Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə130/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   127   128   129   130   131   132   133   134   135

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

İtlə gedüb ol həmnəfəs, həmraz dəmadəm,



Övrətdən uzaq ol, özüvə rəhm elə bir dəm,

Əqrəblə keçir ömrüvi, əf`ilə ol həmdəm,

Yandırsa səni, qorxmagilən, nari-cəhənnəm,

Asudə olarsan, sana yüz verməyəcək qəm.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

Saqib özini saldı əbəs dami-bəlayə,



Bir dərdə düşüb, yetməz əli hiç dəvayə,

Möhtac eləyübdür özini nəsli-gədayə,

İmdad eləyən yox dəxi bu bəxti qərayə,

Yansun oda ol kəs ki, məni saldı xətayə.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər.



EY ZƏR

Xudayi-ləmyəzəli gər desəm sana, ey zər,

Məlamət etmə məni, söləmə, get, ey kafər.

Sən olmason, əbəda, xəlqdə həyat olmaz,

Sən olmason, yəqin, aləm olur ki, zirü zəbər.

Sən ilə almaq olur intiqam düşməndən,

Sən ilə möhkəm olub bəndi-səddi-İskəndər.

Sən ilə fəth eləmiş həft kişvəri sultan,

Bəhanədür duta kim əldə nizəvü xəncər.

Sən ilə açılur hər babi-qəl`eyi-fulad,

Sən olmoson, dağılur padşahdən ləşkər.

Zər olmasa, qədəmin qoysa piri-meyxanə

Şərabxanəyə, salmaz ələ sınıq sağər.

Necə sana eyləmüm səcdə gündə min dəf`ə,

Sən ilə zahid öpər xaki-məqdəmi-minbər.

603



Zərün güciylə ki, təbliğ eyləmiş xəlqə,

Yetişdi sərhədi-məqsudə Xətmi-peyğəmbər.

Fəda olum sana, ey simü zər, əman günidür,

Əlimi dut düri-naçizara yıxılsam əgər. 

Ləimə qoyma məni bir dəm olmağa möhtac,

Ki, sərfiru eyləmüm olsa şah ya qeysər.

Zərün gücini min e`caz eyləməz batil,

Xətanun eymənidür, yoxdur onda rahi-xətər.

Əgər min oğluvı öldürsə göz qabağında,

Xəyal eyləmə sən heç birini öldi hədər.

İt alsa ağzına zər kisəsini bazarə,

O gündə xəlq deyər gəl, gəl, ey mələkmənzər.

Bir imtəhan elə, bəlkə xilafdür bu sözüm,

Çətin degül, bir imtəhan əgər yerinə düşər.

Vay olsun haluva, bir həbbə olmasun səndə,

Səni görəndə salur qaş-qabağıni madər.

Evə qədəm qoyson, sındırar əyağlaruvi,

Deyər sana hanı nanun, acından öldi pədər.

Verəndə yüz sana qəm, döndərür yüzin səndən,

Qaçar, yanunda dayanmaz bəradərü xahər.

Cibündə olsa zərün, düşmən əl çəkər səndən,

Düşər əyağüvə, xaki-qədəmləründən öpər.

Hüseyndə(ə) olsa idi simü zər Yəzidi-dəni,

Tapardı əl necə Şahi-şəhidə şamü səhər.

Həvayi-mülki-Rey heç bilmədi Hüseyn(ə) kimdür,

Bu mülki-Rey təmə`in etdi Şimri-bədəxtər.

İmami-mütləqi zibh eylədi qəfasından,

Qiyam etdi bu əmrə qiyam degüldi məgər?

Zərün olanda yalan söləsön, deyər aləm,

Degül xilaf genə bir də sölə, ey sərvər.

604



İmami-əsr olasan heç kim qəbul etməz,

Deyəndə həq sözi, aləm deyər sözi qeytər.

Kəlami-həqqi oxursan, dutar qulaqların,

Ata, oğul, ana, xahər, bəradərü digər.

Deyərlər ağzuvı yum, baş-qulağımız getdi,

Danışma boş sözi, bu sözlərün gətürdi kədər.

Cibündə heç nə yoxun, simü zər açar dügini,

Zəmanə Rüstəmi ol, çox da göstərürsən hünər.

Nə ilə qan elədün bağrımi mənim, ey məh,

Nə ilə arizi-gülfamə vermisən zivər.

Bu mahparəni ram eyləmək degül mümkin,

Qılınc xəlqi kəsə, kainatə düşsə şərər.

Dodaqlarun soraram sübhədək meyaludə,

Zərün güci mana bu məhvəşi edüb çakər.

Can almaq istəsə, aləm fəda verür canın,

Zərün güci belədür, get, sən eyləmə bavər.

Cəhandə simü zərün olsa idi gər, Saqib,

Təsərrüf eylər idün bu cəhani sərtasər.



“TƏRƏHHÜM BƏR PƏLƏNGİ-TİZDƏNDAN...”

Könül, neyçün edərsən ahü əfğan,

Əbəs bir də olma heç zarü giryan,

Dedim, qafil oturma, xanəviran,

Tapar düşmən sana əl, qoyma bir an.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

Sana mən çox dedim, get, huşyar ol,



Təğafül badəsindən, dur, kənar ol,

Kəmənd atmış sana düşmən, həsar ol,

Çəkildi ahi-həsrət tarümar ol.

 İtidişli pələngə rəhm edilsə, qoyunlara zülm edilmiş olar (Sədi Şirazi, Gülüstan)



605


“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

Əlimdə çarə yox, ey xanə bərbad,

Eşitməz kimsə, etmə ahü fəryad,

Vətən ahusini seyd etdi səyyad,

Əman vermür sana həqqində cəllad.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

Dedim, çox vermə fövtə vəqt fürsət,

Dedün, var vəqt hələ, etmə əziyyət,

Çıxar əldən, heyfdür, eyşü işrət,

Dəxi fikri-vətən çəkmək nə hacət.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

Mana can rahəti bu məhliqadur,

Nə lazımdur vətən, başə bəladur,

Vətənsizlik vücudi-kimiyadur,

Düşüb əldən-ələ, düşsün, rəvadur.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

Nə eyb eylər, yox əldə ixtiyarım,

Gedüb badi-fənayə cümlə varım,

Kifayətdür mana bu məhüzarım,

Mana tə`sir qılmaz, yoxdur arım.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

Mana bir sağərü meyxanə bəsdür,

Əlimdə bir dolı peymanə bəsdür,

Əsiri-nəfs ol, əfsanə bəsdür,

Qoy olsun sahibim biganə, bəsdür.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

606



Ləbim yarun ləbində məsti-badə,

Nə olmuş, salmıram bilmərrə yadə,

Mənim ağzım gəlübdür imdi dadə,

Nə eybi, qanımız itmiş aradə.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan!”.

Meyü mə`şuqədür ümmidgahım,

Əsir olmuş cəhənnəm padşahım,

Həyatım hasilim həm qibləgahım,

Bulardan qeyri yoxdur dadxahım.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

 

Vətən övladı, neylüm dərbədərdür,



Bu bica fikri çəkməklik hədərdür,

Ənisim, munisim bu simü bərdür,

Vətən getsün ki, nəxli-bisəmərdür.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

 

Mey iç, bəsdür meyxanə, Saqib,



Fəğan çox eyləmə, divanə Saqib,

Əsir etmiş səni biganə, Saqib,

Vətən mülki olub viranə, Saqib.

“Tərəhhüm bər pələngi-tizdəndan,

Sitəmkari bovəd bər gusfəndan”.

KEÇƏCƏKDÜR

Qan eyləsə gər bağruvı dövran, keçəcəkdür,

Müflisligüvə olma pərişan, keçəcəkdür,

İçdirsə əgər qan sana hər an, keçəcəkdür,

Ney tək eləmə naləvü əfğan, keçəcəkdür,

Etmə özüvi çak, çaki-giriban keçəcəkdür.

Məskən sana gəh şaxeyi-gül, gah qəfəsdür,

Fəryad eləyürsən, səsüvi kəs, bu nə səsdür,

Bülbül, dəxi gül vəqti keçür nəkhəti bəsdür,

Qafilsən əcəb aqibəti xardür, xəsdür,

607



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə