Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə120/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   116   117   118   119   120   121   122   123   ...   135

Səni rüsva eləyər, uyma həvayi-nəfsə,

Həq özin bildirəcək, həq sözi övham degül.

Etmə inkar, utan, aləmi-bə`dün xəbərin,

Müxbiri-sadiqün əmri qurı, boş bam degül.



“CƏHANƏ EYLƏMƏRƏM MEYL...”

Cəhanə eyləmərəm meyl bəski huşyarəm,

Haçan ki, meyl eləsəm, bil ki, mərdümazarəm.

Yolı oleydi əgər batinə Məsihanun,

Aparmaz idi özilə qəmin bu dünyanun.

Deməzdi, mən gedirəm tez genə gəlüb yetərəm,

Ki, xaki-payi-dənizadəni dutub öpərəm.

Ədəb mülahizə et, dut təriqi-insani,

Əsiri olmagilən, çəkmə qeydi-dünyani.

Nədür səfası bu deyrün, fəğandur, nalə,

Təfaxür eyləmə beş gün fəribi-iqbalə.

Nəhayəti bu cəhanun qəmü əziyyətdür,

Qədəhlə ömrüvi vır başə, dəm qənimətdür.

Məgər şərafəti şəxsün bu ağu sərvətdür,

Xəlayiqə sitəm etmək və ya əziyyətdür.

Cəhanə zərreyicə olsa idi gər məftun,

Başında tikməz idi quşlara yuva Məcnun.

Dağılsa min belə dünya, yəqin ki, bizarəm,

Fəribini yemərəm mən nə qədr ki, varəm. 

Birovuz aləmi min yerdə eylərəm icad,

Bir ah ilə yıxılub ani olmasun bərbad.

Təlatüm eyləmərəm bəhr tək mən hər saət,

Görəndə hər xəsü xaşaki heç degül hacət.

Mühitəm aləmə, seylab ilə daşan degüləm,

Yağış kimi yağa tiri-bəla, qaçan degüləm.

560



Dəgişməzəm qanımi hər fəribi-nadançün,

Baş əgmərəm fələkə kişvəri-Süleymançün.

Qəmi-zəmanədən asudəyəm, həm azadəm,

Əsiri olmaram hərgiz bu yolda ustadəm.

Libasi-ardən eyb eyləməz ki, mən urəm,

Fəqirü dərbədər olmağlıq ilə mə`murəm.

Təməllüq eyləmərəm padşahü sultanə,

Bu növ` ilə varam aləmdə getsəm hər yanə.

Fəqirə dəsti-təərrüz kim açsa, düşməniyəm,

Cəhanə sahib olam gər fəqirün eyməniyəm.

Nə xoş demiş bu sözi ol ədibi-Şirazi,

Ədəb yolıni dutub aləmün sərəfrazi.

“Homay bər səre-morğan əz an şərəf darəd

Ke, ostoxan xorədo canəvər nəyazarəd”.

Nə möhtəsib nə şəhəm, nə əmirü sultanəm,



Əziyyətim kimə vardur, fəqət bir insanəm.

Nə kafərəm nə müsəlman, nə erməni nə yəhud,  

Özümi rəngə salum yə`niçi olum mərdud.

Nə məscidü nə kəlisa, nə deyrdür nə kinişt,

Nə saqiyi-meyi-Kövsər, nə huri-baği-behişt.

Nə meykədə nə piyalə nə badeyi-gülfam,

Nə saqiyi-mahrux, sərvqədü güləndam.

Şərab məndən olub məst, dutdı meyxanə,

Nə mən şərabdənəm məst, böylə divanə.

Ayırma Rəbbdən heç bir zəman mərbubi,

İtirməyübdür, itirməz həbib məhbubi.

Dəvam etmisən, ey naşi, bu hekayətdən,

Açam əgər sözi mən, söz düşər lətafətdən.

 Hüma quşu quşlar arasında o səbəbdən daha şərəflidir ki, sümük yeyər, canlılara əziyyət  verməz (Hafiz Şirazi)



561


Əgər sən eyləməsön canü dinü dil tərkin,

Muradə yetməyəcəksən olunca həşr yəqin.

Fəribi-zahidə aldanma, əhli-irfan ol,

Şərabi-mə`ni ilə məst olub, get, insan ol.

Nə e`tiqad eylə bu bəs fəribi-şeytandur,

Təmam başdan-əyağə yəqin ki, böhtandur.

Behiştü huriyi-qılman bəhanədür yeksər,

Bir özgə fikrü xəyal etməgündən eylə həzər.

Əgərçi zahirən ol abü atəşü xakəm,

Həqir sanma, gühər kimi, Saqiba, pakəm.

Bu kainatə həyati verən vücudimdür,

Bu varlığım mana mənsubdür, şühudimdür.

Vəli gərək ola bir sərvnazü məhparə,

Qoyubdur aləmi heyrətdə, meyli əğyarə.

Çətindür ol pəri səyyadi-didə ram olmaz,

Sənilə həmnəfəs heç ləhzə, vəssəlam, olmaz.

Yox e`tibari, eylə səngdil cəfacudür,

Rəqibün həmdəmidür, neyləyüm ki, məhrudür.

Xəlili saldı oda, çəkdi darə İsani,

Şəban etdi Şüeybə yetim Musani.

Gözəlligi vardur, laübali canandur,

Vəfası var desə hər kim, inanma, böhtandur.

Kim olsa mail ona, qıl yəqin ki, rüsvadur,

Əsir olma ona, kim olubsa, bicadur.

Məni bu halə salan kimdür, ol pərivəşdür,

Onun cəfası ilə xatirim müşəvvəşdür.

Dəvam eyləmisən bir nəfəs fəraqında,

Muradə yetmisən, heç olma iştiyaqında.

Əlaqə kəs bütün aləmdən, içgilən badə,

Ayılma, məst elə ol, salma heç nəyi yadə.

562



Bəlalu aşiqə hicranda xuni-dil bəsdür,

Qumari-eşq ilə kim, Saqib, oynayur, bəsdür.



“KAKİL KİMİ SƏRKEŞLİGİ...”

Kakil kimi sərkeşligi çox eyləmə adət,

Çün zülf, əyağə düş, olasan başi səlamət.

Bir fayidə verməz sana, qorx aqibətündən,

Girəm ki, sən etdün bu cəhan mülkini qarət.

Tarixi əsatirlərə sən bir, nəzər eylə,

Kəsbi-ədəbi etgilə, tərk eylə cəhalət.

Qan tökməgi nahəq yerə, asanmı sanursan?

Qan sahibi vardur, bu qədər səndə qəsavət.

Ey nəfsün əsiri, xəbərün yoxdur özündən,

Bir nəfsə məgər etməyəcəksənmi riayət.

Zülmi bu qədr görmə rəva xəlqə, həzər qıl,

Min qat alacaqsan əvəz, ey kani-şərarət.

Eymən özüvi eyləmə, dövran sana qalmaz,

Bu dövri-fələkdə hanı bir zərrə dəyanət.

Girəm ki, qiyamət güni yox, olmayacaqdur,

Yoxdur nə hesabü nə iqabü nə siyasət.

Vicdan gərək olsun, bu qədr növ`ə edirsən

Zülmü sitəmi, çəkməyəcəksənmi xəcalət?

Üqbadə qiyamət olacaq, yox ona elmün,

Burda görəcəksən ki, olar nicə qiyamət.

Bir vəqt gəlür yetməz əlün bir kəsə yəqin,

Divani-ədalət qurular, sanma zərafət.

Bir murə də zülm eyləyəsən, yox sənün əqlün,

Vay haluva, məhv oldı vilayətdə cəmaət.

Neyçün bu qədr xəlqi qırub ya ki, soyursan,

Vardur bularun sahibi, tərk eylə ədavət. 

563



İnsan kimi al aldığuvı, şərti-ədəblə,

Nəinki basub kəsmək ilə, zülmə nə hacət.

Rahət yaşamub xəlq edüb kəsb öziçün,

Bir parça çörək, al onı olmaqlığa rahət.

Daş-başuva düşmüb edəsən kəsb mənim tək,

Min zəhmət ilə et sitəmi xəlqə inayət. 

Zülm etməmişəm sən deyəcəksən genə xəlqə,

Zahirdə deyərsən ki, mənəm ki, mən ədalət.

Getdi biri əttarə dedi, bəng varundur?

Çox nəş`əsi olsun, mənə lütf eylə bu saət.

Əttar dedi, yaxşısı var, yaxşı da pul ver,

Gər olmasa yaxşı, pulın al, eylə şəmatət.

Əhsən dedi, ver yaxşısını, on tümən istə,

Vəchin verərəm eyləyərəm bir də ziyafət.

Bir bəng ona verdi ki, onun nəş`əsi fili

Məst eylər idi, qalmaz idi zərrəcə taqət.

Aldı yügürüb xanəsinə çəkdi təmamın,

Gördi əsəri-bəng eyləyüb xeyli nədamət.

Bir ləhzə keçüb üzvlərün dutdı gicişmə,

Getdi həmama üzvi onun ta tapa halət.

İsti suda gerçəkdə aşub nəş`ə başından,

Qışqırdı öz-özinə olmaz belə rahət.

Yox eybi, dedi vacibi yaxmaq də gərəkdür,

Yaxdı təpədən dırnağaca əzmi-məlamət.

Üryan yügürüb kuçəvü bazarə həman dəm,

Əttarə yetüb sölədi, ey mərdi-xəyanət.

Verdün mana bir bəngi onun nəş`əsi yoxdur,

Divanə, gərək səndən edəm imdi şikayət.

Əttar dedi, xanəxərab oğlı, utan bir,

Vırmış başuva nəş`ə, nədür səndə bu halət.

564



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə