Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə110/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   106   107   108   109   110   111   112   113   ...   135

Heçdür görürəm qiyməti-dünya bir cov,

Dəgməz iki günçün salasan aləmə lov,

Ver varü yoxı dürdi-meyə yarı girov,

Xişti-dəri-meyxanə olub Keyxosrov.



“ÇƏKMƏ DÜNYAYİ-DƏNİ FİKRİNİ...”

Çəkmə dünyayi-dəni fikrini, ol meyalud,

Vermə yol möhnətü ənduhə, olursan nabud,

Hanı ol həşməti-arayişi-sultan Məhmud,

Saqiya, sağəri-mey ver, sitəmi-çərxi-kəbud,

Qoymaz heç bir kəsi bir dəm ələ salsun məqsud.

Qədəhi qoyma yerə, ruhə qəzadur meyi-nab,

Əhli-halun fərəhi, dərdə dəvadur meyi-nab,

Künci-meyxanəni dut, pirə əsadur meyi-nab,

Həqqidən ayrı degül, rahnümadur meyi-nab,

Dilnişin badə ilə oldı sədayi-Davud.

Olma sərkeş belə üftadəligə, mö`tad et,

Etmə rüsva özüvi, yaxşı cəhandə ad et,

Kimi görsön yıxılub, dut əlini imdad et,

Rəhm qıl kim ki, giriftarun ola, azad et,

Pis əməldən həzər et, olmayasan namərdud.

Düşmə təşvişə əlindən gedə gər malü mənal,

Gedənün fikrini etmə, gələnün fikrinə qal,

Hər yaranmış başınun üstə durub fitnə, zəval,

Düşməz əndişəyə dünya dağıla, əhli-kəmal,

Qane` ol yaxşı-yəmanə, nə olubdur mövcud.

Vermə dünyayə dil, həqdən səni eylər məhrum,

Doludur möhnətü ənduh ilə bu məskəni-bum,

Nə bu viranə yetirmiş, olur axır mə`lum,

Ədəmün qeydini çəkmək degül vəqti-lüzum,

Hanı ol gördigimiz, bir-bir olmuş məfqud.

Çox gəlibdür bu cəhan mülkinə Musa(ə) kimilər,

Xəlqi heyrətdə qoyub həm yədi-beyza kimilər,

Yetməyib məqsədinə getdi Məsiha kimilər,

Neynəyər gəlsə bu viranəyə Dara kimilər,

Dərsi-ibrət bizə vermiş xəbəri-Adü Səmud.

515



Mə`rifət badəsini, sağəri dut, nuş eylə,

Rəngi-dünyayə könül vermə, fəramuş eylə,

Nəxvətün şəm`ini bir ahilə xamuş eylə,

Baədəb məclisi-rindandə otur, guş eylə,

Nə deyür fikrüvi ver, naleyi-çəngü neyi-ud.

Simü zər cəm`i içün heç özüvi etmə məlul,

Etməsən heç kimə ehsan, səni qoymaz qara qul,

Birinə verməyəcəksən, bu sözi eylə qəbul,

Cəm` edirsən zərü simi, ola aləm sana qul,

Dutasan şişəyə qanın tanımazsan mə`bud.

Sərvətün düşkini olmaq sana rahət verməz,

Gözüvi yumub açan qədri fərağət verməz,

Nəfsüvə olma giriftar, şərafət verməz,

Daməni-fəqrdən əl çəkmə, xəcalət verməz,

Eylə təslim özüvi həqqə, olursan məs`ud.

Dövlətün ləzzəti vardur edəsən ehsani

Həqq yolunda, gedənün olmayasan giryani,

Şad ol, ondadur hər mərəzün dərmani,

Ram olur xəlq, salarsan əlüvə dünyani,

“Şərəfi-mərd bəcudəst, kəramət bəsəcud”.

Xəlqə ehsan əlini açson, olursan eymən,



Dutmaz hərgiz sana yüz zərreyicə dərdü mühən,

Özüvi öylə yarat, bilməyəsən heç sənü mən,

Göstərübdür bizə bu nüktəni xəllaqi-süxən,

Sə`diyü Hafizü Firdovsi dühayi-məşhud.

Zərü simün təmə`i qərq eləyüb dünyani

Qanə, yoxdur xəbərün, aləm olubdu fani,

Ahü nalə eləyür süngilərün qurbani,

Əyağun altına, gəl, eylə nəzər bir ani,

Kimdür onlar, hanı, yox səndə məgər guşü şünud?

“GƏLDİ-GETDİ, XƏBƏRİM OLMADI...”

Gəldi-getdi, xəbərim olmadı heç şamü səhər,

Faidə verməyəcək boş yerə dutsam da xəbər.

Məni nəfs eylə giriftar eləmübdür özinə,

 İnsanın şərəfi əliaçıqlıqda, kəraməti isə səcdədir (Sədi Şirazi)



516


Qəmini çəkmərəm aləm ola gər zirü zəbər.

Nə içün gəlməgimün fikrini heç eyləmədim,

Yetişüb vəqti-səfər, sərf elədün ömri hədər.

Nə vətən var, nə bir yerdə yerim var mənim,

Olar idi eşideydim mən əgər pəndi-pədər.

Mələkül-mövt durubdur qapu ağzında deyür,

Dur gedək, qoy qala cəm` eylədigün sim ilə zər.

Badeyi-qəflət ilə eylə xumaraludəm,

Mana tə`sir eləməz başimə daş düşsə əgər.

Nə məcusəm, nə müsəlman, nə gəbrü nə yəhud,

Nə müvəhhid, nə də müşrik, hamundan bədtər.

Sormadım bilmədigim əmri biləndən hərgiz,

Odur həqqün sözi bir zərrə mana etməz əsər.

Fikrimi verdim həmişə qurı ləhvü ləəbə,

Salmadım yadimə qəhrü qəzəbi-Peyğəmbər.

Xahişi-nəfs xilafini mən heç eyləmədim,

Nə dedi, etdim itaət, belə xidmət kim edər.

Ərəqü badəyə, əfyunə müqəyyəd oldum,

Nifrət etsə mana gər var yeri mürtəd, kafər.

İctinab eyləmədim əmri-qəbihdən hərgiz,

Ləblərim yar ləbində, dolı əldə sağər.

Etmədim sidq ilə mehrabi-itaətdə sücud,

Qoymadı sərhədi-həqqə yetişəm şurişü şər.

Nə cəvabım olacaq Həqqə dəmi-məhşərdə,

Nə yüz ilə dil açum həqqə məni-bədəxtər.

Tələbi-məğfirəti hansı günahimdən edüm,

Bir tərazu bu ağır barı çəkər hiç məgər?

Xətmi-Peyğəmbərə izhar eləsəm əhvalım,

Deyəcəkdür mana, çox tökməgilən əşki-bəsər.

517



Hansı bir hökmimə sən etdün əməl söləyəcək,

Yoxdur, əl çək ətəgimdən bu təmənnadə səmər.

Mürtəza(ə) damənini dutsam o da söləyəcək,

Ahü nalön eləməz heç kimə bir zərrə əsər.

Necə mən Şahi-şəhidün yapuşum daməninə,

Əl qısa, daməni-pakinə güman etmə yetər. 

Ölçü yoxdur görürəm eylədigim mə`siyətə,

Mə`siyət eyləsə kim, rəxnəni imanə verər.

Nə cəhənnəmdə, nə cənnətdə yerim olmıyacaq,

Bir yerə gedməliyəm, ondan edər xovf səqər.

Genə zənn etmək olar bəlkə Əli(ə) naibinə,

Yüz dutam, etməyə məhrum məni ol sərvər.

Rədd olunmaz gər Əbülfəzl şəfaət etsə,

Çü sidq ilə verüb iki qolun ol sərvər.

Bu kifayətdür onun rütbeyi-biqiymətinə,

Biqərəz Şahi-şəhidə özin etdi nokər.

Saqiba, eylə həya, nəfsüvə çox olma əsir,

Var qabağunda, həzər eyləgilən, rahi-xətər.



“...BU NƏ ODDUR ŞƏCƏRDƏDÜR..”

Sordum Kəlimdən, bu nə oddur şəcərdədür,

Od olmaz heç şəcərdə, bu hansı xəbərdədür.

Bu od şəcərdə atəşi-rüxsari-yardür,

Sönməz müdam şö`ləsi kim, bu cigərdədür.

Yusifdə xətm olmadı dünya gözəlligi,

Xətmün nişanəsi bu pəri simübərdədür.

Zərfün tünük olanda düşərsən təlatümə,

Dərya məcaz, rütbəsi əmma gühərdədür.

Dana gərək həmişə gedüb xuni-dil yesün,

Nadan həmişə xidməti-qəndü şəkərdədür.

518



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə