Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə126/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   122   123   124   125   126   127   128   129   ...   135

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

Ey badi-xəzan, əs, güli-gülzarı xəzan et,

Bülbül gözinə qönçeyi-novxizi tikan et,

Fəryadın eşidmə, dəxi də bağrını qan et,

Yıx sərvi əyağ altına, qəddini kəman et.

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

 

Təklif mana eyləmə, saqi, meyi-nabi,



Yıxma xüm əyağinə məni-xanəxərabi,

Bağlar yüzümə meykədəni, eylə səvabi,

Bəsdür, səni tari, mana çox vermə əzabi.

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

 

Xunabeyi-həsrət tökərəm, ah, dəmadəm,



Dutdum rəhi-eşqi könül heç olmadı xürrəm,

Qan qoydı mənim bağrıma ol türrəsi pürxəm,

Fəryadü fəğandur mana hicran güni həmdəm.

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

 

Qan qoydı mənim bağrıma bu tazə cəvanlar,



Zənciri-cünun türrələri, qaşı kəmanlar,

Tə`sir eləməz heç bulara ahü fəğanlar,

Dünyayə salub fitnəni bu afəti-canlar.

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

Saqib, gətür əl eşqdən, eşq afəti-candur,

Şahid bu sözə, get xəbər al, pirü cəvandur,

Tərk et bu pəriçöhrələri, eşqi yəmandur,

Bəsdür bu sözi söləmə divanə zəbandur.

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

587



AZƏR GÖZƏLİ

                  

Fəryad əlündən, eşq, fəryad,

Bir ləhzə məni sən etmədün şad,

Kimdür məni qəmdən etsün azad,

Etdi məni seyd bir pərizad.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

Almış bütün ixtiyarı məndən,

Kəsmiş hamı e`tibarı məndən,

İnciddi cəm`i varı məndən,

Kəsməz qəmi, ahi-zarı məndən.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli mələk misalı.



 

Xali-xətidür fəribi-Adəm,

Rüxsarinə məhv cümlə aləm,

Zənciri-cünun zülfi pürçəm,

Əbruyi-kəci kəmani-Rüstəm.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

Qamət demə, qədidür qiyamət,

Xalı dilü dini etdi qarət,

Qoymub qala məndə tabü taqət,

Şirin hərəkat, Leyli halət.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

 

Gün açmaz, üzin açanda rüxsar,



Can tazələnür edəndə göftar,

Naz ilə gər etsə seyri-gülzar,

Bülbül gözinə çəmən olur xar.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

 

Çox var gözəl kəmanəbru,



588


Xurşidliqa həm səmənbu,

Aşubi-zəmanə, çeşmi-cadu,

Təkdür gözəl içrə bu pəriru.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

 

Dur, saqi, gətür şərabi-biğəş,



Dutdı dili-natəvanı atəş,

Meyxanəyə çək məni keşakeş,

Əğyarə verüb dil ol pərivəş.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

 

Saqib, eləmə çox ahü zari,



Əldən nə verübsən ixtiyarı,

Məhparələrün yox e`tibari,

Əzbər eləmə bu şe`ri, bari.

Qurbanı olum, qızıl qəbalı,

Azər gözəli, mələk misalı.

XX ƏSRÜN YARATDIĞI VƏHŞƏTƏ DAİR

Bir aqibətün fikrini qıl, etmə məniyyət,

Bihudə yerə eyləmə çox xəlqə əziyyət,

Etmək sana bica yerədür gərçi nəsihət,

Bəsdür bu qədər eyləmə qan tökməgə rəğbət,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

Qan tökməgi nahəq yerə asanmı sanursan?

Qan içməgi sən dərdüvə dərmanmı sanursan?

Zülm etməgi həmnöv`üvə vicdanmı sanursan?

Qəflətdən ayıl, zalımı insanmı sanursan?

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

 

Ahi-səhərün, eylə həzər, ahi yəmandur,



Şahid bu sözə, get xəbər al, pirü cəvandur,

Axır dutacaqdur səni, fikr etmə, yəlandur,

Rahət yaşasun xəlqi qoyun bir dəm, əmandur,

589



Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

Bir gün gələcək tabü təvanun gedər əldən,

Çatmaz əlün heç bir yerə, canun gedər əldən,

Rəhm eyləyən olmaz sana, qanun gedər əldən,

Avarə qalub, pirü cəvanun gedər əldən,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

 

Vermiş sana bu görmədigün vəqti zəmanə,



Get, hörmət elə hər kəs ola, pirü cəvanə,

Beş gün qalacaq, sən də qalursan yanə-yanə,

Qan tökmək içün boş sözi çox etmə bəhanə,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

Ram olmagilən nəfsüvə, bir dami-bəladur,

Kim nəfsinə uymış, onı bil, bəxti qəradur,

Getmə bu xətərnak yolı, rahi-xətadur,

Zalimligi tərk eyləgilən, harda rəvadur,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

 

Qadir nəyə oldun elədün xahi nəxahi,



Öz millətüvə, bil, səni axır dutar ahi,

Dutmış vətənin, dust edibdürmi günahi,

Yox səndə məgər zərrəyicə xovfi-İlahi,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

 

Satdun vətəni heç nəyə əfsanələr içün,



Verdün vətən oğlın ələ biganələr içün,

Keçdün şərəfündən kimə divanələr içün?

Namusı buraxdun belə peymanələr içün,

Qan sahibi yoxdur demə, ey qan eləyənlər,

Vardur, gələcək aləmi viran eləyənlər.

590



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə