Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə107/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   103   104   105   106   107   108   109   110   ...   135

Et izhar min mö`cüzi-İsəvi.

Əyağdan-əyağə salur qəm səni,

Görən olmaz heç kimsə xürrəm səni.

Həzar afərin bər meyi-sürx bad,

İçəndə nədür bilmisən Keyqubad.



Həlal etdi danayə fitvayi-əql,

Meyi-gülrüxi, zahidi-biəməl.

Şəriətdə nadanə olmış həram,

Sən içmə mey, zahid, ol İslam.

Gətür, saqiya, badeyi-biğəşi,

Səbuyilə ver, etsə atəşi.

Qəmə vermə yol, çəkməz əl, badə iç,

Gecə-gündüz ustadə üftadə iç.

Ol azadə, get, xanəbərduş ol,

Yetsə sana, dinmə xamuş ol.

Giran olma ki, Qarun kimi,

Eylə varü yox tərki Məcnun kimi.

Başunda sənün eyləsün quş yuva,

Qəmi-yardə canun qıl fəda.

Qoy, etsün sana cövrini çərxi-dun,

Yetər bir gün axır olur sərnigun.



IV

Müğənni, nədür nəş`ə Mənsurdə,

Dəgiş pərdəni şurə gəl Şurdə.

Sədayi-kəmançə, dəfü çəngü ney,

Deyər hardadur, hanı Kavusü Key.

Yetişmüb hələ vəqti-azadəlik,

Var isə, nədür belə üftadəlik.

 Qırmızı şəraba min dəfə əhsən olsun!



502


Gər azadəlikdən oleydi nişan,

Cəhan mülkini qərq etməzdi qan.

Nədür abü atəş, nədür xakü bad,

Bütün fitnədür sərbəsər bədnihad.

Yeri yandırur sərbəsər xüşki-tər,

Gərək ondan hər ləhzə etmək həzər.

Təlatümdədür birsi ruzü şəban,

Olur qərq kim, onda pirü cəvan.

Yerində sönəndür çiraği-həyat,

Əlindən onun edər kainat.

Yeri yox edər nazpərvərləri,

Qucağında şahənşahi-əfsəri.

Hanı Yusif ol mahi-Kən`an idi,

Fəraqında Yə`qub giryan idi.

Gözündə dutub marü əqrəb vətən,

Qübarə dönüb kül kimi gül bədən.

Bu həngaməyə diqqət etmək gərək,

Ki, sərkeşliyə nifrət etmək gərək.

Tökər qan nə içün bu növ`i-bəşər,

Nolub neydən ötri verən yox xəbər.



BÜLBÜLÜN GÜL VƏ XAR İLƏ MÜZAKİRƏSİ

Gətür, saqi, şərabi-ərğəvani,

Gərək nəhy olmasun mey gül zəmani.

Zəmanə inqilabın yad qılma,

Nə yetsə ondan, heç fəryad qılma.

Cəhan mülkində, get, ol laübali,

Eşitmə, badə iç, boş qeylü qali.

Cəhanun zərrəcə yox e`tibari,

Bu bir az ömrdə qəm çəkmə, bari.

503



Vücudin etmə key ənduhü qəmdən,

Şərabi-nabi, get iç, cami-Cəmdən.

Təmam et ömrüvi meyxanələrdə,

Yox adəm məscidi-viranələrdə.

Ayıqlıq sevməyür heç bu zəmanə,

Mey iç, zahid qala, qoy, yanə-yanə.

Güzarım bağə düşdi şadü xəndan,

Əlimdə cami-mey, giysuyi-canan.

Başımda şuri-eşqi-yari-məhru,

Gözi zahidfərib, rəşki-ahu.

Nə gördüm şaxi-güldə, bülbüli-zar,

Urdı nalə ney tək dideyi-xunbar.

Dedim dildarə, ey tabü təvanım,

Fəda olsun sana bu xəstə canım.

Nolub bu bülbüli-şirinzəbanə,

Nədür bais bu fəryadü fəğanə.

Dedi, get, sorgilən bir hali-zarın,

Nolub, əldən veribdür ixtiyarın?

Yetişdim bülbülə gülzar içində,

Dolanurdi pərişan xar içində.

Dedim, bülbül, nədür bu ahü nalə?

Nədür dərdün mana qıl gəl həvalə.

Dedi, yox tab səndə, natəvansan,

Çəkil məndən, çəkil şadmansan.

Yüzin xarə dutub ba ahü nalə,

Kim olsa, ney kimi ağlar bu halə.

Dedi xarə, əman səndən, cəfacu,

Gətür əl məndən, ey əğyari-bədxu.

Əlündən eylərəm fəryad hərdəm,

Səsimdən təngə gəlmiş xəlqi-aləm. 

504



Məni, qoy, eyləyüm bir dəm təmaşa

Gülə, eşqündəyəm avarə, rüsva.

Gəhi səndən yetər, gəh bağbandan

Cəfalar, əl çəkün bu natəvandan.

Gəhi-məskən mana künci-qəfəsdür,

Əgər bu imtəhan etməkdü, bəsdür.

Dedi xar əndəlibi-xoşnəvayə,

Ömr gərək səbr eyləsün aşiq cəfayə.

Gəzirsən gənc içün, birənc olmaz,

Əziyyətsiz müyəssər gənc olmaz.

Mənim nişim sana ruhi-rəvandur,

Nə kim, sərmayeyi-afati-candur.

Qızıl ta düşməsə girdabi-qalə,

Ona verməzlə bir sınmış piyalə.

Bilərsən qədri-gül çəksön cəfani,

Cəfani çəkməyən görməz səfani.

Təriqi-eşqi, get, pərvanədən sor,

Nədür paybəndi-giysu, şanədən sor.

Vırar şəm`ə özin, pərvani bilməz,

Yanar, bir zərrə ahü vani bilməz.

Gərək aşiq keçə min canü sərdən,

Nə hasil tökdigün əşki-bəsərdən.

Cəfadən etmədi fəryad Məcnun,

Cəhan mülkində qoydı ad Məcnun.

Başində tikdi quşlar aşiyani,

Sənün tək etmədi ahü fəğani.

Hanı, hiç səndə yox asarı eşqün,

Nədür kim, bilmisən miqdarı eşqün.

Neçün bəs çəkdi Yusif cövri-zindan,

Əziyyət çəkdi, Misrə oldı sultan.

505



Bu sözdən bülbüli-zar oldı xamuş,

O xamuş oldı orda, mən də mədhuş. 

Gülə yüz dutdı bülbül, çəkdi avaz,

Mana bəsdür dəxi, gəl, etmə çox naz.

Mən ilə bir nəfəs həmraz ol, gəl,

Cəfa rəsmin unud, dəmsaz ol, gəl.

Məni hicr atəşində yandurursan,

Məni od yanduranda, yan durursan.

Dedi gül bülbülə, get, bivəfasən,

Urursan eşqdən dəm, boş həvasən.

Əgər olseydi səndə eşqi-kamil,

Edərdün daməni-xar içrə mənzil.

Məni od yandurur, sən bixəbərsən,

Mana bica, əbəs tə`n eyləyərsən.

Gəhi gülçin əlində xarü zarəm,

Gəhi əttar əlində dilfikarəm.

Salur od canimə əttari-zalim,

Sana vazeh degül hərgiz bu halim.

Çəkər ətrim od ilə ol cəfakeş,

Sənüntək etmirəm bir zərrə təşviş.

Sana hiç urmayubdur nişini xar,

Verürsən nalə ilən xəlqə azar.

Qəmə səbr etməyən yetməz muradə,

Gər etsön məstlik, sərf etmə badə.

Hərifi-şe`rdür, Nadir, bu Saqib,

Gedüb bisərü payə olma talib.

Müqəyyəd olgilən, Yusif, Cəlalə,

Yetərsən məqsədə, həddi-kəmalə.

Sataşma Asəfə, mümtazdür ol,

Şikari-şe`rdə şəhbazdur ol.

506



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə