Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə99/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   95   96   97   98   99   100   101   102   ...   135

Bir səfər var qabağunda gedəcəksən, dolı get,

Əliboş getmə, yetibdür sana çoxdan bu xəbər.

Hazır ol getməgə, getdi hamı həmrazlərün,

Sana peyğam verür, fikrüvi ver, şamü səhər.

Eyşü işrət sana bir fayidə verməz hərgiz,

Görəcəksən zərərin, eylə yəqin, vəqt yetər.

Aldadur xəlq səni, xəlq ilə həmrəng olma,

Rəngə salmış özini xəlq bütün, rəngi sevər.

Dəxli yoxdur sana, getmə rəvişi-xəlq ilə sən,

Doğrı bilmə, mərəzi-nəfsdür hər kim nə edər.

Gəlməsün xoş sənə, hər kim nə edür, qoy etsün,

Eyləyər, sonra gedüb başı onun daşə dəgər.

Saqiba, etmə təvəqqüf bu cəhan mülkində,

Həmdəmün ahü fəğandur, yedigün xuni-cigər.



 

“XƏBƏRDAR OLDI...”

Xəbərdar oldı çün Məcnuni-xəstə,

Vəfati-Leylidən ol dilşikəstə.

Giriban çak edüb ba ahü nalə,

Kim olsa ney kimi ağlar bu halə.

Pozuldı rövnəqi-bazari-eşqi,

Kəsad oldı düri-şəhvari-eşqi.

Məzari-Leyliyə getdi şitaban,

Məzarın qucmağa baçeşmi-giryan.

Görüb bir kudəki-ayinərüxsar,

Kəməndi-zülfünə Yusif giriftar.

Məlahət kişvərinün padşahi,

Nəzakət bürcinün xurşidü mahi.

Başında taci-nazi-Xosrovani,

Lətafət bağınun sərvi-rəvani.

459



Töküb rüxsarinə giysuyi-pürçin,

Ki xali-gəndümi qarətgəri-din.

Dedi, ey taqətü tabü təvanım,

Fəda olsun sana bu xəstə canım.

De bircə hardadur Leyli məzari,

Qucam bir dəm məzari-ol nigari.

Fəraqında anun qəddim kəmandur,

Gözümdən seyl tək əşkim rəvandur.

Dedi Məcnuni-zarə ol şəkərləb,

Urursan eşqdən dəm ruz həm şəb.

Hanı heç səndə yox asarı eşqün,

Nədür kim bilmisən miqdarı eşqün.

Əgər olseydi səndə eşqi-kamil,

Bilərdün hardadur ol məhşəmail.

Təriqi-eşqi, get, pərvanədən sor,

Nədür pabəndi-giysu, şanədən sor.

Məzaristanı, get, bir cüstücu qıl,

Ki, hər bir qəbr toprağını bu qıl.

Haçan kim, dərk qıldun buyi-eşqi,

Hər hansı xakdən tapdun təriqi.

Həman toprağdur ol Leyliyi-zar,

Yatubdur naz ilə, gəl, etmə bidar.

O tiği-cansitani-əbrüvani,

Olub xakilə yeksan, sorma hani.

O şəhla gözləri xali-siyahi,

O sərvi-qaməti rüxsari mahi.

O tiri-qəmzeyi-kanun şikafi,

O şirin lə`li-nabi-dürri-safi.

Biri xaki-gili-kuzəgərandur,

Birsi tö`meyi-murü ilandur.

460



Biri sağər, biri camü piyalə,

Biri heyran qalub yeksər bu halə.

Əcəl camilə kim sərməst olmaz,

Bu qeydi-möhnətə pabəst olmaz.

Keçübdür xoş kimün leylü nəhari?

Cəhanun zərrəcə yox e`tibari.

Əcəb xoş söləmiş niku nigahi,  

“Cəhan yeksər nəmiərzəd bə kahi”.

Gedən getdi, gedər, Saqib, gedərsən,



Bu bir peymanədür, sən də içərsən.

 

“GƏLDİ CİGƏRİM QANI...”

Gəldi cigərim qanı bu çeşmi-nigərandan,

Asudə haçan bir olaram ahü fəğandan.

Dildar ki, yoxdur nə edim mən bu həyati,

Ey kaş, çıxeydim belə viranə həyatdan.

Əfsanə imiş bu dirilik, heç nəyə dəgməz,

Xeyr ummaq olarmı belə bihudə ziyandan.

Aram haçan bəs olacaq qanə dönən dil,

Ta key ona mən və`də verüm vəslə yalandan.

Kəskin olar hər kim ki, deyüb ahi-səhərlər,

Çox səhv eləmiş kim eşidüb pirü cəvandan.

Tə`sir neçün bəs eləməz ahi-cigərsuz,

Dünya boyanub lalə kimi qırmızı qandan.

Aşub dutub aləmi bəs ahi-cəhansuz

Neyçün səbəbə etməz əsər gəlsə nə yandan.  

Kimdür yanan əhvalımıza, bir onı göstər,

Ya ağü qəradən ola ya qeyri nişandan.

Ol gün ki, yaranmış bu cəhan, qan da tökülmiş,

Artmaqdadu hər an bu filandan o filandan.

 Dünya bütünlükdə bir nəcisə də dəyməz (Hafiz Şirazi)



461


Kə`bə evini kim sana neylər, elə bərbad,

Abad get et, zülm evini sevgili candan.

İsanı boğub dardə, kim söz deyə bildi

Ol düşkini-nəfsə, məgər heç keçdi gümandan?

Mişar ilə başdan-əyağə kim, Zəkəriyya(ə),

Kəsildi qanı keçdi onun seyli-rəvandan.

Kim söz deyə bildi, necə cür`ət də edərdi,

Bir kimsə deyə eyləməyün yaxşı-yəmandan.

Yəhya(ə) başı kəsildi, xəlayiq dedi xoşdur,

Aləm olar asudə dəxi hər həyəcandan.

Əfsus eləyən olmadı Sultani-şəhidə,

Su verdi ona Şimri-dəğa tirü sinandan.

Ey su, sən əgər qanə döneydün, bu rəvadur,

Yad eyləmisən bəs genə bir təşnələbandan.

Kim zibh qəfadən görüm olmış bu cəhanda,

Olsun fələkün iki gözi qarə qazandan.

Ey cəhd eləyən gəlməyə bu deyri-fənayə,

Kim kaminə yetmiş, hanı sultan şəbandan.

Kim gəlsə, yəqin eylə, peşiman olar axır,

Cüz ahü fəğan görməmişəm ruzü şəbandan.

Düşmə fələkün daminə, etməz səni azad,

Mümkin ola bilməz qaça bir kəs səyəlandan.

Qəhbə fələkün şivəsinə uyma, əmandur,

Bir anidə taci-zər alub şahi-Kəyandan.

Məqsəd ələ düşməz deyürəm mən sana, Saqib,

İzhar eləsön xəlqə əgər sirri-nihandan.



HƏQİQƏT

Dur, saqi, gətür sağəri-səhbayi-həqiqət,

Meydür, məni sərməst elə əczayi-həqiqət.

Meyxanə yolın dutmağa qoymaz məni zahid,

462



Göstər ona bir cam ilə mə`nayi-həqiqət.

Şirin xəbərin söləmə Məcnunə, eşitməz,

Qoymaz eşidə boş sözi Leylayi-həqiqət.

Fərhad hələ tişə vırar, dağ ilə oynar,

Bilmür nədür aləmdə təqazayi-həqiqət.

Şirin ləbini sormağa daim həvəs etmiş,

Eylər bu təmənnayilə rüsvayi-həqiqət.

Məcnun gözini dutdı, dedi Leyliyə, dur, get,

Yox səndə əsər zərrəcə simayi-həqiqət.

Bir dildə məhəbbət iki hərgiz ola bilməz,

Verdün könül əğyarə, degül rayi-həqiqət.

Dutdınmı xəbər lanələri  tikdi başımda,

Quşlar ki, degülsən hələ, get, tayi-həqiqət.

Ey əhdşikən, uyma rəqibə, demədimmi,

Beylə degül, ey şux, ki fitvayi-həqiqət.

Sən Leylini rüsva elədün Leyli adıylə,

Bu rəng ilə sən eyləmisən xayi-həqiqət.

Naqə səni əğyar evinə çəkdigi gündən,

Aləm deyür hər ləhzə hanı, vay həqiqət.

Dəm vırma vəfadən, xəbərün zərrəcə yoxdur,

Gəzdün sən haçan mən kimi səhrayi-həqiqət.

Fir`on nə qədr açsa əgər dəsti-təərrüz,

Qərq etməgə vardur onı Musayi-həqiqət.

Asanmı məgər rütbeyi-Musalığa yetmək,

Hər kəs ələ salmaz yədi-beyzayi-həqiqət.

Var kimdə təvana gedər eşqün rəvişilən,

Can nəqdi iləndür, bəli, sövdayi-həqiqət.

“KİM İSTƏYÜR Kİ...”

    


463


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə