Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə101/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   97   98   99   100   101   102   103   104   ...   135

Üzüm suyilə ver ruhun qəzasın,

Əlaci-möhnətü dərdi-vərəmdür.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



IV

Məhəbbət əhli olmaz şadü xəndan,

Tökər xunabi-həsrət didəgiryan.

Şəbi-hicran yanar hicran odında,

Müdara eyləməz kamınca dövran.

Gərək əğyar etsün tə`nə hərdəm,

Görəndə aşiqün halın pərişan.

Gərək aşiq olsun laübali,

Budur eşq əhlinə qanunü mizan.

Qiyas et sübhəcə pərvanələrdən,

Edər şəm`ün odına canı qurban.

Gəl, ey dil, çəkmə damən eşq odından,

Ki, dərdi-eşqə yox bir özgə dərman.

Qəzası əhli-eşqün xuni-dildür,

Rizayi-yardən yüz dutma bir an.

Bütün divanədür, aləmdən əl çək,

Həvayi-nəfsə uymış, qan tökər qan.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.

V

Səhər qəm, sübh nalə, şam möhnət,

Əzizim, bu həyatə çəkmə həsrət.

Çıxanda gün olursan şadü xəndan,

Tülu` eylər neçün, bir eylə diqqət.

469



Can almaq qəsdini eylər dəmadəm,

Əman verməz haçan kim tapsa fürsət.

Kəvakib sirrinün yox e`tibari,

Edər min fitnə zahir, etmə qəflət.

Alub kim kami-dil dövri-fələkdən?

Onun dövründə yoxdur cüz əziyyət.

Gədanı şah edər bir göz yumınca,

Şəhi eylər gəda, ol bimürüvvət.

Qaralsun arizi gərduni-dunun,

Kəmal əhlinə bilməz qədrü qiymət.

Olanda iş belə, ey saqi, mey ver,

Qan etdi bağrımı ənduhü möhnət.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



VI

Süleyman(ə) mülkinün asarı yoxdur,

Nə kim asar yox, miqdarı yoxdur.

Olub bayqulərün aramgahi,

Qəmə aludədür, qəmxarı yoxdur.

Çox etmə Yusif hüsnindən hekayət,

Olubdur murə tö`mə, yarı yoxdur.

Qəfəs küncində eylər ahü nalə,

Solubdur, bülbülün gülzarı yoxdur.

Nəzər qıl güllərə diqqət göziylə,

Deyür kim hər tərəfdən xarı yoxdur.

Edər Fərhad nalə Bisütundə,

Gedüb Şirin kimi dildarı yoxdur.

Dedim, ey kuzəgər, kimdür bu sağər,

Dedi Şirin, rüxi-gülnarı yoxdur.

470



Meyi-Kövsər dedim qismət olarmı?

Dedi yox, nisyədür, bazarı yoxdur.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



VII

Həzər qıl, Saqiba, növ`i-bəşərdən,

Ətək çək daima bu şurü şərdən.

Əsiri-nəfsdür başdan-əyağə,

Xəbər al bu sözi hər xüşki-tərdən.

Vəfadən dəm urar əmma yalandur,

Nihali-təlxdür, xali səmərdən.

Əgər qılson ona min canı qurban,

İçər qanun genə sutək cigərdən.

Nə hacət xilqət içün fəxr qılmaq,

İlahi, razı kimdür bu hünərdən.

Xəlayiqlə müdara eylə, ey dil,

Əlac olmaz sana, düşsön nəzərdən.

Həvayi-nəfs içün incidmə nəfsi,

Təğafül eyləmə ahi-səhərdən.

Sana qoy eyləsün cövrin dəmadəm,

Xəbərdar olmıyan əsli bəladən.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.

VIII

Peşimandur gəlüb hər kim cəhanə,

Qalubdur gül dikəndən yanə-yanə.

Çəkərsən şahə həsrət, bixəbərsən,

Ki, təxti-tacı var, sahibxəzanə.

471



Bütün zəhmətkeşindür, zülm əlilən,

Alınmışdur, yedikcə taziyanə.

Şərabun dürdi tək salmış əyağə,

Həqiqət əhlini dövri-zəmanə.

Əziyyət etmə murə, canı vardur,

Edər min zəhmət ilə kəsbi-danə.

Əl atma pərdeyi-namusi-xəlqə,

Gedər namusun əldən, bibəhanə.

Günahi boynuma, əl çəkmə meydən,

Ayılma, məst ol, ruzü şəbanə.

Vəlakin qan tökülsün, vermə fitva,

Degül qiymət cəhan bir qətrə qanə.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



IX

Əgər qan tökməgə etsön iradə,

Deyim mən hansı qanı tök ziyadə.

Tərəhhüm nəfsüvə heç etmə, öldür,

Qoy, itsün qanı bilmərrə aradə.

Yetərsən məqsədə gər ölsə nəfsün,

Başun qalmaz dəxi yüz min bəladə.

O kim, sərkeşligə sərf etmiş ömrin,

İtüb imdi aradən, getdi badə.

Əl açma zirdəstə zülm əlilə,

Əlindən dutgilən görsön fənadə.

Çəkərsən damənin, zahid, əbanun,

Görəndə rəngi-badə buriyadə.

Dutubdur mey neçün künci-səbuni,

Görüb aludəsən buyi-riyadə.

472



Keçüb təsbih vəqti, adəm ol gəl,

Həqiqət əhli ol, ziri-əbadə.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



X

Nəmaz əhlinə uyma, səcdəgahi,

Edibdü qəsb anı xahi nəxahi.

Sanur nahəq özini əhli-Qur`an,



Vəhalonki itibdür qibləgahi.

Gətürdüm qeydini İslam dinivün,

Qalub avarə hərgiz yox pənahi.

Qıra şəmşir ilə İslamı hər kim,

Behiştün əhlidür, yoxdur günahi.

“Tərəhhüm bər pələngi-tizdəndan”,



Sitəmdü gusfənd içün, İlahi!



Bu millət tərbiyətbərdar olmaz,

Ağarmaz gər yuson min il siyahi.

Müsəlmandan təmənna etmə hərgiz,

Əgər möhtac olson, sat külahi.

Gətür əl, məscidə bəsdür yügürdün,

Dağılmıbdur gözəl meyxanə rahi.

Qəmin çəkmə cəhanun, salma yadə,

Əlündə cami-saqi, xümdə badə.



 

TƏRCİ`BƏND

Mən necə ney tək eləmüm ahü zar,

Həsrəti-xunab ilə leylün-nəhar.

Eyləməsün kimsə məlamət məni,

 İstər-istəməz



 İtidişli pələngə rəhm etmək



473



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə