Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   82   83   84   85   86   87   88   89   ...   95

340 
 
– Uşağı tapmışam, çox xarc istellər. Məsəlçün, deyir, on 
inək,  on  qoyun,  nəvilim,  bir  at,  on  put  yağ,  qənd,  çay  –  bu 
şeyləri ver.  
Kərbalayi Zeynal oğlu Cabbar deyər ki, gəl munu yarı eli-
yək. Munun hamısını verdim, sən apardın çağa oğrusuna ver-
din, bəs sənin burda xeyrin nədi? 
Deyir: 
– Onda mənim payımı ver, aparım evimə qoyum, onun 
payını sonra verərik.  
Bu minvalnan Seyid Saat həmin adamlardan istədiyi qədər 
hak-hesavı alıf, uşağı çuxasının ətəyinə bükərək aparıf sahibi-
nə  təhvil  verer.  Burda  böyük  bir  şənlik  yaraner.  Şənlik  yara-
nanda  bunnan  xayiş  eliyillər  ki,  Seyid  Saad  ağa,  düzün  de 
görək, bu uşağı kim aparmışdı, kimdən aldın? Seyid Saat bur-
da sirrin üstün aşmer. Eləcə deyir ki, gəlinnən soruşun, görək 
bir uşaxmı yaxşıdı, yoxsa bir bamba süzməmi?   
 
129. “QURAN” BU CANA DƏYSİN 
 
Seyid  Saat  Düzrəsilli  deyilən  yerdən  o  devrin  böyük 
vəzifəli  adamının  yeddi  ilin  qısırı  bir  düyəsini  oğurroof  gəti-
rer.  Munu  kəsif  işə  keçirməmişdən  üstünü  kəsiflər.  Buların 
gəldiyini görəndə Seyid Saat baba öyünün  yaxınnığında olan 
bulaxdan bir dənə qurvağeyi götürüf köynəyin döş cibinə qo-
yuf, ağzın düyməleer. Bular gəler, dirənillər ki,  ya inəyi  ver, 
ya “Quran”a and iç. Deyir: 
–  Yaxşı,  “Quran”a  and  içif  sizi  küllü-küf  eliyərəm. 
“Quran”ı çıxardıf, əlini “Quran”ın üstə qoyuf deyir: 
–  Bu  “Quran”  –  o  biri  əlini  də  döşündəki  qurvağanın 
üstünə qoyor, – bu cana qənim olsun mənim sizin malınızdan 
elmi-güman xəbərim varsa.  
Bunnan da mal yiyəsi inanıf öyünə qayıdır. 


341 
 
130. ŞƏRİKLİ ƏKİN 
 
Maşadı  Saat  mənim  atamın  ana  babasıdır.  Onun  külfəti 
böyük olduğuna görə, oğurruğ eliyərmiş, ancaq oğurruğ eliyən-
nən  əvvəl  və  yaxud  sonra  kimnən  oğurrofsa,  onun  halallığını 
alarmış. Üç arvaddan, deyilənə görə, iyirmi üç uşağı oluf onun. 
Dokquz bajı, iki qardaş axrıncı arvadınnan oluf. Amma deyilənə 
görə, Tovuz rayonunun Vahiddi kəndində bir arvadı oluf, Şınığın 
Cücənni kəndində də bir arvadı oluf, olardan da uşaqları oluf. 
Maşadı  Saat  hardan  nə  götürsə,  onun  sahibindən  halal-
lığını alarmış. Ona görə ona halal oğru Maşadı Saat deyiflər. 
İndilərdə  də  deyillər  Halal  Saat.  Bizim  o  tərəflərdə  rayon 
mərkəzinə  bir  neçə  çıxış  var.  Onun  biri  Şınığın  Hajılar,  Qa-
ralar və Çinar kəndinnən – indi Çinarik qoyub ermənilər adını, 
–  keçirmiş,  ordan  Şəmşəddin  mahalına  gəlellərmiş,  harava 
yolu  varmış.  Bu  yola  Muncuqlu  yolu  deyillər.  Bir  yol  da 
Kirən  yolu  deyillər,  biri  də  Zəyəm  çayının  qırağınnan  Xınna 
şamlığınnan yol gəlermiş.  
Bir gün Saat kişi atını miner Şəmşəddinə gedermiş Çinar 
yolunnan.  Orda  bir  çinar  var  imiş,  ona  görə  o  kəndə  Çinar 
kəndi  deyillərmiş.  O  çinarın  divinnən  bulax  çıxermış.  Arana 
gedənnər, arannan dağa gələnnər orda dayanıf istirahət eliyif, 
çörək  yiyif,  su  içif  ordan  da  yollarına  davam  eliyərmişdər. 
Saat kişi gəler. Gələndə görör ki, bir nəfər öküzdərini buraxıf, 
oturuf  çörək  yiyir.  Bu  da  öz  süfrəsini  açer,  bir  yerdə  oturor, 
çörəyini  yiyir. Qalxanda bu kişi deyir ki, mən xayiş eliyirəm 
səndən,  kömək  elə  öküzün  yan  samılarını  boyunduruğa 
keçirim. Bu da kömək eliyir buna.  
– Nə iş görəjəksən?  
– Yer şumlooram.  
Deyir: 
– Yaxşı.  


342 
 
Boyunduruğa keçirənnən sonra öküzün başını çəker, bu 
kişi  də  xışı  tutur.  Beş  cərgə  o  yana,  beş  cərgə  bu  yana  yeri 
şumluyannan sonra kişiyə deyir ki, oldux şərik. Deyir: 
– Oldux.  
Gedir Şəmşəddin mahalında işdərini görör, bir neçə gün 
qaler. Qayıdıf gələndə görör kü,  yenə kişi oturuf çörək  yiyir. 
Bu  da  oturor  çörəyini  yiyir,  atını  buraxer,  at  bir  az  dincəler. 
Kişi duror ki, taxıl səpməyə. Deyir: 
– İndi səpersənmi?  
Deyir: 
– Hə.  
Çanağı götürör, beş çanax taxıldan səper. Deyir: 
– Sən düz səpmersən, bax, belə səpmək lazımdır.  
Beş çanağı səpib qutarannan sonra deyir: 
– Olduxmu şərik?  
Deyir: 
– Oldux.  
Gedir.  Ətrafında  yaşıyannara,  Şəmşəddin  mahalına 
gedif  gələnnərə  deyir  ki,  taxıl  piçini  vaxtı  mənə  xəbər  verin 
ki, taxılın piçilən vaxtıdı. Gəlir buna xəbər verellər, bu da ora-
ğını,  azuqəsini  götürör,  geder.  Gedəndə  örör  ki,  bu  kişi  taxıl 
pişməyə  başdıyıf.  Bu  da  bir  tərəfinnən  düşüf  başdıyır 
pişməyə.  Bir  neçə  gün  piçin  davam  eliyir.  Piçin  qutarannan 
sonra  kişi  geder  dörd  təkər  harava  gətirer,  dərz  bağladığı 
taxıldan bir harava, iki, üç, dörd. Axırıncı haravadan yarımçıx 
qaler bu kişinin bağladığı dərzdər. Keçir ki, bu tərəfdən halal 
oğru  Maşat  Saatın  bişdiyi  dərzlərdən  götüsün.  Bu  deyir  ki, 
yox,  biz  danışıx  danışmışıx,  şərikik.  Bunu  mən  pişmişəm, 
mənimkidi.  
– Əyə, etmə, eləmə.  
Bir qədər mübahisə eliyillər, söhbətdəşellər, Saat yola gəl-
mer. Axırı deyir ki, gəl belə eliyək, savax qazının yanına gedək.  


343 
 
Hava da bulutduğuymuş. Bular belə razılaşanda bu kişi 
bir az uzaxlaşmışdı, deyir: 
– Gedək bizdə qal.  
Seyid Saat deyir: 
–  Yox,  qalmeram,  elə  burda  –  taxılımın  üstə  qaleram. 
Mən getsəm, taxılı gəlib apararsan. Amma hava soyuxdu, əynin-
dəki arxalığı ver, əynimə geyinim, gejə mana soyux olmasın.  
Kişi arxalığın çıxarder verer Saada, geder evə. Səhər və-
dələşdikləri kimi gedellər qazının yanına. Saat birinci bu kişini 
qavağa  buraxer.  Nətəər  oluf  kişi  danışer.  Sözünü  qutarannan 
sonra  Saada  söz  veriləndə  Saat  deyir  ki,  mən  ki  bu  kişidə  bu 
hayasızdığı görörəm, indi deyəjək əynindəki arxalıx da mənim-
di. Elə bu sözü deyəndə kişi yapışer ki, nətəər mənimdi? 
 Deyir: 
– Yaxşı, bu səninsə, mənim əynimdə nəəzer?  
Beləliknən  də,  pişdiyi  taxılı  Saata  verellər,  taxıl  yiyəsi 
də pərt vəziyyətdə qaler. 
 
131. MƏN DƏ BAXDIM SƏNİN KİMİ 
 
Bir gün Maşat Saat sürgünnən gəlermiş. Deyilənə görə, 
Gədəbəyin  Saratovka  kəndinnən  Başkəndin  arasında  bir  ağa-
cın  divində  bulağ  olor.  Piyada,  əzinik-üzünük,  pis  vəziy-
yətdə... Sürgünnən çıxan nətəər olar? Gələndə örör ki, bir kişi 
oturuf çörək  yiyir, atını da örühlööf, at qıraxda  otdoor. Gəler 
əl-üzünü yuyur, uzaxlaşmamış kişi deyir: 
– Ay Allahın adamı, mən çörək yiyirəm, gəl otur sən də 
bir tikə çörək yi.  
Oturor,  çörək  yiyir,  su  içer.  Bir  ah  çəker.  Ah  çəkəndə 
kişi deyir: 
– Ay qardaş, dərdin nədi, nəyə ah çəkersən?  
Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə