Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə10/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT

  1. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I cild. Bakı: Elm 2004

  2. Banarlı. Resimli Türk edebiyatı Tarihi, I c., İstanbul, M.E.B., 1998

  3. Gəncəvi N. Yeddi gözəl. Bakı: Elm, 1983

  4. Koroğlu. Bakı: Gənclik, 1975

  5. Koroğlu (Cənub variantı). Bakı: Ozan, 1997

  6. Qumilyov L. Qədim türklər. Bakı: Gənclik 1993

  7. Neklyudov S.J. , J.Tumurseren. Monqolskiye skazaniya o Qesere. Moskva: Nauka, 1982

  8. Tahirə M. Osmanlı şairlərinin yaradıcılığında Azərbay­can ədəbiyyatı ənənələri. Bakı: Mütərcim, 2010

  9. Traditisionnoye mirovozreniye tyurkov Yujnoy Sibiri. Novosibirsk: Nauka, 1989

  10. Traditsionnaya kultura narodov tsentralnoy Azii. No­vosibirsk: Nauka, 1986


TAHIR NASİBOV

TURKİC WORLDVİEW İN “SEVEN BEAUTİES” BY NİZAMI AND SOME CONFORMİTY WİTH THE EPOS “GESER”

SUMMARY

The symbolics of the figure seven in the work “Seven beauties” are related as a rule to the Islamic views and the seven planets. Firstly in this article, the codes of 7 and other figures are commented based on Turkic worldview and epic samples reflecting it. Besides, firstly, the conformities, such as 7 women in the Mongol- Tibetan epic “Geser” and seven beauties of Nizami are involved to the comparison on the background of Turkic epic traditions.



Açar sözlər: yeddi qadın, Qeser, Nizami, yeddi gözəl, monqol-tibet, 7 rəqəmi, türksoylu

Maya YUSİFOVA

NİZAMİ GƏNCƏVİ İRSİ VƏ FOLKLOR
Folklor yazılı ədəbiyyatın yaranması və inkişafı üçün əvəz­siz mənbələrdən biridir. “Bütün dünya ölkələri şairlərinin ən yaxşı əsərləri xalqın yaradıcılıq xəzinəsindən götürülmüşdür”. Azər­baycan ədəbiyyatı ən qədim zamanlardan bu günümüzə qədər şifahi xalq ədəbiyyatı ilə bağlı inkişaf etmişdir. Xaqani, Nəsimi, Nizami, Xətai, Füzuli, Məsihi, Vaqif kimi görkəmli ədəbiyyat xadimlərinin əsərlərində bu bağlılığı aydın müşahidə etmək olar.

Azərbaycan ədəbiyyat tarixində folklor və yazılı ədəbiy­yatın bir-birindən istifadəsi, qida alması qarşılıqlı olmuşdur. Belə ki, folklor yazılı ədəbiyyatın əsas mənbəyi olduğu və in­kişafı bo­yu ədəbiyyata təsir etdiyi kimi, ədəbiyyatında öz növ­bəsində şifa­hi yaradıcılığa təsiri aydın görünür. Bu təsir dildə, formada, ifadə vasitələrində, bir sıra ideya və motivlərdə özünü göstərmişdir. Xalqa bağlı olan sənətkarlar onun yaradıcılığına biganə qalma­mış, folkloru hər cəhətdən faydalı bir qaynaq hesab etmişlər.

Tarixi həqiqət və ədəbi – tarixi faktlar göstərir ki, yazılı ədəbiyyat meydana gəldikdən sonra şifahi xalq ədəbiyyatı ara­dan çıxmamış, yazılı ədəbiyyatla yanaşı yaşamış, inkişaf edib zənginləşmişdir. Maddi və mənəvi sərvətləri yaradan xalqın bi­la­vasitə universal poetik sənəti kimi folklor yaşamış, forma və janr müxtəlifliyi saxlamaqla yeni motivli əsərlər hesabına zən­ginləşmişdir.

Folklor-şifahi xalq ədəbiyyatı cəmiyyətin intibah dövründə yaranmış klassik, irsi tarixi bir missiyanın daşıyıcısıdır : Bədii yaradıcılığın bütün sahələri üçün qaynaq olmaq !

Türk dünyasının qüdrətli sənətkarı Ç.Aytmatov özünün zəngin yaradıcılığında qədim türk mifologiyası və folklorundan istifadə etmiş və bunu bədii-psixoloji cəhətdən belə əsaslan­dırmışdır. “Folklor, mifologiya yazıçı üçün təfəkkür metodu, real gerçəkliyi öyrənmə və yozum vasitəsidir”.

Beləliklə, çoxəsirlik milli və dünya ədəbiyyatı materialları göstərir ki, folklordan istifadə, “sənətkarlığın əsas əlaməti”dir. Bu klassik və müasir ədəbiyyat üçün tipoloji məziyyətdir.

Milli-xəlqi forması, bədii-estetik, fiziki-fəlsəfi dəyəri ilə seçilən fars dilli yazılı ədəbiyyatımızın ədəbi məktəb yaratmış görkəmli nümayəndəsi Nizami Gəncəvi olmuşdur. Nizami Gəncəvi irsinin ən böyük poetik-fəlsəfi dəyərlərindən biri şairin yaradıcılığının folklorla bağlılığıdır.

Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertels yazır: “Əgər Nizami bəlli olmayan başqa ya­zılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox ge­niş yayılmış olan şifahi rəvayətlər onun üçün material olmuş­dur”. Nizami xalq hikmətinin, zəkasını, xalq müdrikliyini hər şey­dən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Ni­zaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə ya­naşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynamışdır.

Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Professor M. H. Təhmasib yazır: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatının bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərlə folklor nü­munəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin əsərləri əsa­sın­da klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı tərəflərlə “alqo­ritmik məzmun” kəsb etmişdir!

1. Sənətkar xalq ədəbiyyatından istifadə etmişdir.

2. Xalq ruhuna dərindən bələd olan sənətkar kimi Ni­zaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.

3. Nizaminin həyatı ilə əlaqədar hadisələr əsasında yaran­mış yeni folklor nümunələri yaxud el variantı kimi yaranmış əsərlər.

Nizami əsərlərində müxtəlif folklor nümunələrində, o cüm­lədən əsatir və əfsanələrədən, rəvayətlərdən, xalq söyləmə­lə­rindən geniş istifadə etmiş və sənətkarlıq dühasını onlara əlavə etməklə kamil sənət nümayiş etdirmişdir. Nizami ilk böyük əsəri olan “Sirlər xəzinəsində” xalq əfsanə və nağıllarından istifadə etmişdir. Bunlardan “Süleyman və Əkinçi”, “Nuşirəvan və bay­quşların söhbəti”, “Sultan Səncər və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və başqa nü­mu­nələri göstərmək olar.

Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə əra­zisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrəti, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün məşhur bir ma­ralı vurmalı olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin humanizim ifadə olunur. İnsanın vəhşiliyi üzündən daş­ların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oya­nışı və əməlindən peşmançılıq çəkdiyi verilir.

“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də “Ha­run ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında geniş yayılan “əsir padşah” əfsanəsilə yaxından səsləşir. Qızılın – pu­lun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.

Ümumiyyətlə, Nizami əsərləri öz rişələri və kökləri ilə Azər­baycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” əsərində verilən “Gül və zəhər əfsanəsi” xalq arasında başqa şəkildə da­nışılır, xalq arasında bu “Loğman və şagirdi” adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konflikt eynidir: iki alimdən biri yaşamalı digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər ha­zırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.

Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanə­lərdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan “Leyli və Məcnun”dan ustalıqla bəhrələnmiş və Xəmsəsinə daxil olan “Leyli və Məcnun” poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız şairin ərəb mənbələrindən aldığını iddia edənlər, əlbəttə, yanılırlar. Çünki tarixi mənbələrdən aldığımız məlumata əsasən bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunmuşdur.Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: “Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin “Leyli və Məcnun” poemasında ərəb mənbələri həlledici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir”. Şirvan hökmdarı Axsitanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil, bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri olmuş, Azərbaycan əhalisi arasında sevilərək yayılmışdır. Hətta belə bir atalar sözünün xalq arasında yayılması da bu faktları sübut edir: “Məcnun kimi dərs oxuyan vəlleylidə qalar”.

Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” muğa­mı­nın guşələrindən birinin “Leyli və Məcnun” adlanması yu­xarda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli və Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrətli şair də bundan həvəslə bəhrələnmişdir.

Nizaminin “Leyli və Məcnun” poemasında “İt və cavan” rəvayəti ilə şahın zülmkarlığı və etibarsızlığı anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi veri­lir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.

“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdir­mək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, ”Göyərçin əfsanələri” – “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı niyə qırmızıdır” əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən baca­rıqla faydalanmışdır. Məsələn, onun “Sirlər xəzinəsində” verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyyatındakı “Pendir ağzın­da bir qara qarğa” təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə qızılquş”, “Meyvəsatanla tülkü”, “Ovçu, it və tülkünün dastanı” təmsilin ən yaxşı nümunələridir. Bundan sonra humanist şair “Xosrov və Şirin” poeması vasitəsi ilə göstərdi ki, o öz yaradıcılığı ilə xalq həyatına, xalq yara­dıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xosrov və Şirin” əsərinin müqəddiməsində deyilir:

Məlum hekayədir bu “Xosrov Şirin”

Ancaq dastan yoxdur bu qədər şirin,

Ruha xoş gəlsədə bu gözəl dastan

Pərdədə qalmışdı bu gəlin çoxdan

“Xosrov və Şirin” Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl zfsanədən qüvvət almışdır. “Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami “Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu”. (M.Rəfili)

Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dövrün bütün hadisələri ilə səsləş­dirilmişdir. Bütün bunlar xalq bədii təfəkkürünün inkşafına əhə­miyyətli təsir göstərmişdir.

N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilində tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı nümunələrindən istifadə etməklə bərabər, özü də yeni aforizmlər, hikmətli sözlər yaratmışdır: “Ot kökü üstün­də bitər”, ”Pişik balasını istədəiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu qoyun ayağından asarlar, keçini keçi”, “Öz­gəyə quyu qazan özü düşər” və. s.

Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyya­tın­dan ustalıqla faydalanmış, həm də onun inkşafına güclü təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq variantları da buna aydın sübutdur.

Epos yaradıcılığın son mərhələsində qədim epos və das­tanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin “Xəm­sə”si tükənməz bir xəzinə,qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğam aşıq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Məmməd və Güləndam” və başqaları bunun ən yaxşı numunələridir. Bun­lardan “Leyli və Məcnun” dastanı Nizaminin eyni adlı poe­ma­sından, “Fərhad və Şirin” dastanı isə şairin “Xosrov və Şirin”in­dən, “Şahzadə Bəhram” və “Məmməd və Güləndam” isə Niza­minin “Yeddi gözəl” əsərindən qidalanaraq formalaşmışdır.

Bundan başqa Aşıq ədəbiyyatımızda neçə-neçə cahanna­mə, ustadnamə, bayatılar və digər ölməz nümunələr dahi Niza­minin “Xəmsə”si ilə bağlı şəkildə yaranmışdır.

Nizami haqqında hekayə, dram və roman yazılmışdır. Bu bədii əsərlərdə dahi şairin parlaq istedadı, mənəviyyatı, xalqına, torpağına bağlılığı, humanizimi obrazlı şəkildə göstərmişdir. Nizami irsi ümumxalq malı olmuş, onun adı və əsərləri ədəbiyyatımızın ən əsrarəngiz obrazına çevrilmişdir. Nizami və folklor əlaqəsini zaman baxımından izah etsək, belə deyə bilərik ki, Nizami xalq yaradıcılığından yalnız özünün yaşayıb yaratdığı dövrdə istifadə etmiş , bəhrələnmişdir. Lakin Nizami irsi, onun qüdrətli yaradıcılığı neçə əsrdir ki, Azərbaycan ədəbiyyatı və folkloruna öz əhəmiyyətli təsirini göstərir və bundan sonrada göstərəcəkdir. Elə buna görə də Nizami sənətkarlığı ədəbiyyat və folklor üfüqlərində parlayan poetik günəşə çevrilmişdir.

İSTIFADƏ OLUNAN QAYNAQLAR


  1. Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, «Maarif», 1992, s. 465-468

  2. Sədnik Paşayev. Nizami və folklor. Bakı, 1976 s. 18-158

  3. Şamxəlil Məmmədov. Azərbaycan folkloru, Bakı, Ziya-Nurlan, 2008

  4. Xəlil Yusifli. Şərqdə intibah və Nizami Gəncəvi. Bakı, Yazıçı, 1982

MAYA YUSIFOVA

NİZAMİ AND FOLKLORE

SUMMARY

Folklore invaluable resources for the be created and development of written literature. The best works of the poets of all countries it was a folk art. Interact with each other was the use of folklore and written literature. One of the greatest values ​​of Nizami Gancavis heritage is commitment to peoples creativity. Nizami Gancavi has used expressions of folklore when his views to better communicate with the public. Nizamis poem an inexhaustible treasure of the Azerbaijan literature.



Key words: folklore, heritage, story, thinking, legends, proverbs, mythology
МАЯ ЮСИФОВА

НАСЛЕДИЕ НИЗАМИ ГЯНДЖЕВИ И ФОЛЬКЛОР

РЕЗЮМЕ

Фольклор бесценные ресурсов для развития письменной литературы. "Все мировую поэтов лучших произведений от иа­родное искусство. Использование фольклора и письменной лите­ратуры друг от друга, пища должна быть взаимной. Низами Гян­джеви является одним из самых важных литературных и фило­софских ценностей быт связаны фольклора. Низами Ганджави наследие из неисчерпаемые сокровища литературы, богатый фольклор и искусство мышления в Азербайджана.



Ключевые слова: фольклор, традиции, история, Ганн­ние, легенды, пословицы, мифология.

Reyhan DADAŞOVA

AMEA Folklor İnstitutu
KİTABİ-DƏDƏ QORQUD”DA VƏ NİZAMİ GƏNCƏVİDƏ POETONİMLƏR ETNOMƏDƏNİ

KOD KİMİ

Mifoloji adların kodlar kimi bədii mətndə ifadə imkan­larının hərtərəfli tədqiqi bədii nitqin üslub planında maraq do­ğurur. Əgər dildə “insan amilinin” üstünlüyünü nəzərə alsaq, şəxs adları, antroponimlər kulturoloji element-lərdən ən önəm­lisidir.

“...Ad mədəniyyətin impulsudur, çünki insanı işarə kom­pleksinə daxil edir, həm də onun nəticəsidir, çünki onun məna­ları mədəniyyət məkanında genişlənir...”[1,126].

Ad polifunksionaldır və R.Yakobsonun təbiri ilə desək, “nitq hadisəsidir”, onda “adresant məlumat-kontekst (yaxud re­ferent) kod-kontakt-adresat” komponentlərinin konstant ardıcıl­lığı mövcuddur [2, 198]. Bu formul dilçilikdə ün-siyyətin uni­versal modulu kimi qəbul olunmuşdur və “sinxron” və “dia­xron” hissələrə bölünür. Birinciyə “adresant – məlumat – kon­tekst”, ikinciyə “kod-kontakt-adresat” daxildir. Xüsusi adın semantikasında diaxron aspektin möv-cudluğunu M.İ.Steblin-Kamenski də qeyd edir. “Xüsusi adın öz mahiyyəti, onun de­notativlik qabiliyyəti tədricən yaranır”[3,104].

Adlarda kod baxımından ehtiva olunan əlamətlər adla­na­nın mahiyyətini ifadə edir. P.Florenski yazırdı ki, “ad şəxsiy­yətin nüvəsidir, onun vacib formasıdır” [4,63].

Nizami Gəncəvi “Xəmsə”sində və “Kitabi-Dədə Qorqud”­da mif-adlar “orta əsr” mədəni kodunun bütün atributlarını özün­də qoruyub saxlayır, etnomədəni düşüncənin parlaq ifadəsi kimi çıxış edir. Xızır və Nuh peyğəmbərin adları belə mif-adlar­dandır.

Nizami Gəncəvi “Xəmsə”sində mif adlar (mifonimlər) yük­sək semiotikliyə malikdir, çünki orta əsrlərin mədəni fon­dunda üstün olan mifoloji təfəkkürdə hər şey mənaya malikdir. A.Paşa­yev haqlı olaraq yazır: ”Xəmsə”də elə bir şəxs adı tap­maq olmaz ki, onun müəyyən əlavə və poetik mənası olmasın və obraz haq­qında məlumat verməsin. Bu adlarda etimoloji məna ilə obrazın səciyyəsi bir-birinə uyğun gəlir”[5,21]. Biz isə əlavə edə bilərik ki, mifoloji adlar bədii mətndə ikinci mifoloji məna qazanır. Bunu Xızır obrazında da (Xızır Nəbi, Xızır İlyas) gör­mək mümkündür. Xızır adı Nizami Gəncəvi “Xəmsə”sində müx­təlif məcazlar tərkibində (təşbih, təşbihi-kinayət və s.) veri­lir. Rəvayətlərə görə, Xızır Makedoniyalı İsgəndərin müasiri ol­muşdur. Onunla birlikdə dirilik suyunun dalınca Zülmət ölkəsinə gedir.

Bu kontekstdən çıxış edərək, Nizami İsgəndəri Xızırla müqayisə edir, onun bol süfrəsini dirilik suyuna bənzədir: “İs­gəndər xaqanın süfrəsinə yetməsi. Bu Xızırın ayağının dirilik suyuna çatmasıdır”.

Azərbaycan folklorunda çətin məqamlarda qəhrəmanların dadına çatan, onları öz arzularına çatdıran Xızır, Xızır-İlyas “Yeddi gözəl” və “İsgəndərnamə” əsərlərində epizotik surətlər kimi iştirak edir. “Yeddi gözəl” əsərində Mahanı əcinnələr dünyasından xilas edən Xızır olur:

Xilaskaram Xızıram, - dedi, - mən sənin

Gəlmişəm tutmağa əlindən sənin...

Xızrın salamını Mahan eşitdi.

Dirilik suyuna guya ki, getdi.

“İsgəndərnamə” əsərində isə şair Xızırı gah tək, gah da “İlyasla” birlikdə işlədir:

Söylədi o zaman böyük İsgəndər,

Ona rəhbər olsun Xızır peyğəmbər.

Bu yolda İlyasla Xızır yoldaşdı.

Çeşməyə gedərkən dostlar yanaşdı.

Yaxud:

Xızır, İlyas kam aldı həyat suyundan



Ancaq vermədilər özgəyə nişan.

“Xəmsə”nin şərhçiləri Xızır və İlyasın müxtəlif şəxslər olduqlarını göstərirlər. Xızır – dini rəvayətə görə, eramızdan əvvəl IV əsrdə İsgəndərin zamanında yaşamış peyğəmbərdir. Müsəlman aləmində də peyğəmbər kimi tanınan Xızır Azərbaycan folklorunda Xızır Nəbi kimi keçir. Guya o, zülmətə İsgəndərlə bərabər gedir. Lakin o, İsgəndərə qismət olmayan abi-həyatı (dirilik suyunu) ta-pır və həmin sudan içərək ölməzlik qazanır. Xızır yaşıllıq və dirilik simvolu kimi bədii ədəbiyyatda yad edilir. Xızır yeganə peyğəmbərdir ki, ölümsüzdür, hər il yaz gələndə yenidən dirilir. O, guya gözəgörünməz şəkildə yaşıl paltarda yaşayır. Böyük bir sürətlə aləmi gəzib dolaşır, səhrada susuzluqdan ölənlərin, suda boğulanların köməyinə yetişir, şairlərə, alimlərə gözəl ideyalar, fikirlər təlqin edir.

İlyas da dini rəvayətlərə görə, peyğəmbərlərdən biridir. Yəhudilərə bütpərəstlikdən əl çəkməyi təbliğ etmiş, bunun üçün təqib olunaraq qaçıb mağaralarda yaşamış, möcüzələr göstərmiş, sonra isə “qeyb olmuşdur”. Başqa bir rəva-yətə görə, İlyas da Xızır ilə zülmətə getmiş, dirilik suyundan içmişdir. Guya in- di də Xızır quruda, İlyas suda yaşayır. Xıdır//Xızır – yaşıl, yaşıllıq: kömək edən, yardım göstərən, “İlyas” isə ərəbcə həmişəcavan, həmişəyaşıl: Allahın gücü və qüdrəti mənalarındadır. “Dirsə xan oğlu Buğac xan boyu”nda Boz atlı Xızır kimi adı keçir. Boz atlı Xızır Buğacın yarasına üç dəfə sığal çəkib ölümdən qurtarır. ”Oğlan anda yıqıldıqda Boz atlı Xızır oğlana hazır oldu, üç qatla yarasın əliylə sığadı: ”Sana bu yaradan, oğlan, ölüm yoqdur; dağ çiçəgi, anan südiylə sənin yarana məlhəmdir”,-dedi, qayıb oldu.

Bəzi mənbələrdə Xızır, Xızır İlyas eyni adamdır. Görkəmli alim M.Seyidov isə bu sahədə daha geniş və dərin tədqiqatlar aparmışdır. Xızır və İlyas adlarını türk dilli xalqların mifik təfəkkürü ilə əlaqələndirmişdir: ”Xıdır//Xızır həmişə İlyasla birgə xatırlanmışmı? Əlbəttə, yox. Vaxtilə Xıdır//Xızır göy-göyərti, yaşıllıq məbudu, İlyas isə su məbudu olmuşdur. İlyas haqqında bir çox türkdilli xalqlar arasında bəzi əfsanələr vardır. Bu əfsanələr onu müəyyən dərəcədə türkdilli xalqların əski əsatiri təfəkkürləri ilə bağlayır...”[6].

Xızır haqqında daha geniş məlumat verən alim yazır: “İndiyədək elm aləmində belə fikir var ki, Xıdır//Xızır mifoloji obrazı ərəb dünyası ilə bağlıdır... “Xızır türkdilli sözdür; “xız” (xıd) “ır” tərkibindən yaranmışdır”. M.Seyidov sonra Xızır//Xıdır, Qizir, Gizir, Xızı, Xəzər, qız, qızınmaq, qızmaq və s. ad və sözlərin eyni kökdən törəndiyini sübut edir[6].

Nizami Gəncəvi Nuhu ən çox Məhəmməd peyğəmbərlə müqayisə edir. Lakin “Sirlər xəzinəsi” əsərində şair özünü də Nuh peyğəmbərə bənzədir:

Təravətli söz bağım – ruhun əsli kimicə,

Onu danan – qərq olsun Nuhun nəsli kimicə.

“Vicdansızlardan şikayət” adlı 20-ci söhbətində şair onu inkar edənləri məzəmmət edir: Onlar mənim şeirlərimi Nuh peyğəmbəri inkar edən kafirlər kimi inkar edirlər: onların hamısı axırda zəmanə selinin altında məhv olacaqlar, mən isə Nuh kimi sağ qalıb öz əqidəmi dünyaya yayacağam. Doğrudan da, şair öz fikrində yanılmamışdır.

Nuh – dini rəvayətlərə görə yəhudi peyğəmbərlərindən hesab olunur. Ona bəzən ikinci Adəm də deyərlər. Sənəti nəccarlıq imiş, əlli yaşında özünü peyğəmbər elan etmişdir. Dini əfsanələrə görə xalq onun sözünə inanmadığı üçün guya beş yüz yaşında ikən Allahın əmri ilə əhli-əyalını və hər heyvandan bir cüt götürərək özü qayırdığı gəmiyə minmişdir. Nuh gəmiyə mindikdən sonra qırx gün, qırx gecə yağış yağmış, yerdən su fəv­varə vurmuş, bütün yer üzünü su basmışdır.Yerdə qalan in­sanlar və heyvanların hamısı su altında qalmışdır. Nuhun gəmisi Ararat dağı ətəyində quruya çıxıb yerə enəndə, guya yerdəki bütün canlılar məhv olmuşdu. Əfsanəyə görə dünyadakı insanlar yalnız Nuhdan, yəni onun nəslindən törəmişdir. Nuhun xilas etdiyi qohumları içərisindən də onu inkar edənlər tapıldı.

Nuh peyğəmbərin adı “Kitabi-Dədə Qorqud”un müqəddi­mə­­sində çəkilir: ”Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi si­zi, xanım, Allah saqlasın”[D-9]. “Kitab”da Nuhun bu şəkildə xa­tır­lanması bəzi tədqiqatçıların fikrincə, aşağıda rəvayətlərlə bağlıdır.

Nuhun gəmisinə aldığı ən son heyvan eşşək olmuşdur və şeytan da onunla birlikdə buraya daxil olmuşdur. O.Şaiqin fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi əsli sayılır ki, şeytanı özü ilə gəmiyə keçirmişdir. Bahəddin Ögəl bu mətləblə bağlı başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Şam, Yasəf adlı üç oğlu və Vəjilə adlı bir qızı var imiş. Öz adıyla tarixə düşən “Tufan”ın başlayacağını öncədən bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O, bu işi üç qonurgözə tapşırır. Əvəzində isə qızını onlara verəcəyini bildirir. Tufandan sonra qonurgözlülər ondan qız istəyirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar üçü də dönüb qız olur. Nuh öz doğma qızının bunlardan hansı olduğunu müəyyənləşdirə bilmir. Sonradan xasiyyətlərindən onların kim olması məlum olur”[7,221;bax:8].

Göründüyü kimi, etnomədəni düşüncənin kodları adların müəyyən (mif-adlar) semantikasında əksini tapır, bədii-estetik gerçəkliyi formalaşdırır və təşkil edir.
Ə D Ə B İ Y Y A T

1. Топоров В.Н. Имя как фактор культуры (на злобу дня) // Исторические названия-памятники культуры: Все­союз­ные науч.-практич. конф. (Тезисы докл. и сообщ.) М.: Наука, 1989.-с.125-128.

2. Якобсон Р. Лингвистика и поэтика //Структурализм: «за» и «против».- М.;Прогресс,1975.с.193-230.

3. Стеблин-Каменский М.И. Древнеисландская топо­ни­мика как материал к истории имени собственного // Спорное в языкознании. Л.: Изд-во ЛГУ, 1974-с.103-109.

4. Флоренский П.А. Малое собрание сочинений. Име­на – Кострома: Купина, 1993. 447с.

5. Paşayev A. Nizami Gəncəvinin poetik adlar aləmi (poe­tik antroponimlər)-Bakı: Mütərcim, 2010.

6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 1983.

7. Kitabi-Dədə Qorqud ensiklopediyası. II c. Bakı, 1999.

8. Abdulla B. Kitabi-Dədə Qorqud və İslam dini. Bakı, 1999.

9. Xalıqov F. Folklor onomastikası. Bakı, 1997.


REYHAN DADASHOVA

SUMMARY

In the “Book – Dede-Korkut” and in the works of Nizami Ganjavi all mythological names (Khizir, Nukh) that differ highly semiotic, As the mythological thinking dominating in medieval cultural code, are considered significant. Mythological thinking is reflected not only in the semantics of these names, but also becomes the organizing moments arising of poetic phrases.



Key words: myth names, code, poetic phrases, name, myth, investigation.
РЕЙХАН ДАДАШОВА

В «КНИГЕ МОЕГО ДЕДА КОРКУДА» И В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖЕВИ ПОЭТОНИМЫ - КАК ЭТНО-КУЛЬТУРНЫЙ КОД

РЕЗЮМЕ

В «Книге моего Деда Коркуда» и в творчестве Низами Гянджеви имена-мифы (Хызыр, Ной (Нух)) отличаются высокой семиотичностью, так как мифологическое мышление, домини­рую­щее в «средневековой» культурном коде, исходит из того, что всё является значимым. Мифоло-гическое мышление отражается не только в семантике этих имен, но и становится организующим моментов образования поэтонимов.



Ключевые слова: мифонимы, код, поэтонимы, имя, миф, исследование.
Nübar HƏKİMOVA

AMEA Folklor İnstitutu,

biologiya üzrə fəlsəfə doktoru
NİZAMİ GƏNCƏVİNİN ”SİRLƏR XƏZİNƏSİ” VƏ “İSKƏNDƏRNAMƏ” ƏSƏRLƏRİNDƏ TİBBİ AMİLLƏR

Klassik ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri olan dahi Nizami Gəncəvi, öz əsərlərində Azərbaycan xalq ədəbiyyatı nümünələrindən məharətlə istifadə etmişdir.

Azərbaycan xalqının zəngin bədii irsinə, xalq ədəbiyyatına dərindən bələd olan Nizaminin əsərlərində atalar sözləri, məsəl­lər, və digər xalq hikmətləri ilə yanaşı, xalq ədəbiyyatının ayrıl­maz hissəsi olan xalq təbabəti və loğmanlıq da özünün həm bədii, həm də tibbi əksini tapmışdır.

Bu baxımdan şairin “Sirlər xəzinəsi” və “İskəndərnamə” əsərləri xüsusi ilə önəmlidir.

İnsan sağlam olar az-az yeməkdən,

Uzun ömür eləməz əsla çox yeyən.


Yağlıdan, yavandan elə ye ki, sən,

Onu asanlıqla həzmə verəsən

Az yeməyin faydası haqqında tibb elmində kifayət qədər məlumat vardır. Məlumdur ki, həddindən artıq çox yemək, insan orqanizmi üçün zərərlidir. Belə ki, çox yemək orqanizmdə mad­dələr mübadiləsinin pozulmasına, artıq çəkiyə, piylənməyə gəti­rib çıxarır.

“Yeməkdə əsasdır cana nuş olmaq,

Onun dadına yox, faydasına bax”

Əlbəttə, yeməyin insan orqanizminə sadəcə qəbulu yox, onun nə dərəcədə faydalı olduğu önəmlidir.

Az ye, çevik, yüngül ol, hər zaman,

Çox yesən ağırlaşar, min iztirab duyarsan.

Təbii ki, normadan artıq qida qəbulu orqanizmin daxili balansını pozmaqla yanaşı, insanın xarici görkəminin də dəyiş­məsinə, belə ki, piylənməyə, xarici dəri qatının-dermanın defor­masiyasına və orqanizmin əsas dayaq-hərəkət sistemini forma­laşdıran skeletin əsas dayaq sütunu olan onurğanın əyriliyinə gətirib çıxarır.

Bu baxımdan dahi Nizaminin öz əsərlərində az yeməyin orqanizm üçün faydasını dəfələrlə vurğulaması, onun tibb elmi­nə dərindən və mükəmməl şəkildə bələd olmasından xəbər verir.

Qanın qüvvətini azalt, az ye, yoxsa sən,

Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən.


Qarınqulu olmaqdan xeyli yaxşıdır inan,

Saxlayasan ruzunu, yavaş-yaaş dadasan


Aslan az yediyindən qurdlara başçı oldu,

Hər şeyi udan ancaq, acgöz alovdu, oddu


Gündüz göz işığı. Gözün şəfəq çeşməsi,

Nədir yeməyi? Günəş- min ulduzun bircəsi.

Az yeməyinə baxmayaraq aslan qurdlara başçı olur. Ac göz, nəfsi tox olmayan isə, zərər yetirən alova çevrilir.

Gündüz işığı dünyanı işıqlandırır, amma öz yeməyini gü­nəş­dən alır. O günəş ki, həyat işığıdır və əbədidir. Dahi Nizami yenə də burada az yeməyin faydasını qeyd edir.

Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,

Xərabədə yerləşər böyüklər xəzinəsi”

Bəllidir ki, tibbdə hərəkətsizlik, passiv həyat tərzi, çox yatmaq da, çox yemək kimi insan orqanizminə mənfi təsir gös­tərir. Orqanizmdə hərəkətsizlikdən yağlar parçalanmır, dərinin piy təbəqəsində kəskin piylənmə, oynaqlarda ağrılar və ümumi orqanizmdə isə toksinlərin yığılması halı baş verir.

Yemək, qarın alveri əgər yetsəydi dada,

Çox yeyənlərin çoxu sağ qalardı dünyda.
İnsan çox yaşasaydı ömür düşərdi gözdən,

Ömrünün dəyərini az ömürdən istə sən.

Burada maraqlı bir məqam üzə çıxır. Buna qədər qeyd et­diyimiz nümunələrdə ifrat qida qəbulunun insan orqanizminə fiziki və orqanik baxımdan zərərli təsiri göstərilir. Amma yuxa­rıda qeyd etdiyimiz, saf, təmiz mənəviyyatın tərcümanı olan bu bədii parçada isə, dərin mənəvi-fəlsəfi məntiq öz əksini tapmışdır.

Dahi Nizami yeməyi qarın alveri sayır. Əgər yemək dada çatan olsaydı, çox yeyənlər dünyada sağ qalardı.

İnsanın çox yaşaması şərt deyil, dəyərli ömür yaşaması şərtdir. Elə bir ömür ki, maddiyata deyil, mənəviyyata söykən­sin. Yəni, insan öz nəfsinin yox, ağlının qulu olsun.

Qarnın dop-dolu olsa başın yüz bəla çəkər,

Nəfsin quduzlaşması insanı söküb tökər.
Nəfsin ilə bərabər sənə baş verilib, baş,

Yeməyəsən halalın olmayan neməti kaş.

İnsanın öz nəfsinə hakim olması haqqında tək təbabətdə deyil, bütün elmlərin əsasını özündə birləşdirən Qurani-Kərimdə də məlumat verilir.

Necə susuz olsan, istiyə düşsən,

Tələsik soyuq su əsla içmə sən.
Olarsa yeməkdə birisi loğman,

Saxlar öz nəfsini yad loxmalardan.


Çox yemə, süfrədə hər şey çox da var,

Artıq bir qətrədən qədəh də daşar.

Burada göstərilən məqamları Nizami özünün “ Leyli və Məcnun “ əsərində də xüsusi ilə vurğulamışdır.

Sözün də su kimi lətafəti var,

Hər sözü az desən daha xoş olar.
Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

İyirminci əsrdə tibb elminin kifayət qədər məlumatlı olduğu bu məqamları, dahi Nizami öz əsərlərində hələ neçə əsrlər bundan qabaq böyük ustalıqla şərh etmişdir.

Nə öküz, nə eşşək kimi yeyərik,

Nə də ağzımızı möhürləyərik.

Tibbdə və ya loğmanlıqda çox yeməyin fəsadları göstə­rilirsə də, bunula yanaşı, ümumiyyətlə yeməkdən bu və ya digər şəkildə imtina etmək də düzgün sayılmır. Hər bir şey qədərində gözəldir. Əlbəttə, insanın normal qidalanmaması bir çox xəstə­liklərin əmələ gəlməsinə, bədəndə toksinlərin yığılmasına və immunitet zəifliyinə gətirib çıxarır. İmmunitet zəifliyi isə orqa­nizmdə müftəlif xəstəliklərin başlanğıcıdır.

Azərbaycan ədəbiyyatının koriyeflərindən olan Nizami Gən­cəvinin yaradıcılığı elə bir dəyərli xəzinədir ki, o xəzinədə bütün dünyəvi elmləri özündə əks etdirən nümunələrə rast gəl­mək olar.

Bir sözlə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın mil­li-mənəvi sərvətidir.


ƏDƏBİYYAT

1. Nizami Gəncəvi.” Sirlər xəzinəsi” “Lider” nəşriyyatı. Bakı, 2004

2. Nizami Gəncəvi “ İskəndərnamə” “Yazıçı” nəşriyyatı. Bakı, 1982

3. Nizami Gəncəvi “ Leyli və Məcnun” Bakı, 1983.

4. S. C. Əliyev, H.M. Hacıyeva. N. C. Mikayılzadə. Tibbi biliklərin əsasları. Bakı, 2004

5. Məhəmməd Yusif Şirvani. Tibbnamə. Bakı, 1990.


НУБАР АКИМОВА

РЕЗЮМЕ

В тваорчестве Низами фильтруется дух народа, не только в литературе, но и в других светских науках как история, фило­софия, физика и тесно связана с медициной. В этом отношении произведения поэта - "Сокровищница тайн" и "Искендернаме" связывает в себе много работы, а также отражает философские аспекты научных доказательств медицинской науки.



Ключевые слова: Низами, медицина, литература
NUBAR HAKIMOVA

SUMMARY

Thus, not only the works of Nizami literature that is not filtered the spirit of the people, the other secular sciences - history, philosophy, physics, and medicine is well. In this respect, the poets "Treasury of Mysteries" and "Iskendername" a very instructive works, the connecting points of the philosophy and science of medicine with the scientific evidence clearly reflects.

Keywords: Nizami, medicine, literature
Xətayə CƏFƏROVA

AMEA Folklor İnstitutunun kiçik elmi işçisi
NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞINDA

XALQ TƏBABƏTİ
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azər­bay­can şairi və mütəfəkkiri Nizami Gəncəvinin 2011-ci ildə 870 illiyi tamam olmuşdur.

Bəşər bədii fikrinin nadir incisi olan Nizami yaradıcılığı 800 ildən artıqdır ki, insanlığın ən yüksək zirvəsində durub, dün­ya ədəbiyyatının şah əsərləri içərisində özünəməxsus yer tutur.

Nizami Gəncəvinin “Beş xəzinə” adı ilə şöhrət qazanmış “Xəmsə”si bədii sənət abidələrinin ən qiymətli incilərindəndir.

Dahi şair “Xəmsə”yə daxil olan bütün poemalarında dini rəvayətlər, astro­nomiya, riyaziyyat, təbabət və başqa elmlərdən məharətlə istifadə etmişdir.

Müdrik şair “Bismillah-ir-rəhman-ir-rəhim” kəlamını hikmətlər xəzinəsinin açarı olduğunu göstərir.

Ölməz sənətkar elə “Xəmsə”nin poemalarından biri olan “Sirlər xəzinəsi”ni yazarkən bu hikmətli kəlamla başlamış, əsəri tamam yazıb qurtardıqdan sonra da Tanrıya şükr etmişdir ki, nə yaxşı ki, salamatlıqla işimi sona yetirdim.

Nizami Gəncəvi öz yaradıcılığında folklor örnəklərindən – əfsanə, rəvayət, nağıllardan qaynaqlanmışdır. “Sirlər xəzinəsi” poemasında verilmiş “Bir-birilə çəkişən iki həkimin dastanı”nda göstərilir ki, bir evdə iki həkim yaşayırdı (1, s. 141). Onlar daim birincilik üstündə dava edər, “mənəm-mənəm” deyərdilər. Onlar bir-birini görmək istəməz, qəlblərində belə fikirləşərdilər ki, qarşı tərəfdəki həlak olsun.

Nəhayət, onların son qərarı bu oldu ki, bir-birilə çəkişib höcətləşməkdənsə hazırladıqları şərbətdən bir-birinə içirtsinlər.

Birinci həkim elə bir zəhər hazırlayır ki, onun iyi qara daşları belə əridir. O, zəhəri ikinci həkimə verərkən deyir ki, sən onu zəhər bilmə. O, çox gözəl şərabdı.

İkinci həkim onun şərab deyil, olduqca güclü zəhər olduğunu bildiyindən otlardan ibarət pədzəhr hazırlayır. Sonra da ondan həm içir, həm də güllərdən, çiçəklərdən ibarət su hazırlayır, çimir. Zəhər öz təsirini itirir (2). Sonra da o:

Bağın çəmənliyindən bir çiçək götürdü,

Bir əfsun oxuyub, o gülün üstünə üfürdü.

Öz düşmənini cəzalandırmaq üçün gülü ona verdi.

Haman çiçək o birisinin zəhərindən təsirli oldu.

Düşmən əfsunlamış gülün müqabilindən alarkən

Qorxu ona qalib gəldi, oradaca canı çıxdı (2).

Bu hekayədə şair göstərir ki, birinci həkim öz biliyi, hik­məti ilə güclü zəhər hazırlasa da, ikinci həkim öz hazırladığı pəd­zəhr ilə ona qalib gəlir. Birinci həkimi isə vahimə basır və ölür.

Bu rəvayət xalq arasında “Loğman və şagirdi” adı ilə də yayılmışdır. Gör­kəmli folklorşünas alim Sədnik Paşa Pirsultanlı “Azərbaycan əfsanə və rəvayət­lərinin ədəbi abidələrimizlə mü­qayisəli tədqiqi” əsərində göstərir ki, “Loğman razı ola bilmir ki, şagirdi də ölkədə onun qədər şöhrətli olsun. O deyir: “Ölkədə bir loğman olar, iki loğman olmaz”.

Şagird müəllimin təklifinə razı olur. Ancaq loğmanı pa­xıl­lıq hissi bürüyür və cinayətə əl atır. Hazırladığı zəhəri şa­girdinə verir. Şagird də əvvəlcədən hazırladığı çiçəkləri qaynadır, onun suyunda çimir ki, zəhər ona təsir edə bilməsin. Sonra şagird bir keçə parçasını həvəngdəstədə döyməyə başlayır. Çox gözləməli olan Loğman qorxudan ölür (2, s. 216).

Burada bəlli olur ki, qələbə güclü zəhər hazırlayanın deyil, onun rəqibinin­dir. Çünki rəqibinin gücü, qüdrəti, səbri ən qor­xulu zəhər qarşısında belə qələbə çalmağa qadirdir.

Bu rəvayətdə əgər şagird bir parça keçə ilə qalib gəlirsə, əvvəlki rəvayətdə ikinci həkim bir ədəd gül ilə qalib gəlir.

Dahi şair Azərbaycan folklorundan bəhrələndikcə, daha ge­niş yüksəkliklərə qalxmış, onun şair xəyalına qol-qanad vermişdir.

Şifahi xalq ədəbiyyatının hansı nümunələrində təbabətdən danışılırsa, o, daha maraqlı, oxunaqlı və yaddaqalan olur.

Biz bunu ölməz sənətkar, dahi şair N.Gəncəvinin əsərlə­rində daha çox hiss edir, duyuruq. Onun ailəsində də xalq tə­babətindən çox istifadə edirdilər. Belə bir mühitdə böyümüş şair öz əsərlərində təbabətin möcüzələrindən söhbət açır.

Akademik H.Araslı “Şairin həyatı” adlı kitabında “Kürd qızı” rəvayətində göstərir ki, Gəncə zəlzələsi zamanı şairin atası uçqun daşların altında qalıb əzilən zaman anası onu sarıçiçək təpitməsi və boyçiçək dəmləməsi ilə sağaltmışdır (3, s. 18). Həmin çiçəklər xalq arasında sarı çiçək – qantəpər, boyçiçək isə paşalar boyu kimi tanınan çiçəklərdir.

“Sirlər xəzinəsi”ndən sonra Nizaminin Azərbaycan folklo­ru ilə daha zəngin olan poeması “Yeddi gözəl”dir. Burada söy­lənilən yeddi əfsanənin xalq ədəbiy­yatına dərin təsiri olmuşdur. Burada Çin qızının Bəhram şaha söylədiyi “Xeyir və Şər” rə­va­yətinin “Mərd və namərd” nağılı ilə səsləşdiyinin şahidi oluruq.

“Xeyir və Şər” əfsanəsində nəql olunur ki, Xeyir və Şər adlı iki cavan yol yoldaşı olur. Hərə öz heybəsini azuqə və su ilə doldurub istədikləri məkana gedirlər. Onlar adlarına uyğun hərəkət edir, həyatlarını yaşayırmışlar. Yolda hərdən dayanır, dincəlir, çörək yeyirdilər. Xeyir yeyib-içir, Şər isə qənaətlə dolanır, suyu da xəlvətcə içirmiş. Onlar elə isti bir səhradan keçməli olurlar ki, oranın istisi cəhənnəm kimi imiş. Şər bilirdi ki, getdikləri yer hələ çox uzaqdır. Ona görə də ayrıca bir qabda Xeyirdən xəlvət su saxlayırmış.

Beləliklə, onlar yeddi gün yol gedəsi olurlar. Bu zaman Xeyirin suyu tamam qurtarır. O, susuzluqdan əzab çəkir, canı od tutub yanırdı.

Nəhayət, Xeyir üstündə olan ləli Şərə göstərib deyir ki, ləli götürüb əvəzində ona su versin. Şər isə ona deyir:

Viranədə gövhər verirsən mənə,

Ki, abad şəhərdə alasan yenə (4).

Şər Xeyirə deyir ki, mən səndən elə bir gövhər alacam ki, onu geri ala bilməyəcəksən. O gövhər sənin iki gözündür.

Xeyir nə qədər yalvarsa da, onun yalvarışları Şərə təsir eləmir. Axırda iş elə gətirir ki, Xeyir susuzluqdan öləcəyini duyur. Ona görə də Şərin sözləri ilə razılaşır. Şər tez Xeyirin üstünə cu­mur, xəncərlə onun gözlərini çıxarıb onun həyat çırağını söndürür.

Şər Xeyiri qan içində qoyub öz yoluna davam edir.

Bu yerlərdə çoxlu qoyun sürüsü olan bir kürd yaşayırmış. Onun olduqca gözəl bir qızı varmış. Qız binələrinin yaxınlığında olan çeşmədən su götürməyə gedən vaxt uzaqdan inilti səsi eşidir. Qız səs gələn tərəfə gedib Xeyiri görür. Qız əhvalatdan xəbər tutub Xeyirə su içirdir, sonra da onu binələrinə gətirir. Yaxşı adamların köməyi ilə səhrada bitən səndəl ağacının yarpaqlarını döyür, onun cövhəri ilə Xeyirin gözlərini sağaldır. Sonralar Xeyir də öz növbəsində yeddi il gözləri kor olan bir şah qızının gözlərini səndəl yarpaqları ilə müalicə edir. Xeyir bu möcüzəli yarpaqlardan yığır, başqalarına da kömək etmək üçün özü ilə aparır. Necə deyərlər, xeyir öz xislətinə görə hərəkət edir, yaxşılığı hər şeydən üstün tutur (5, s. 235).

N.Gəncəvinin “Xeyir və Şər” əfsanəsi xalq arasında geniş yayılmış “Mərd və namərd” rəvayəti ilə səsləşir.

“Mərd və Namərd” rəvayətində namərd tərəfindən gözləri çıxarılmış Mərd səhrada inildəyir. İki göyərçin onun başı üstün­dəki ağaca qonub, ağrının dəhşə­tindən inildəyən Mərdə deyirlər ki, ey oğlan, biz uçarkən sənin dizinin üstünə lələyimizdən sa­la­cağıq. Sən onu götür, gözlərinə çək, sağalacaqsan. Mərd göyər­çinlərin sözlərinə əməl edir. Nəticədə gözləri sağalır. “Mərd və Namərd” nağılı ilə “Xeyir və Şər” əfsanəsinin mövzusu eyni qay­naqdan bəhrələnmişdir. Ancaq fərq odur ki, “Xeyir və Şər”­də Xeyir səndəl yarpağı ilə şəfa tapır, “Mərd və Namərd” na­ğılında isə Xeyirə göyərçin lələyi kömək edir.

Azərbaycan xalq rəvayətləri ilə səsləşən rəvayətlərdən biri də “İsgəndərnamə” poemasında verilmiş “İsgəndərin zülmətə get­məsi” rəvayətidir. Burada verilmiş rəvayətdə göstərilir ki, bü­tün dünyanı fəth etmiş İsgəndər hökmdar indi də yeraltı zülmətə getmək, oradakı dirilik suyundan içib uzun ömür yaşamaq istəyir. Oranın yolunu isə Xızır peyğəmbərdən başqa heç kim bilmir. İsgəndər Xızır peyğəmbəri tapdırır. Öz atını ona verib deyir ki, Xızır dirilik suyunu tapmaqda ona köməklik eləsin. Xızır pey­ğəm­bər, İsgəndər və onun ordusundan ayrılıb suyu axtarmağa ge­dir. Çox əzab-əziyyətdən sonra Xızır bulağı tapır. Xızır peyğəm­bər zülmət dünyaya gedəndə İlyas peyğəmbəri də özü ilə aparmışdı:

İlyas Xızır ilə həmsəfər idi,

Onlara rast gələn çeşmə başında.

Onlar öz süfrələrini açdılar.

Duzlu, quru balıq da vardı,

Bu iki, uğurlu yolçunun birinin əlindən

Həmin balıq zülal suya düşdü (6, s. 371).


Əlindən düşən firuzə rəngli suya

Əlini cumdurdu ki, balığı tutsun.

Tutunca gördü ki, balıq diridir.

Anladı ki, bu həyat verən su,

Dirilik suyuna dəlalət edir.

Şadlıqla həyat çeşməsindən içdi.

Həyatda əbədi dirilik tapdı (2, s. 291).

O istəyir ki, İsgəndəri tapsın və suyun yerini ona göstərsin. Ancaq görür ki, bulaq yoxdur, qeybə çəkilib. Peyğəmbər başa düşür ki, İsgəndər sudan içə bilməyəcək.

Xızır peyğəmbər sehrli sudan içdiyinə görə uzun bir ömür sürür. İsgəndər isə çox cavan, 32 yaşında dünyasını dəyişir.

Nizaminin təsvirini verdiyi dirilik suyu “Bobo qamo” adlı əfsanə ilə səsləşir.

Əfsanədə söylənilir ki, Yanar dağın ətrafında ilanlar yaşa­yırmış. İlanlar şahının icazəsi olmadan heç bir ilan özbaşına ev­lə­nə bilməzmiş. Şah bir dişi ilanı sevirmiş. O isə şahı yox, baş­qa­sını sevirmiş. Şah qızı öldürtdürür. Qızı sevən oğlan onu Ya­nar dağın ətəyindəki nohura salır. Qızı dirilir. Bobo dayı kənar­dan baxıb bu mənzərəni görür. Bobo dayı ilanları oradan qovur.

Bobo dayının ayağı ağrıyırmış. O, ayağını həmin nohura salır. Ayağının ağrısı dərhal dayanır. Bu xəbər hər yana yayılır. Hər tərəfdən bura adamlar axışıb gəlir. O vaxtdan bura Bobo qamo adlanır (2).

Nizami Gəncəvinin bütün dünyada şöhrət tapmış “Xəm­sə”­si “İsgəndərnamə” poeması ilə bitmişdir. Bu son əsərində böyük söz ustasının məfku­rəsi, bədii qayəsi, şair təxəyyülü özü­nün ən yüksək zirvəsinə çatmışdır. N.Gəncəvi xalq yaradıcı­lı­ğın­dan bəhrələndiyi üçün onun yaradıcılığı da əbədi yaşayacaq və söz çələnginin tacı olacaqdır.
ƏDƏBİYYAT

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Elm, 1981.

2. S.P.Pirsultanlı. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli təhlili. Bakı: Nurlan, 2007.

3. Həmid Araslı. Şairin həyatı. Bakı: Gənclik, 1967.

4. Nizami Gəncəvi. Xeyir və Şər. Bakı: Gənclik, 1976.

5. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983

6. Nizami Gəncəvi. İsgəndərnamə. Bakı: Lider, 2004.
KHATAYA JAFAROVA

FOLK MEDICINE IN THE NIZAMI GANJAVIS ART

SUMMARY

In the article it is talked about a genious poet Nizami Ganjavis folk art that connected with folklore in Khamsa, in poets the most valuable work it is talked about medicine. It is compared by showing examples benefit from his folk art/



Key words: Khamsa, medicine, folklore, Alexander
ХАТАЯ ДЖАФАРОВА

НАРОДНАЯ МЕДИЦИНА В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖАВИ

РЕЗЮМЕ

В статье показывается связь между творчеством великого поэта Низами Гянджави и фольклором. Здесь говорится о меди­цине и о прекрасной сокровищнице поэзии Гянджави «Хамса».



Ключевые слова: Хамса, медицина, фольклор, Искендер

Vüsalə KƏRİMOVA

AMEA Folklor İnstitutu
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNDƏ FOLKLOR MOTİVLƏRİ

Folklor hər bir xalqın tarixini, ədəbiyyatını, mədəniyyətini, bütövlükdə xalqın ruhunu özündə əks etdirən yaddaş güzgü­sü­dür. Bu baxımdan on ikinci əsr şeirinin zirvəsi sayılan Nizami yaradıcılığı, demək olar ki, folklordan qaynaqlanır.

Nizaminin əsərlərində xalqın bütün adət-ənənələri, xalqın istəyi, xalqın özünəməxsusluğu, milli-mənəvi dəyərləri, böyük ustalıqla qələmə alınmış və poetikləşdirilmişdir. Dahi Nizaminin ustalığı onda idi ki, o, on ikinci əsrin siyasi mənzərəsini xalqın öz dili ilə qələmə almış və dövrünün hakimlərini də məhz xalqın öz dili ilə tənqid etmişdir.

Şair xalqdan süzülüb gələn ibrətamiz məsəllər, atalar sözləri və xalq hekayələrindən bəhrələnərək öz dövrünün bütün siyasi, mənəvi eybəcərliklərini böyük ustalıqla qələmə almış və xalqa çatdırmışdır.

Ayrı-ayrı mövzuları özündə əks etdirən iyirmi məqalət və iyirmi hekayətdən ibarət ”Sirlər Xəzinəsi”ndə şair dövrünün ictimai-siyasi eyiblərini, xalq əhvali-ruhiyyəsini, ürək ağrılarını, sarsıntılarını oxucuya çatdırır. Lakin Nizami yaradıcılığına, kon­kret olaraq “Sirlər xəzinəsi”nə, yalnız dövrünün çatışmazlıqla­rını özündə əks etdirən bir əsər kimi baxmaq düzgün olmazdı. Çünki Nizaminin əsərlərində qələmə aldlğı ibrətamiz fikirlər, xalq hikmətləri, məsəllər artıq aforizmləşmiş və hər bir dövr üçün öz orijinallığını qoruyub saxlayan bir sənət nümunəsinə çevrilmişdir.

Hər kəs yaxşılıq etsə yatmış bəxti ayıldar,

Bir gün həmən yaxşılıq öz üstünə qayıdar (159, s. 3).

Dərin məzmunlu bu poetik parçada, şair insanları yaxşılıq etməyə çağırır və həmin yaxşılığın mütləq hər kəsin öz üstünə qayıdacağını bildirir. Yəni insan əməlinin yetişdirdiyini biçir. Məsələn, el arsında yayılan məşhur deyim:

“Nə əkərsən, onu da bicərsən”
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,

Sənə hər nə veribsə alacaq dünya geri.


Aləm əzəldən bəri alver evinə bənzər,

O dünyanı alırlar, bu dünyanı verirlər (3, s. 164)

Dünya böyükdür, lakin əbədi deyil. Dünyada hər şey fa­nidir. Çoxlu var-dövlət, sərvət dünyada heçnəyin daimi qala­ca­ğından xəbər vermir. Sonunda dünya bütün verdiklərini geri alır. Yalnız əbədi qalan bu dünyada elədiyin yaxşılıqlar, xeyir­xah­lıqlar hesabına, o dünyanı, yəni axirət dünyasını qazanmaqdır.

Ey qəflət yuxusunda xoşbəxt uyuyan xumar,

Yeyən, içən eşşəkdən, öküzdən fərqinmi var?
Xəbərsizsən aləmin mavi günbəzindən ,

Dövr eyləyən günəşdən, göylərin mərkəzindən.


Sirri dərk edir ancaq nəzər əhli, baş bilən,

Nadanın nə ilgisi, dövrün keşməkeşliyindən (3, s. 164)

Şair qəflət yuxusunda xoşbəxt uyuyanların yeyən, içən heyvandan fərqi olmadığını deyir, lakin bu təkcə belə deyildir, onlar yerin günbəzi olan mavi göydən xəbərsizdirlər və daim dövr eləyən aləmin sirli bir qüvvə tərəfindən idarə olunduğunu dərk etmirlər. Bu sirri yalnız nəzər əhli, elm aləmindən xəbərdar olan, dünyadan qafil olmayanlar dərk edər. Nadanı isə dövrün keşməkeşliyi maraqlandırmır.

Nizami “Sirlər Xəzinəsi” də bir çox mövzulara toxun­muşdur. Belə demək mümkündürsə, şair istər öz dövrü, istərsə də bütün dövrlər üçün aktual olan mövzulara toxunmuş və bu mövzuları böyük ustalıqla əhatə etmişdir.

Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf

Namərdlik ucbatından insandan qaçır insan.

Hanı ülfət, mərifət, itib, tələf olubdur,

İnsanlar qalırsa da, insanlıq məhv olubdu.


Dünya uzaq düşübdür, Süleyman dünyasından,

Sanki qeybə çəkilib, gerçək insan, ər insan ( 3, s. 105)

Şair bu parçada dövrün, bütövlükdə aləmin poetik mənzə­rəsini yaratmışdır. Çünki bu inikas hər dövrdə özünü göstərmək­dədir. Dünya bərqərar olandan dünyada xeyirlə şərin mübarizəsi gedir.

Dünyada yaxşı, xeyirxah insanların sayı çoxdur, lakin, dünya namərd, insafdan uzaq insanlardan da uzaq deyildir. Namərdlik ucbatından insanlar bir-birindən uzaq düşüblər.

Şair dostluğun, mərifətin məhv olduğunu deyir. Şair, kəmiyyəti yox, keyfiyyəti ön plana çəkir. Yəni əsas insanların sayının çoxluğu deyil, insanlıqdır.

Nizami əsərlərində sinfi və ictimai bərabərsizliklərin hökm­dar və xalq problemlərinin, qarşı-qarşıya qoyulması on ikinci əsr intibahının ən böyük nailiyyətlərindən biri idi və Nizaminin bu problemlərə real, açıq fikirli yanaşması onun da­hiliyindən irəli gəlirdi. Elə buna görə də şairin “Sirlər xəzinəsi” əsərindəki məqalət və hekayətlərinin mövzuları onu düşündürən, narahat edən problemlər idi.

Zülm eləmək yaxşı deyil, heç zaman,

Tökmə nahaq qan, gedər abrın-həyan.


Hümməti xalqın pis olar, qorx aman.

Məzlum ahından çəkin ey hökmran.

Bu parçada, əlbəttə ki, zalım hökmdarlara qarşı ağır bir ittiham vardır.

Nizaminin əsərlərində şahların ədalətsizliyi, hökmranlığı önə çəkilən mövzulardandır.

Tək “Sirlər xəzinəsi” deyil, Nizaminin bütün əsərləri sanki aforizmlər, məsəllər toplusudur. Məsələn, “Leyli və Məcnun” əsərində az danışmağın gözəlliyi haqqında parçaya diqqət edək:

Sözün də su kimi lətafəti var,

Hər sözü az desən daha xoş olar.

Bir inci saflığı varsa da su da,

Artıq içiləndə dərd verir o da.

İnci tək sözlər seç, az danış, az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək mənası solmaz,

Çox sözün kərpic tək qiyməti olmaz.

Bu parça el arasında yayılan çox məşhur xalq deyimində öz əksini tapır:

“Danışmaq gümüşdürsə, susmaq qızıldır”

Nizaminin əsərləri ilə folklor nümunələri arasında tam bir eyniliyi araşdırma obyekti etmək düzgün olmazdı. Çünki zaman, vaxt özünün hakimliyini hər yerdə göstərdiyi kimi, burada da göstərmişdir.

Belə ki, Nizami dövründən bu dövrə qədər olan zaman fa­siləsində folklor nümunələri müəyyən assimilyasiyalara uğra­mış­dır. Bu fikir görkəmli folklorşünas alim Sədnik Paşayevin “ Nizami və xalq əfsanələri” kitabında da öz dolğun əksini tap­mışdır. O qeyd edir:

“Nizami dövründən bəri keçən müddətdə həmin folklor nü­munələri böyük inkişaf yolu keçmiş, zaman keçdikcə dəyiş­mələrə məruz qalmış, eyni zamanda xalqın şair xəyalının qüdrəti ilə zənginləşərək yeni bədii keyfiyyətlər qazanmışdır“ (6, s. 44).

Nizami yaradıcılığına nəzər yetirəndə görürük ki, o təkcə folklor nümunələrinə əsaslanmamış, digər mənbələrdən də istifadə etmişdir. Lakin bunu xüsusi qeyd etmək lazımdır ki, şair kiçik folklor süjetlərinə əsaslanıb, onlara yeni nəfəs gətirmişdir. Məsələn, buna şairin “Sirlər xəzinəsi“ndə ki bir çox hekayələri, xüsusi ilə, “Süleyman və əkinçi”, “Bülbül və qızılquşun dastanı” və başqalarını da misalgöstərmək olar.

Əlbəttə, şair bu hekayələrin mövzusunu xalqdan almış və onu öz ideya və fikirləri ilə əsaslandırmışdır.

Lakin ”Sirlər xəzinəsi“ndə xalq xəzinəsindən gələn mo­tivlər bununla bitmir. “Ovçu ilə tülkünün dastanı”, “Sultan Səncər və qarı” hekayəsi, “Firidun və maralın dastanı”, “Bir şahzadənin dastanı”, “Bir-biri ilə çəkişən iki həkimin dastanı” Azərbaycan folklorunun qədim əsatirlərindən qaynaqlanır.

Məsələn, “Bir şahzadənin dastanı” folklorumuzda “Bostan əhvalatı” ilə səsləşir. “Bostan əhvalatı”nda məzmun belədir:

Ata oğlunu başqa ölkəyə səfərə göndərir. Həmin ölkədə şah seçmək mərasimi təzəcə başlayıbmış. Adətə görə şahı seçmək üçün huma quşunu uçurdurlar və quş uçurdanda kimin başına qonarsa, həmin şəxsi şah eçirlər.

Quş üç dəfə uçub oğlanın başına qonur. Ölkənin ağsq­qal­ları çarəsiz qalıb oğlanı şah seçirlər. Təcrübəsizlik və bir yandan da qəribçilik yeniyetmə gənci çox sıxır. Digər tərəfdən də, köh­nə vəzir-vəkillər, saray əyanları əl-ayağına dolaşır. Gənc məcbur qalıb atasının yanına qasid göndərir. Qasid sifarişi oğlanın atasına çatdırır.

- Ata, huma quşunu uçurdurlar, gəlib başıma qondu və məni şah seçdilər. İşlərim yaxşı getmir, bilmirəm, ölkəni neçə idarə eliyim.

Arif qoca susur heç nə demir. Lakin sakitcə bir xəncəri götürüb, bostana girir və nə qədər qarpız, qovun varsa, hamısını tağdan üzür. Sonra gələn qasidə üzünü tutub deyir ki:

- Oğluma deyərsən, atan dedi ki, mən heç nə bilmirəm.

Qasid saraya qayıdıb gördüklərini şaha nəql edir. Gənc şah hər şeyi anlayır. Sarayda nə qədər, köhnə şaha yaxın saray adamı, vəzir-vəkil var idisə, hamısını dar ağacından asdırır. Qalanı qorxuya düşür və gənc şah rahatlıqla ölkəni idarə edir.

O, bir gül üzdü bağdan, çəməndən gülə-gülə,

Bir əfsun oxuyaraq, üflədi həmin gülə.

Yağını öldürməkçün gülü məndən al dedi,

Bu gül zəhərdən də güclü, təsirli idi.

Düşmən əfsunlu gülü əlinə alan zaman.

Qorxudan məğlub olub, bircə anda verdi can (6, s. 45)

Yuxarıda qeyd olunan bu parçada Nizaminin “Bir-biri ilə çəkişən iki həkimin dastanı”nda göstərdiyi “Gül və Zəhər” əfsanəsi, xalq arsında yayılan, eyni məzmunlu, adı isə “Loğman və şagirdi” adlanan əfsanə ilə tam səsləşir.

Əfsanədə göstərilir ki, loğman şagirdinin ölkədə şan-şöhrət qazanmasından ehtiyat edir və nəhayət, şagirdini çağırıb, deyir ki, ya sən yaşamalısan, ya mən.

Belə şərt kəsirlər ki, hər ikisi zəhərli dərman hazırlasın. Şagird birinci imkanı öz ustadına verir və loğman zəhərlə dolu piyaləni öz şagirdinə verir. Şagird loğmanın əlindəki piyaləni alıb, zəhəri başına çəkir. Zəhəri şərbət kimi içir. Sonra isə zə­hərin qarşısını alan otların, çiçəklərin suyunda çimib qurtulur.

İkinci növbə isə, əlbəttə, şagirdin idi. O, böyük mis qabı götürür, içinə iri bir keçə parçasını qoyaraq onu gecə-gündüz daş­la döyür. Loğman bu mənzərəni seyr edir. O, bütün çiçək­lə­rin ətrinə bələd idi, lakin şagirdin hazırladığı dərmandan heç bir qoxu gəlmir. Şagird daşla keçəni hər dəfə döydükcə bu səs onun beynində əks-səda verir və loğman qorxudan, vahimədən ölür.

Nizami yaradıcılığında həmçinin el arasında məhşur atalar sözləri ilə sələşən misralara da tez-tez rast gəlinir.

Çox yemə, süfrədə hər şey çox da var,

Artıq bir qətrədən qədəh də daşar.

Bu misralar el arasında çox məşhur olan və tez-tez işlənən atalar sözü ilə eyni fikri özündə ifadə edir.

“Artıq tamah baş yarar.”

Beləliklə, dahi Nizami Azərbaycan folklorundan məharətlə bəhrələnmiş və əfsanə və əsatirlərimizə tarixdə yaşamaq hüququ qazandırmışdır. Bununla da, Azərbaycan folkloru həmişə Niza­mi yaradıcılığından faydalanmış və bundan sonra da faydalana­caqdır.



ƏDƏBİYYAT

1. Araslı Həmid. Nizami Gəncəvi əsərləri. Azərbaycan ədəbiyyatı tarixi, Bakı: 1960

2. Ağamirov Cahan. Nizamidə işlənən türk sözləri və zərbi-məsəllər. Bakı: Lider, 2003

3. Gəncəvi Nizami. Sirlər xəzinəsi, Bakı: Lider, 2004

4. Gəncəvi Nizami. İskəndərnamə, Bakı: Yazıçı, 1982

5. Gəncəvi Nizami. Xəmsə, Bakı: Gənclik, 1981

6. Paşayev Sədnik. Nizami və xalq əfsanələri. Bakı: Gənc­lik, 1993.

7. Rzasoy Seyfəddin. Nizami poeziyası: Mif-Tarix kon­teks­ti. Bakı. Ağrıdağ, 2003.

8. Xalisbəyli Tağı. Nizami Gəncəvi və şifahi xalq ədəbiyyatı. Bakı: Yazıçı, 1982
VUSALA KARIMOVA

SUMMARY

Genius Nizami who wos welded from folk eiferature and sunthesizing it with iti hegh artistik thinking benefited from folklore motivesand ingluenced to the folk eiterafute as a rich soutce.



Keyword: Nizami, folklore, people, literature,
ВУСАЛЕ КЕРИМОВА

РЕЗЮМЕ

Воодушевленный народной литературой и синтезируя это со своим высоким художественном воображением великий Низами использовал фольклорные мотиве передом это народу, это оказало воздействие на народную литературу как богатый источник



Ключевые слова: Низами, фолъклор, народ, литература

Vüsal SƏFİYEVA

AMEA Folklor İnstitutu
HƏMİD ARASLI YARADICILIĞINDA NİZAMİ VƏ

FOLK­LOR MÖVZUSU
XX əsr Azərbaycan ədəbiyyatşünaslığının inkişafında gör­kəmli yer tutan akademik Həmid Araslı folk­lor­ kimi zəngin bir sahənin tədqiqində də məhsuldar fəaliyyəti ilə dərin iz burax­mışdır. Onun yaradıcılığında şifahi xalq ədə­biy­yatının öyrənil­məsi məsələsinin xüsusi vurğu ilə diqqətə çatdırılması təsadüfi deyildir. Alimin elmi fəaliyyətini professor Mirzağa Quluzadə belə səciyyələndirmişdir: «H. Araslı 1926-cı ildən başlayaraq kənddə müəllim işlədiyi zaman Azərbaycan şifahi xalq ədə­biyyatının və aşıq şeiri nümunələrinin toplanması sahəsində əhəmiyyətli iş görmüşdür. Bu materiallar şifahi xalq ədəbiyyatı nümunələri üçün faydalı mənbələrdən biri olmuşdur… O, bütün elmi tədqiqat fəaliyyəti illərində şifahi xalq yaradıcılığı, xüsusilə xalq dastanları və aşıq poeziyası ilə üzvi surətdə bağlı olan, şifahi xalq poeziyası və onun klassik ədəbi irslə qarşılıqlı təsir və əlaqələrinə böyük maraq göstərən və əsərlərində həmişə bu mə­sələlərə əhəmiyyət verən bir alimdir. H.Araslı Azərbaycan şifahi xalq ədəbiyyatının da ən yax­şı mütəxəssislərindən biridir. Onun «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi» əsə­rində «Koroğlu», «Əsli və Kərəm», «Aşıq Qərib» və sairə dastanların tədqiqinə, aşıq poe­zi­yasının inkişafı məsələlərinə geniş yer verilmişdir. Alimin «Azərbaycan aşıq şeiri» adlı əsəri də (1964) onun bu məsələlərlə ciddi məşğul olduğunu göstərir» (1, 24-25).

Həmid Araslı folklorşünaslıq sahəsindəki fəaliyyətini əsa­sən üç istiqamətdə davam etdirmişdir:



  1. Azərbaycan folklorunun tarixi və nəzəri məsələlərinin araşdırılması;

  2. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri;

  3. Folklor örnəklərinin və ədəbi abidələrin nəşrə hazırlan­ması və şərhi.

Bu sahədə görülən işlərdə Həmid Araslının özünəməxsus xidmətləri vardır. Onun folklorşünaslıq sahəsindəki fəaliyyətinin özü­nəməxsusluğu yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətlərinə həsr olunmuş tədqiqatlarında daha qabarıq şəkildə özünü göstərir. Həmid Araslının müraciət etdiyi, demək olar ki, bütün klassik sənətkarların yaradıcılığının araş­dırıl­masında bu problem ayrıca tədqiq olunur, bununla da ədə­biyyatşünaslıq elmi yeni tədqiqat ide­yaları və faktları ilə zən­ginləşir. Bu baxımdan onun Nizami yaradıcılığında folk­lordan istifadə ilə əlaqədar tədqiqatları xüsusi maraq doğurur. Bu da onunla bağlıdır ki, dahi şairin əsərləri yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri probleminin daha ətraflı və dərindən araşdırılmasına imkan verir.

Ümumiyyətlə, Nizami və folklor problemi nizamişünas­lı­ğın çox mühüm sa­hələ­rindəndir. Buna görə də Nizami yara­dıcılığının, demək olar ki, bütün təd­qiqatçıları – Y.E.Bertels, M.Ələkbərli, M.Rəfili, M.Ə.Rəsulzadə, Ə.Axundov, M.Əlizadə, A.Rüs­tə­mova, S.Paşayev və başqaları şairin folklor qaynaqla­rından istifadə etməsindən bu və ya di­gər şə­kildə bəhs etmişlər. Adları qeyd olunan müəlliflərdən başqa araşdırmaçı Tağı Xalis­bəyli dahi şairin yaradıcılığı haqqında ayrıca tədqiqat işi yazmış və bir neçə kitab nəşr etdirmişdir. Akademik Həmid Araslının bu sahədəki tədqiqatları isə xüsusilə seçilir.

Alimin Nizami və folklor mövzusunun araşdırılması sahə­sin­dəki ən mühüm xidməti bundan ibarətdir ki, o, bu problemin öyrənilməsinin əsasını qoyanlardan biri olmuşdur. H.Araslı 1941-ci ildə Nizami Gəncəvi yaradıcılığında folklor əlaqələrinin öyrənilməsinin elmi əhə­miy­yətini izah edərək yazırdı: «Xalq ədə­biyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəman­ları, əsərlərinin süjeti ilə əlaqədar çox materiallar vardır ki, bun­ların elmi surətdə toplanması nizamişünaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə də onun doğma xalqı ilə münasibətlərini tədqiq etmək üçün ən mühüm tədqiqat obyek­tidir» (2, 4). Nizami əsərlərinin el variantları ilə əla­qədar deyil­miş bu fikir eyni dərəcədə, bəlkə, bir az da artıq şairin əsərlə

rində istifadə olunan folklor mövzularının, janr və ifadə vasitələrinin araşdırılması məsələsinə də aiddir.

H.Araslı Nizami Gəncəvi yaradıcılığının araşdırılmasına həsr etdiyi, demək olar ki, bütün əsərlərində şairin xalq ədəbiy­yatından bəhrələnməsi məsələsinə toxunmuşdur. Bununla yana­şı, onun bilavasitə Nizaminin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi məsələsinə həsr olunmuş bir çox tədqiqatları da vardır. Həmin əsərlərində şairin xalq söz və ifadələrindən tutmuş böyük epik janrlardan (nağıl və dastanlardan) istifadəsi ayrıca tədqiqat pred­metinə çevrilir. Bu baxımdan alimin «Nizami əsərlərinin el variantları» (1941), «Nizami və yaradıcılığı» (1939), «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» (1942), «Nizami və Azərbaycan xalq ədəbiyyatı» (1947) və s. əsərləri xüsusilə diq­qəti cəlb edir. H.Araslı xalq ədə­biy­yatının Nizami yaradıcılığına təsirinin əhəmiyyətini ümumiləşdirərək yazırdı: «Niza­mi­ni bü­tün müasirlərindən fərqləndirən, onu dünya ədəbiyyatının ən yük­sək zirvəsinə qaldıran əsas xüsusiyyətlərdən biri və ən baş­lıcası da onun xalq ədəbiyyatı ilə yaxından bağlı olması, xalqdan qüvvət alaraq yaradıcılığını yeni bir istiqamətdə inkişaf etdir­məsidir» (2, 1). Daha sonra o, öz əsərlərində kon­kret misal­larla «Nizaminin xalq dili və xalq ədəbiyyatı nümunələrindən necə istifadə etdiyini elmi təhlillər əsasında aydınlaşdırır. Məsələn, alim «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» mə­qaləsində ayrı-ayrı söz və ifadələrin Nizami əsərlərinə Azər­baycan dilindən keçdiyini inandırıcı şəkildə izah edir. Məsələn, ön söz yazdığı “Atalar sözü” (1938) kitabındakı atalar sözlərini Nizami əsərlərilə belə müqayisə edir: ”Biz Nizaminin əsərlə­rində oxuyuruq:

Qorbe bovəd kəz səri-həmpusti,

Bəççeyi-xodra xorəd əz dusti.

Son misra “Pişik balasını istədiyindən yeyər” zərb-məsə­linin bədii ifadəsidir” (3, 10).

Alimin apardığı tədqiqatlar, ilk növbədə diqqəti şairin öz əsas mövzularını folklordan alması mə­sələsinə cəlb edir. O, Ni­zami Gəncəvinin ilk böyük əsəri olan «Sirlər xəzinəsi»ndə xalq rəva­yətlərindən istifadə edərək, əsərdə qoyduğu ideyaları oxucuya maraqlı surətdə çat­dırmağa çalışdığını sənətkarlıq nailiyyəti kimi qeyd edir. Bu baxımdan «Nuşirəvan və bayquş», «Bülbül və qızılgül» və s. hekayələrdən ustalıqla istifadə olun­duğu nəzərə çatdırılır. Lakin şairin ilk məhəbbət dastanı olan «Xosrov və Şirin» əsərində xalq ədəbiyyatı ilə dərindən bağlı olması, bu mövzunun xalqdan olması (Bərdə qocalarından öy­rən­məsi) xüsusilə yüksək qiymətləndirilir və göstərilir ki, Ni­zaminin «bundan sonra yarat­dığı əsərlərin hamısında bu bağlılıq hakim yer tutur» (4,10).

H.Araslı şairin «Leyli və Məcnun» əsərinin də mövzu­sunun şifahi xalq ədə­biyyatından alındığını qeyd edir və göstərir ki, «ərəb şifahi xalq ədəbiyyatında canlanıb Yaxın Şərq xalqları arasında yayılmış olan bu dastanın XII əsrdə Azərbaycan xalqı içə­risində məşhur olması məlumdur» (4, 10). Bunu şair əsərin mü­qəd­dimə­sin­də qeyd edir.

Tədqiqatçı «Yeddi gözəl» poemasının da xalq nağılları qu­ruluşunda yazıldığını, qız­ların söylədiyi nağılların məzmununun xalq ədəbiyyatından alındığını qeyd etməklə şai­rin folklorla sıx bağlılığını faktlarla sübut edir. Alim, həmçinin Nizaminin son əsəri olan «İs­kəndərnamə» poemasının da xalq dastanları əsa­sın­da qurulduğunu nəzərə çatdırır və yazır ki: «Nizami bu əsərini ərəb, fars, yunan, rum dillərində yazılmış tarixi mə­lu­matlar əsa­sında qurduğu kimi, xalq ədəbiyyatında İskəndər haqqında yayılmış rə­va­yətlərdən də çox istifadə etmişdir» (4, 11).

Nizami əsərlərinin zəngin qaynağını şərh edən H. Araslı belə bir qənaətə gəlir ki, «Ni­zami əsərləri öz mövzu və quruluşu ilə deyil, eyni zamanda bədii xüsusiyyətlərinə görə də şifahi xalq ədəbiyyatı ilə bağlıdır». Bunu aydınlaşdırmaq üçün tədqi­qatçı Nizaminin poe­malarında obraz və hadisələrin təsviri, qəh­rəmanların yaradılması baxımından xalq ədəbiyyatı nü­munə­lərinə müraciət edir, müqayisələr aparır və Nizami yaradıcı­lığı­nın Azərbaycan xal­qının şifahi yaradıcılığı ilə üzvi bağlı ol­duğunu müəyyənləşdirir.

H.Araslı Nizami əsərlərində və şifahi xalq ədəbiyyatında olan surətləri müqayisə edərkən şifahi ədəbiyyatda rast gəlinən müsbət və mənfi surətlərin mühüm hissəsinin Nizami poema­larında da olduğunu qeyd edir. O, müqayisələr apararaq göstərir ki, Ni­za­miyə qədər olan ədəbiyyatda bu surətlərin ancaq bir hissəsinə, yalnız cəngavərliklə əlaqədar olan hökmdar surətlə­rinə təsadüf edilir.

Tədqiqatçı yazır: «Azərbaycan dastanlarında verilmiş qa­dın surətlərinin xü­susiy­yətlərindən biri onun evlənəcəyi oğlanı sınaqdan keçirməsidir. Bu sınaq fizioloji qüv­vət, söz ustalığı və biliklə həyata keçirilir. İstəyəni çox olan qızlar özlərini tilsim­bənd edir və onları qurtaracaq qəhrəmanla evlənəcəklərini şərt qoyurlar. Ya da sözdə onu bağlayacaq aşiqə, haqq aşiqinə gedə­cəklərini vəd edirlər. Bəzi dastanlarda qəhrəman, qızın saxladığı canavarlar ilə vuruşur, bəzən özü ilə güləşir, bəzən də onun tap­macalarına cavab tapır, sonra onunla evlənir» (4, 19). Tədqiqatçı bütün bu məsələlərin Nizami əsərlərində də mövcud olduğunu konkret faktlarla müqayisələr əsasında açıb göstərir.

H.Araslı Nizami yaradıcılığını şifahi xalq ədəbiyyatı ilə bağlayan əsas cəhətlərdən birinin də onun atalar sözlərindən və xalq idiomlarından istifadə etməsində görür. O göstərir ki, əsasən atalar sözü kimi mənalı aforizmlər yaradan dahi sənətkar öz zəngin yaradıcılığında tez-tez atalar sözlərinə müraciət edib, fikirlərini əsrlərin süzgəcindən, təcrübəsindən keçmiş bu hikmətli ifadələrlə təsbit etməyə çalışmışdır.

Alim Nizaminin istifadə etdiyi idiomatik ifadələr, atalar sözləri, zərb-məsəllər haqqında danışarkən maraqlı bir üsuldan istifadə edir. O, fars dilindən gətirdiyi belə ifadələrin məhz Azərbaycan təfəkkürünün məhsulu olduğunu, konkret ifadələrin məhz Azərbaycan dilindən götürülüb tərcümə edildiyini elmi əsaslarla sübut edir. Buna misal olaraq “Atalar sözü” kitabına istinadla qara rənglə bağlı bir neçə müqayisəni göstərə bilərik. Tədqiqatçı Nizaminin xalq arasında yayılmış “Qaradan artıq rəng olmaz” məsəlindən çox məharətlə isrtifadə edərək qara rəngin qırmızı da ola bilməsi qənaətinə gəldiyini qeyd edir. Şair kömürün yanıb od olduqda qızarmasını bu şəkildə ifadə edir:

Siyəhra sorx çün kərd az rəngi

Çü balayi-siyahi nist rəngi (3, 10).

(Neçin o mişk söyüd, ud kimi, qaraldıqdan sonra qırmızı üz­lü olur. Qara necə bu rəngli olur ki, qaradan üstün rəng yoxdur).

Sonra şair bu fikri, qara rəngin çevrilməsini insan həyatın­dan aldığı məsəl ilə göstərir:

Məgər kəz ruzgar amuxt neyrəng,

Ki əz muyi-siyahi-ma bərəd rəng (3, 10).

(Zəmanəsindən hiylə öyrənmiş ki, o, bizim qara tükləri­mizi ağ edir).

Kömürün qara rəngini qırmızıya çevirməyi insanın qara tüklərini ağardan zəmanədən öyrəndiyini söyləyir.

Xalq “Qara rəng çirk götürməz” deyir. Nizami bu məsəli belə ifadə edir:

Besiyahi bəsər cahan binəd,

Çirkini bər siyah nəneşinəd (3, 10).

(Göz qarası dünyanı görər, qaraya çirk əyləşməz).

Ümumiyyətlə, tədqiqatçının buradan əldə etdiyi nəticə bundan ibarətdir ki, «Nizami «Xəmsə»sinin hər səhifəsində rast gəldiyimiz atalar sözləri, şairin idiomları, qəhrəmanların, obraz­ların «Dədə Qorqud» dastanları ilə yaxınlığı, onun dastan və nağıllardan istifadə etməsi, əsərlərində əsas ideyaların xalqdan alınması şairin ana Vətən, böyük Azərbaycan varlığı ilə bağlı­lığını aydınlaşdırır» (2, 2).

Bundan başqa, alim qeyd edir ki, Nizami yaradıcılığında Azərbaycan dilindən gələn sözlərin mühüm hissəsini “Dədə Qor­qud” dastanlarında görmək olar: “Nizami poemalarında “Də­də Qorqud” dastanları ilə əlaqədar bir çox motivlərin olması şairin bu dastanları sevə-sevə dinlədiyini göstərir.

Nizami yazır:

Bə novgi-tiri hər xatun süvari,

Füru dadə zi ahu mərğzari (3, 3).

(Hər atlı qadının oxunun ucu çəməni ahu ilə doldurmuşdu)

Bildiyimiz kimi, burada bu gün xanım deyə işlətdiyimiz xatun sözü yalnız Azərbaycana məxsus olan bir ifadədir. Bu sözə “Dədə Qorqud” dastanlarında çox rast gəlirik: Burla xa­tun, Sel­can xatun və s.

Nizami və şifahi xalq ədəbiyyatı mövzusunun mühüm bir tərəfi də şairin yara­dıcılığının özündən sonrakı, yazılı ədəbiyyat­da olduğu kimi, şifahi xalq ədəbiyyatına da təsir göstərməsidir. Alim diqqəti məsələnin daha incə bir tərəfinə də cəlb edərək yazır ki, Nizami əsas mövzularını şifahi xalq ədəbiyyatından alıb, yaradıcılığını xalq mənafeyinə uyğun, onun istək və ar­zu­ları ilə bağlı inkişaf etdirәn bir sәnәtkar olduğundan onun әsәr­lәri sonrakı dövrlərdə yaradılan şifaһi xalq ədəbiyyatına da dərin təsir göstərmişdir.

Tədqiqatçının fikrincə, Nizaminin elə bir poeması yoxdur ki, xalqın yaratdığı poeziyada onun süjeti ilə əlaqədar əsər olmasın: “Bunların bir hissəsi Nizaminin xalq ədəbiyyatından istifadə edərək yaratdığı süjetlər olmasına baxmayaraq, şairin ya­ra­dıcılığından xalqa keçmişdir. Bəzən şair böyük bir xalq dastanının süjetini iki misra ilə ifadə etmiş, bəzən də xalq şairin iki misrası əsasında böyük bir dastan yaratmışdır” (2, 3).

Bu məqalədə gəldiyimiz əsas nəticə bundan ibarətdir ki, dahi Nizami Gəncəvinin öz yaradıcılığında şifahi xalq ədəbiyya­tından geniş şəkildə bəhrələnməsi, eyni zamanda əsərlərində ümumtürk folkloru kontekstində Azərbaycan folklorundan isti­fa­də edərək bu tükənməz xəzinəni sağlam dayaqlarla qoruyub saxlaması ənənəsinin araşdırılaraq mühüm tədqiqatlarla elm aləminə təqdim edilməsində akademik Həmid Araslının mühüm xidmətləri olmuşdur. Alimin bu sahədə əsas xidmətlərindən biri də həmin məsələni ilk qal­dıranlardan biri olmaqla Nizami Gən­cəvinin bir şair kimi milli köklərə, etnik zənginliklərə bağlı olduğunu ay­dın­laş­dırmağa çalışmasıdır.



ƏDƏBİYYAT

  1. Quluzadə Mirzağa. Həmid Aras­­lı bib­­lioqrafiyasına mü­qəddimə. Bakı, «Elm», 1970.

  2. Araslı Həmid. Mü­qəddimə. «Nizami əsərlərinin el va­riantları» kitabında. Toplayanları: H.Əlizadə, M.H.Təh­masib. Ba­kı, Azərnəşr, 1941.

  3. Araslı Həmid. Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri, SSRİ EA Azər­baycan fi­li­­alı­nın Xəbərləri, № 8, avqust, EA AzF Nəşriyyatı, 1942.

  4. Araslı Həmid. Nizami və Azər­baycan xalq ədəbiyyatı. Nizami (məqalələr məcmuəsi), Bakı, 1947.

  5. Araslı Həmid. Nizami və yaradıcılığı. Ədəbiyyat qə­zeti, 1939, may, 25


VUSAL SAFIYEVA

THE SUBJECT OF FOLKLORE AND NIZAMI IN THE ACTIVITY OF HAMID ARASLI

SUMMARY

In the article it is said about the folklore investigation of Hamid Arasli in the activity of great Azerbaijan poet Nizami Ganjavi. The relations between the works by Nizami and ancient monuments of Azerbaijan folklore are also shown, Azerbaijan folklore is described in proverbs, sayings in Hamid Arasli with the activity of Nizami.



Key words: Nizami, H.Arasli, folklore, Azerbaijan, proverbs, sayings
ВЮСАЛ САФИЕВА


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə