Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə98/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   94   95   96   97   98   99   100   101   ...   135

Şiələr, qurban kəsə hər kim, verür qurbanə su,

Olsa kim ətşan əgər, kafər verür ətşanə su,

Vermədi Şimri-lə`in, ol təşnələb qurbanə su,

Kəsdi başın təşnələb, ol kafər aşura güni.

Tiği-zəhralud ilən başın qılub təndən cüda,

Yendi zərbətlə qəfadən zülmilən ol bihəya,

Urdı başə Cəbrəil, qan ağladı kim masiva,

Çak qıldı sinəsin Peyğəmbər aşura güni.

Urmış idi cisminə dörd min yaranı qövmi-dun,

Ol İmami-mütləqi qərq etdilər dəryayi-xun,

Kaş, nöh əflak oleydi ol zəmandə vajegun,

Fərş oleydi yerlərə bu göglər aşura güni.

Ruzi-aşuradə, ya Rəbb, yox oleydi ruzigar,

Bu fəna afaqdə ali-Əlini(ə) qıldı xar,

Ali-Peyğəmbər cəlalın etdi, billah, tarmar,

Od duteydi kaş kim, nöh kişvər aşura güni.

Bilmirəm, ya Rəb, o gün nöş olmadı aləm xərab?

“Su” deyüb ali-Əli, yandı susuzdan çün kəbab,

Yandılar suzi-ətəşdən, kaş oleydi zəhr ab,

İçdi su tiri-ədudən, Əsğər aşura güni.

Qıldılar Əbbasinün çün qolların təndən qələm,

Su kənarində nə zülm ilən o qövmi-bədşiyəm,

Qılmayub Şəddad aləmdə bu növ` ilə sitəm,

Baş açub kim, ağladı qan Heydər aşura güni.

Yıxmış idi qövmi-dun qan içrə şibhi-Əhmədi,

Ola səndən sora kim, ol şahi-məzluman dedi:

Ey oğul, viran bu aləmdə əfakə, sölədi,

Qanuva qəltan edüb düşmənlər aşura güni.

Daği-Qasim eyləmiş aləmlərün qəddin düta,

Toy otağıni edüb viranə qövmi-əşqiya,

Əllərinə yaxdular min zülm ilə qandan həna,

Kərbəla toprağı oldı bəstər aşura güni.

Nə səfa göstərdün, ey dövran, bu dövründən utan!

Cövrüvi əbrarə qıldun, kinüvi etdün bəyan,

453



Çəkdilər zəncirə Ali-Əlini qövmi-kufəyan,

Qıldılar Şamə rəvan, bimə`cər aşura güni.

Saqiba, qıl novhə, qan ağla bu matəmdə müdam,

Dut əzasıni Hüseynün, qafil olma sübhü şam,

Mayeyi-eyni-şəfaətdür səninçün bu kəlam,

Baş şəfaətçün verüb, ol sərvər aşura güni.

* * *

 

454



Müxtəlif şeirlər

EŞQ

Məcnunda var idi əsəri-kimyayi-eşq,

Leylanı çəkdi kamə, qılub mübtəlayi-eşq.

455



Aşiqligün nə oldığını bildirüb ona,

Tikdirdi onda başdan-əyağə yuvayi-eşq.

Məcnunə söləsön ki, həqiqət nədür, deyər,

Yoxdur həqiqət aləmi, əl çək, səvayi-eşq.

Künd etdi kuhkən əbəs həmvarə tişəni

Dağlarda, bilmədi nədü hərgiz rizayi-eşq.

Şirin ləbün sorum deyər idi zəman-zəman,

Uymışdı nəfsinə, yox idi onda payi-eşq.

Dildar surətini çəküb xəlq görməgə,

Məcnun etməz idi belə iddiayi-eşq.

Razi degüldi görməgə Leyla cəmalıni,

Bağladı gözlərini eşitcək nidayi-eşq.

Eşqün həvasinün əsərin görmək istəsön,

Sultani-Kərbəla özin etdi fədayi-eşq.

Tərk etdi varü yox, qoyub heyrətdə aləmi,

Kərbübəlani eylədi matəmsərayi-eşq.

Meydani-eşqə girmədi heç kim Hüseyn(ə) tək,

Can nəqdi əldə, ta ola zibhülqəfayi-eşq.

Sərməşqi-eşqi kəsb elədi bu Hüseyndən(ə),

Məcnun biqədri-qüvvə olub aşinayi-eşq.

Yetməz təmamə həşrəcən eşqün hekayəti,

Axtarma, bilməsən

 necədür müntəhayi-eşq.



Mehrabi-eşqə qoydı başın səcdə etməgə,

Fərqi-Əlini(ə) münşəq edüb tiğ vərayi-eşq.

Məqsudə yetdi, öz sözidür, mən də sölərəm,

Gör rütbəsini, dərdinə qıldı dəvayi-eşq.

Eşq aləminə diqqət elə, çox qəribədür,

Gərçi çətin degül deyə kim macərayi-eşq.

Eşqün nə oldığın bilür ol kəs ki, zatinə

Yol yoxdı, hardadur, necədür kim, bənayi-eşq.

 Bilməzsən



456


Cibril eşq künhinə yenməz min il əgər,

Pər açsa uçmağa genə almaz livayi-eşq.

Eşq, ey dil, ənbiyaləri də salmış heyrətə,

Adəm degülmidi elədi min xətayi-eşq.

Bu yoldan azmayub, bəli, ol Xətmi-ənbiya(s),

Hər kəslə ülfət eyləməyüb rəhnümayi-eşq.

Musa(ə) bileydi rütbeyi-eşqi deyərmidi,

Ey “Rəbbi ərini”, bilmidi

 yenmiş liqayi-eşq.



Kəm etdi rütbəsini eşit “lən tərani”dən,

Olmazdı nisbət hər kəsə kim, xaki-payi-eşq.

Meyxanə küncinə məni çəkmək məhal idi,

Təsbih ilə apardı məni iqtizayi-eşq.

Təkfir eyləyür məni zahid dönə-dönə,

Yox bakimiz nə eyləsə, yox onda cayi-eşq.

Mehrabı bağladı üzümə cami saqinün,

Döndərdi qiblədən məni bəngi-sədayi-eşq.

Saqib, hənuz yetməmisən əsl məqsədə,

Başunda hanı, zərreyicə yox həvayi-eşq.

 

“ƏYAĞUN ALTINA...”

Əyağun altına diqqət göziylə eylə nəzər,

Çox qürur eyləmə, gör, kimdür olub zirü zəbər.

Xabi-qəflətdən ayıl, eyləmə sərkeşligi çox,

Olma eymən fələkün dami səni kamə çəkər.

Gündə həmsayə səni tərk eləyür getmədədür,

Düşmisən

 başə genə səndə yox insaf məgər?



Əlüvə toprağı al, öp, qoy iki eyn üstə,

Təxti-Keyxosrovdür, taci-səri-İskəndər.

 Bilmirdi



 Düşmürsən

457



Aparub badi-fəna getdi Süleyman(ə) fələki,

Eylə nabud olubdur dəxi yox ondan əsər.

Qurı bir ism qalub, yoxdur əsər Rüstəmdən,

Düşməyür xatirə göstərdi isə çox da hünər.

Nəfsüvün düşkini olma bu qədr aləmdə,

Ey müsafir, həzər eylə, yetişüb vəqti-səfər. 

Çox təəccüb edürəm ol kəsə kim, hər saət,

Bu fəna deyr içün xunabeyi-həsrət də tökər.

Qarə gözlərlə kəman qaşlılarun toprağıdur,

Cam ilə, sağər ilə kim ki, meyi-nabi içər.

Şad olur kim ki, qoyubdu qədəmin dünyayə,

Bilməyür ki, dəxi hər dəmdə könül qanə dönər.

Hədərə ömrüvi sərf etməyəsən olmazmı,

Zərəri var sənə başdan-əyağə, eylə həzər.

Tuşə yox əldə, xətərnak yolı getmə əbəs,

Nə qədr vəqt var əldə hazır eylə, bu vəqt keçər.

Murdən ibrət elə tuşəni cəm` etməkdən,

Qafil etməz özini olsa qiyamət də əgər.

Sana fəryadrəs olmaz əməlündən özgə,

Nəf` verməz sana Peyğəmbər ola ümmü pədər.

Düşmə sövdayi-səri-zülfinə məhparələrün,

Dinü dil tərk eləyərsən, səni divanə edər.

Eşqi-Leyla idi rüsva eləyən Məcnuni,

Eylədi çöllərün avarəsi, həm didəsi tər.

Bisütun dağıni bərbad elədi Şirinçün,

Kuhkən yetmədi məqsudə, vırub tişə hədər.

Gör, Züleyxayə nələr eylədi Yusif eşqi,

Düşdi dildən-dilə, sultanü gəda nifrət edər.

458



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə