Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   77   78   79   80   81   82   83   84   ...   95

319 
 
Kişiyi apardı. Arvat peşmannadı, dedi: “Əyə, bu bədbaxta 
mən  dedim  bir  inşallah  de,  bu  demədi.  Axırı  da  belə  alındı”. 
Qazanın ağzını örtdü, oana qoydu ki, indi havaxsa gələr onda 
yiyərih. Gözdə, gözdə, gözdə, kişi gələsi olmadı. Arvat  yerinə 
uzandı yatmağa. Gejənin bir vaxtı işi nəydisə, kişiyi buraxdı-
lar. Kişi gəldi qapıyı döydü. Arvat soruşdu:  
– Kimdi?  
Dedi: 
– Ərinəm, inşallah.  
Dedi: 
– Qapıyı açemmı?  
Dedi: 
– Açarsan, inşallah.  
– Yiyəhmi?  
– Yiyəh, inşallah.  
– Yataxmı?  
– Yatax, inşallah.  
Yazıx kişi qorxusunnan bir həftə inşallah dedi. 
İndi  sizin  tutduğumuz  iş,  yazmaq  istədiyiniz  kitab,  in-
şallah, yaxşı olar. 
 
107. ÇAŞ ARVAD 
 
Kişinin arvadı çaşıymış. Bir gün kişi buna bir çüt çivyək
125
 
alıf gətirer. Deyir: 
– A kişi, atam sana qurvan, qazancın artıx olsun. Niner-
din bunu iki çüt alıf.  
Kişi öz-özünə deyir: “A  yiyən ölsün, gərəy  mən bunun 
bircə tayını aleydım. Onsuz da bu bir şeyi iki görör”. Üç-dörd 
günnən sonra kişi fəhləliy eliyif işdən qayıdıf gəlir. İçəri girer, 
görör arvad orta ojağın qırağında, köznən, çöpnən oynur. Deyir: 
                                                
125
 Çivyək – yumuşaq ayaqqabı 


320 
 
– A kişi, atam sana qurvan, sən niyə ikisən?  
Deyir: 
– A yiyən ölsün, hər şeyi iki görsən yaxşıdı, məni bircə 
görginən. Birdən iki görərsən məni, ayrı kişi gələr yanına. 
 
108. DALINDA QURAN QAÇIRDI 
 
Bir kişi gəler mollanın yanına. Mənim kimi səy şeymiş. 
Deyir: 
– Axund!  
Deyir: 
– Bəli!  
Deyir: 
–  Dədəmin  goru  haqqı,  dilinnən  çıxan  noolsa  verəjəm, 
maa “Quran” örgət büyün.  
Deyir: 
–  A  yiyən  ölsün,  dəlisən-divanasan?  “Quran”  birgün-
nüh, ikigünnüh döy. Dəlisənmi?  
Bu görör, yox, bu əl çəkmer. Deyir: 
– Yaxşı! Savah beş yüz manatı da əti, gəl.  
Deyir: 
– İndi veremmi?  
Deyir: 
– Yox, savah gətirərsən.  
Savah beş  yüz manatı da ətirer, gəler. Molla geder kırı-
şaya  çıxer,  iki  sərnic  eşşək  arısını  yığer.  İçinə  dolduror  sər-
nicin, ağzını da bağler, gətirer stolun üstə qoyor. Deyir: 
– Malın butana, götü.  
Beş yüzü qoyor. Deyir: 
– Dədəmin goru haqqı, yaxşı olsa, beş yüz də verəjəm.  
Deyir: 
– Bunu nağayrem?  


321 
 
Deyir: 
– Neçə nəfərsiz öydə?  
Deyir: 
– On nəfərih uşaxlı arvatdı.  
Deyir: 
–  Gedin  hamınız  böyük  çadırın  altda  lütdənin,  durun, 
olun anadangəlmə. Quranın ağzını açın, bədəninizə yerisin.  
Deyir: 
– Yaxşı!  
Gəler kişi, deyir: 
– Lütdənin, dolun çadırın altına!  
Hamı  dolur.  Sərnicin  ağzını  açer,  arı  gurp  eleer.  Daz 
buna, vız ona, dız buna. Əldən qopan – öyün dalı meşeymiş, – 
meşiyə  qaçer.  Kişi  tuman-paça  oannan  qayıdanda  qızı  qava-
ğına çıxer. Deyir: 
– Ay qağa, cijimi gördünmü, nejoldu?  
Deyir: 
–  Cijin  yuat  yerində  yatmasın,  dalında  bir  dəstə  Quran 
dərə aşağı getdi. 
  
109. SƏNİN KİMİ CENTİLMENDİ 
 
Deyir,  bir  gün  kəndə  cavan  oğlan  gəler.  Axşamlıyır, 
şəhər  uşağıdı  dana.  İndi  bu  jurnalistdi,  nədi,  nəvilim  mən. 
Deyir  ki,  ay  xala,  Allah  qonağıyam.  Deyir  ki,  dərdin  alem, 
vallah, bir balaja damımız var, özümüz güjnən yığılmışıx, yer 
yoxdu,  filan.  Bu  on-on  beş  qapıya  geder.  Bir  də  gəlir  bir 
qapıyı  tıkqatık  döyür.  Çıxer  bir  gözəl  gəlin,  deyir  ki,  eşide-
rəm, ay qardaş, nədi? Deyir: 
– Allah qonağıyam, məni bir gejə…  
Deyir: 


322 
 
– Ə, vallah, mənim ərim yox, uşağım yox, qaynənəm yox, 
qaynatam yox, tək qadınam. Mən səni qonax saxlıyammaram.  
Deyir: 
–  Vallah,  mən  centilmen  adamam,  ali  təhsilli  jurnalis-
təm. Mana bir gejəliyinə yatmağa yer ver.  
Gəlinin də bunnan xoşu gəler. Deyir: 
– Yaxşı! Gəl içəri.  
Bunu  içəri  keçirer.  Gedir,  deyir,  yeməh-zad  qayırer, 
yedirder-içirder. Yerini salır ki, get o toyda yatginan. Gejənin 
bir vaxtı görör gəlin yanına əlif deyir: 
– Anrı yat, mən də yatem.  
–  Ay  bajı,  mən  centilmen  adamam,  olmaz.  Yox,  yox, 
yox, mən çörək kəsmişəm, filan.  
Gəlin deyir: 
– Centilmeninə də ildırım tüşsün, özünə də, dur rədd ol 
cəhənnəmin gözünə.  
Arvad  geder  öz  yerində  yater.  Alaqarannıxdan  qalxer, 
deyir: 
– Kopoğlu, camaat qalxmamış dur vızqırt. Tez ol e. Dur 
getginən, camaat görər səni.  
Aşağı  tüşəndə  örör  qapıda  altı  xoruz  var,  bir  toyux. 
Deyir: 
–  Ay  bajı,  öyün-eşiyin  şirin  olsun,  məni  yaxşı  yerləş-
dirdin, yedim-işdim qəşəh, amma məni bir sirdən agah elə.  
Deyir: 
– Nədi?  
Deyir: 
–  Görmüşük  altı  toyux  olar,  bir  xoruz.  Niyə  sizdə  altı 
xoruz bir toyuxdu?  
Deyir: 
– Dədəən goruna p.., onun beşi sənin kimi centilmentdi. 
 


323 
 
110. VƏSSALAM 
 
İranda  bir  haravaçı  kirə  daşıyırmış.  Bir  kirəçi  də  gəler 
deyir  ki,  ay  qardaş,  mənim  də  veşim  var.  Onu  da  apararsan-
mı? Deyir: 
– Nəyin var?  
Deyir: 
–  Beş  qıravatım  var,  vəssalam!  Beş  çual  taxılım  var, 
vəssalam! Bir şifanerim  var,  vəssalam! On dəst  yorğan-döşə-
yim var, vəssalam!  
O  qədər  saner  ki,  kirəçi  görör  kü,  bu  qədər  veşi  bunun 
haravası götürmör. Deyir: 
– Ay qardaş, aparmeram, vəssalam! 
 
 
111. İNSANLARIN AĞZINI YIĞMAQ OLMUR 
 
Molla Nəsrəddinin oğlu deyir ki, ay dədə, sənnən savayı 
kişi  yoxdumu?  Hara  ederəm  sənnən  danışellar.  Bizi  xalxın 
içində başı qarınnı eliyifsən. Deyir: 
–  A  bala,  –  bazar  günüymüş,  –  gət  eşşəyi  palanna, 
bazara gedək. Əmmə qavaxdan gələnnər kim nə desə, onu yaz.  
Deyir: 
– Yaxşı.  
Eşşəyi palanner, Molla Nəsrəddin miner, uşax da dalın-
nan  yeriyə-yeriyə  gəler.  Qavaxdan  gələnnər  deyir  ki,  kopoğ-
lunun kişisinə bax, özü eşşəyi minif, uşağı yerider. Deyir: 
– A bala, eşitdinmi?  
Deyir: 
– Hə.  
Deyir: 
– İndi mən tüşöm, sən min.  
Molla Nəsrəddin tüşör, uşağı mindirer. Qavaxdan gələn 
deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə