Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə103/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   99   100   101   102   103   104   105   106   ...   135

Bişəkk, yəqin eyləgilən, bəxti qəradur.

Bari-qəmü eşqə necə tab eyləyəcəksən?

Gör Qaf qədin, əgri kəman kimi dütadur.

Bimarinə eşqün eləmək çarə çətindür,

Müşkil ələ düşsün, ləbi-dildar dəvadur.

Cəhd eyləginən dutmayasan daməni-eşqi,

Dutson, dəxi qəm eyləmə, təqdiri-qəzadur.

Verməz sana yol qaçmağa, rüsvayi-cəhan ol,

Getsön hara, zənciri-cünun rahnümadur.

Keç ignə kimi varü yoxundan bu cəhanun,

Cəm` eyləmə Qarun kimi, yığson da fənadur.

Məcnun ki, degülsən, demə yoxdur, hanı Leyli,

Məcnun kim olar, dinmə, xətərnak binadur.

Getmə bu xətərnak yolı, çox hünər istər,

Əvvəl qədəmindən həzər et, tərki-sər istər.

II

Eşqün rəvişin bilməgə yox səndə ləyaqət,

Al canuvı qaç, durma, hanı səndə əlamət.

Adabını eşqün məgər asanmı sanursan,

Hər bir qədəmində var onun səngi-məlamət.

Varü yoxı tərk eyləməmiş keç bu həvəsdən,

Səndən hələ olmub görürəm din evi qarət.

Rüsvayi-cəhan olmamısan meykədələrdə,

Yıxmub səni mey dərdi, başun sağ-səlamət.

Təsbihi bırax, sal oda, zünnarpərəst ol,

Zahid sana tə`n eyləsə heç çəkmə xəcalət.

Biqeyd, get ol, sərv tək azadəlik istə,

Minnət yükini tök yerə, xəm eyləmə qamət.

Ol alitəbiət, hərəkat eylə hüma tək,

479



Quşlar arasında qazanub, gör, nə şərafət.

Bir can verüsən, qanını tökməz, həzər eylər,

Etmiş özünə tə`mi-rəmim ilə qənaət.

Aldanmagilən nəfsüvə murdar məgəs tək,

Şirini görəndə yox olur ondakı taqət.

Yüz versə sana qəm, eləmə ahü fəğani,

Bildirməgilən heç kəsə, nə etmə şikayət.

İnsanlığı nadan ikən asanmı sanursan?

Hər canəvəri tuti-süxəndanmı sanursan? 

TƏRKİBBƏND

Söz açanda biri, sən ol xamuş,

Eşqdən olsa xali, eyləmə guş.

Gülmə, hərgiz sevünmə, qəmgin ol,

Görəsən gər birini xanəbəduş.

Tab qıl dərdü möhnətə, səbr et,

Boş sözə dik kimi eyləmə guş.

O qədr içmə badeyi-nabi,

Olasan ta ki bixəbər, bihuş.

Eybdən pak olmamış xəlqün,

Demə eybin, deyərlər, etmə xüruş.

Həqiqəti deyən zəman, lal ol,

Məsti-dürdi-şərabü badəfüruş.

“Möhtəsib kunbərəhnə dər bazar,

Qəhbəra mizənəd ki, ruy bepuş”.



II

Olma sərkeş çü kakili-mişkin,

Tez düşərsən əyağə, eylə yəqin.

Xaksar ol həmişə zülf kimi,

Şanə gördikcə hər nəfəs çin-çin.

 Tumançaq darğa bazarda fahişəni vurur ki, “üzünü ört”. (Sədi Şirazi, Gülüstan)



480


Özüvi nəfs düşkini etmə,

Səni rüsva edər bu şumi-ləin.

Eyləmə cilvə çox kəbutər tək,

Gög yüzində kəmin edüb şahin.

Bəsdür, ey cəhl ilən əlaqə edən,

Açgilən, bari, dideyi-həqbin.

Əsl Qur`anə olmason vaqif,

Xəlqə tə`lim eyləmə ayin.

“Möhtəsib kunbərəhnə dər bazar,

Qəhbəra mizənəd ki, ruy bepuş”.



III

Olma nəfsün əsiri, huşyar ol,

Sözün həqqilə pəndbərdar ol.

İşüvün axırı nədür, fikr et,

Nə gəlür başuvə, xəbərdar ol.

Açma bir nəfsçün təərrüz əlin,

Xəlq içində pəsəndrəftar ol.

Dut əlindən yıxılsa gər birisi,

Nəqdi-can əldə dut, ona yar ol.

Vəqt səndən nə istəsə ver, keç,

Növ`ivün həqqinə tələbkar ol.

Qəhbə təklifi-tövbə etsə sana,

İç mey, get, həmişə xümmar ol.

“Möhtəsib kunbərəhnə dər bazar,

Qəhbəra mizənəd ki, ruy bepuş”.

IV

Sənə nə məst edüb bu badə məni,

Ruzü şəb salma bir də yadə məni.

481



Əlimi dutma, ver əyağun ilən,

Görəsən hər zəman fitadə məni.

Saqiyə açma heç təərrüz əlin,

Qoysa meyxanədə aradə məni.

Mana eyb etmə, hər nəyəm, rədd ol,

Etmə rö`yadə də iradə məni.

Xəbərün yox özündən aləmdə,

Nələr etdün qoyub aradə məni.

İctinab etməyürsən heç şeydən,

İncidürsən neçün ziyadə məni.

“Möhtəsib kunbərəhnə dər bazar,

Qəhbəra mizənəd ki, ruy bepuş”.



V

Kimdür aləmləri edən viran

Sən kimi, bir utan, fulan-fulan.

 

Zərrəcə səndə bir həya olmaz,



Beş gün açmış yüzin sana dövran.

Seyltək qanı tökməgün nə içün,

Xahişi-nəfsə olmısan dərban.

Xəlqi narahət eyləmə, əl çək,

Dutdığun işdən əl gətür bir an.

Şadsən, xəlqi dərbədər etdün,

Yandurur daşi naleyi-tiflan.

Əldə təsbih künci-məsciddə,

Eyləyürsən tilavəti-Qur`an.

“Möhtəsib kunbərəhnə dər bazar,

Qəhbəra mizənəd ki, ruy bepuş”.

VI

482



Salmısan cümlə xəlqi təşvişə,

Olma məşğul işrətü eyşə.

Dutdığun əmrə bax bir, agah ol,

İşüvün axırın qıl əndişə.

İyimiş loğma içün hər saət,

Etmə təhqir məzhəbü kişə.

Ehtiram eyləmək günah degül,

Nimçulə, fəqirü dərvişə.

Vəqt olar, əl tapar ki, muri-zəif

Şirə, qoymaz əlaməti-rişə.

Ad qoyursan özüvə, Fərhadəm,

Yox başunda əlaməti-tişə.

“Möhtəsib kunbərəhnə dər bazar,

Qəhbəra mizənəd ki, ruy bepuş”.



VII

Şah idim, ixtiyardən keçdim,

Sərbəsər cümlə vardən keçdim.

Düşkini-şanü şövkət olmamışam,

Tacdən, şəhriyardən keçdim.

Məni saldı əyağdən-əyağə,

Dəhri-dunü bəxti-yardən keçdim.

Sərfiru heç kimə mən eyləmədim,

Mana tikən oldı ruzigardən keçdim.

Saqib açmub təməllüqün dilini

Heç kimə, nəngü ardən keçdim.

Rəvişi-həqqi vermisən əldən,

Demə, bari, əyardən keçdim.

“Möhtəsib kunbərəhnə dər bazar,

483



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə