Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə122/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   118   119   120   121   122   123   124   125   ...   135

“Qılınc yox cəhanda çü bu Zülfiqar”,

Əli kimi fəth eyləyən aşikar.



“MƏN GƏLMƏZ İDİM...”

Mən gəlməz idim belə cəhanə,

Adəm məni çəkdi yanə-yanə.

Sərmayeyi-cənnət sitəmdür,

Bu deyri-fəna bənayi-qəmdür.

Bir gün gülə birsi, min gün ağlar,

Bu deyrə əbəs ümid bağlar.

Ol kəs ki, gəlüb yox ixtiyari,

Bu aləmə etdi e`tibari.

Bayqulər edir bu deyrə nifrət,

Gör, kim eləməz cəhanə rəğbət.

Viranələr içrə, get, məqam et,

Bayqu kimi əmrüvə qiyam et.

İsa(ə) kimi xəlqdən fərar et,

Tənhalığı bir dəm ixtiyar et.

Ram olmagilən bu nəfsi-dunə,

Nifrət elə beylə rəhnümunə.

Nöh kişvərə şah idi Süleyman(ə), 

Bir ləhzədə oldı mülki viran.

Toprağə qarışdı, bu əyandur,

Səndə bu nə nəfsi-bədgümandur.

Həm tö`meyi-murü mar olubdur,

Bəstər ona fövc xar olubdur.

Hər kim ki, gəlüb bu dunpərəstə,

Nəfsinə olub ki, paybəstə.

İnsan yeri kişvəri-ədəmdür,

 Məhəmməd Peyğəmbərin(s) Həzrət Əli(ə) haqqında söylədiyi – “La fəta illa Əli la seyfə illa Zülfiqar” – “Əli kimi oğul 



yoxdur, Zülfüqar kimi qılınc” kəlamına işarədir.  

570



Yox dərdü qəm orda, möhtərəmdür.

Göstərmədi dəhr Keyqubadə

Bir xoş güni, geddi ömri badə.

Cüz cami-sınıq nə etdi hasil,

Hər səhərgəh qıldı, oldı batil.

Dünyayə gələn olur peşiman,

Bu təcrübədən çıxubdur, ey can.

Rahətligə bir nişanə yoxdur,

İsbatinə bir bəhanə yoxdur.

Qəmdən bükülüb qədün kəmandur,

Biçarə, demə bu imtəhandur.

Neydə nədür ol fəğanü nalə,

Ver fikrüvi yaxşı bir bu halə.

Var kimdə həqiqətü təriqət,

Çəkdi bu cəhanda min əziyyət.

Tənbur ilə çəng həmnəfəsdür,

Heç bir demisən, bu səs nə səsdür?

Şivən nə içün eyləyür kəmançə,

Qan oldı çəməndə bağrı qönçə.

Ağuşə, müğənni, çəkmə tari,

Bil, neçün edir ol ahü zari.

Giysu yüzə dəf edüb pərişan,

Bu sirri bilən degülsən asan.

Yar ayrusi ahü zar eylər,

Təng aləmə ruzigar eylər.

Bir yardən ayrılub ki, əğyar

Yol kuyinə tapmayub, ol huşyar.

Bir yardur ol, şəkərdəhandur,

Müjganları tiri-cansitandur.

Axtarma şəriət, oldı nabud,

571



Var səndə hanı ki, verməyür sud.

Mə`budə inanmağun yalandur,

Başdan-əyağə işün filandur.

Yarından olub cüda qan ağlar,

Fəryad eləyəndə sinə dağlar.

OĞLUM, SANA DEYÜRƏM, DİQQƏT EYLƏ:

Nə ilə gün verür cəhanə ziya,

O ziya sayəsində şahü gəda.

Kam alur, hasil eyləyür məqsud,

Göz qabağında nə şahid, məşhud.

Elm ilə nuri kəsb edüb xurşid,

Heç kimi elm etməyüb numid.

Elm pəjmürdəyə həyat verür,

Müşkilə düşsə kim, nicat verür.

Hünərü elmi eyləmə təhqir,

Elmlə varü yox olur təsxir.

Elmlə annamaz kəmalə yetər,

Həm kəmalə, həm cəlalə yetər.

Elmsiz şəxsə eyləmə xidmət,

Eyləsön gər verür sana xiffət.

Yetürür elm hər məqamə səni,

Həddsiz şə`nü ehtiramə səni.

Fikrüvi elmə ver, keç işrətdən,

Qafil eylər səni həqiqətdən.

Uyma məhparələr lətafətinə,

Qəmzeyi-şivəsinə, halətinə.

Tərk qıl, ey oğul, meyi-məhbub,

Elmə ver fikrüvi, edər mətlub.

Elmi-rəsmi fəribi-şeytandur,

572



Kim anı təhsil etsə, nadandur.

Elm odur dəm vıra həqiqətdən,

Həm həqiqətdən, həm təriqətdən.

Elmdən qafil olma, ey fərzənd,

Sana hər bir dəqiqə yetsə gəzənd.

Elmi vəsf eyləmək degül asan,

Əql yetməz ona, olur heyran.

Müxtəsər, elm rahəti-candur,

Vəsfinə əqlü fəhm heyrandur.

Səni kim əcnəbilərə nokər,

Eyləmiş mahü salü şamü səhər.

Ədəmi-elmdür, degül böhtan,

Göz qabağındadur durub əl`an.

Qul edüb aləmi-müsəlmani,

Adı var, sərbəsər olub fani.

Sahibi yox, əsirdür müztər

Əcnəbilər əlində sərtasər.

Mane`i-elmə etgilən lə`nət,

Dəmbədəm mən də eylərəm nifrət.

Kim bizi eyləmiş bəlayə düçar,

Elmsizlik, kim eyləyər inkar.

Elmdən bixəbər müsəlmandur,

Zülfi-giysu kimi pərişandur.

Kim ki, millətin edər paymal,

Məhv olur ondan eyni-istiqlal.

Nəqdi-can eylə, elmə ol talib,

Sana hüccət təmam olar, Saqib!

Türklik qanıni xərab etmə!

Əcnəbi qanıni intixab etmə!

Düşkini-nəfs olma, eylə həzər,

573



Səni rüsvayi-xasü am eylər.

Feyz ver xəlqə elmü irfandan,

Elm içün əhli-həq keçər candan.

Həqqə qıl e`tiqaduvı kamil,

Həqqdən başqa hər nə var, batil.

TƏRCÜMƏ

Dedi Məcnuni-zarə bir pərivəş,



Könül Leylayə vermə, ey bəlakeş.

Üzarım rəşki-bağü hurü cənnət,

Olubdur xətm məndə hər lətafət.

Kəmandu qaşlarım bir nazəninəm,

Cünun zənciri zülfim, məhcəbinəm.

Gözüm yəğmayə vermiş küfrü dini,

Salıbdur heyrətə ahuyi-Çini.

Pərişan eyləsəm rüxsarə giysu,

Dutar fitnə cəhani, ey bəlacu.

Bu qamətlə əgər etsəm qiyamət,

Qiyamətdən dəxi qalmaz əlamət.

Fəribi-küfrü din, xali-siyahım,

Xəbər al həzrəti-Adəm güvahım.

Könüldən aşina kim edsə məsti, 

Məlamət eyləməz bir meypərəsti.

Ləbimdən nəş`ə almış camü badə,

Ayıl, Leylanı tərk et, salma yadə.

Mənim eşqimdə ol aləmdə rüsva,

Səni bədnam edübdür eşqi-Leyla.

Çəküb bir ahi-atəşnak Məcnun,

Yanub ol atəşin ahinə hamun.

Dedi, sən nazəninsən, lalərüxsar,

 Fars dilində yazılmış bir şeirdən təcümə olunmuşdur. Şeirin orijinalından cəmi beş beyt verilmişdir.



574


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə