Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   87   88   89   90   91   92   93   94   95

360 
 
Deyir  ki,  ay  qardaş,  keçəjəh.  Genə  heş  nə  deyəmmer, 
nitqi tutulor. Geder, bir az da hərrəner, gəler. Deyir:  

 
 Ay bajı, sən Allah, məni bağışda, üç nömrəli tramvay 
da keçəjəhmi? 
Deyir: 
– Ay qardaş, keçəjəh.  
Oğlan bu minvalnan on bir nömrəli tramvaya kimi çater. 
Çatanda qız bunun fikrini başa düşör. Bir də yaxınnaşer, soru-
şor. 
– Ay bajı, burdan on bir nömrəli tramvay keçəjəhmi? 
Deyir: 
–  Ay  qardaş,  bircə  dəyqə  dayan.  Vallah,  burdan  bütün 
nömrəli tramvaylar keçəjəh, amma sənin nömrən yox.  
 
149. İTLƏR HƏMD-SURASINI BİLİR Kİ? 
 
Bir gün bir din xadimi dunyadan gedənnərinə ehsan təşkil 
eliyir və lazımı adamları çağırer. Bir nəfər şəxs, vaxtilə vəzifədə 
işdəmiş şəxs,  indi  vəzifədən çıxıf,  təsadüfən bu  din  xadiminin 
öyünün  böyrünnən  keçermiş.  Görör  burda  ehsandı  də,  camaat 
yığılıf, samavar asılıf. İndi nə toy döy burda qırmızı ola, nə şan 
döy. Çalğı yox, bir şey yox. Yəqin ki, bu din xadimi ölənnərinə 
ehsan verer. Ürəyinnən keçer ki, bu din xadimi məni də çağırsa, 
yaman olar, bir qarın yiyərəm. Ehsandı də. Çox gözdöör, bu din 
xadimi  munu  dəvət  eləmer,  keçer  geder  ürəyində  qırıla-qırıla. 
Kəndin  arasında  gəler  –  başqa  bir  din  xadimi  olor,  –  muna 
yaxınnaşer ki,  a  din xadimi, filankəs  ehsan  vererdi,  mənim  də 
yaman  tamahım  var  idi.  Məni  gördü,  amma  məni  dəvət  elə-
mədi. Buna munasibətin. Bu din xadimi qayıdıf deyir ki, ə qar-
daş, o ehsanı verer ki, biz onun ölüsü üçün bir həmdi-sura oxu-
yax.  Yəqin  sən  həmdi-suranı  bilmersən,  o  din  xadimi  də  ona 
görə səni ehsana dəvət eləmiyif. Deyəndə, bu qayıder deyir ki, ə 


361 
 
din xadimi, o ehsanın sümühlərini çölə töküllər, onu itdər yiyir. 
İtdər həmdi-surasını bilermi ki, mən də biləm?  
 
150. MƏNİM KORLUĞUMU İNDİMİ BİLDİN? 
 
Bir kişinin əlli yaşı vardı, əlli yaşdı bir arvatnan yaşıyır-
dı,  amma  kişinin  gözünün  biri  koruydu.  Varrı-hallı,  qızıllı 
kişiydi. Həmişə evə gələndə qoltuğu dolu ələrdi, əlində bazar-
rıx. Bir gün axşam elə oldu ki, pulu olmadı, qoltuğu boş gəldi. 
Gələndə həmişə arvad əlində dəsmal, aftafa bunun peşvazında 
durardı.  Gördü  qoltuğu  boşdu,  aftafıyı  da,  dəsmalı  da  yerə 
qoydu. Dedi, gedim görüm niyə qoltuğu boş gəlif. Deyir: 
– A kişi, nə var, nə yox?  
Deyir: 
– Sağlığın!  
Əvvəl əli dolu gələrdi, gözü əlində olardı. İndi əli boşdu 
deyə, belə diqqətlə üzünə baxır, deyir: 
– Bıy, Allah mana ölüm versin, a kişi!  
– Aaz, özünə niyə qarğersan?  
– Ə, gözünə nooldu?  
Dedi: 
–  A  belə-filan  qızı,  əlli  ildi  bir  yerdə  yaşıyırıx,  mənim 
korruğumu indimi bildin?  
 
151. MƏN BURALI DEYİLƏM 
 
İki  piyan  toydamı,  şaddıxdamı,  yiyiv-içif  dəmlənif  gejə 
yola tüşdülər ki, öymüzə edək. Birinin hərarəti birinnən bir az 
çoxuydu. Dedi, əyə, bir kölgöy tapsax, bir daldeylanardıx. Gün 
bizi qırdı. Əmmə gejədi ha, ay da doğuf. Dedi, əyə, o aydı, gün 
döy!  Sənin  qızdırman  üstündü  mənnən. Gejədi, bəri gəl,  öyü-
müzə edək. Deyir,  yox, bir kölgöy tap. Görür ki, bir kişi inək 


362 
 
otarmaxdan  gəlir.  Bular  başdıyır  cəhlə
136
.  O  deyir  gejədi,  bu 
deyir  gündüzdü.  Axırı  bu  kişiyi  görüllər, kişidən  əl  çəkmillər. 
Deyir,  a  kişi,  bizim  şərtimizi  kəs!  Deyir,  nədi?  Deyir,  mən 
deyirəm o gündü, gün bizi qırır, gəl kölgöy tapax. O da deyir, 
ə, gün döy, aydı, gəl varax gedək. Kişi ağıllı kişiydi. Görür, əyə, 
gün desəm, bu öldürəjəh məni, ay desəm o öldürəjəh. Tez dedi: 
–  Qardaş,  başına  dönüm,  qoy  çıxım  gedim,  mən  özüm 
də heç buralı döyüləm. 
 
152. İNDİ Kİ BURAXMIRSAN, SƏNƏ VERDİM 
 
Burda  Sadıxlı  kəndi  var,  buların  çox  qəribə  əhvalatları 
var.  Bolşeviklər  gələn  ili  hamısı  öydən  meşiyə  sarı  qaçır. 
Yanıxlı  sovetdiyində  Təkə  qayası  deyilən  yer  var,  ordan  da 
meşəyə  girillər.  Deyillər,  ayə,  urus  yeriyif  gəlir,  bolşeviklər 
gəlir.  Bu  sadıxlılar  kimin  əlinə  nə  keçir,  mişoydan,  çualdan, 
xurcunnan  hərə  içinə  bir  şey  qoyor,  dalına  ötürür  meşiyə 
qaçır.  Biri  gedir,  yolda  çualın  qulpu  ağacda  bir  tingə  keçir. 
Çəkir, qopbur, elə bilir ki, urus gəlif tutufdu.  
– Ay urus, burax,  – deyir, – ay urus, burax.  Vallah, bu 
saat bu canı sənnən də eliyəjəm, özümnən də, burax.  
Urus ha tutmuyufdu, tingəyə ilişifdi. Deyir: 
– İndi ki buraxmırsan, di yeri, sana verdim.  
Çualı orda qoyuf özü meşiyə sarı gedir. 
 
153. BİR OVUC ÇİVİN 
 
İki  qonşu olor, birinin  əlinə  təsadüfdən pul  düşür, birinin 
də  bir-iki  inəyi  var.  Əlinə  pul  düşən  savatdı,  qabiliyyətdi 
adamdı. Arıçılığa dair kitab keçir əlinə. Gəlir oxuyur, görör kü, 
                                                
136
 Cəhl – mübahisə 


363 
 
bu başqa bir aləmdi. Gəlir qonşuya ki, gəl sən də mənnən şərihli 
inəhlərini  sat,  arı  alax,  belə  gəlirri  təsərrüfatdı,  varranajeyih, 
yüksəh  əhval-ruhiyyədə  yaşıyajeyih.  Bu  qonşu  fikirrəşir  ki,  ay 
Allah, mənim iki inəyim var, uşağımı bunnan saxlıyıram. Sonra 
mən bunu satıb... Birdən yaxşı da olar, yaman da olar. Deyir: 
–  Qonşu,  qadan  alım,  məni  incitməginən,  mən  inəyimi 
satıb bir ovuc çivinə  verif, o  yeşiyə doldurası döyüləm. Dol-
durdum,  yayın  istisində  də  çivin  uşdu  getdi,  dağdan  o  üzə 
aşdı.  İnəyim  itəndə  qonşudan,  qohumnan  xavar  aleram  ki, 
hardadı,  hansı  səmtdədi?  Axtarıf  taperam.  Bir  ovuç  çivini 
mən kimnən xəvər alım, tapem? 
 
154. ÖZBƏK SAQQALI KİMİ 
 
Ata  oğlannarını  başına  yığıf  deyir  ki,  hərənin  ayrı  pay 
torpağı  var,  gedin  əkin  əkin.  Qardaşın  biri  geder  təsərrüfatı 
yaxşı bejərer, əker, zəhmət çəker, zəhmətkeş olor. Biri bir az 
müftəxor örgənif, geder ordan-burdan oocaler
137
, taxılı səper, 
kom-kom  tullor,  yerdə  qalanı  da  nə  bilim  neyliyir.  Gəler  ki, 
ay dədə, lap əla səpmişəm. 
Yaz  başı  gəler,  əkin  çıxer,  hamının  taxılı  göyərer.  Ata 
yığer indi oğulların yanına ki, deyin görüm neyliyifsiniz? Biri 
deyir,  qəşəhdi  mənimkinin  vəziyyəti.  Allah  bircə  ruzusunu 
versin. İl  yağınnıx olsa, lap qəşəh olajax. O biri deyir ki, ba, 
mənimki lap qəşəhdi. Böyük deyir: 
–  Ay  dədə,  yalan  deyir.  O  gedif  özbəy  sakqalı  kimi 
ordan-burdan  ouc-ouc  tulloof  başını  girəliyif.  Havıyı  başını 
ağrıtma. Bu il əli məhsuldan çək. 
 
                                                
137
 Oocaler – ovuclamaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə