Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə105/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   101   102   103   104   105   106   107   108   ...   135

Haçan eylədüm həqqdən vahimə,

Könül vermişəm nəfsi-bədxahimə.

Kimi eyləsə bənd bu nəfsi-dun,

Öz-özinə əgər gəlsə min rəhnəmun.

Ona çarə bilməz, yox heç çarəsi,

Olur dəşti-heyrətlər avarəsi.

Nə eylər dəxi sürməni çeşmi-kur,

Edər həq mənzərilə zühur.

Nihalun ola təlx gər meyvəsi,

Min tök əyağinə bal çeşməsi.

Əgər artura meyvəsin ol nihal,

Həman təlx meyvə verür bizəval.

Əgər oxur tuti insan kimi,

Fəth surəsin

 əhli-iman kimi.



Nə məqsəd ol hökmi-Qur`andə,

Əməl eyləməz, yoxdur imani də.

Əməl etməsön hökmə, nadansən,

Nə nadansən, bəlkə heyvansən.



X

Nəsihət sana, Saqib, etməz əsər,

Tökülsün yerə göglər, ey bixəbər.

Xətərnak əmrə çox etdün həvəs,

Xəta etməyüb sən kimi hiç kəs.

Nə qafilsən, ey həqi inkar edən,

Özin min bəlayə giriftar edən.

Gəlür bir zəman yetməz imdaduvə,

Əmin olgilən kimsə imdadüvə.

Əlün daməni-həqə yetməz yəqin,

 Qurani-kərimin 48-ci surəsi



490


Əlacun kim etsün, çətindür, çətin.

Bitibdür işün, dərdüvə çarə yox,

Olar çarə dərdə, bu azarə yox.

Həya səndə yox zərrəcə, bihəya,

Günahə bütün ömri etdün fəda.

Səfər var qabağda, utan, bixəbər,

Xətərnakdur, etmisənmi

 həzər?



Əlün boş, yüzün qarə, iman yox,

Alub canuvi dərd, dərman yox.

Cəhənnəm səni, zalim, etməz qəbul,

Yetər daduva necə ali-Rəsul?!



SAQİNAMƏ

Məni eylədi məst buyi-şərab,

Xərab etdi məni, saqiya, qıl şitab.

Cəhandə kim olsa əgər huşyar,

Ona heç kim eyləməz e`tibar.

Qəmü dərdi kim çəksə divanədür,

Cəhan sərbəsər fitnə, əfsanədür.

Əlaci-qəmü dərd bu badədür,

Səbu, ol hali, badə minadədür.

Qədəm çəkmərəm künci-meyxanədən,

Olub zər haçan xali divanədən.

Əyağdan-əyağə salub qəm məni,

Hanı, kim görüb şadü xürrəm məni.

Həzar afərin badeyi-biğəşə,

Məni yandur, ey saqi, bu atəşə.

Qədəhlə mana ver meyi-lə`lfam,

Qulaq zahidə vermə, etmiş həram.  

Həram oldı mey içdi ümmül-fəsad,

 Etmirsənmi



491


Fəsad eyləyər içsə gər bədnihad.

Şitab eylə, ey saqiyi-mahru,

Məni etməgə məst, doldur səbu.

Xərabatiyəm mən, xərab et məni,

Meyi-sürx ola, xizab et məni.

II

Nolur qoysa qan bağrıma çərxi-dun,

Şitab eylə, sən ver meyi-lə`lgun.

Mənə həmbadə ol, gəl əldə cam dut,

Yamanlıq heç etmə, niku nam dut.

Həvəs eyləmə ömri-şeş-beş nədür,

Bu bihudəçün bu keşakeş nədür.

Sirişki-həsəd dutmasun damənün,

Səni qərq eylər, budur rəhzənün.

Cəhan xərabə süxənsənclər,

Könül verməyüb görsə min gənclər.

Cəhan sərbəsər fitnəəngizdür,

Kim olmuş ona bənd, xunrizdür.

Cəhanun işi məgər təzvirdür,

Onunçün bu nə ahi-şəbgirdür.

Əl atma ki, oddur, səni yandurar,

Yananda oda sən, özi yan durar.

Əmandur ki, fövt eləmə fürsəti,

Mey iç, məst ol, çəkmə çox möhnəti.

Girov badəyə nəqd imanı ver,

Nə imanı ver, get, dilü canı ver.

Təğafül nədür, rindi-meyxanə ol,

O qədr mey içməgə ki, divanə ol.

III

492



Hanı şah Məhmudü Kavusü Key,

Cəhanı bütün tiğ ilə etdi tey.

Nədür e`tibar bu deyri-fəna,

Kim ilən olub bir nəfəs aşina.

Vəfa kim, nədür dutma ondan xəbər,

Yox onda vəfa, müxtəsər, müxtəsər.

Qədəm qoydı bu deyrə Cəmşidi-Cəm,

Onı pişvaz eylədi dərdü qəm.

Niku nam özin etdi bir cam ilən,

Edüb tərk dünyanı bu nam ilən.

Əgər beylə isə niknamlıq,

Ki, dəgməz heçə, eyləmə xamlıq.

Nikunam odur laübali ola,

Ki, hər qeyddən yə`ni xali ola.

Sən aldat cəhanü dənizadəni,

Müdam algilən sağərü badəni.

Yuva etməsün, qoyma, heç səndə qəm,

Ki, meyxanədən çəkmə bir dəm qədəm.

Həmişə, get ol, mey kimi tərdimağ,

Əyağdən düşüncə ələ al əyağ.

Məsaciddə yox qeyri-buyi-riya,

Riyadən gəlüb təngə kim buriya.



IV

Gətür, saqiya, sağərü cami-mey,

Olum mən fəda dürdaşami-mey.

Əba, rəngə səccadə aludədür,

Belə rəngdən badə asudədür.

Gəl, ey saqi, ey canımun rahəti,

493



Məni yıxmaz heç bir əyağ afəti.

Cəhan inqilabın fəramuş qıl,

Xərabati ol, badəni nuş qıl.

Çal, ey mütriba, bərbətü çəngü ney,

Gülün fəslidür bu, degül fəsli-dey.

Degül bisəbəb oldı bu inqilab,

İlan kimi heç eyləmə piçü tab.

Olur məqsədün hasil, heç çəkmə qəm,

Yetər hər kəs öz həqqinə bişü kəm.

Fələkdə əgər olmasa min inqilab,

Yəqin eylə, bir qətrə verməz səhab.

Müğənni, yad qıl Şur ilən,

Nə zahid kimi cənnəti hur ilən.

Həsar qəmü dərdə Mahurdür,

Bütün musiqidə bu məşhurdür.

Əziz ömri bihudə yerdə tələf,

Həzər etgilən etmə, ey naxələf.

V

Müxalif dəmin dutma, ol huşyar,

Həsar eylə, çək dövrəsinə həsar.

Gətür, saqiya, badeyi-ərğəvan,

Verincə mana bağrımı etmə qan.

Bu könül bənd olub bir pərizadəyə,

Verülirdi genə dam azadəyə.

Cünun rəxtini verdi eşqi-cünun,

Məni saldı bu damə bəxti-zəbun.

Degül ram ol afəti-ruzigar,

Könül vermiş əğyarə bie`tibar.

Kəmandur qaşı, zülfi zəncirdür,

494



Pəriçöhrə, müjganları tirdür.

Yuvağındakı xali-adəmfərib,

Alur dəmbədəm kam ondan rəqib.

Qiyamət olur qamətindən əyan,

Yatub gözlərində bəla bir cəhan.

Rüxi-alinə lalə heyrandur,

Ləbi rəşki-yaqutü mərcandür.

Məni bilmədim çəkdi kim kuyinə,

Ki, heyranəm ol gülrüxin ruyinə.

Edibdür məni qərqi-dəryayi-eşq,

Əcəb oldum aləmdə rüsvayi-eşq.

Təqazayi-eşq ilə dil xundür,

Bu sirrə xəbərdar Məcnundür.

VI

Əcəb, zahida, qəmdən asudəsən,

Bu təsbih ilə zikri-“yahu”dəsən.

Olur qismətün baği-huri-cinan,

Mənim tək degülsən dəxi bağrıqan.

Həzər eylə, olma giriftari-eşq,

Yox heç çarəsi, olma bimari-eşq.

Qiyas eylə Fərhadü Məcnundən,

Gedüb ibrət et ol cigərxundən.

Nəmazun gedər fövtə, qıl vahimə,

Səni yandırur, uyma bu ahimə.

Özün bağla bu dami-səccadəyə,

Əl atma nə camə, nə də badəyə.

Təqazası eşqün yəmandur, yəman,

Olur qamətün dərdü qəmdən kəman.

Ağır qiyməti var nadanlığun,

495



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə