Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   79   80   81   82   83   84   85   86   ...   95

328 
 
Day  demir,  ölüflər.  Arvad  dizinə-başına  vuror  ki,  biri 
ərimdi, biri qardaşımdı, biri qaynımdı. Haray, qışqırıx qopdu. 
Nolojax, arabaynan, öküznən tərpəndilər getdilər. Sabah mərəkə 
quruldu, camaat yığıldı. Bəhlul dedi: 
– Ay camaat, 
Dedilər: 
– Ha...  
Dedi: 
– Bu arvad öz əliynən öz ərini də, qaynını da, qardaşını 
da öldürdü.  
Dedilər: 
– Nətəri oldu?  
Dedi: 
– Bax, belə oldu, elə oldu, maa çörək verdi, istədi məni 
öldürə, mən də çörəyi olara verdim. Olar da yedi öldü.  
Sonra üzünü tutdu arvada dedi: 
– Arvad, saa demədimmi çörəyin xeyiri də sənin, şəri də 
sənin. Bax, sən özün öldürdün, mən öldürmədim ha.... 
 
115. İNKİRİ ÖLDÜRMÜŞƏM, MİNKİR QAÇIB 
 
Deyir, biri ölübmüş. Qavırı qazellər, ta bu gün dəfn edəsi 
olmullar,  qalır  savaha  dana.  Deyillər,  ayə,  a  çovan,  qavırı 
gecə tək buraxmaq olmaz. Onsuz da burdasan, qoyun otarırsan 
burda, elə bu qavırın böyründə  yatarsan, gözdüyərsən. Bir on 
manat da, iyirmi manat da saa pul verək. 
Nolojax  ki,  iki  dənə  lotu  eşider  ki,  məsələn,  çovan  on 
manat pul alıf. O vaxt da pul güjdüymüş. Qanundu, boş qavırı 
tək buraxmax olmaz. Bu lotular ağ paltar geyinellər, gedellər 
ikisi  də  çovanın  yanına.  Bunun  yanına  çatanda  deyillər  ki, 
rəbbin  kıst?  Deyəndə  çovan  başın  qaldırer  görör  ki,  iki  dənə 
ağ şey var. Birin ha eliyir, ağaşnan, çomağnan  nətəri vurursa 


329 
 
elə  orda  qaler.  Biri  uzananda,  biri  qaçer.  Çovan  düşör  bunun 
dalına.  Qaçanda  bu  gəler  girer  kəntdə,  nə  bilim,  bir  töylüyə, 
samannığa.  Çovan  da  camaatı  qıylıyır  ki,  ə,  gəlin,  inkiri 
öldürmüşəm,  minkir  burda  gizdənif.  Elə  bilif  ki,  bular  İnkir 
Minkirdi.  Gəlin  bunu  da  öldürək,  canımızı  qurtarax.  Camaat 
gəler tökülör. Bu lotu başdıyır yalvarmağa ki, ayə, ağrın alım, 
dərdinizi alem, mən filankəsəm, məni öldürmüyün. 
 
116-117. DOBROVOL QASIM 
 
Günnərin bir günündə bir kəndə Dobrovol Qasım qonax 
gedir.  Kəndin,  adətən,  mərkəzi  yeri  olur.  Yaşlılar  bir  dəstə 
yığılır,  oturub  söhbət  eliyillər,  cavannar  bir  dəstə  söhbət  eli-
yillər.  Olar,  adətən,  bir-birlərinnən  bir  xeyli  aralı  söhbət  eli-
yillər ki, bir-birrərinin söhbətdərinə mane olmasınnar. Baxmı-
yarax ki, indi belə hallara az təsadüf olunur, cavannar abır elə-
dihlərinnən  yaşlılardan  bir  qədər  aralı  söhbət  eliyillər.  Çünki, 
oların söhbətinin mövzusu ayrıdı, buların söhbətinin mövzusu 
ayrıdı.  Kənd  sakinnərinin  içərisində  Qasım  kişi  də  bularnan 
oturmuşdu. Hamı tanıyırdı, Qasım kişinin dünyagörmüş adam 
olduğuna  bələdiydilər,  şirin  söhbətdərinə  bələdiydilər.  Ona 
görə  də  Qasım  kişiyə  qulax  asırdılar.  Cavannarın  yığıldığı 
yerə bir kənd sakini yaxınnaşıf. Deyif ki, ay uşaxlar,  ordakı o 
papaxlı  kişi  elə  bil  bizim  kəntdən  döyül,  yad  yerdəndi. 
Tanıyannardan  biri  deyir  ki,  hə,  o  filan  kəntdəndi,  Dobrovol 
Qasım  deyillər  ona.  Deyir,  o  nə  deməhdi?  Deyir,  ə,  yaman 
sözə  yazınmaz
127
 adamdı.  Deyir  ki,  nətəər  sözə  yazınmaz? 
Mən  indi  gedif  ona  elə  söz  deyərəm  ki,  o,  maa  cavab  verə 
bilməz. Deyillər ki, özünə yazığın gəlsin. Aparıb ətəyini kalın 
buynuzuna keçirtmə. Deyir, ə, bir halda ki, elə deyirsiniz, indi 
                                                
127
 Sözə yazınmaz – söz altında qalmayan 


330 
 
mən  lap  maraxlandım.  Gəlin  gedək  mənnən  bərabər,  görün, 
mən  ona  nə  deyəjəm,  o  nə  eşidəjək.  Cavannar  da  maraxnan 
yığışıf  gəlillər  bu  qojaların  dayandığı  yerin  yaxınnığına  ki, 
görsünnər  söhbət  nəynən  başdıyıf  nəynən  qurtarajax.  Bu 
cavan deyif ki, ay Qasım əmi, eşitdiyimə görə, sən dünyagör-
müş adamsan. Mənim bir çətin məsələm var. Mana bir ağsak-
qal məsləhəti versən. Deyəndə, Qasım kişi başını qaldırıb ca-
vanın üzünə baxıf deyir, de görüm, qadan alım. Cavan deyif 
ki,  a  Qasım  əmi,  mən  on  dənə  eşşək  almışam,  bordamışam, 
yaxşı  köhdülər.  Oları  kəssəm,  sizin  kəntdə  alallarmı  oların 
ətinnən? Qasım kişi bir annıx fikirə gedir və deyir, hə, belə elə 
də  sən,  a  bala.  Onun  hamısını  birdən-birə  kəsmə.  Almazdar, 
birdən  ziyana  düşərsən.  Sən  birini  kəs,  apar.  Alallar,  alallar. 
Almazdar da nə itirersən, qaytar gətir dədənə ehsan ver.  
 
117.  
Qasım kişi həm də sınıxçıydı. Günnərin bir günündə bir 
nəfəri  onun  yanına  gətirillər.  Qıçı  ombadan  sınmışdı.  Qasım 
kişi sınığın yerini müəyyənləşdirmək üçün bu sınıx olan yerə 
əlini toxundurdu və sınığın dəhşətini hiss eliyib dedi: 
– Bay-bay-bay, a bala, bunu niyə belə eliyifsən?  
Sınığı olan adam zarıya-zarıya dedi: 
–  Ay  Qasım  əmi,  Allah  haqqı,  düzcə  yollan  getdiyim 
yerdə yıxıldım, – deyəndə: 
– Ə, bədbəxt oğlu, qırx ildi əyri yollan gedersən, bax, o 
düz yolda sənin nə işin varıydı? 
 
118. BAZARINIZA ŞOR SATAN GƏLSİN 
 
 
Bir  nəfər  savadsız  qarı  ömrü  boyu  bir  inək  saxleerdi. 
İnəyini sağerdi, çalxeerdi, pişirerdi, düşürördü, şorunu, yağını 
qayırerdi, aparıf bazarda nəlvəkiynən başdıyırdı şor satmağa. 


331 
 
Nəlvəkisi  də  on  qəpik.  Qarının  o  qədər  bu  alverə  başı  qarış-
mışdı, kim soruşsa, deyirdi şor sateram.  
Rəvayətə görə, bir gün qarı dünyasını dəyişdi. Deyilməyə 
görə,  o  dünyada  insannarnan  sorğu-sual  olor,  İnkir-Minkir 
gəler.  Qarı  dünyasını  dəyişif  dəfn  olunannan  sonra  İnkir-
Minkir  gəldi,  qarıyı  qaldırdı,  soruşdu  ku,  qarı,  rəbbin  kis? 
Yəni  Allahın  kimdi?  Qarı  dilləndi  ki,  şor  sateram.  Bu  İnkir-
Minkir  toppuznan  vurdu,  qarıyı  yandırdı,  təzdən  qaytardılar 
bir də insan sifətinə saldılar.  
– Qarı, rəbbin kis?  
Dedi:  
– Nəlbəkiynən sateram.  
Bir də yandırdılar. Yandıranda üçüncü dəfə soruşdular: 
– Qarı, rəbbin kis?  
Dedi:  

 
Kül başınıza, elə eliyin ki, bazarınıza bir də şor satan 
gəlsin.  Mənnən  nə  istiyirsiz?  Mən  şor  satmaxdan  başqa  ayrı 
şey bilmerəm. 
  
119. GƏLƏN DƏFƏ MÜSƏLMAN KİMİ YEYƏCƏYƏM 
 
Müsürmannan  erməninin  keşmişdə  dostdux  elədiyi 
vaxtdar oluf. İndi olmasın. Savet dövründə bizim müsürman-
nan bir nəfər maşının içinə beş-altı yeşik qoyor, üzüm satma-
ğa  aparer.  Geder  Ermənistanda  bu  üzümi  sater,  bunun  iki 
yeşik, bir yeşik üzümü qaler. Bir erməni yaxınnaşer, deyir:  
–  Ə,  müsürman  qardaş,  sana  nə  verim  ki,  bu  üzümnən 
məni doydurasan?  – deyəndə  müsürman fikirrəşer ki, bu,  ye-
şikdən qoy iki kilo üzüm  yesin də. Nə qədər  yijək? Deyir ki, 
beş manat  ver, nə qədər  yiyirsən,  yi. Erməni götörör salxımı 
ağzına  bir  belə,  bir  belə  çəker.  Müsürman  baxer  ki,  erməni 
üzümün axırına çıxer, yeşiyi qutarer. Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə