Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə112/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   108   109   110   111   112   113   114   115   ...   135

Necə sana eyləmüm səcdə gündə min dəf`ə,

Sən ilə zahid öpər xaki-məqdəmü mənbər.

Zərün güciylə ki, təbliğ eyləmiş xəlqə,

Yetişdi sərhədi-məqsudə Xətmi-peyğəmbər.

Fəda olum sənə, ey simü zər, əman günidür,

Əlimi dut, düri-naçizara yıxılsam əgər.

Ləimə qoma

 məni bir dəm olmağa möhtac,



Ki, sərfiru eyləmüm, olsa şah ya qeysər.

Zərün gücini min e`caz eyləməz batil,

Xətərdən eyməndür, yoxdur onda rahi-xətər.

Əgər min oğluvı öldürsə göz qabağında,

Xəyal eyləmə sən heç birini, öldi hədər.

Nə ilə qan elədün bağrımi mənim, ey məh,

Nə ilə arizi-gülfamə vermisən zivər.

Bu mahparəni ram eyləmək degül mümkin,

Qılınc xəlqi kəsə, kainatə düşsə şərər.

Dodaqlarun soraram sübhədək meyaludə,

Zərün güci mana bu məhvəşi edüb çakər.

 

İt alsa ağzına zər kisəsini, bazarə,



O gündə xəlq deyər gəl, gəl, ey mələkmənzər.

Can almaq istəsə, aləm fəda verür canın,

Zərün güci belədür, etməsön əgər bavər.

 

Bir imtəhan elə, bəlkə xilafdür bu sözüm,



Çətin degül, bir imtəhan yerinə düşər.

Hüseyndə(ə) olsa idi simü zər Yəzidi-dəni,

Tapardı əl necə Şahi-şəhidə şamü səhər.

Həvayi-mülki-Rey heç bilmədi Hüseyn(ə) kimdür,

Bu mülki-Rey təmə`in etdi Şimri-bədəxtər.

 Qoyma



524


İmami-mütləqi zibh eylədi qəfasindən,

Qiyam etdi bu əmrə, bu zər degüldi məgər?

 

Vay olsun haluva, bir həbbə olmasun səndə,



Səni görəndə deyər, gəlmə, madərü xahər.

“XURŞİD QƏRBDƏN...”

Xurşid qərbdən desə kim göstərür cəmal,

İnkar eləmə, demə, bir əmrdür məhal.

Təqdiri-əmri-Həq nəyə gər əmr eyləsə,

Yox ölçi etdigində onun, etmə kəc məhal.

Muri-zəifə şiri-jəyani əsir edər,

Bir göz yumub-açınca nə qədr etsə qeylü qal.

Şahi gəda, gədani şəh etmək əcəb degül

Tari əlində, xatirüvə yenməsün məlal.

Künhi-məşiyyətə sana yetmək məhaldür,

Aləm sən ilə fikr edə hər ləhzə mahü sal.

Mərbub rəbbsiz ola bilmüb, olan degül,

Əhməq təbiət eyləyə bilməz giyahı bal.

Şahənşəhi-zəmanə olubsan, bu bəs degül,

Bu sirri düşməsən

 başa, çün səndə yox kəmal.



Rəbb olmaseydi səndə bu rütbə olarmıdi?

Haşa, əgər oleydi, nə bir yuxıydi ehtimal.

Məsnu` sane`in bilə bilməz nə oldığın,

Mürği-xəyali gər nə qədr açsa pərü bal.

Möhtacdür təbiət özi bir mürəbbiyə,

Su verməsön ki, nəşvü nüma eyləməz nihal.

Bir maddədən ayırmış özin, yaxşı fikr ver,

Ol maddəni gərək biləsən qarədürmi, al.

Ağü qərani bilməmisən, aşikardür,

Kəskin qılınc əlündə var isə, get, et cidal.

 Düşməzsən



525


Çoxlar deyüb mən aşiqəm, əmma xilafdür,

Məcnun bilür ki, eşq nədür, ondan et sual.

Nə oldığun xəlayiqə bir-bir əyandür,

Lazım degül, baş ağrısıdur xəlqə şərhi-hal.

Nəf`i nədür xəlayiqə sölərsən hər zəman,

Allah yoxdur, əl gətür, ey daiyi-şimal.

Malın xəlayiqün aparursan, get al, apar,

Allah yoxdur, etmə bəhanə, dolub çuval.

Sərkeşligi çox eyləmə, tərk et məniyyəti,

Eylər əyağı alta səni mur paymal.

Göstərmə qol güci o kəsə xaksardür,

Bir vəqt olur nəfəs çəkəsən verməsün məcal.

Ey qeyri nəfsə zülmini hər ləhzə eyləyən,

Mabeyni-xəlqə fitnə salub, salma ixtilal.

Keçməz səninçün, zülmüvə ver bir nəhayəti,

Rüsva edər səni belə bihudə infial.

Dərxatir eylə qisseyi-Zöhhaki-zalimi,

Bir Gavə etdi məmləkətin məhvü iştiğal.

Cəm` eylə xatirün, ayılursan bu tez zəman,

Təngişmə


 çox, sana verilür yaxşı guşmal.

Dövri-fələkdən eymən olub etmə cövrüvi,

Təşvişə düşmə çox, yetişüb vəqti-intiqal.

Bəxtün qayıtsa, çarə kim etsün, əlac yox,

Tədbir eyləsön, dəxi də çox verür zəval.

Bir nəfsi bisəbəb kim ola, Saqib, incidə

Öz nəfsinün məramiçün, qanıdur həlal.



GÖRDÜM

Cəhan əhlini bütün divanə gördüm,

 Darıxma


526


Vırar od özin hər yanə gördüm.

Mürüvvət bilməyür heç bir nə şeydür,

Verür fitva, tökülsün qanə gördüm.

Degül heç bir kişi hali qərəzdən,

Vəfadən bixəbər, biganə gördüm.

Təmənnası xilafi-əhdi-peyman,

Vırub od aləmi-insanə gördüm.

Vırur dəm çoxsı mən Qur`anpərəstəm,

İnanmur sərbəsər Qur`anə, gördüm.

Yatub məsciddə, zahid, xəlqi-aləm,

Əsər etmir sözün nadanə, gördüm.

Degül söz söyləyürsən xəlqə, əl çək,

Sözün həqqini qoydun yanə gördüm.

Sözün həqqini desön tə`sir eylər,

Deyər kim həqq sözə əfsanə gördüm.

Qurubsan xəlq üçün təzvir damın,

Əlündə səbheyi-səddanə gördüm.

Qəmi-dünyani çəkməz aqil hərgiz,

Yüzüm heç gülməyüb, qəmxanə gördüm.

Bu viranxanəyə mən gəlməz idim,

Məni Adəm gətürdi anə, gördüm.

Nə var bu dəhri-duni-bivəfadə,

Gədalər tapdı əl sultanə gördüm.

Şərabun nəş`əsindən bixəbərsən,

Əlaci-qəm genə meyxanə gördüm.

Alub pərvanədən eşq ixtiyari,

Vırar şəm`ə özin mərdanə gördüm.

Dedim Məcnunə, dutma eşq rəsmin,

Tiküb quşlar başunda lanə gördüm.

527



Fəraqi-Leylidə sərgəştə, heyran,

Olub məskən ona viranə gördüm.

Gəlür bir gün deyərlər xəstə Saqib,

Fəda etmiş özin cananə gördüm.



“BÖHTAN ELƏMİŞ XƏLQ...”

Böhtan eləmiş xəlq, deyür əhli-bəyansən,

Səndə yox əsər, əhli-bəyan oldun haçan sən?

Musa(ə) kimi xidmət elə bir ləhzə Şüeybə(ə),

Et vadiyi-eymən tələbin gərçi şəbansən.

Afaqı dutub fitnə, onun çarəsin eylə,

Mən neyləyüm aləmdə Süleymani-zəmansən.

Yaxşı-yəmanun fərqini bildünmi məgər sən,

Heç bilməyəcəksən onı sən, bil ki, filansən.

Dutdun sən haçan, sölə, yıxılmışlar əlindən,

Bir vəqt ki, dutdun, deyərəm mən qocamansən.

Heç düşkini-nəfs olmağuvı eyləmə inkar,

Neyçün belə bəs, sölə ki, rüsvayi-cəhansən.

Ad qoyma yalandan özüvə yaxşı vücudəm,

Nahəq yerə hərgiz eləmə beylə güman sən.

Yoxdur xəbərün zərreyicə yoxsa özündən,

Bax ayinəyə, gör, necə aludeyi-qansən.

Ey badeyi-biğəş, səni zahid neçün içməz,

Başdan-əyağə rahəti-can, ruhi-rəvansən.

Verməm sənün hər qətrəvi min taci-Kəyanə,

Arami-dili-qəmzədeyi-pirü cəvansən.

Yol vermisən insanlıq edə əhli-fəsadə,

Hal əhlinə həmrazsən həm tabü təvansən.

Hal kişvərini etsə əhatə qəmü möhnət,

Bir qətrəsini içsə, verürsən tez əman sən.

528



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə