Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə104/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   100   101   102   103   104   105   106   107   ...   135

Qəhbəra mizənəd ki, ruy bepuş”.

  

SAQİNAMƏ

Necə etməyüm badəni arizu,

Olur saqi hər ləhzə bu mahru.

Keçirdim neçün ömri rənc ilən,

Nolur hasilim ömri-şeş-pənc ilən.

Mey içmək qoy olsun günahım mənim,

Günahı yaxar hər gün ahım mənim.

Nə sölər, görün, bərbətü çəngü ney,

Hanı kişvəri-təxti-Kavusü Key?

Hanı Rüstəmi-Zal, ol divbənd,

Atardı yelü asimanə kəmənd.

Olub aqibət tö`meyi-marü mur,

Mənim şahidim qəsri-Bəhrami-gur.

Əlamət hanı qəsri-Bəhramdən,

Edərdi təfaxür güləndamdən.

Gətür, saqiya, badeyi-lə`lfam,

Qoy, etsün mana zövqsizlər həram.

Cəhan sərbəsər bir qəmxanədür,

Qalandan xəbər dutma, əfsanədür.

Cəhanun həyatı keçər bir nəfəs,

İkinci nəfəs görməyüb hiç kəs. 

II

Bu deyrə gələnlər gəlüb bixəbər,

Xəbər dutseydi, edərdi həzər.

Bu deyri-dəni möhnətabaddur,

Yaşar onda kim xanə bərbaddur.

Peşimandur hər kim qoyubdur qədəm

484



Bu viranəyə, görməyüb cüz sitəm.

Könül vermə bu dəhrə, viranədür,

Verənlər, yəqin eylə, divanədür.

O yarə könül vergilən baqidür,

Buna olma məftun, sana yağidür.

Kimi güldürüb bir nəfəs, bir zəman,

Bu bərbad olmuş, bu afati-can.

Müğənni, gəl avazə Şəhnaz ilən,

Gedən vəqtidür tar ilə saz ilən.

Əcəl caminə məst olur hər gələn

Bu deyri-sitəmpərvərə, mərdü zən.

Gətür, saqiya, badeyi-ərğəvan,

Ayılmum dəxi bir də dil oldı qan.

Vətən getdi əldən, xərab et məni,

Gözüm görməsün hər gədazadəni.

III

Əlim dut gətür, saqi, ya camü mey,

Edüm, ya Rəb, bir cam ilən ömri tey.

Həyat olsa gər belə, boşdur həyat,

Əmandur, mənə qəfəsdən ver nəcat.

Ədəm mülkinə xoşdur olmaq rəvan,

Olunca belə hər nəfəs bağrıqan.

Deməzlər sana qulsan, azadəsən,

Qiyamət ola, düşmisən badə sən.

Fəğan hər zəman etmisən ney kimi,

Əyağ altına düşmisən mey kimi.

Deməzlər sana şahsən, ya gəda,

Sana düşmən orda olar aşina.

Hanı zahid orda desün içmə mey,

485



Gədayə verür rayi-Kavusü Key.

Süxənçinü bədguvü biabiru,

Tapulmaz o yerdə, get, et cüstücu.

Odur mənzili-əmn, pərvasi yox,

Ki, şəhdən gədanun təmənnası yox.

Nəmazə deməzlər sana hazir ol,

Və ya mö`min ol, ya ki, bir kafir ol.

IV

Gətür, saqi, ol badeyi-lə`lnab,

Xərab et məni, yox dəxi məndə tab.

Gözümdən nihan etmə rüxsari-mey,

Məni eylədün sən giriftari-mey.

Mana dürdi-mey yari-qəmxardür,

Əlaci-qəmü naləvü zardür.

Necə tab edüm tə`ni-əğyarə mən,

Bu dərdə necə eyləyüm çarə mən.

Kimə gör yetüb növbəti-təxtü tac,

Kimə gör verübdür gərdun rəvac.

Böylə dəm olur, böylə dövran olur,

Könül necə şadü xəndan olur.

Oleydi, görüm, çərxi-dun sərnigun,

Cəhani edüb qərqi-dəryayi-xun.

Kimə eyləyüm dərdi izhar mən,

Hanı əhli-dil, ey dili-zari-mən.

Mana qəm güni yar bu badədür,

Əyağə düşüb gərçi üftadədür.

Girür gündə bir rəngə bu ruzgar,

Edüb rəng ilən aləmi tarümar.

V

486



Dur, ey saqi, ver xaki-xosrovi,

Bəyan eyləyüm nükteyi-mə`nəvi.

Məni məst qıl bu meyi-biğəşə,

Əsirəm xəm zülfi-bu məhvəşə.

Kəmandur qaşı, zülfi zəncirdür,

Cigərçak edən kiprigi tirdür.

Gözi məst edüb camü badəni,

Qədi məhv edüb sərvi-azadəni.

Edüb bəndü məftun məni halinə,

Dil heyrandür arizi-alinə.

Verübdür könül ol məhi-dilfərib,

Dəmadəm alur kam ondan rəqib.

Məni yanə-yanə qoyub şəm`tək,

Yüz üstə məni xüm əyağinə çək.

Məni məst qıl, olmayum huşyar,

Gözüm görməsün yar, əğyar var.

Olur tə`nəyə, saqi, tab eyləmək,

Yıxulsun  bu könlüm kimi nöh fələk.

Məni atəşi-firqətə yandırub,

Yananda çəküb damənin yandırub.



VI

Verürsən mana, saqiya, gərçi mey,

Meyündən sənün görmədim hiç şey.

Mey içdikcə mən artırur qəm mana,

Verüb görmədim nəş`ə bərhəm mana.

Görüm, sərbəsər qanə dönsün şərab,

Çox içdim, vəli olmadım kamyab.

Desəm də sana, saqiya, cam ver,

487



Verüm söləmə, bəlkə düşnam ver.

Xərab etgilən, yıx bu meyxanəni,

Yerə vır şişeyi-camü peymanəni.

Kimün ari yoxdur içər badəni,

Həramzadəyə vermərəm zadəni.

İçər badəni xəlq bədməst ola,

Deyürsən özin əqldən pəst ola.

Könül şad olanda içərlər meyi,

Yerində gərək görmək hər bir şeyi.

Heyf səndən, ey meyi-sürxru,

İçər qanmaz etsün səni sərfiru.

Sənün qədrüvi bilmək asan degül,

İçüb məst olan hərgiz insan degül.

VII

Rəsm var bu badeyi-safdə,

Fəsad eyləyər təb`i-əclafdə.

İçəndə mey hal ilən əhli-hal,

Deyər cam ona, iç, sana mey həlal.

Əql olur badədən sərdə kəm,

Dəlil istəsön, şahidim camü cəm.

Meyə meyl etsəydi iblis əgər,

Dutardı yüzin Adəmə hər səhər.

Fəsad əhlinə bir mey olmub həram,

Niyə meyl edə nəhydür, vəssəlam.

Fəsad etməsə sən də mey iç, mey,

Həlal etdi qanun sana hər şey.

Meyün qətrəsi “nafe`i-nas”dür,

O nasə onun qədri əlmasdür.



 Qurani-kərimin Bəqərə surəsinin 219-cu ayəsinə işarədir.

488



Həramzadə rüsva edər badəni,

Qoy içsün ərəqdən hərəmzadəni.

Əgər mur içə mey, edər şiri bənd,

Süleymanü Davudı etməz pəsənd.

Gərək içməsün badə nadanlər,

İçəndə olur məst, min qan elər.



VIII

Müğənni, çək ağuşə çəngü rübab,

Müxalif rəhin tərk qıl, dut Rəhab.

Əgərçi degül qəmdən azad dil,

Edər ney kimi ahü fəryad dil.

Səfa qalmayub sağərü badədə,

Nə hüsn gözəldə, pərizadədə.

Cəhan inqilabı yıxub aləmi,

Keçər xoş kimün bir nəfəs xoş dəmi.

Necə mən həvəsi-camü sağər edüm,

Təmənna ləbi-busi-dilbər edüm.

Vətən kişvəri xarü bərbad olub,

Ata öldürür oğlı, cəllad olub.

Necə bir nəfəs şadü xürrəm olum,

Nişat əhlinə bir dəm həmdəm olum.

Gözümdən düşüb sevgili yarlər,

Xəyalimdə yox seyri-gülzarlər.

Min oğlum ola qərq öz qaninə,

Qəmin çəkmərəm düşsə od caninə.

Vətən getdi əldən, vətən xar olub,

İşıq ruzigarım mana tar olub.

IX

Məni etmüb kimsə nəfsə əsir,

Özümdən səvayi olmadım pəndgir.

489



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə