Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

Satdun kimə namusi-vətən, ey evi bərbad!

Əksikrağı xəlqün, tufu, ey naxələf övlad!

Yıxdun vətənün rüknini axır, evün abad!

Gördün hərifi vermədi axir sana hiç zad,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

 

Oğlanları vardur vətənün şiri-jəyandur,



Vəqtində gələr, gözləyür hökmi, nigərandur,

Heç kim onı bilməz gələnün vəqti haçandur,

Tədbir gərək hər işə, məşhuri-cəhandur,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

 

Bu Saqibə baxma ki, zəmingir olubdur,



Qəm-qüssə alub canıni, dilgir olubdur,

Yox tabü təvanı, qocalub pir olubdur,

Vəqtində görərsən dirilüb şir olubdur,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

MƏRHUM MİRZƏ RƏHİM ĞÜFRANPƏNAHUN

VƏFATINUN TARİXİ (1349)

Bivəfadür bu cəhan əhli, bütün mafiha,



Ey könül, eyləmə bir zərrəcə meyli-dünya.

Qəmə aludə ikən, gəldi genə qəm xəbəri,

Qapumi açdı xəbər verdi mana badi-səba.

Səfəri-axirətün dutdı yolın, fəryad et,

Ney kimi şamü səhər Mirzə Rəhim, yə`ni Fəna.

Azəri kişvərinün şairi-bihəmtasi,

Aldığın verdi bütün, varü yoxın qıldı fəda.

Bir kəsi qəbr qucub alidi başdan-əyağə,

“Əz ğəməş çun nə konəm nalə, dela, sübhü məsa”.



 Mirzə Rəhim Fəna (1841-1931) Qarabağ şairlərindən olub “Məclisi-üns”ü təşkil edənlərdən biri olmuşdur.      

 Onun qəmindən gecə-gündüz nalə edirəm



591


MƏRHUM FƏRƏCÜN VƏFATİNƏ DAİR

∗∗

Genə dövran sitəmi musiqiyə çəkdi Həsar,



Dutdı matəm eləyüb çaki-giriban Qətar,

Nitqdən düşdi cərəs, ağladı çəngü neyü tar,

Yardən gizlədüb ayinəsini ayinədar,

Tökdi əfşan yüzə giysulərini ol məhrüxsar,

Saqinün sağər əlində eləyür əşk nisar,

Dedim, ey saqi, əmandur, genə aləmdə nə var,

Verməyürsən meyi, öldürdi məni rənci-xumar,

Sağəri vırdi yerə sölədi, get, ol huşyar,

Fərəcün canını səyyadi-əcəl etdi şikar.

Yadə düşməz dəxi nə Şur, nə bir də Şəhnaz,

Pərdədən xaric olub rəsmi-Bəyati-Şiraz,

Əldə dəf xəstə müğənni eləməz əzmi-Hicaz,

Verdi səccadə meyə, tərk elədi razü niyaz,

Çıxdı mehrabdən hər zahid edüb tərki-nəmaz,

Salmayur yadinə hərgiz dəxi Məhmudi Əyaz,

Dəxi, heyhat, görə misli-Fərəc vəqti-diraz,

Yerü gög cüft ola, almaz əlinə tar nə saz,

Kim ilən fəxr edəcəkdür genə ol çərxi-fəraz,

Azəri kişvərini eylədi ənduhə düçar.

Dəhrdə musiqidən zərrəcə olmazdı əsər,

Olmaseydı Fərəcün himməti gər şamü səhər,

Görəcək mislin anun bir genə Qəfqaz məgər?

Nə ki Qəfqaz, cəhan məmləkəti sərtasər,

Yaradan musiqini göstərəcəkdür kim hünər,

Fərəcün mislinə verməz sütin heç bir madər,

Gər qəzası ola min illər ilə qəndü şəkər,

Saqisi huriyi-cənnət, meyi abi-Kövsər,

Necə ah eyləməyüm, şəm`tək od dutdı cigər,

Düşdi nadan əlinə musiqiyü musiqar.

Gər müğənni oxusa bir də həvayi-Şuri,

Yerbəyerdən ona tə`nə eylə Mənsuri,

Artırursan bizə qəm yad eləmə Mahuri, 

Mütriba, çalma, əmandur, yerə qoy tənburi,

Ey neyün naləsi, incidmə məni-rəncuri,

Saqi, tökmə qədəhə bir də meyi-ənguri,

Ey gözəl, tökmə yüzə zülfi-şəbi-deycuri,



 Məşhur tarzən Mirzə Fərəc (1847-1927) 



592



Hüsnüvə vermə bəzək, gözlərimün sən nuri,

Getdi əldən, hanı ol tarzənün məşhuri,

Yasə dönsün bizə gülzar dəmi fəsli-bəhar.

Qarabağ əhli kim ilə eləyür fəxr müdam,

Musiqidən xəbəri yox, genə dutmır aram,

Eyləyür boş yerə, bica yerə bu əmrə qiyam,

Musiqini eləyür tar çalanda bədnam,

Musiqi getdi Fərəclə, qalub əncaq boş nam,

Bağla meyxanəni, saqi, bizə ver sağərü cam,

Kim içər badə dəxi bir də olub badə həram,

Ey kəmançə, eləmə nalə dəxi sübh nə şam,

Düşdi əldən-ələ gör, musiqidən itdi nizam,

Ey könül, çaki-giriban elə, et naləvü zar.

Salikün nəğmeyi-dilsuzinə aləm heyran,

Nə əcəbdür ki, ona canımi etsəm qurban,

Var kimün həqqi ki, inkarun edə pirü cəvan,

Necə mən eyləməyüm ney kimi fəryadü fəğan,

Gör, itirdi kimi bir anidə bu dövri-zəman,

Qəm odunda yanasan kişvəri-Azərbaycan,

Qəzəli başdan-əyağə deyəsən candur, can,

Musiqi təxtinə sultan idi mümtazi-cəhan,

Bir də Salik gələ bu aləmə heç etmə güman,

Nəğmə bazarı kəsad oldı, dağıldı bazar.

Gözümüz gər qala Mənsuridə, ey dil, nə əcəb,

Fərəc asarıni kəsb eyləmiş ol alinəsəb,

Cəm`idür onda gözəl şiveyi-adabü ədəb,

Həm müəllimdi Fərəc anə, bəli, həm məktəb,

Yerinə düşdi nə qədri ki, çəküb rəncü təəb,

Əlini tar öpər, mən qoyaram sağərə ləb,

Çəkmə dağın dili-suzanimə, bari, ya Rəb,

Ona hər ləhzə Fərəc kimi mürəbbiydi səbəb,

Fəxr Mənsuri ilə eyləyərəm ruz ilə şəb,

Saqiya, ver qədəhün badeyi-gülfam biyar.

Xətm olub məndə demə türk dilində əş`ar,

Ey Füzuli, eylə bu Bakuyə bir ləhzə güzar,

Bu sözündən nola bir dəm edəsən əstəğfar,

Yusifün gör qəzəlin, eyləgilən canı nisar,

Mahvəşlər kimi, gör, bir necə açmış rüxsar,

Aləmi heyrətə salmış, eləyərsən iqrar,

Azəri kişvərinün Azəri var nabşüar,

593



Vahidi-meykədə ovbaşi, Həsən tək Səyyar,

Saqibə verdi Müniri ədəbi şe`r yazar,

Cənnəti



 cümləsinün dövrəsinə çəkdi həsar.



RƏNGDÜR

Zahid, əl çək, səndə bu tə`nə, nəsihət rəngdür,

Etdigün təsbih ilə hər ləhzə söhbət rəngdür,

Sübhədək mehrab içində rəncü zəhmət rəngdür,

Xatirün eyləyürsən hər nə niyyət, rəngdür,

Getdi əldən, söləmə hökmi-şəriət, rəngdür.



Vəqtüvi bəsdür itirdün boş yerə, əfsanəyə,



Çox yügürmə, heç nə yoxdur məscidi-viranəyə,

Xəlqi, get, irfanə çək, ram eyləmə səddanəyə,

Keçdi vəqtün, kim uyar bir sən kimi divanəyə,

Buriyanun damənin dutmaq nə hacət, rəngdür.

Firqəti-Yusifdə hərdəm naleyi-Yə`qub, rəng,

Aləmə aşub salmış hüsni-hər məhbub, rəng,

Bu cəhani məhv edəndür fitneyi-aşub, rəng,

Müxtəsər, ə`lavü ədna, qalibü məğlub rəng,

Dərdsərdən başqa şey yox, dərdü möhnət rəngdür.

Baxma gülzarun içində bülbülün qovğasinə,

Qanə batmış güllərün, tər lalənün ə`zasinə,

Kuhkən Şirininə, divanənün Leylasinə,

Şəm`ə yandırmış özün pərvanənin sövdasinə, 

Aşiqü mə`şuqə rəng, həm məhəbbət rəngdür. 

Əcnəbilər milləti, gör, bir nələr icad edür,

Gör, kimün bağrıni yarmış, kimləri dilşad edür,

Mum edür fuladı, nadan, mumdən fulad edür,

Elm ilə aləmləri bərbad edür, abad edür,

Minbər üstündə deyürsən ki, sən`ət rəngdür.

Eybi yox aləmdə bu rəng ilə məşhur olmağun,

Külbaşun oğlı, nəinki müft muzdur olmağun,

Vəqti vardur, xanəviran, talibi-hur olmağun,

Gör, nələr göstərdi, zalim, xəlqdən dur olmağun,

Xəlqi həqqə qılmadun də`vət,  həqiqət rəngdür.

Aləmi-lahuti kim görmüş, kim olmuş bəhrəmənd,

 Şair Əbdülxalıq Cənnəti (1855-1931)



 Səməd Mənsurun (1879-1927) eynirədifli şeirinə nəzirədir.



594



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə