Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə97/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   93   94   95   96   97   98   99   100   ...   135

Hər bir yetənün vəsvəsəsin eyləmə sibqət,

Qatma özüvi, eylə həzər, Şimri-dəğayə.

Əvvəl ədəbi kəsb elə, dut matəm Hüseynə,

Gər istəsön olmaqlığa sən məhrəm Hüseynə,

Bimə`rifət olson, verəcəksən qəm Hüseynə,

Sərf etməgilən ömrüvi həm çunü çərayə.

Qanson nə içün kim, bu Hüseyn ol şəhi-ətşan,

Əkbər kimi övladı verüb şövq ilə qurban,

Kəsdi başıni təşnəcigər Şimri-bədərkan,

Keçdi nə içün başi anun növki-cidayə.

Min il edəsən naləni, min il də ibadət,

Yüz minlər ilə eyləyəsən Kə`bə ziyarət,

Verməzlə sənə heç nə, əbəs çəkmə əziyyət,

Məşğul özüvi etməgilən zikri-duayə.

Söz yox ona müzdün olacaq ruzi-cəzadə,

Şərtini bil, et naləni, hər sübhü məsadə,

Nadanlığı tərk eyləgilən, etmə iradə,

Tab eyləməsən

 mə`rəkeyi-ruzi-cəzayə.



Pak olmasa nütfə, olur əlbəttə ki, düşmən

Şahi-şühədayə, heç özümdən demirəm mən,

Urma başuva boş yerə, get, eyləmə şivən,

Peyğəmbəri-əkrəm buyurub şahü gədayə.

Ey qanına qəltan olan, ey mahi-Mədinə,

Bir dəm nəzər et, rəxnə düşüb dini-mübinə,

Zülmün odunı gör, yetişüb ərşi-bərinə,

Canım ola qurban sana, dur, gəl bir hərayə.

Saqib sana novhə edər hər mahi-mühərrəm,

Məhşər güni bax halinə, rəhm et ona bir dəm,

Ağlar sana hər an əzadar ilə bahəm,

Ney kimi gəlüb sübhü məsa ahü nəvayə.

* * *

 

Şiələr, kim bu Hüseyn(ə) qətlinə fərman elədi?



Kafər etməz belə fərmani, müsəlman elədi! 

 Eyləməzsən



449


“Lailahə” desə hər kimsə müsəlmanmı olur?

Qurı bir boş söz ilə tabe`i-Qur`anmı olur?

Hər yetən, aç gözüvi, Buzərü Səlmanmı olur?

Çoxlar öz dinini tərk eylədi, üsyan elədi.

“Lailahə” deməgün şərtini bilseydi əgər,

Tökməz idi bu Hüseyn(ə) qanıni, etməzdi “hünər”,

Şimri-bişərmü həya, qıl bu sözə yaxşı nəzər,

Təmə`i-mülki-Reyə dinini nisyan elədi. 

Əhli-iman özüvi bilməgilən, böhtandur,

Şahidim qövli-Nəbi(s), hər sözi bir Qur`andur,

İmtəhan olmamısan, rahbərün şeytandur,

Tabe`i-nəfs səni, tabe`i-şeytan elədi.

Rütbəsini bil İmamun, ona get, eylə fəğan,

Sən İmamun sözini, sölə, qəbul etdün haçan?

“Va Hüseyna” dedigün ari yalandur ki, yalan,

Sənün hər bir nəfəsün xəlqi hərasan elədi.

Cəm` olundı üləmayi-bələdi-Kufəvü Şam,

Əldə təsbih ilə səccadəvü Qur`ani-kiram,

Qalmasun nəsli-Əlidən(ə) nə rəisü nə imam,

Ümməti-Xətmi-nübüvvət belə e`lan elədi.

Satdılar dini Yəzidə, ola dilşad Yəzid,

Eyləyə din evini zülm ilə bərbad Yəzid,

Qoya aləmdə öziyçün belə bir ad Yəzid,

Kərbəladə deyələr: yetmiş iki qan elədi.

Xahişi-nəfs elədi çoxları rüsvayi-cəhan,

Yetməyibdür genə məqsudə, qalub sərgərdan,

Bir həqiqət alayun bu sözi, ey pirü cəvan!

Mülki-Rey fikri içün Şimr nə tüğyan elədi.

Yadına salmadı bir həzrəti-Xeyrülbəşəri,

Didəgiryan elədi Zeynəbi-xunincigəri,

Kufəvü Şamə piyadə çəküb ol dərbədəri,

Etdigi zülminə aləmləri heyran elədi.

Beş günün səltənətün fikri İmam öldürdi,

Etmədi şərmü həya, fəxri-ənam öldürdi,

450



Bilmədi, tökdi Hüseyn(ə) qanın həram, öldürdi,

Xətmi-peyğəmbəri ağlatdı, pərişan elədi.

Şimri-dun həmnəfəsi, eylər sənə lə`nət Nəmrud,

Etmədi bu sitəmi gəbrü nəsaravü yəhud,

Parə-parə elədün, qalmadı asari-vücud

Bu Hüseyndə, nə cəfa zülmi-firavan elədi.

Xəlqi irşad eləyürdi Həqə, həm Qur`anə,

Çağırırdı səni Qur`an sözilən imanə,

Sən kimi meyl eləmüb vəsvəseyi-şeytanə,

Nə günah eylədi, nahəq yerə nə qan elədi?!

Səbəbi-xilqəti-aləm bu Hüseyndür, bu Hüseyn(ə)!

Şərəfi-həzrəti-Xatəm bu Hüseyndür, bu Hüseyn(ə)!

Bargahi-Həqə məhrəm bu Hüseyndür, bu Hüseyn(ə)!

Şimri-dun kəsdi başın, qanına qəltan elədi.

Lə`nət olsun sənə, ey düşməni-övladi-Rəsul!

Şieyi-ali-Əlini bu qədər etmə məlul,

Nütfəsi pak eləyər cəddi nəsə dini qəbul,

Səni məğrur bu bədgərdişi-dövran elədi.

Saqiba, ağla Hüseyn(ə) halinə hər sübhü məsa,

Bir Hüseyn(ə) nokərinə canuvi, get, eylə fəda,

Zərrəcə ta ola sərmayə sənə ruzi-cəza,

Bir də gördün ki, sənün dərdüvə dərman elədi.

* * *

Eşqün eylüb



 məni bimar, Əli, ya vələdi,

Yox dəxi taqəti-rəftar, Əli, ya vələdi.

Vəslüvi əldən alub göz yaşımi qan eləmə,

Salma gözdən məni, bu könlimi viran eləmə,

Nari-firqətlə, oğul, sinəmi suzan eləmə,

Etmə bu didəmi xunbar, Əli, ya vələdi.

Çəkmişəm illər ilə zəhmətün, ey kani-vəfa,

Damənündən əlimi rəhm elə, gəl, etmə rəha,

Düşsün avarə anon çöllərə, gəl, görmə rəva,

Olmayum aləmara xar, Əli, ya vələdi.

 Eyləyib



451


Salma avarə məni kuhü biyabanə, oğul,

Yetmişəm, ahü fəğan etməgilə canə, oğul,

Yanmışam nari-fəraqunda çü pərvanə, oğul,

Bir zəman ol mənə qəmxar, Əli, ya vələdi.

Xanimanım dağılub, könlüm evin etmə xərab,

Qoymayub məndə xəyalun əsəri-taqətü tab,

Qıl təkəllüm bu sitəmdidə ilən, eylə səvab,

Eyləyüm dərdimi izhar, Əli, ya vələdi.

Getmə meydanə, oğul, Şimri-dəğadən, həzər et,

Tərk qıl rəzmi, o bişərmü həyadən, həzər et,

Xeymələrdən ucalan şurü nəvadən, həzər et,

Ey şəbihi-şəhi-əbrar, Əli, ya vələdi.

Mətləbim vardı, oğul, mən səni damad eləyüm,

Toy dutum mən sənə, aləmlər ara ad eləyüm,

Zülfüvə şanə uram, könlimi bir şad eləyüm,

Olmayum Şimrə giriftar, Əli, ya vələdi.

Mən necə razi olam azimi-meydan edəsən,

Səbrimi əldən alub, göz yaşımi qan edəsən,

Kakilün laləsifət qan ilə əlvan edəsən,

Varisi-Heydəri-Kərrar, Əli, ya vələdi.

Qoyma düşmənlər əlində məni badideyi-tər,

Sədri-sinəmdə qəmün şö`lələnür misli-şərər,

Bir zəman halimə, qurbanun olum, eylə nəzər,

Qalmaya həşrdə didar, Əli, ya vələdi.

Saqiba, novhəgər ol, ur başa, qan ağla müdam,

Yüz çevir qəbri-Əli Əkbərə, qıl ərzi-səlam,

Şurə gəl ney kimi, yan, ağlagilən sübh ilə şam,

De dilimcə ona əsrar, Əli, ya vələdi.

* * *

Şahi-din düşmişdi, yaran, bisər aşura güni,



Aşikar olmışdı guya məhşər aşura güni.

Qan içində qərq idi ol nuri-çeşmi-Müstəfa(s),

Ox, ox üstə cismdə arami-qəlbi-Mürtəza(ə),

Gün qabağında yaralu zadeyi-Xeyrünnisa(ə),

Olmadı viran niyə, aləmlər aşura güni.

452



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə