Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə100/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   96   97   98   99   100   101   102   103   ...   135

Kim istəyür ki, ola yaxşı aqibət məs`ud,

Səbu kimi özini eyləsün şərabalud.

İtirmə vəqtüvi bihudəyə, mey iç, məst ol,

Xümün əyağinə, get düş, olunca ta nabud.

Çox ehtiyat eləmə laübali olmaqdan,

Salub əlinə, de kim, hanı sərhədi-məqsud?

Qəmi-zəmanədən heç kimsə olmayub eymən,

Bəla ilən doludur kim, bu ziri-çərxi-kəbud.

Ayırdı Leylini Məcnundən bu deyri-dəni,

İtirdi nimnəfəsdə Əyazini Məhmud.

Yoruldı tişəni Fərhad dağə vırmaqdan,

Rəqibə Şirin olub yar, etdi gör kim sud?

Yetişsə fəsli-gül, iç badəni qürabə ilən,

Bu şərt ilə, çala mütrib rübab ilə neyü ud.

Fənayə bir nəfəsə geddi təxti-taci-Qubad,

Gedən bu rahi-xətərnaki, bir də etməz ud.

Əcəl kəməndi səni eyləyən degül azad,

Məsih tək edəsən sən gər asimanə süud.

Məbada sərzədə meyxanəyə qədəm qoyasan,

Əyağ ilən vırulursan deyərlər, ey mərdud.

Degül bu məscidi-viranə ilə deyrü kinişt,

Degül bu yer, həzər eylə, caygahi-sücud.

Bu yerdə rindü xərabatilər düşüb sərməst,

Bu yerdə Şur oxunur, gah nəğmeyi-Davud.

Bu yerdə sağərü camun müdam bəhsi olar,

Bu yerdə bir pulə dəgməz hədisi-Adü Səmud.

Qərəz, bu deyrə qədəm qoysa kim, xəbər dutmaz,

Gəlür nə başinə, dövran nə eyləmiş mövcud.

Əyağun altına diqqət göziylə eylə nəzər,

Dönüb qübarə, yəqin et, hüduddür və qüdud.

464



Nə qədr vəqt var əldə, ayıqlığı tərk et,

Həmişə məsti-mey ol, piri-meykədə fərmud.

Qəmini çəkmə cəhan mülkin, əlündə degül,



Kimün əlində var isə, hiç olmasun xoşnud.

Əgər əlündə ola, tez çıxar gedər badə,

Deyərlər bu sözi, get, sor, var əldə gər şühud.

Demə təsərrüfümə keçdi bu cəhan mülki,

Sözimi al qulağə, gər varunsa guşü şünud.

Kimün əlindən alubsan, alur gəlür bir gün,

O kimsə kim, eyləmürsən anı hesabi-vücud.

   

“CAN VERƏNDƏ ELƏDİ...”

Can verəndə elədi yad Əyazın Məhmud,

Can gözündə degül idi ki, olub eşqalud.

Ayrılıq möhnətinə tab eləmək müşkildür,

Bəs neçündür bu qədr naleyi-çəngü neyü ud.

Bisəbəb olmadı divanə bəlakeş Məcnun,

Qulaq as bu sözə, var səndə əgər guşü şünud.

Leylinün ayrılığı çəkdi onı zəncirə,

Olmadı bir nəfəs azad olınca nabud.

Bisütun dağinə diqqət gözilə eylə nəzər,

Kim onı eylədi bərbad, tələb etmə şühud.

Tişəni kuhkənə verdi fəraqi-Şirin,

Daği bərbad eləmiş, olmadı hasil məqsud.

Vəsl tə`sirini bilməklik əgər istərsən,

Göstərüm mən sana bir-bir dəlil, ya mə`bud.

İki göz var idi Yə`qubdə aləm şahid,

Nurdən yoxdı gözində onun asari-vücud.

Yusifün könəginün buyin eşitcək fövrən,

Açılub nuri edüb gün kimi əflakə süud.

 Buyurdu



465


Məsləhət eyləməz adəmlə, bunı eylə yəqin,

İstəsə etməgə xoşbəxt birin çərxi-kəbud.

Şahlıq tacıni başundan alar bir dəmdə,

Söz deyən olmaz ona aləmi etsə nabud.

Qəhbəyəm, gər inanam dövrinə qəhbə fələkün,

Əyağımdan öpə min dəf`ə əgər etsə sücud.

Nanəcibdür necə gör bir göz açub-yumunca,

Nanəcibzadəni etdi çü Süleymanü Davud(ə).

Baxma beş gün səni sultan eləyür aləmdə,

E`tibar eyləmə, etmə özüvi heç xoş sud.

Çox da çəkməz, səni bir şəxsə müsəllət eylər,

Yeri heç yerdə onun yoxdur, olubdur mərdud.

Yaxasın boşla, inanma belə bəd bünyadə,

Özinə ad qoyub hər yerdə, mənəm taci-rübud.

Əyağ altına səni salmasa əl çəkməyəcək,

Vay sənün haluva, olson sən əgər sahibi-cud.

Od vırar var-yoxuva ta səni möhtac etsün,

Nakəs içün eləyür ne`məti-dünya mövcud.

Xanəbərduş eləməkdür işi hər əhli-dilə,

Rəvişindən darıxub gəbrü müsəlmanü yəhud.

Xəbəri yoxdı özündən necə bərbad olacaq,

Görməyür ol güni qalmaz ona məhvərdə hüdud.

Qoygilən bir qədər ahəstə qədəm toprağə,

Ad qoyublar ona topraq, odur çeşmi-qüdud.

Çox da etdi sitəmin fayidəsin, sölə görüm,

Həddsiz nifrəti kəsb eylədi Fir`on, Nəmrud.

Yaxşılıq eyləgilən, xəlqə yəmanlıq etmə,

Sən ilə əhd eləmiş ruzi-əzəl Rəbbi-vədud.

Növ`üvə görmə rəva, zülmü sitəmdən əl çək,

Başuvun üstə durub xəncəri-ruzi-möv`ud.

466



Heç kimün sübhə kimi şəm`i-çiraği yanmub,

Yetməyübdür sana aya xəbəri-Adü Səmud?

Etdi bihəd sitəmin Adü Səmudun qövmi,

Oldı beş gündə həlak ibrət elə, tazə vürud.



 

TƏRCİ`BƏND

Gətür, saqi, şərabi-ərğəvani,

Könül aramidür, ruhun rəvani.

Yetişdi fəsli-gül, doldur piyalə,

Şərabaludə qıl pirü cəvani.

Lətafətdən vırar dəm bərgi-lalə,

Ayılma məstlikdən gül zəmani.

Səmənrüxsarlər rüxsari-güldən,

Öpər, bica degül bülbül fəğani.

Qiyamət göstərür hər sərvqəddi,

Qoyub heyrətdə bağü bağbani.

Bir əldə gül, bir əldə cami-badə,

Dolan gülzari, yad et, yar cani.

Ləbin yad et, şərabi-ərğəvan iç,

Xəyal etmə bu aşubi-cəhani.

Cəhanun inqilabın yad edəndə,

Olur bihudə, bica ömri-fani.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.

II

Şərab ilə keçir xoş ruzigari,

Cəhanun zərrəcə yox e`tibari.

Gedərsən ol yerə, gəldün o yerdən,

Meyü mə`şuqə sərf et cümlə vari.

467



Bıraxma daməni-dildarı əldən,

Əlündə heç nəyün yox ixtiyari.

Nə var səndə, o sərvqamətündür,

Fəraqında dolan, gəz hər diyari.

Şikayət eyləmə hicran qəmindən,

Eşidməz neytək etsön ahü zari.

Əgər yar olmaseydi bimürüvvət,

Olardı Leyli-Məcnun qəm kəsadi.

Başında etməz idi quş yuvani,

Budur kim aləmi-eşqün şüari.

Ayılma məstlikdən, uyma nəfsə,

Gətürmə xatirə ruzi-şümari.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



III

Cəhan sərmayəsi ənduhü qəmdür,

Ona kim versə dil, namöhtərəmdür.

Əgər abi-həyati versə, ey dil,

Həzər qıl nəş`əsindən, içmə, səmdür.

Əsiri kim ola bu dəhri-dunun,

İmami-əsr ola, əhli-sitəmdür.

Sataşma qəlbinə ərbabi-halun,

Dutar ahi səni beytül-hərəmdür.

Bıraxma guşeyi-meyxanə əldən,

Şərabaludə ol, nayab dəmdür. 

Əyağ ahəstə qoy toprağun üstə,

Ağlarsan ani Cəmşidi-Cəmdür.

Baş əgmə heç kimə bir loğma içün,

Kişi aləmdə yoxdur, varsa kəmdür.

468



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə