 
– Ayə, dərdin alem, ateyin ehsanında olsun, birin də ver, 
yaxşı şeydi.  
İkinci  istəkanı  içənnən  sonra  kişi  kefli  halda  yol  gəldi-
yin də bilmer, əyağı-əli suda-filanda. Bu, kefli vəziyətdə gəler. 
Çayqırağı yol gəler. Öyə gələndə deyir: 
– Ayə, ay Nağı!  
Deyir: 
– Nədi, ay dədə.  
Deyir: 
– Ayə, a kopoğlu, o kanyakdı nədi, niyə onnan indiyə kimi 
mana almıyıfsan? Adam onu içəndə heç yol yeridiyini bilmer. 
 
135. HAVAXTDAN İT OLUBSAN? 
 
Məhəmməd  kişi  itdən  yaman  qorxan  oluf.  Yolnan  get-
diyi yerdə biri ağacın dalına girer. Məhəmməd gəlif yanınnan 
keçəndə bunun it kimi üstünə hürör. İt kimi hürəndə bu, yolun 
altına tərəf qaçer. Burda da biri qapısına it bağlıyıfmış. Gedib 
həqiqi  itin  üstünə  çıxer.  Adam  səsinnən  qorxor,  it  də  burdan 
buna  hucum  eliyəndə  bir  az  da  bu  aşağa  qaçer,  itdən  canını 
kutarer. Baxanda görör ki, ayə, bunu birinci qorxudan it  yox, 
adamdı. İt kimi hürüb bunu qorxuzuf. Deyir ki, ayə, a kopoğ-
lu, havaxtdan it olufsan? 
 
136. SAQQAL ƏMANƏTİ 
 
Molla Əhmədalı babam təkcə Böyükqışlaxda  yox, ətraf 
kəndlərdə  də  addı-sannı  adam  oluf.  Hüzr  yeri  olanda  çalışer-
dılar ki, hüzr  yerinə Molla Əhmədalını aparsınnar. Bir qonşu 
kənd var. Bir gün gəlellər axunu ata mindirellər ki, axun, ge-
dək, bir ölü yeri var, onu yola sal, sonra gətirəjeyik. Bu molla 


349 
 
da bir az bijəltəh molloymuş, çox fağır molla döyülmüş. Geder, 
bu ölü  yerində görör kü, gözəl-göyçək gəlin hərrəner. Baana 
hərrəner,  aana hərrəner, çay  süzör, quluğ eliyir axunun qava-
ğında. Bu hərdən bir göz vuror, iki göz vuror. Arvad görör kü, 
yox, bu axun heç sakitdəşmer. Yoldaşına deyir ki, ay kişi, bu 
nə  Allahın  bəlasıydı  gətdin  buruya.  Anrı  ötörəm  mana  göz 
vuror, bəri ötörəm mana göz vuror.  
– Arvad, heylədimi? 
Deyir: 
– Bəli.  
Deyir: 
– Darıxma.  
Ölüyü aparıf basırellar, qayıdellar. Oturanda bular məs-
ləhət  eliyir  ki,  axunu  öldürsünnər.  Sonra  oların  axsakqalları 
deyir  ki,  yox,  Quşçu  camaatı  ağır  camaatdı.  Bir  axuna  görə 
biz olarnan düşman ola bilmərik. Nağayrax? Sakqal da, bığ da 
o vaxtdı da, indi də müqəddəs şey sayıler, kişilik rəmzi sayı-
ler. Deyillər, sakqalını qırxax, kəntdə biyabır olsun, ona bəsdi. 
Axunun sakqalını qırxer, gətirellər gejə, bıraxellər öyə. Bu da 
qalxanda ağzını-burnunu möhkəm sarıyer.  
– Axun, noluf? 
Deyir:  
– Bala, dişim ağreer, elə bir şey döyül. 
Aradan bir müddət keçer, yenə o kənddə ölü düşor. İndi 
bu özü gedəsi olmor, oğlu Ağceyi göndərer, çünkü özünü qə-
bul  eləmijəklər.  Oğlu  heyvəsinə  “Quran”ınnan,  kitabınnan, 
qələm-dəfdərinnən qoyor. Ata minəndə deyir: 
– Oğul, Ağca.  
Deyir: 
– Həə.  
Deyir: 


350 
 
–  Hər  şey  cəhənnəm,  sakqal  amanatı.  Gözdə,  sakqalı 
bada verərsən. 
  
137. DƏDƏNDƏN QALAN ZÜLFÜQAR BUDUR 
 
Məhərrəmlik  ayında  Əhmədalı  babamın  kəndinə  başı-
sarıxlı iranlı molla gəler. Deyir: “Məni bura şəbih çıxartmağa 
yolluyuflar, mən baş mollayam”. Molla Əhmədalı deyir: “Ney-
nək, gedək evə”. Molla Əhmədalı bunu  yoxlaşdırer, görör bu-
nun başında beş qəpiklik şey yoxdu, amma İrannan gəlif deyə 
camaat  bunu  tutor.  Oturollar,  çörək  yiyillər,  söhbət  eliyillər. 
Molla Əhmədalı deyir: 

 
 Ay qardaş, sənin ateyin peşəsi noluf? O da oxumuşmu 
oluf? 
Deyir:  

 
 Yox, qadan alem, o, dəllək olufdu. 
Molla deyir: 
– Yaxşı, yatax.  
Əvvəllər dəlləklər uşağa sünnət eliyəndə qamışdan düdük 
kimi şey düzəldirdilər. İndiki kimi dərman yoxuydu. Pambığı 
yandırıf  onu  baserdılar,  sonra  ülgücnən  kəsermişdər.  Molla 
Əhmədalı bir az pambığı bir siniyə qoyor, qamış, onnan sonra 
ülgücü  buruya  qoyor,  uşaqlarının  birinə  verer.  Tapşırır  ki, 
mən “verin” deyəndə gətirərsiniz.  
Camaat  meydana  yığıler.  İrannan  gələn  molla  İmam 
Hüseyn  rolundadı.  Atın  üstünnən  deyir  ki,  mənim  atamdan 
qalan  zülfüqarı  gətirin.  Molla  Əhmədalı  da  bunun  köməkçi-
sidi.  Bu,  atın  üstünnən  deyəndə  ki,  mənim  atamdan  qalan 
Zülfüqarı gətirin, meydan ağlaşer: “Oy atam sana qurvan, ay 
axun”.  Bir  də  deyir:  “Sana  demədimmi,  atamdan  qalan  zül-
füqarı gətir”. Molla Ağca kişi uşaxlardan yolloor. İrannı ağzın 
açer ki, dəllək ləvazimatıdı. Deyir:  


351 
 
– Kişi, bu nədi, mənim başıma oyun açersan? 
Deyir:  
– Bala, sənin dədənnən qalan zülfüqar budu. Sən dədən-
nən qalanı istersən, mən də onu vererəm.  
 
138. MƏNİM DƏDƏMƏ BU UZUNLUQDA  
“QURAN” LAZIM DÖYÜL 
 
Molla Ağca kişi rayonnan gəlermiş. Rayonnan da bizim 
kəndin arası qırx beş kilometr olar. İndi asfalt yol var, maşın-
nan  gediler,  gəliner.  Onda  qayalıxlarnan  gedif  gəlinerdi.  At-
nan  iki  günə  gedilif  gəlinerdi.  Ağca  baba  rayonnan  gələndə 
qonşu  kənddə  Rüstəm  kişi  var,  bunun  da  atı  oluf.  İndi  Ağca 
kişi piyada gəler, bu atdıdı. Bir az gələnnən sonra deyir ki, ay 
Rüstəm kişi, bilersən nə var? Deyir: 
– Nə var?  
Deyir: 
–  Onsuz  da  nööböynən  minəjeyih  atı.  Ver  atana  bir 
“Quran” oxuyum, qutarannan sonra sən minərsən.  
Deyir: 
– Nolar, Ağca qağa, oxu da. Elə dədəmə “Quran” lazım  
idi. 
Ağca  kişi  atın  üstündə  “Quran”ı  hancarı  başdıyırsa, 
bunu buna culoor
131
, onu buna culoor. Rustam kişinin də gözü 
üzündə  qaler  ki,  Allah,  görüm  bu  havaxt  qutarajax.  Kəndə 
çataçatda deyir: 
– Ay Rustam kişi, bir salavat çöör, “Quran” qutardı. 
Deyir:  
–  Ağca  qağa,  atana  qurvan  olum,  mənim  dədəmə  bu 
uzunnuxda “Quran” lazım döyüldü.  
 
                                                
131
 Culoor – calayır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə