Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   124   125   126   127   128   129   130   131   ...   135

Söləyürsən xəlqə hərdəm söz danişü irfanpəsənd,

Boş həvayə atmaz hərgiz, əqlə gəl, aqil kəmənd,

Xabi-qəflətdən ayıl, keçmiş zəmani-çunü çənd, 

Bu yəlan sözçün hanı, yox əldə hüccət, rəngdür.

Kim vırar, gör, Kə`bənün səhnində sağər-sağərə,

Yaxşı hörmət eyləyürlər xatəmi-Peyğəmbərə,

Dutgilən təsbihi əldə, lə`nət eylə kafərə,

Gün qabağinə çıxırsan, qıl həya, ey şəbpərə,

Namünasib, səndə bu namusü qeyrət rəngdür.

Ayü gün baş qaldırur hər gündə Qərbün kamiçün,

Şərqdən ləbtəşnə ol sən, abi-Kövsər namiçün,

Başuvı işlədmə, eyb etməz, vətən əqlamiçün,

Bəslə cani, bəslə, bəslə əhli-məğrib damiçün,

Qıl nəmazi səhvsiz on yeddi rük`ət, rəngdür.

Az da olsa vırgilən dəm sən də var-namusdən,

Açma söhbət, bisəmərdür təxti-Keykavusdən,

Ver qulağun bir zəman həq söz eşid naqusdən,

Ey müsəlmanlər, deyür rəngi alubsuz rusdən,

Söləyürsüz, olmasun asari-iffət, rəngdür.

Bixəbər, birənglik qaldı keçən əyyamdə,

Həqqi isbat etmək içün tiği-xunaşamdə,

Qalmısan avarə, sərgərdan əlfidə həm lamdə,

At çapar, gör kim, gözün çıxsun, İraqü Şamdə,

Yatgilən asudə, eylə istirahət, rəngdür.

Yox qoyan qiymət, danışma, əl gətür imandən,

Ehtiramın sən itirdün, yum gözün Qur`andən,

Gör nə istər, çarəsin et, dut xəbər əyyamdən,

Yetməsən məqsudüvə, qorxson əgər sən candən,

Eyləmə bifaidə min canə rəğbət, rəngdür.

Yox vətən səndə, əzizim, zərrəcə iman da yox,

Olmayanda səndə iman, dərdüvə dərman da yox,

Paksən, naşüstə get, boynunda heç bir qan da yox,

Keç vətəndən, neynəyürsən, huri yox, qılman da yox,

Sölə sən, hübbül-vətən yeksər əziyyət, rəngdür.

Milləti-İslam içün, Saqib, qalub bədnamlıq,

Kasə-kasə hər nəfəs, hər an xunaşamlıq,

Vadiyi-heyrətdə sərgərdan biaramlıq,

595



Kamə yetdi hər yetən, bəsdür bizə bədnamlıq,

Beylə millət olmasun hərgiz səlamət, rəngdür.



RƏNGDÜR - II

Rəngsiz bir nəfs yoxdur, əsl insan rəngdür,

Urgilən mizani-əqlə, küfrü iman rəngdür,

Mən deməm hərgiz müsəlmanəm, müsəlman rəngdür,

Çox da var imkan, bu bəhsi açma, imkan rəngdür,

Çox da qoy baş səcdəgahə, zikri-sübhan rəngdür.

Rəng olan yerdə boğar milliyyətin ünsiyyətin,

Kimdə var birənglik hifz eyləyübmi ismətin,

Fitnə dutmış aləmi kim göstərüb xasiyyətin,

Olsa kim birəng pozmaz heç kimün hürriyyətin,

Müxtəsər, başdan-əyağə elmü irfan rəngdür.

Rəng qoymaz ülfət olsun, ülfəti nifrət edər,

Əhli-izzət ehtiramın məhvü bihörmət edər,

Mərdümi-biqeyrətün amalına şöhrət edər,

Xahişi-nəfsin bıraxmaz, boş-hədər işrət edər,

Gündə yüz milyanlar ilə insə ehsan rəngdür.

Rəng qoymaz xəlqi rahət, fitnələr icad edər,

Xanəbərduşun evin, rəhm eyləməz, bərbad edər,

Mərdümazari həmişə güldürür, dilşad edər,

İncidür azadə görsə tuşeyi-cəllad edər,

Adı var, asarı yoxdur, rəhmü vicdan rəngdür.

Rəngdür icad edən şəmşiri-xunəfşanları,

Qırdırur min illər ilə boş yerə insanları,

Ad qoyursan bisərü payə vətən qurbanları,

Bu vətən qurbanlarınun varmıdur vicdanları?

Yox, oğul, min dəf`ə yox, gəl, olma nadan, rəngdür.

Rəngdən ayrıldı məslək, bir görək məslək nədür,

Gər yəqinlik var isə, aləmara bəs şək nədür,

Səndə var, yox məndə, vermürsən çürük əppək nədür,

Söləyür nokər ağayə hər zəman ləbbeyk nədür,

Başə düş, əl çək bu məsləkdən, bu ünvan rəngdür.

Əvvəla, birənglik yoxdur, yalandu var deyən,

Olsa, var xasiyyəti şərh eyləyüm, ver fikr sən,

Olmaz heç rəngdə təzvir, hiyləvü məkrü fən,

596



Dust eylər düşməni, olmaz dəxi peymanşikən,

Öldürürsən sən məni olmaq peşiman rəngdür.

Sən müsəlmansan, get ol, girəm, yəhudəm, hər nəyəm,

Sən məni təkfir neyçün eyləyürsən dəmbədəm,

Tarı bir, məxluqi birdür, yaxşı fikr et, gör kiməm,

Bir ana doğmış bizi mən də sənün tək adəməm,

Söləyürsən ol mənim tək əhli-iman, rəngdür.

Məscidün, meyxanənün, deyrün de bir nə fərqi var,

Naleyi-naqusi neyçün etməyürsən ixtiyar,

Zikri-“ya mə`bud” söylər hər nəfəs ol huşyar,

Ya müəzzin qışqıra birdür və ya kim çəngü tar,

Fərqi yoxdur zərrəcə Buzərlə Səlman, rəngdür.  



TAZİYANƏ

Ey dil, səni bənd eylədi bu zülfi-səlasil,

Əl çək, özüvə dami-cünun eyləmə hasil.

Çoxlar özüni rəngə salub, sanma gözəldür,

Bir görmək ilə olmayasan rənginə mail.

Əldən-ələ düşmişlərə çox fikrüvi vermə,

Olson yaxın, eylər səni rüsvayi-təcahil.

Olmaq sana layiq degül heç nəfsün əsiri,

Qoymaz səni hərgiz olasan məqsədə nail.

Zinhar, dut uzaq şiveyi-hər qönçədəhani,

Uyma sana göz eyləsə hər mahşəmayil.

Qoyma, həzər eylə, sən ilə Həqq arasında,

Hər qaşı kəman zülfi qəra ta ola hail.

Mən, gör, necə düşdüm əyağə, eylə bir ibrət,

Nadanlığa yol verdim edüb əqlimi zail.

Əfsus, məni nəfsi-dəni saldı əyağə,

Nə sehr elədim, etdi mənim sehrimi batil.

Qərq etdi məni bəhri-məlamətdə, nə çarə,

Nə əvvəli, nə axıri vardur, nə də sahil.

Düşməz rəhi-bihudəyə, sərf eyləməz ömrin,

597



Düşməz bu yola, eylə yəqin, mərdümi-kamil.

TAZİYANƏ

Ağazadə, özüvə fikrüvi ver bir ani,

Qalacaqsan başaçuq, eyləmə çox tüğyani.

Təkyə, ey naşi, verürsən o kəsün təxtinə kim,

Əqldə, fəhmdə aləmlər olub heyrani.

Oturub-durmağuvun rəsmini heç bilməmisən,

Söləyürsən yetənə yaxşı-yəmani tani.

Qaşı düz eyləməgə kuşiş edürsən əmma,

Çıxarursan gözi, ey nazlu Quba ceyrani.

Əkgilən yay Şıxverdi soğanın bir-bir,

Nə içün tərk elədün məmləkəti-Hövsani?

Özüvi rəngə salubsan, bu sənün mə`rifətün,

Bir qarın loğma içün doldurusan torbani.

Qarğa tə`lim elədi tavusa, get, mən kimi yol,

İtirüb öz yerişin, ləng gəzir hər yani.

Səndə təqsir yox hərgiz, o kəsün təqsiri var,

Sana bu rütbəni vermiş o mürüvvət kani.

Mə`rifət bir pula dəgməz çıxasan bazarə,

Yerbəyerdən deyülür səndə fərasət hani?

Müştəri qanmaza çoxdur çəkə kim bazarə,

Düzgilən guşeyi-vıstavkələrə nadani.

Gör necə fəhm tənəzzül eləmiş aləmdə,

Tapşurublar sana bir on məni yox, milyani.

İmtəhan etmək içün əlli minin qoy cibüvə,

Deməz heç kimsə sana əlli min olmış, hani?

Xəlqi narahət edürsən, sana şayəstə degül,

Əqlüvi başuva yığ, beylə yeməzlər nani.

Hər kəsün ölçisi var, ölçi ilə iş də görər,

598



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə