Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   81   82   83   84   85   86   87   88   ...   95

336 
 
Deyir: 
– Bir manatdan.  
Deyir: 
– Gətir pulunu.  
Deyir: 
– Gəlib xoruzu aparanda pulunu verəjək.  
Deyir: 
– Səni yaman alladıb ha. 
 
125.  
Seyid Saat babanın qonşu Başkənddə erməni dostu oluf. 
Bu  erməninin  də  toyuğu,  cücəsi,  atı,  inəyi,  qoyunu  çox  imiş. 
Seyid  Saat  babanın  bir  günnəri  hərrənif  gələndə  toyuxlara 
gözü tüşər. Erməniynən danışar, deyər bu toyuxlardan bir əlli 
dənəsini  ver,  atın  belinə  bağlıyıf  aparım.  Pulum  yoxdu, 
pulunu  da  gətirərəm.  Erməni  zıkqıldeer  ki,  bəs  mən  bunu 
nağd pula verəjəm. Deyir: 
– Dininnən dönəsən.  
Əlli  dənə  toyuğu  da  ata  yüklöyüfmüş.  Otuz  dənəsini 
düşürör, deyir: 
– Bax, bu otuz dəneyi girov saxla, apardıxlarımın pulunu 
gətirəndə gəlif buları da aparajam.  
Seyid  Saat  gəlif  çıxıf  öyünə.  Hələ  də  erməniyə  toyux 
pulu aparajax, gənə də. 
 
126-127. DEYƏRDİM MƏNİM ATIMDIR 
 
Bir  gün  Seyid  Saat  bir  erməniynən  yoldaş  olor,  yolnan 
geder. Erməni bir at yükü xiyar aparermış. Ermənidən soruşor 
ki, ayə, erməni, apardığın nədi? Deyir: 
– Xiyar.  
Deyir: 


337 
 
– Ə, hava istidi, ondan bir-ikisini gətir, yeyək.  
Deyir: 
– Vermerəm, olmaz.  
Bir qədər gedənnən sonra Seyid Saat deyir: 
– Vermədin vermədin. Mən burdan belə gedəjəm, ancax 
sənə bu atın bir xasiyyətin örgədəjəm.  
Deyir: 
– Nədi? – deyəndə qayıder deyir ki, sən atınnan ehtiyatdı 
ol. O, arada gülgəbaz olor.  
Deyir:  
– Ə, gülgəbaz nədi?  
Deyir: 
–  Bir  formadan  başqa  formuya  düşör.  Cin-şəyatin  for-
masına, nə bilim, it formasına düşör. 
Erməni  fikirri-fikirri  geder  at  yedəyində.  Seyid  Saat  da 
paltarın dəyişer, kəsə  yolnan geder buna çater. Atın başınnan 
qantarğasın çıxarder öz başına taxer, atı burda qoyor, otduya-
otduya qaler. Gedellər bir qədər. At gözdən itəndə Seyid Saat 
ayağını diriyir. Erməni deyir: “Nolur ə, bu tərpənmer?” Dala 
baxanda  görür  ki,  yedəyində  at  əvəzinə  insana  oxşuyan  bir 
şey var. Erməni yıxıler, özünnən geder. Seyid Saat da qantar-
ğanı başınnan götürör, gəler atın başına keçirer, aparer geder.  
Erməninin öyünü də tanıyırmış. Günnərin birində ermə-
ninin öyünün yanınnan keçəndə erməni atı görüb deyir:  
– Aa, at yedəyimdə cin olmasaydı, elə deyərdim bu mə-
nim atımdı. 
 
127.  
Məşədi Saat qardaşı  Məşədi Cəlilnən  qərib  imam Rzanın 
ziyarətinə getdiyinə görə oların hər ikisinə məşədi deyiflər. Olar 
öz  devrlərində  çox  əzab-əziyyətnən  yaşamış  seyiddər  oluflar. 
Qəlbi  yumşaq,  insanpərvər  insannar  oluf,  amma  maddi  vəziy-


338 
 
yətdəri  pis  oluf.  Ona  görə  də  hər  fırıldağa,  hər  yola  əl  atarax 
aylələrini idarə eliyiflər. Seyid Saadın dokquz qızı, altı oğlu oluf.  
Seyid Saat ağanın Başkənd deyilən  yerdə mənfur  qonşu-
lardan  dostu  oluf.  Həmin  dostunun  atı,  toyuğu,  cürbəcür  ev 
heyvannarı  oluf.  Seyid  Saat  həmişə  ermənini  hərifliyifmiş. 
Ona  deyərmiş  ki,  bu  atı  sat,  vaxtkən  canını  qurtar  əlinnən. 
Erməniyə deyərmiş ki, bu at gülgəbaz olacax və səni yiyacax.  
Nəhayət,  günnərin  bir  günündə  erməni  dəyirmənnən 
gələn  vaxdı  Seyid  Saat  bunu  izdeermiş.  Çayın  qırağında  pal-
çıxlı  yerə girərək təmiz paltarını soyunuf gizdiyif, üzünü-gö-
zünü  palçıxlıyıf.  Yayın  günündə,  erməni  murgülüyə-murgü-
lüyə atı çəkif  yavaş-yavaş getdiyi  yerdə, atın noxtasını çıxar-
dıf öz başına salır, atın döşünə vuruf, atı geri qoalıyıf. At əy-
ləşif orda otdamağa. Erməni bir müddət gedənnən sonra, bir-
iki  təpə  aşannan  sonra  Seyid  Saat  əyaxlarını  diriyif,  qantar-
ğadan  tutuf  geriyə  doğru  çəkif.  Erməni  geri  çöyrülüf  arxaya 
baxanda  görör  kü,  yedəyindəki  bir  eybəcər  insandı,  dişdəri 
ağara  qalmış.  Erməni  burda  özünü  tez  yerə  vurarax  huşunu 
itirif, deyir: 
–  Vay,  Seyid  Saatcan  demişdi,  elə  atım  gülgəbaz  oldu, 
məni yiyacax.  
Onnan da erməni Seyid Saatı orda buraxıf qaşmışdı. Seyid 
Saat həmin günü atı gətirər evə, atın üstündəki unu, dəni boşal-
dar.  Sonra  qoyun  qırxan  qırxılıx  qayçısını  götürüf  atın  quyru-
ğunu da qırxar təmiz, yalmanını da qırxar. Evdə süzmə varmış, 
arvad ayran süzübbüş, qatı süzmə. Həmin süzmöynən ata təpəl 
düzəldər, ağzına, böyürrərinə alabəzək düzəldər, əyaxlarına səkil 
düzəldər, evin böyrünə hörüklüyər. Erməni, dostuna dərdikmə-

129
 gələr  ki,  gedim  görüm  Seyid  Saat  bəlkə  atın  yerini  bilə, 
aparanı görə. Bir dua yazdırım ona ki, atım gülgəbaz olub, bəlkə 
                                                
129
 Dərdikmək – dərdləşmək 


339 
 
qayıda gələ. Daha doğrusu, dua yazdırmağa gələr. Gələndə görər 
ki, döşdə bir at hörühlənif otdoor. Gələr Saatın yanına, deyər: 
– Ay Saatcan, bilersənmi nə var? 
Deyir: 
– Yox. 
Deyir: 
–  Ə,  at  gülgəbaz  oldu.  Sən  mana  çox  deyirdin,  mən 
eşitmədim səni. 
– Ə, dininnən dönəsən, at nətəər at idi?– erməniyə deyir. 
Deyir: 
– Bax, sənin o atına oxşoordu. Sənin o atıyın belə təpəli 
olmasa,  yalmanı,  quyruğu  qırxığ  olmasa,  əyağının  səkili  ol-
masa, məssəb haqqı, deyərdim mənim atımdı. 
 
128. BİR BAMBA SÜZMƏ, YOXSA UŞAQ 
 
Seyid Saat baba Çənbərək bazarına səfərə çıxar. Çıxan-
da  Düzrəsillidə  Maşad  Şəkər  koxa  deyilən  koxanın  gəlini 
bazarda  yağ, süzmə, şor, pendir satırmış. Seyid Saat baba bir 
kısmat çörək tapıb əlində gələr ki, bir bamba süzmədən mənim 
bu çörəyimin üsdə çək, qızım, yiyim. Bu qayıdar buna nataraz 
söz  işlədər.  Bu  qadının  da  yanında  iki-üç  aylığ  körpə  uşağı 
oluf, çağası oluf. Hərrənər arxa tərəfdən, çağeyi çuxanın  ətə-
yinə bükər, oğurroof gətirər evinə. Seyid Saadın qızdarı, arva-
dı, uşağı bu çağaya baxallar burda. Ağlaşma, vay-şüən qopur 
ki, gəlin çağasını Çənbərəkdə itirif gəlif. Evdə bunu çox inci-
dəllər  ki,  uşağı  kimə  verdin,  neylədin?  Axırda  Kalvay  Zey-
naloğlu Cabbar deyilən bir nəfər şəxs olur. Öz devrinin savat-
dı  adamı  oluf.  O  deyər  ki,  gedək  bir  Seyid  Saatdan  soruşax, 
onun dostu-tanışı çoxdu, bəlkə tapa bildi. Seyid Saadın yanına 
gələndə deyir, çətin hak-hesafdı, axtarış eliyim, görək hardan 
taperıx. Çox nəhayətdən sonra Seyid Saat deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə