Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə102/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   98   99   100   101   102   103   104   105   ...   135

Ağlasam hər saət biixtiyar.

Bağrımı qan eylədi hicran qəmi,

Verdi könül yar olub əğyarə yar.

Bir gözələ mail olubdur könül,

Rəhmi yox heç səngdili-ruzigar.

Dil ona vermüm dəxi mümkin degül,

Almış əlimdən nə qalıb hər nə var.

Ey dili-divanə, yaneydun oda,

Sən məni qıldun bu bəlayə düçar.

Sən məni rüsvayi-cəhan eylədün,

Uydun o mahparəyə bie`tibar.

“Ah minəl-eşqi və halatihi,

Əhrəqə qəlbi və həraratihi”.



II

Xürrəm idüm, bilməz idüm qəm nədür,

Nalə nədür, ahi-dəmadəm nədür.

Bilməz idüm vardur eşq aləmi,

Könlümi etsün belə dərhəm nədür.

Badeyi-gülfamdə sərməst idim,

İmdi olub qəm mana həmdəm nədür.

Eşq əsir eylədi axır məni,

Olmaram azadə bu aləm nədür.

Kim məni saldı bu bəla daminə,

Bilməyür heç dərdinə mərhəm nədür.

Saqi, məni eylədi qəm paymal,

Xümlə gətür badəni, kəm-kəm nədür.

Bərqi-cəhansuzdür eşq atəşi,

Tab eləyərmi ona adəm nədür.

“Ah minəl-eşqi və halatihi,

  Eşqin və onun hallarının hərarəti (atəşi) qəlbimi yandırdı (Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sindən iqtibas 



olunmuşdur. Adətən mövləvi dərvişləri “səma” mərasimini icra edərkən oxuyurlar)

474



Əhrəqə qəlbi və həraratihi”.

III

Eyləmədim mən ki, təmənnayi-eşq,

Dutdı məni eylədi rüsvayi-eşq.

Mən hara, divanə könül, eşq hara,

Tərk elə, içmə meyi-minayi-eşq.

Daireyi-eşqə qədəm qoysa kim,

Verməz ona hiç təqazayi-eşq.

Eşq yəmandur, həzər et eşqdən,

Eylədi Məcnuni nə gör rayi-eşq.

Məsti-xərab eyləyər ol huşyar,

Alma ələ sağəri-səhbayi-eşq.

Xirməni-pərvanəyə od urdı kim,

Şəm` üzarında təcəllayi-eşq.

Bərqi-cəhansuzdür hər zərrəsi,

Tərki-adətdür bütün əzayi-eşq.

“Ah minəl-eşqi və halatihi,

Əhrəqə qəlbi və həraratihi”.

III

Meyl eyləmə eşqə bəladur, bəla,

Rahi-xətərnaklə biintəha.

Yar qəmin çəkməgə yox səndə tab,

Qaf qədin, gör, necə etmiş düta.

Çarəsi olmaz elə bir dərdidür,

Düşmə bu dərdə dəxi olmaz dəva.

Uyma pərivəşlərə, məhparədür,

Eyləmək olmaz bulara can fəda.

Qeydinə qalmaz bu şəkərləblərün,

475



Əhdşikən səngdili-bivəfa.

Ağ ilən qarəsinün fərqi yox,

Lə`nət ola iksinə də bərməla.

Eşqdən əl çək, nədür eşq aləmi,

Eyləmə bica yerə əhdi fəna.

“Ah minəl-eşqi və halatihi,

Əhrəqə qəlbi və həraratihi”.

TƏRKİBBƏND

Əndişə nədür eyləyüm aşubi-cəhandan,

Bizarəm əzəldən bu cəhandan, belə candan,

Verrəm özimi tiri-bəla gəlsə hayandan,

İçmək mana xoşdur, verə kim zəhr ilandan,

Dəhrin doludur, istəmirəm, kasəsi qandan,

Heç gülməsün yüz, görməyürəm pirü cəvandan,

Mən handan, bu aləmi-pürfitnə hayandan,

Gəldim bu yerə keçməz idi hiç gümandan,

Adəm evi bərbad, məni saldı bəlayə,

Eykaş, boğeydi məni əzzəl güni dayə.

Bədtüxmi sən əkdün neçün, ey həzrəti-Adəm?

Beşgünlik üçün eylədilər aləmi bərhəm,

Qanlar tökülür seyl kimi boş yerə hərdəm,

Bir yarə dəgüb xəlqə ki, yox heç ona mərhəm.

Gör əkdigün vəhşiligin, çəkmə sən heç qəm,

Övladuva bax, ləzzət apar, olgilən xürrəm,

Həmnöv` qırar növ`ini neyçün, anı bilməm,

Qırsun biri-birsin, deyəcəksən ki, cəhənnəm,

Bunlar yaranub ölməgə, öldürməgə hər an,

Yoxdur bir işim, aləm əgər olsa da viran.

Ol buğda ki, sən meyl elədün, şurü şər oldı,

Sülbündə sənün təmə`si vəhşi bəşər oldı,

Nəhyün itirüb əmrini, səndə hünər oldı?

Ol xahişi-nəfsün səməri od səmər oldı,

Qoydun bu cəhanə qədəmün, dərdsər oldı,

Ey dil, eləmə nalə, müqəssir pədər oldı,

Saldı bizi bu dami-bəlayə, zərər oldı,

476



Məs`ul odur hər nə ki, bizdən xətər oldı,

Bəndə satıram arpaya min huri-behişti,

Ta var nəfəsim, mey içərəm kəştibəkəşti.

Məhşər güni mən eylərəm əvvəl şikayət,

Adəm eləyən zülm əlimdə mənim hüccət,

Vardur kimin həqqi, mana bir etsün əziyyət,

Gər istəsə ol gün məni divani-rəyasət,

Verrəm bəhasın Adəmün, etməm ona minnət,

Tənbih olar Adəmə, gər varsa ədalət,

Saqi, mey içək, zərreyicə qüssə nə hacət?

Qur`an kimə gör nifrət edüb, çəkmə xəcalət.

Saqib kimi zövq ilə keçir ömri dəmadəm,

Məhşər güni ya mən düşərəm dərdə, ya Adəm.

TƏRKİBBƏND

Hər gündə bir libasə girər çərxi-kəcmədar,

Gahi şərab içirdi mana, gahi zəhrimar.

Nail kim oldı istədigin bir dəm eyləsün,

Bir zərrə heç yaranmış əlində yox ixtiyar.

Boş fikrə mübtəla özüvi etmə hər nəfəs,

Sən istəyən heç olmayacaq, qalma intizar.

Çox almışam, könül, əlimə camü badəni,

Sərməst olum, içüm meyi-nabi həzar bar.

Ləb sağərün ləbində genə içmək olmayub,



Sağər sınub əlimdə, qalub saqi şərmsar.

Qəsd etmə canə sərhədi-məqsudə yetməsön,

Salmış əlinə istədigin hansı şəhriyar?

Getdikcə yıldırım kimi mənzil uzaqlaşur,

Görmisən heç nə göglərə çıxsun Məsihvar.

Yox eybi, getgilən bu yolı boş qayıtmısan,

Qorxma, qonar üzaruva ya gərd ya qübar.

Beş gündən ötri salmagilən xəlqi zillətə,

 Min dəfə



477


Uyma bu qədr, aç gözüvü, xabi-qəflətə.

II

Rə`yünlə çıxmaz heç, onı bil, mahü aftab,

Dünya dağılsa, xəlq, edəsən gündə inqilab.

Kəc fikri eyləmə, dutaram kainatı mən,

Əmri-məhalə kim səni etmişdür intixab.

Fikri-məhalüvə yetişərsən sən ol zəman,

Bilsön əgər cibündə sənün qızıl var, ya türab.

Bir inqilabı xəlq eləmək çox çətin degül,

Min inqilab içün sana dəhr eylər e`tisab.

Mən böylə eylərəm demə, hərgiz olan degül,

İncitmə xəlqi, xəlqə əbəs vermə çox əzab.

Muri-zəifə baxma həqarət gözilə kim,

Çox diqqət olub ki, gərdəni-şirə salub tənab.

Canü dil ilə sən deyəni eylərəm qəbul,

Göstər, kim oldı bir nəfs aləmdə kamyab.

Gün çıxdı, vəqtüvi hədərə sərf eyləmə,

Aç gözlərün, ayıl, eləmə çox də nazi-xab.

Bu inqilab şivəsi səndə bəhanədür,

Meylün sənün filanə, filanə, filanədür.

TƏRKİBBƏND

Dəm eşqdən, ey dil, nə vırursan ki, bəladur,

Getmə bu yolı, eylə həzər, rahi-xətadur.

Divanə degülsən, elə Məcnundən ibrət,

Avarə qalub, quşlara başında yuvadur.

Fərhadə uyub dutma bu Şirindəhən eşqin,

Dağı dağıdub tişə ilə, çunü çəradur.

Hər kim həvəs etsə duta bu daməni-eşqi,

478



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə