Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   78   79   80   81   82   83   84   85   ...   95

324 
 
–  Kopoğlunun  uşağına  bax,  qoja  kişiyi  yerider,  özü  də 
eşşəyi minif!  
Deyir: 
– A bala, eşitdinmi?  
Deyir: 
– Hə. 
Deyir: 
–  A  bala,  camaatın  ağzı  ayran  torbası  döy  kü,  çəkəm 
büzəm əlimə alam. Camaat nə olsa danışajax. 
  
112. İŞİNİZ DÜZƏLİR DEYƏ GÜLÜRSÜNÜZ 
 
Molla  Nəsrəddin  qırx  lotulardan  geder  bir  gəvə  aler, 
gətirer. Vədə  verer ki, bir ildən sonra gəvənizi  verəjəm. Qırx 
lotular bir ildən sonra gəler: 
– Ay Molla, salam!  
– Əleykəssalam!  
– Ay Molla, bizim gəveyi bə niyə vermersən?  
Yalvarer,  xayiş  eliyir  ki,  qadanız  alem,  onu  düzəldəm-
mədim. Arvad xəstələndi, uşax xəstələndi. Min bəhanə düzəl-
der, qırx lotuları yola saler. Deyir, gedin bir-iki aydan sonra gə-
lin gəvənizi aparın. İki aydan sonra qırx lotular gəler. Gələndə 
görör  kü,  Molla  Nəsrəddin  yolun  qırağında  dirək  basdırıf 
tikannı məftil çəker. Deyir: 
– Ay Molla, nə iş görörsən? Bunu nəyşə çəkersən?  
Deyir: 
– Əyə, bunu çəkerəm ki, Çeyran çölünnən qoyun sürüsü 
gəlif  keçəndə,  yununu  bu  tikannı  məftil  yonsun,  yunu  yığıf 
sizin  gəvənizi  toxudom,  –  deyəndə,  qırx  lotular  gülüşöllər. 
Gülüşəndə Molla deyir: 

 
 Gülərsiniz, gülərsiniz, işiniz düzəler deyən gülüşörsü-
nüz. 


325 
 
113. BƏHLUL DANƏNDƏ 
 
Bəhlul Danəndə bir gün bazar qavağında oturuf ağlermış. 
Hökümdar  da  onun  qardaşıymış.  Vəzir,  vəkil,  sarayın  yolunu 
gedif  gələnlər  deyir  ki,  Bəhlul  Danəndə  orda  ağlıyır,  bizi  bi-
yavır eliyir. Axırı baş vəzirini göndərir ki, get çağır onu, gəlsin 
görək  dərdi  nədi.  Bəhlul  Danəndəni  gətirillər.  Patcah  soruşur 
ku, a qardaş, dərdin nədi? Camaatdan fərqli olaraq sənin dola-
nacağın  yaxşı,  bu  boyda  saray  sənin  əlində,  xəzinə  bizim  əli-
mizdə. Nə  deyirsən,  sənin ürəyindən  nə  keçir  de,  mən eliyim. 
Gedif camaat içində ağlıyıf niyə məni biyavır eliyirsən? Deyir: 
– Ay qardaş, uşaxlıxda anamız bizi çılpaxlıyıf, başımız-
dan  su  töküf  çimizdirirdi.  O  yadıma  düşüf.  İstiyirəm  sənnən 
hamama gedəm.  
Deyir: 
–  Bunu  gəl  denən,  mən  də  göndərim,  hamamı  qızdır-
sınlar, gedək çimək.  
Əmr  eliyir,  hamamı  qızdırellar.  Qardaşdar  paltar  soyu-
nan  vaxtı  Bəhlul  deyir  kin,  ay  qardaş,  ala  bir  qəpik  verim, 
mən istiyəndə mənim qəpiyimi verərsən. Deyir ki, ayə, qəpiyi 
at  oruya,  gedəndə  sana  xəzinədən  qızıl  verim,  nə  deyirsən 
verim. Qəpik nədi? Deyir: 
– Yox, əl ələ hökm eliyər. Bax, munu manşırramışam,
126
 
böyrünnən xətt çəkmişəm. Mən qəpiyimi istiyəndə maa verərsən.  
Deyir: 
–  Ə,  at  oruya,  kimdi  gəlif  oğurruyan?  Padşahdan  şey 
oğurruyajaxlar? 
Deyir: 
– Yox, əl ələ hökm eliyər. Ala tut, mən istiyəndə pulumu 
verərsən.  
                                                
126
 Manşırramaq – işarələmək, nişan qoymaq 


326 
 
Bu  qəpiyi  götürör,  atır  oruya  –  paltarının  üstünə.  Gi-
rellər  içəri.  Bədənnəri  isdanannan  sonra  qamçını  çəker,  baş-
dıyır patcahı döyməyə ki, mənim qəpiyimi qaytar. Deyir: 
– Ə, axmağ olma, burda  mən qəpiyi sana hardan alım? 
Gedəndə  sana  qəpiyini  də  verəjəm,  hələ  üstündə  bir  meşox 
qızıl da verəjəm.  
Deyir: 
– Yox ey, mənim öz qəpiyimi bu dəyqa ver.  
Deyir ki, hardan alım lüt-çılpağ sana qəpiyi verim?  
Deyir: 
–  Əgər  sənin  gücün  çatıf  bir  qəpiyi  mana  verə  bilmir-
sənsə, bu lüt camaata niyə bu qədər vergi yüklöörsən? 
 
114. BƏHLUL DANƏNDƏ VƏ BAĞDADİ-XƏLİFƏ 
 
Bəhlul  Danəndənin  qardaşı  Bağdadi-xəlifə  patcah  imiş. 
Bu Bağdadi-Xəlifəni məclislərdə, mərəkələrdə Bəhlul Danən-
də  yaman  utandırarmış.  Elə  eliyirmiş  ki,  bu  cavab  verə  bil-
mirmiş. Bu Bağdadi-xəlifə yaman fikirrəşer, deyir: 
–  Ə,  bunu  öldürəjəm,  camaat  maa  nifrət  eliyəjək  ki,  ə, 
qardaşını öldürdü, filan elədi, bəsməkan elədi.  
Bir qarı gördü ki, yaman fikirrəşer bu patcah. Dedi: 
– Ay patcah, nə dərdin, bəlkə mən də saa kömək elədim?  
Dedi: 
–  Ay  qarı,  görürsən  də  əhvalatı,  Bəhlul  Danəndə  toy-
larda, şənliklərdə məni yaman utandırer. Öldürsəm də, xalq maa 
nifrət eliyəjək, öldürə bilmirəm, nə bilim, nağayra bilmirəm.  
Dedi: 
– Ə, onu mən öldürrəm.  
Qarı dedi ha. Patcah dedi: 
– Öldürsən, saa belə nəmər verərəm, filan-bəsməkan. Bə 
nejə?  


327 
 
Dedi: 
– Yaxşı, mən bilirəm nejə! 
Getdi zəhər aldı, gətdi, çörəyə qatdı. Bu Bəhlul Danən-
də, deyir, dəli şeyiydi, dəliydi dana. Qamışı minif sabah çölə 
edirdi. Qarı dedi: 
– Ay Bəhlul, ay Bəhlul.  
Dedi: 
– Ha. 
Dedi: 
– Ə, mən saa çörək nəzir eləmişəm, bu çörəkləri gəl al, 
götü dana, mənim nəzirimdi.  
Dedi: 
– Ay qarı, götürrəm çörəyi, əmmə bir şərtnən. – Bəhlul 
bilirdi ki, bırda bir şey var. Hə – Bir şərtnən ki, xeyri də sənin, 
şəri də sənin. Atkaz eləmirəm. 
Götürdü çörəyi, örüşə sarı xeylax getmişdi ki, ördü yolun 
qırağında üç dənə adamdı, biçin biçillər. Bular Bəhlula dedilər: 
– Ay Bəhlul, bilerik, kənddən gəlersən, çörəkdən-zaddan 
nəyin var, biz yaman ajmışıx?  
Dedi: 
–  Ay  qardaş,  vallah,  yolda  bir  arvad  maa  çörək  nəzir 
elədi, alın yiyin.  
Buların sən demə, biri arvadın əri olur, biri qardaşı olur, 
biri  də  qaynı.  Çörəyi  yidilər,  yiyəndə  gördü  ki,  ayə,  bıların 
üçü də öldü.  Arvad axşam gördü ki, Bəhlul Danəndə altında 
qamış gəler. 
– A Bəhlul, çörəyi neylədin?  
Dedi: 
– Ay bajı, filan yerdə üç adam biçin biçirdi. Dedilər, ay 
Bəhlul,  yaman  ajıx,  çörəyi  ver  bizə,  bizə  çörək  gətirəndə  saa 
verərik. Mən də olara verdim, yeyif yatıflar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə